Seyfəddin Qəniyev, Səadət Veysova
192
Seyidin gəlişi məclisdə hamının qəlbini oxşayır, hamı
Seyidin istedadı qarşısında səcdə edir. Məclisin belə canlı
keçməsindən xüsusi ləzzət alan Mahmud Ağa Seyidə
müraciətlə deyir:
- Çox sağ ol, ustad! Afərin, sənə afərin, Ağa! Hamımızın
qəlbini oxşadın, qonaqlarımızı valeh etdin. Xələtim məndə!
Təvəqqə edirəm, Ağa istəyini şeirlə de...
Bu sözdən sonra Seyidin gözləri gülür. Bayaqdan qonağı
üçün Ağadan buğdanı necə istəyəcəyini düşünürdü. Belə
fürsətin ələ düşdüyünə çox sevindi. Duyğularını bir yerə
cəmlədi, ürəyi coşdu, qafıyələr Seyid istedadı qarşısında aciz
qaldı. Buğda istəyini Mahmud Ağaya bədahətən dediyi
aşağıdakı şeirlə bəyan qılır:
Sahiba, Mahmud Ağa, lütfü mürüvvət dəmidir,
Eləyib Seyyidi - miskinə xəyanət buğda!
İndi beş aydı ki, məndən qaçıb ol ruysuyah,
Qoyub avarə məni - zari bu nikbət buğda!
Tutmuşam indi sorağın, sizin anbardadır,
Qorxuram kim, qaça ordan dəxi xəlvət buğda.
Babamız Adəmin ol qəlbiqara düşmənidir,
Eyləyib Həzrəti-Həvvayə ədavət buğda,
Qoyma anbarda qalsın, onu ixrac eylə,
Nə bilir, nanu-nəmək, rəsmi-məhəbbət buğda!
Ver mənə, ta ki, dəyirmanda onu un tək əzim,
Çox veribdir mənə - biçarəyə xiffət buğda.
Sahiba, buğdanın əhvalın əgər şərh eləsəm,
Olar afqda bir tul hekayət buğda.
Qərəz odur ki, bu il həm dəxi bildirki kimi,
Edəsən Seyyidi - biyarə inayət buğda.
Bir taqarın ədədi qədri həq etsin ömrün,
O qədər Seyyidə olsun dəxi qismət buğda…
Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti
193
(Qəsidəni Mirzə axıra qədər söylədi - S.Q). Şeir tamam
olan kimi hər tərəfdən alqış səsləri qopur. Yenidən bütün
məclis əhli Seyid istedadı qarşısında səcdə edir. Bu alqışlar,
heyran baxışlar qarşısında Seyidin nurlu üzü daha da işıqlanır.
Məclis əhlinin təəccübü yerə-göyə sığmır. Yanıqlı bir səs hamı-
nı öz dünyasından ayırır. Cavan xanəndə Mirzə Məhəmməd
Həsən «Şuri-şahnaz» oxuyurdu. O da öz ecazkar səsi və Seyid
qəzəlləri ilə məclisə rövnəq verirdi:
Nə bu gün bağda yarım, nə meyim var mənim,
Seyri-gülzardə bihudə neyim var mənim?..
...Nəhayət, Mahmud Ağa dillənir:
- Seyid, cəddinə qurban olum, sənin istedadın qarşısında
baş əyirik. Bu şeirinə isə bir tağar nədir, beş, on tağar da buğda
yenə azdır.
Bilirəm ki, imkansızlara əl tutmaq fikrindəsən. Sabah
sənin adına əlli tağar buğda göndərəcəyəm, kimə istəsən, payla-
darsan...
Seyid evə çatanda daha çox sevinirdi. Axı təkcə qonağa
deyil, sabah onlarla kasıba əl tutacaqdı...
Bəli, bu üç böyük insanı - Seyid Əzim Şirvani (1835-
1888), Mahmud Ağa Əhməd Sultan oğlu (1826-1901) və
Mirzə Məhəmməd Həsən Naləni (1851-1917) birləşdirən ən
başlıca cəhətlərdən biri də - xeyirxahlıq, imdada çatmaq
olmuşdur.
***
Mahmud Ağa və S.Ə.Şirvani
Azərbaycanın ən qədim mahallarından biri olan Şamaxı
mədəniyyətimizin tarixində mühüm rol oynamışdır. Yalnız
Azərbaycanda deyil, bütün Şərqdə şöhrət qazanmış Xaqani,
Seyfəddin Qəniyev, Səadət Veysova
194
Fələki, Bahar, Nişat, Nəsimi, Hacı Zeynalabdin Şirvani, Seyid
Əzim, Mahmud Ağa, M.Ə.Sabir, M.Hadi, A.Səhhət, S.M.Qə-
nizadə, H.Nəzərli və bir çox başqa şair, ədib, alim və dövlət xa-
dimi bu torpaqda yetişmişlər.
Geniş dünyagörüşünə malik, bir neçə Şərq və Avropa dil-
lərini bilən, Azərbaycan Demokratik Respublikasının Fransada
səfiri olmuş, 37-ci ilin faciəli qurbanlarından olan görkəmli ya-
zıçımız Yusif Vəzir Çəmənzəminli «Yeni Şirvan» məqaləsində
şirvanlılar və Mahmud Ağa haqqında demişdir: «Azərbaycanda
hasil olan qənaətə görə şirvanlılar çox əhli-kef, şən yaşayışı
sevən olarlar. Mahmud Ağa kimi bütün həyatını oxuyan-çalan
məclislərində keçirmiş bir adamın Şirvanda yetişməsi təsadüfi
deyil».
Tanınmış musiqişünas Firidun Şuşalı «Muğamla yoğrulan
ömür – Mahmud Ağa» gecəsində çıxış edərkən dedi ki, XIX
əsrin ikinci yarısında Şirvan mahalında xanəndəlik sənətinin
inkişaf tapmasında Mahmud Ağanın böyük xidməti olmuşdur.
Mahmud Ağa Şamaxının məşhur mülkədarı və bütün Qafqazda
tanınan musiqi xadimi idi. Mahmud Ağa sənəti, şeiri, musiqini
sevən, əliaçıq, qonaqpərvər bir mesenat kimi şöhrət tapmışdır.
Şamaxının başqa mülkədar və bəylərindən fərqli olaraq
Mahmud Ağa alicənab, səxavətli, yoxsulların qayğısına daha
çox qalan adam idi. Şamaxının abad və gözəl bir şəhər olma-
sında onun müstəsna xidməti olmuşdur. O, şəhərə su kəməri
çəkdirmiş, hətta, «Beytüs-Səfa» adlı ədəbi məclisə maddi yar-
dım göstərmişdir. Fransanın böyük yazıçısı ata Aleksandr Dü-
ma «Qafqaz səfəri» əsərində Mahmud Ağanın qonağı olma-
sından, onun cah-cəlalından, Mahmud Ağa məclisindən, rəqs
dəstəsindən böyük məhəbbətlə söz açır.
Əkrəm Hüseynov,
Şamaxı rayon mədəniyyət şöbəsinin müdiri,
“Yeni Şirvan qəzeti, 13, I, 1990.
Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti
195
Ə.Cəfərzadənin
«Aləmdə səsim var mənim» romanından...
«Bu gün Şirva-
nın, Şamaxının yetiş-
dirdiyi elə bir insanın,
elə bir sənətkarın, sə-
nət hamisinin məc-
lisinə yığışmışıq ki...
Mahmud Ağa... Mah-
mud Ağa təkcə Şama-
xının, Şirvanın, Azər-
baycan deyil, bütün
Yaxın Şərqin Mah-
mud Ağasıdır. O yer-
də ki, musiqi-ədəbi
məclisi var, o yerdə
ki, musiqi var, o yer-
də ki, muğam var... o
yerdə Mahmud Ağa var, Mahmud Ağanın ruhu var. Mahmud
Ağa... Bu böyük şəxsiyyətin həyatı, musiqi, muğam, ədəbi yu-
mor, poeziya - şeyriyyət dolu həyatı, məni elə almışdı ki, mən
onun haqqında roman yazmaq istəyirdim. XIX yüzilliyin
ortalarını əhatə edirdi bu roman. Mahmud Ağanın o böyük ru-
hunun özü xəyalımdan, qəlbimdən, gözlərimin önündən çəkildi
və yerini «cədda» dediyi, «Ağa» adlandırdığı gözəl şairimiz Se-
yid Əzimə verdi və beləliklə də, «Aləmdə səsim var mənim»
romanım meydana gəldi. Onların böyük, ədəbi şöhrətlərindən
xırdaca bir zərrə də mənim payıma düşdü.
Mahmud Ağa musiqi məclisinin gözü, döyünən ürəyi, bö-
yük xanəndə Mirzə Məhəmməd Həsən Fələkzadə idi. Mən qəs-
dən onun soyadını Fələkizadə yox, məhz «Fələkzədə» kimi dilə
gətirdim. Yəni fələyin vurduğu zədə, gözlərini əlindən aldığı
insan. Məlumdur ki, böyük Seyid Əzimin «Ləhni-Davud»a
Prof. Əzizə Cəfərzadə və f.e.d.
S.Qəniyev
Dostları ilə paylaş: |