Microsoft Word QurbanSaid-AliveNino doc



Yüklə 1,17 Mb.
Pdf görüntüsü
səhifə15/63
tarix15.03.2018
ölçüsü1,17 Mb.
#31822
1   ...   11   12   13   14   15   16   17   18   ...   63

enli zolağı qarşımda açılıb uzandı. Mən Qarabağ zadəganlarının evlərinin 
qabağından külək kimi keçdim. Sadə kənd zadəganları mənə təəccüblə 
baxır əl eləyib qışqırırdılar: 
  - Əli xan, sən  artıq döyüşəmi qoşulursan? 
  Aşağıdakı dərəyə nəzər saldım. Orada hamar damı olan bir balaca ev 
bağın ortasında yerləşirdi. Evə baxa-baxa at minməyin bütün qaydalarını 
unutmuşdum. Atı çılğıncasına dik bir uçurumdan aşağı sürdüm. Ev get-
gedə böyük görünürdü. Onun arxasındakı dağlar, səma, şəhər, çar və bütün 
dünya yoxa çıxmağa başladı. Dalanı dönərək bağa girdim. Evdən ətalətli 
bir xidmətçi çıxdı və ölü gözlərini mənə zilləyib dedi: 
  - Zadəgan ailəsi üç saat bundan qabaq evi tərk edib. 
  Qeyri-iradi olaraq əlimdə xəncərin dəstəyindən yapışdım. 
  Nökər yana çəkildi və dedi: 
  - Prinses Nino, cənab Əli xan Şirvanşirə bir məktub göndərib. O, əlini 
pencəyinin iç cibinə saldı. Atdan düşüb dama çıxan pilləkəndə oturdum. 
Səbirsizliklə Ninonun göndərdiyi ətirli məktubunu açıb oxumağa 
başladım. Nino məktubu uşaq kimi iri hərflərlə yazmışdı: “Əzizim Əli 
xan! Müharibə başlayana qədər Bakıya qayıtmalı olduq. Sənə xəbər 
verməyə vaxtım olmadı. Məndən incimə. Əsəbiləşmə. Ağlayıram və səni 
sevirəm. Yay mövsümü hiss edilmədən başa çatdı. Təcili arxamca gəl. 
Səni gözləyirəm və həsrətini çəkirəm. Yol boyunca yalnız səni 
düşünəcəyəm. Atam müharibənin çox yaxın zamanda sona yetəcəyinə və 
bizim tərəfin qələbə çalacağına inanır. Mənim isə bu qarışıqlıq içində 
halım çox pisdir. Səndən xahiş edirəm Şuşa bazarına gedib mənə oradan 
bir xalı alasan. Onu almağa vaxtım olmadı. Xalının üzərində rəngarəng 
kiçik at başının naxışı olsun. Öpürəm səni. Bakıda hava çox isti 
olmalıdır”. 
  Sənin Ninon”. 
  Məktubu qatladım. Əslində hər şey öz qaydasında idi. Yalnız mən 
qaydada deyildim. Mən, Əli xan Şirvanşir, özümə yaraşan bir qaydada 
şəhər bələdiyyə rəisinin yanına gedib onu müharibə münasibətilə təbrik 
etmək yaxud Şuşa məscidlərinin birinə gedib, çar ordusunun zəfəri üçün 
dua edib xeyir – dua almaq əvəzinə, dəliqanlıqla atıma minib dərəyə 
çapdım. 
  Mən dama çıxan nərdivanın bir pilləsində oturub irəliyə baxmağa 
başladım. Mən həqiqətən özümü səfeh kimi apardım. Əlbəttə, hərhansı bir 
ölkədə müharibə getdiyi zaman sevgili birinci növbədə, sevgilisinin 
yanına getməlidir, daha oturub ətir iyi saçan məktublar yazmamalıdır. 
Amma müharibə bizim ölkədə getmirdi, müharibə Rusiyada idi. Bunun 
http://ekitabxana.com sayt
ı
ndan yükl
ə
nilib


mənə və Ninoya çox az dəxli var idi. Buna baxmayaraq içimdə güclü bir 
hirs var idi. Mən təcili evinə qayıdan yaşlı Kipianiyə və müqəddəs Kraliça 
Tamara litseyinə hirslənmişdim. Çünki onlar müharibə zamanı qızlara 
özlərini necə aparmağı öyrədə bilməmişdilər. Hər şeydən əvvəl isə ad-
sanımı unudaraq özümü Ninoya tez çatdırmaq üçün tələsməyimə 
baxmayaraq onun xəbərsiz çıxıb getməsinə qəzəblənmişdim. Məktubu 
təkrarən bir neçə dəfə oxudum. Birdən xəncərimi sıyırdım. Əlimi qaldırıb 
ani bir surətdə onu qabağa atdım. Xəncərin tiyəsi vıyıltılı bir səslə havada 
uçaraq parıldadı və qarşımızdakı ağacın gövdəsinə sancıldı. 
  Nökər ağaca yanaşıb, xəncəri ağacın gövdəsindən çəkib çıxardı. O, başı 
çıxan bir adam kimi xəncərin hər tərəfinə baxıb mənə qaytardı və bir az 
qorxu ilə dedi: 
  - ”Xalis Kübəçi poladıdır, qolunuz da qüvvətli qoldur”. 
  Mən ata minib yavaş-yavaş evə tərəf getdim. Uzaqda şəhərin günbəzləri 
görünürdü. Artıq hirsim soyumuşdu. O ağacın gövdəsinə sancılıb 
qalmışdı. 
  Nino yerdən göyə qədər haqlıydı. O, valideynlərinə hörmət edən bir 
qızdır. Xəcalət çəkdiyim üçün başımı aşağı salıb atımı sürməyə davam 
etdim. Küçələr toz-torpaq içində idi. Günəş də qızarıb Qərbdə batırdı.  
  Birdən bir at kişnəməsi məni diksindirdi. Başımı qaldırdım və heyrətdən 
ağzım açıla qaldı. Bir anlığa Ninonu da, bütün dünyanı da unutdum. 
Balaca başı, məğrur baxışı, arıq gövdəsi və balet rəqqasəsinin ayaqları 
kimi nazik ayaqları olan bir at durmuşdu qarşımda. Günəşin şüaları altında 
atın al qırmızı dərisi parpar sayrışırdı. Atın belində isə sallaq bığı, əyri 
burunlu bir qoca kişi oturmuşdu. Bu, qonşuluqda yaşayan Knyaz Melikov 
idi. Mən gözlərimə inanmamış kimi heyranlıqla ata baxırdım.   
  Mən Şuşaya ilk gəldiyim günlərdə camaat müqəddəs Sarı bəyin qırmızı-
qızılı rəngdə olan məşhur cins ərəb atlarından mənə danışmışdılar. 
  Bu kəhər atdı. Bütün Qarabağda bu atdan ancaq on ikisi vardır. Onları 
sultanın hərəmindəki qadınları qoruyan kimi qoruyurdular. O qırmızı-
qızılı möcüzə indi gözlərimin önündə dururdu. 
  - Yolunuz haradır, knyaz? - deyə soruşdum. 
  - Müharibəyə, oğlum. 
  - Nə gözəl atdır, Knyaz! 
  - Hə, görürəm valeh olmusan! Bu cür kəhər atını görmüş olanlar 
barmaqla sayılacaq qədər azdır. 
  Knyazın gözləri doldu: 
  - Atın yalnız ürəyi üç kilo ağırlığındadır. Onun üzərinə su tökəndə bədəni 
qızıl üzük kimi parlayır. O hələ günəş işığını görməmişdir. Bu gün onu 
http://ekitabxana.com sayt
ı
ndan yükl
ə
nilib


tövləsindən çıxardanda günəşin şüası onun gözlərinə düşdü. Onun gözləri 
qayalar arasından yeni fışqırmış bir bulaq kimi parıldayırdı. Odu kəşf edən 
insanın gözləri də ilk alovu gördüyü zaman hər halda belə parlayıb. Bu 
kəhər Sarı bəyin atının cinsindəndir. Mən onu bu günə qədər heç kimə 
göstərməmişdim. Yalnız çar həzrətləri müharibə elan etdiyi zaman bu 
möcüzəli kəhər ata knyaz Melikov minərdi. 
  O, qürurla mənim ilə sağollaşdı. Qılıncını xəfifcə şıqqıldadıb atını sürdü. 
  Ölkədə doğrudan da müharibə başlamışdı. Evə gəlib çatanda hava 
qaralmışdı. Müharibə çılğınlığı şəhəri şövqə gətirmişdi. Yerli zadəganlar 
sərxoş vəziyyətdə səs-küylə küçələrdə və meydanlarda atlarını çapa-çapa 
havaya güllə atırdılar. 
  - Qan axacaq, qan – deyə qışqırırdılar. - Qan su yerinə, axacaq Ey 
Qarabağ, sənin adın dünyaya yayılacaq, adına şan-şövkət gələcək. 
  Evdə məni bir teleqram gözləyirdi: “Dərhal evə qayıt. Atan”. 
  Qoçuya:  
  - Əşyalarımızı yağışdır, - deyə əmr etdim, sabah yola çıxırıq. 
  Küçəyə çıxaraq şəhərdəki hərc-mərcliyi seyr etdim. Məni nə isə narahat 
edirdi, amma səbəbini bilmirdim.  
  Başımı qaldırıb ulduzlara baxdım və xeyli vaxt düşünüb fikrə getdim. 
   
   
  VIII 
   
  Əli xan, de görüm bizim dostlarımız kimlərdir?” - deyə qoçum məndən 
soruşdu. 
  Biz Şuşanın dolamanc yoxuşlu yolları ilə aşağı enirdik. Sadə kəndli 
balası olan qoçum müharibə və siyasət sahəsinə aid belə qəribə sualları 
biri-birinin ardınca verməkdən yorulmurdu. Ölkəmizdə orta təbəqədən 
olan adamların söhbət etməyə üç mövzusu var idi: din, siyasət və ticarət. 
Müharibə bütün bu sahələri əhatə edirdi. Müharibədən istədiyin zaman, 
istədiyin yerdə və istədiyi qədər danışa bilərdin. Çünki bu mövzunu 
dinləməkdən heç kim yorulmaq bilmirdi. 
  - Qoçum – dedim. Bizim dostlarımız Yaponiya imperatoru, hindistan 
Kralı, İngiltərə kralı, Serbiya kralı, Belçika Kralı və Fransa respublikasının 
prezidentidir. 
  Qoçu bu söhbətdən narazı halda dodaqlarını büzdü: 
  - Fransa respublikasının prezidenti axı sivil bir adamdır. O necə döyüş 
meydanına gedib, müharibə apara bilər? 
  - Bilmirəm, bəlkə öz yerinə generallarından birini göndərəcək. 
http://ekitabxana.com sayt
ı
ndan yükl
ə
nilib


Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə