Microsoft Word qs&vs mxma doc


Seyfəddin Qəniyev, Səadət Veysova



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə64/73
tarix08.08.2018
ölçüsü2,82 Mb.
#61676
1   ...   60   61   62   63   64   65   66   67   ...   73

 Seyfəddin Qəniyev, Səadət Veysova 
 
  
250
Xəlil bəyin xatirələrində  həbsi barədə soyuqqanlıqla 
yazır: “1937-ci ildə  bədbəxtliyin qara buludları ailəmizin 
başının üstünü gözlənilmədən aldı. Həbslərin zərbəsi qəfil ça-
xan ildırımlara bənzəyirdi. Noyabrın 22-də gecə Moskvada 
qaldığımız mənzilə qəfildən DİXK-nin (NKVD) əməkdaşları so-
xuldular. Axtarış keçirsələr də heç nə tapmadılar. Həbs olun-
mağımız barədə verilən orderi göstərərək qardaşımla məni ayrı-
ayrılıqda Lubyankaya apardılar. Nə  mən, nə  də ki, qardaşım 
Kamil bu gözlənilməz həbsin səbəblərini anlaya bilmədik.  
Mən elə fikirləşirdim ki, bu səhvdir, anlaşılmazlıqdır və 
aradan 5-10 gün keçən kimi hər  şey yoluna düşəcək, bizi 
buraxacaqlar”.  
Lakin Xəlil bəy yanılırdı. Onun düşündüyü 5-10 gün 
illərə çevrildi. Lubyankadan o əksinqilabi millətçi təşkilatın 
üzvü kimi ittiham edilərək məhbəsə atılır, yalnız 1945-ci ildə 
Xanlar rayonuna göndərilir. Bir neçə ildən sonra yenə  həbs 
edilərək sürgün edilir. O yalnız 1954-cü ildə azadlığa çıxır.  
1954-cü ildə sürgündən qayıdır və 1956-cı ildə  bəraət 
alır, 1957-ci ildə Moskvaya köçür. O, orada Azərbaycan SSR-
in Baş Təchizat İdarəsinin Moskva şöbəsinin rəisi işləyir. 
Böyük qızı Kəbutər Mahmudbəyova 1951-ci ildə Bakıda 
anadan olmuşdur. 1974-cü ildə Lomonosov adına Moskva 
Universitetinin filologiya fakültəsini bitirmişdir. 
Oğlu Həbib Mahmudbəyov  1952-ci ildə Qazaxıstan 
SSR-in Volodoqovka kəndində doğulmuşdur. Həmin vaxtlar 
onlar sürgün həyatı yaşayırdılar. Həbib Moskva Neft Kimya 
İnstitutunu 1974-cü ildə bitirmişdir. 
 
 


Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti 
 
 251
 
Üçüncü budaq 
 
Ələsgər bəy İbrahim Xəlil oğlu Mahmudbəyov 
 
Ələsgər bəy  1866-cı ildə  Şamaxıda anadan olmuşdur. 
1885-ci ildə Moskvaya gəlir və indiki Bauman adına Texniki 
Məktəbə daxil olur. Oranı bitirdikdən sonra Bakıda milyonçu 
Z.Tağıyevin tikiş fabrikində mühəndis işləyir.  Ələsgər bəy 
savadlı mühəndis idi. O, Tiflisdə tikiş fabriki açır. Əvvəl işləri 
yaxşı gedirdi. Lakin 19-cu ildə olan hadisələrlə  əlaqədar o, 
birdəfəlik olaraq ailəsi ilə birlikdə Türkiyəyə köçür və ömrünün 
sonuna kimi İstanbulda yaşayır. 84 yaşında vəfat edib. Onun 
arvadı Aftab xanım Tiflis diyarının Borçalı  qəsəbəsindəndir. 
Ələsgər bəyin böyük qızı Alya 1905-ci ildə Tiflisdə anadan 
olmuşdur. Alman məktəbini bitirmişdir.  Əmisi oğlu 
Məmmədrza Səid  Əliyevə  ərə getmişdir. M.Əliyev 1919-cu 
ildə Parisə gedir və hüquq təhsili alır. 1923-cü ildə oradan bir-
baş əmisi Ələsgərin yanına - Türkiyəyə gedir. Məmmədrzanın 
bacısı Ziba xanımın dediyinə görə, Ələsgərin ölümündən sonra 
ailəsi Alya ilə birlikdə Qahirəyə köçüb orada yaşayırlar. Kiçik 
qızı  Lelya Mahmudbəyova 1912-ci ildə Tiflisdə anadan ol-
muşdur. Deyilənlərə görə o, çox gözəl olub. Valideynləri ilə 
birlikdə o da Türkiyədə yaşayır və varlı bir ərəbə ərə gedir. Va-
lideynlərinin ölümündən sonra o, bacısı ilə Qahirəyə gedir. 
  
 
Dördüncü budaq 
 
İbadulla bəy İbrahim Xəlil bəy oğlu Mahmudbəyov 
 
İbadulla bəy 1868-ci ildə Şamaxıda anadan olmuşdur. 
Bakı realnı  məktəbdə  təhsil almışdır. Bir müddət məhkəmə 


 Seyfəddin Qəniyev, Səadət Veysova 
 
  
252
pristavı  işləmişdir.  İbadulla bəy  əməksevər, özünə hörmət 
qazanan bir adam idi. 1914-cü ilə kimi bu vəzifədə çalışmışdır. 
73 yaşına kimi işləyib. O, sonuncu illəri internat məktəbində 
başa vurmuşdur. 
Arvadı Sima xanım (Axundova soyadlı)  Şamaxıdan idi. 
Son dərəcə mülayim, istiqanlı  və kübar qadın olub. Atası 
Heydər bəy Axundov olub. Onun 4 oğlu və 3 qızı var idi. Onlar 
hamısı ali təhsilli idilər. Yalnız Sima xanım nədənsə oxuya 
bilməmişdi. O, 1943-cü ildə dünyasını dəyişmişdir.  
İbadulla bəyin Surə,  Şahlar, Sara, Əli və Bahadur 
adında 5 övladı olub.  
Surə  İbadulla bəy qızı Mahmudbəyova 1900-cü ildə 
Bakıda dünyaya göz açıb. Marin qadın gimnaziyasını bitirib. 
1922-23-cü illlərdə Dövlət Universitetinin tibb fakültəsinə 
daxil olur və 1927-ci ildə oranı bitirərək göz həkimi ixtisasına 
yiyələnir. Onun həyatı heç də yaxşı olmur. 1937-ci ildə əri İlyas 
Mədətov həbs olunur. Surə 2 kiçik yaşlı  qızı ilə  tək qalır.  Əri 
yalnız 1953-cü ildə qayıdır. Lakin Surə ilə yaşamır. 
Bəhram  İbadulla oğlu Mahmudbəyov 1903-cü ildə 
Şamaxıda anadan olmuşdur.  Seyfullanın böyük oğludur. Bakı 
realnı  məktəbi bitirib. Atası erkən vəfat etdiyi üçün ailənin 
ağırlığı onun üzərinə düşdüyündən ali təhsilini yarımçıq qoyur. 
O, bütün ömrünü qardaş və bacılarına həsr edir, onları böyüdür 
və tərbiyə edir. 
Azad  İbadulla oğlu Mahmudbəyov 1905-ci ildə  Şama-
xıda doğulmuşdur. Bakı realnı  məktəbində oxumuşdur. Müx-
təlif idarələrdə çalışmışdır. 1968-ci ildə vəfat etmişdir. 
Şahlar  İbadulla oğlu Mahmudbəyov 1902-ci ildə  Şa-
maxıda anadan olmuşdur. Hərbi məktəbə daxil olur. Lakin ora-
nı qurtara bilmir. Müxtəlif idarələrdə işləyir. O, çox şən adam 
idi. Mahmudbəyovlar ailəsində ona xüsusi hörmət bəslənilib. 
O, Böyük Vətən müharibəsində ölüb. Onun həyat yoldaşı Ən-
tiqə Beybudovanın 2 qızı olub. Rəfiqə  və  Şəfiqə Bakıda dün-
yaya gəliblər.  
Sara  İbadulla bəy qızı Mahmudbəyova  1909-cu ildə 


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə