Microsoft Word qs&vs mxma doc



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə59/73
tarix08.08.2018
ölçüsü2,82 Mb.
#61676
1   ...   55   56   57   58   59   60   61   62   ...   73

 Seyfəddin Qəniyev, Səadət Veysova 
 
  
232
Bakıya köçür və böyük qızı  Qəmər xanımın evində yaşayır. 
Əsədulla bəy böyük qardaş olduğu üçün ona Ağa deyə müraciət 
edərlərmiş. O, mədə  xərçəngi xəstəliyinə tutulur və  1924-cü 
ildə Bakıda dünyasını dəyişir. 
Əsədulla bəyin iki arvadı olub. Birinci arvadından 
Ceyran xanım, Xəlil bəy, Soltan xanım, Bəylər bəy, Qəmər 
xanım və  Lətif bəy  adlarında  6 uşağı,  ikinci arvadı Ruqiyyə 
xanımdan da Sitarə, Sara, Aslan, Əjdər, Tahirə, Mərdan 
adlarında 6 övladı dünyaya gəlib.  
 
Əsədulla bəyin oğlu Bəylər bəy 
 
Bəylər bəy  Əsədulla bəy 
oğlu Mahmudbəyov 1888-ci ildə 
Şamaxı 
şəhərində anadan 
olmuş, Bakıda gimnaziyada oxu-
yub, 1906-cı ildə Sankt-Peter-
burqda Kommersiya İnstitutunda 
təhsil alır, 1910-cu ildə Bakı  şə-
hərinə qayıdaraq, kommersiya 
bankında işləyir. Yüksək mədə-
niyyət və əxlaq sahibi olan Bəy-
lər bəy özünə böyük hörmət qa-
zanır. 1922-ci ildə Qacar nəslin-
dən olan İşrət xanımla evlənir. 
İşrət xanım bundan əvvəl çar za-
bitinə  ərə gedibmiş  və ondan bir 
oğlu, 2 qızı olur. Ərindən boşan-
dıqdan sonra Bəylər bəyə  ərə 
gedib. 
 Bəylər bəyin ondan Tofiq adında oğlu olmuş və o, 1941-
1945-ci illərdə  İkinci Dünya müharibəsində  həlak olmuşdur. 
Bəylər bəyin özü isə 1927-ci ildə Bakı şəhərində vəfat etmiş-
dir. 
 
Bəylər bəy Mahmudbəyov  


Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti 
 
 233
 
Əsədulla bəyin qızı Qəmər xanım 
 
 Qəmər xanım Əsədulla bəy qızı Mahmudbəyova 1890-cı 
ildə Şamaxıda anadan olmuşdur. O, ilk təhsilini 1902-1905-ci 
illərdə Tağıyevin açdığı qızlar seminariyasında almışdır. 
Məşhur milyonçu-neftçi Hacı Zeynalabdin Tağıyev gənc 
yaşlarında bənna olmuş, aldığı torpaqlarda neft quyuları 
qazdırır, nağıllardakı kimi qısa müddətdə kasıblığın daşını 
ataraq, Bakının  ən varlı adamlarından birinə çevrilmişdir. O, 
mesenatlıq işinə xüsusi yer verməyə başladı. Çadra altında 
gəzən, heç bir savad sahibi olmayan azərbaycanlı  qızları üçün 
gimnaziya-pansionat  açmağa nail oldu. Qəmər xanım da bu 
gimnaziyada təhsil alaraq 1906-cı ildə oranı bitimişdir. O, öz 
əmisi oğlu, Almaniyada təhsil almış, elektrik mühəndisi Ağalar 
bəy Mahmudbəyova ərə getmişdir. 
Ağalar bəy Mahmudbəyov 1882-ci ildə Şamaxı şəhərin-
də doğulub. Bakıda realnı  məktəbi bitirdikdən sonra, onu 
Almaniyaya oxumağa göndərirlər.  İnstitutu bitirən Ağalar bəy 
elektrik mühəndisi olur. O, həm də son dərəcə ağıllı, ziyalı, gö-
zəl xasiyyətli bir insan idi. Əvvəlcə o, Bakıda müxtəlif idarələr-
də, sonra isə əslən şamaxılı Belçikada təhsil alan mühəndis Ağa 
Axundovun açdığı «Lyumer» elektrik avadanlığı kontorunda 
işləyir. 
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra o, 
Azərbaycan Neft Sənayesində Texniki-Material Təchizat İdarə-
sinə, sonra isə Azdövlətlayihə İnstitutuna rəhbərlik edir. 
30-cu illərin əvvəlində Ağalar bəyi dövlətə ziyanxorluqda 
damğalayaraq həbs edirlər və Moskva-Volqa kanalı düşərgəsi-
nə göndərirlər. 1935-ci ilə kimi o, həbsdə qalır.  1936-1937-ci 
illərdə yenidən həbs edilir və bir daha geri qayıtmır. Onun hə-
yat yoldaşı, uşaqları,  İsmayıl (onun arvadı Antonina Afanas-
yevna), Niyaz, Ənvər və qardaşının arvadı ilə birlikdə anasını 
da Qazaxıstanın Petropavlovsk şəhərinə sürgün edirlər. 


 Seyfəddin Qəniyev, Səadət Veysova 
 
  
234
Bütün ailənin günahı onda imiş ki, Qəmər xanımın kiçik 
bacısı  Tahirə Mahmudbəyova 1923-cü ildə Bakıda  İran 
konsulu  İsmayıl xana öz istəyi ilə  ərə getmişdi. O vaxtlar 
xarici adamlarla münasibətdə olan yerli əhalini heç bir səbəb 
olmadan həbs edirdilər. O cümlədən, həmin adamların yaxın 
qohumlarını da. Ağalar bəy 1938-ci ildə həbsxanada vəfat edir. 
Ağalar bəylə  Qəmər xanımın oğlu  İsmayıl Mahmud-
bəyov 1908-ci ildə anadan olmuşdur. O, realnı məktəbi qurtarıb 
Kənd təsərrüfatı  İnstitutuna daxil olur. Sonra isə o, Krasnodar 
Kənd Təsərrüfatı İnstitutuna köçürülür. 1931-32-ci illərdə iaşə-
yeyinti mühəndisi diplomu alır. Krasnodarda ziyalı və tanınmış 
ailədən olan Kalkutina Antonina ilə evlənir. İsmayıl bəy uzun 
ömür sürməmişdir. Sürgündən sonra az müddət soyuducu kom-
binatında işləmiş, 40 yaşında - 1948-ci ildə vəfat etmişdir. Ölü-
mündən 39 il ötdükdən sonra - 1989-cu ildə bəraət alır. Anto-
nina əri öldükdən sonra da Bakıdan getmir. 1931-ci ildə anadan 
olan yeganə qızı Novellanın tərbiyəsi ilə məşğul olur. Antonina 
özü Kuban Əkinçilik  İnstitutunu  bitirmişdi, ixtisasca aqronom 
idi. O, əməkdar aqronom adına layiq görülür. İttifaq Memarlar 
Birliyinin üzvü, bir neçə kitabın müəllifi olmuşdur. 
Onun qızı  Novella Mahmudbəyova Bakı Dövlət 
Universitetinin biologiya fakültəsini bitirmiş, elmlər namizədi 
olmuşdur. 1955-ci ildə EA-nın Geologiya İnstitutunun baş 
geoloqu işləyən  Tarik Hacıyevlə ailə  həyatı qurmuşdur. 
Onların Stella adlı bir qızı olub. Bakıda yaşayır. 
Ağalar bəylə Qəmər xanımın oğlu Niyaz Mahmudbəyov 
1910-cu ildə Bakıda doğulmuşdur. Bədən Tərbiyəsi İnstitutuna 
daxil olsa da, Şimali Qazaxıstana sürgün olunması, həmin 
institutu bitirməyə imkan vermir. 1943-cü ildə müharibədə 
həlak olmuşdur, Edik (1938) və Rafıq (1940) adlı iki övladları 
dünyaya gəlir. Edik 1967-ci ildə  məlum olmayan səbəblərə 
görə, qəsdən, Montin qəsəbəsindəki parkda qətlə yetirilir. 
Ağalar bəylə Qəmər xanımın oğlu Ənvər Mahmudbəyov 
1913-cü ildə Bakıda anadan olmuşdur. 1936-cı ildə Bakı Neft 


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə