Microsoft Word QurbanSaid-AliveNino doc



Yüklə 1,17 Mb.
Pdf görüntüsü
səhifə12/63
tarix15.03.2018
ölçüsü1,17 Mb.
#31822
1   ...   8   9   10   11   12   13   14   15   ...   63

  Meşəlikdə kef məclisi düzəldən təkcə biz deyildik. Meşə saysız-hesabsız 
ocaqların işığına qərq olmuşdu. Çünki bütün şuşalılar hər həftə müxtəlif 
bulaqların başına yığılırlar. Kef məclisləri səhər açılana qədər davam 
edirdi. Müsəlmanlarla Xristianlar müqəddəs meşəciyin bütləri xatırladan 
ağaclarının kölgəsi altında şənlənirdilər. 
  Mən, yanımda oturan Ninoya baxdım. O, ağsaçlı Didiani ilə söhbət 
edirdi. Bu da adət və ənənənin bir əlaməti idi: qocalara hörmət, cavanlara 
məhəbbət... 
  Didiani dilləndi: 
  - Siz gərək bir fürsət tapıb, mənim Zuqdidi yay malikanamə gələsiniz. 
Malikanəm Rion çayının qırağındadır. Bir zamanlar bura Medeanın 
kölələrinin qoyun yunları ilə qızıl tozlarını yuduqları yer idi. Əli xan, siz 
də gəlin. Siz Minqreliyanın balta dəyməmiş tropik meşələrini və qədim 
ağaclarını görərsiniz. 
  - Məmnuniyyətlə, möhtərəm Didiani, gələrəm, amma ağacları görmək 
üçün yox, sizə görə gələrəm. 
  - Nəyə görə ağacların əleyhinəsiniz? Mənim üçün ağaclar Kamil həyatın 
təcəssümüdür. 
  Nino söhbətə qarışdı: 
  - Əli xan xəyalətlərdən qorxan uşaqlar kimi ağaclardan qorxur. 
  - Elə deyil canım, - dedim. Ancaq sizin üçün ağaclar nə qədər əzizdirsə
mənim üçün də bir o qədər çöllər əzizdir. Möhtərəm Dadiani, ağacların 
olduğu dünya məni karıxdırır. Bu dünya vahimə, cin və şeytanlarla 
doludur. Üstəlik meşələrin içi qaranlıqdır. Günəşin şüaları ağacların 
kölgəsində yox olur. Meşələrin qaranlıqları məni sıxır, budaqların 
xışıltılarını eşidəndə isə qəlbimə hüzn çökür. Mən, sadə şeylərdən 
xoşlanıram: küləklərdən, qumlardan və daşlardan. Çöl bir qılınc zərbəsi 
kimi sadədir. Meşələr isə Qordiy düyünü (1) kimi dolaşıqdır. Mən 
meşənin içinə girdiyim zaman çaşıb yolumu tam itirirəm, möhtərəm 
Didiani. 
   
  - ---------------------------------- 
  1. Dolaşıq, cəncəlli məsələ. Red. 
--------------------------------------- 
 
  Didiani fikirli-fikirli mənə baxıb dedi: 
  - Sizdə çöl adamının ruhu var. Görünür, insanları bölmək üçün yalnız bir 
doğru üsul vardır: insanları meşə adamlarına və çöl adamlarına bölmək 
lazımdır. Şərqin içkisiz sərxoşluğu çöldən gəlir. Çöllərdə isti küləklərlə 
http://ekitabxana.com sayt
ı
ndan yükl
ə
nilib


qızmar qum insanları sərxoş edir. Orada həyat sadə və problemsizdir. 
Meşələr isə min bir suallarla doludur. Çöl isə kimsədən bir şey istəməz, 
kimsəyə, bir şey verməz və heç bir şey də vədd etməz. Lakin ruhun atəşi 
meşədəki odundan gəlir. Çöl adamının, yəni gözlərimlə görə bildiyim tək 
bir üzü vardır. O, tək bir həqiqət tanıyır, o tək həqiqət də onun qəlbini 
doldurur. Meşə adamının isə min bir sifəti vardır. Təəssübkeşlər çöldən
yaradıcılar isə meşələrdən gəlirlər. Bəlkə də Şərq və Qərb arasındakı əsas 
fərq də elə budur. 
  Adlı-sanlı erməni sülaləsindən olan gömbul Məlik Naçararyan:  
  - Biz ermənilərlə gürcülər elə bu səbəbdən meşələri sevirik – deyə 
söhbətə qarışdı. Domba gözləri və qalın kol kimi qaşları olan bu adam 
filosofluq etməyə və içkiyə artıq dərəcədə meyl göstərirdi. Naçararyan 
qədəhini mənim şərəfimə qaldıraraq bərkdən dedi: 
 
  - Əli xan, dağlardan qartallar, meşələrdən də pələnglər çıxır, bəs 
çöllərdən nə çıxır? 
  - Aslanlar və cəngavərlər! - deyə cavab verdim. Nino razı halda 
çocuqcasına əl çaldı. 
  Şişlərin üzərində nar kimi qızarmış kabablar paylanırdı. Qədəhlər 
dəfələrlə dolub boşalırdı. Gürcü şənliyinin sədası meşəni bürümüşdü. 
Didiani Naçararyanla nəyi isə müzakirə edirdilər. Nino da fürsətdən 
istifadə edib sualedici baxışını mənə zillədi. Mən razılıq işarəsi olaraq 
başımı tərpətdim. Artıq qaranlıq çökmüşdü. Ocaq işığında keflənmiş 
adamlar cinləri, ya da quldurları andırırdılar. Heç kim bizə fikir vermirdi. 
Ayağa durub yavaş-yavaş bulaq tərəfə getdim. Əyilərək ovucumla suyu 
götürüb içdim. Bulaqdan su içmək adama çox xoş gəlirdi. Bir xeyli orada 
dayanıb suyun üstünə düşən ulduzların əksini seyr etdim. Arxamda ayaq 
səsləri eşidildi. Quru bir budaq kiçik bir ayağın altında şaqqıldadı... Əlimi 
uzatdım, Nino əlimi dərhal tutdu. Biz əl-ələ verib meşənin dərinliklərinə 
getdik.  
  Ocağın başından ayrılmamış meşənin dərinliklərinə getmək düzgün bir 
hərəkət deyildi. Nino balaca bir çəmənlikdə oturdu. Sonra məni də özünə 
doğru çəkdi. Həmişə şən və şad olan Qarabağda da ciddi və sərt adətlər 
var idi. Mustafa kişi mənə dəhşət içində danışmışdı ki, on səkkiz il bundan 
qabaq Qarabağda bir ailədə sədaqət pozulmuş və bunun nəticəsində də o 
gündən bəri meyvə ağacları məhsullarını azaltmışlar. 
  Biz biri-birimizə baxırdıq. Ay işığında Ninonun sifəti solğun görünürdü. 
“Prinses” deyə ona müraciət etdim. Nino çəpəki mənə baxdı. Artıq iyirmi 
dörd saat idi ki, o, prinses olmuşdur. Atasının knyaz rütbəsinə layiq 
http://ekitabxana.com sayt
ı
ndan yükl
ə
nilib


olduğunu isbat edib, Peterburqdakı Çara qəbul etdirə bilməsi isə iyirmi 
dörd il çəkmişdi. Bu gün səhər Peterburqdan Ninonun atasına teleqram 
gəlmişdi. Ninonun atası itirdiyi anasını yenidən tapmış bir uşaq kimi 
sevinirdi. O, hamımızı gecə ziyafətinə dəvət etdi. 
  - ”Prinses”, - deyə mən təkrar etdim.  Sonra Ninonun üzünü əllərimin 
arasına aldım. O heç bir müqavimət göstərmirdi. Ola bilsin ki, Kaxetiya 
şərabını çox içmişdi və yaxud da onu sərxoş edən meşə və ay işığı idi. 
Mən onu öpdüm. Onun ovuclarının içləri yumşaq və  ilıq idi. Biz yumşaq 
yosunların üstündə uzanmışdıq. Nino mənim üzümə baxırdı. Onun sifəti 
nazilmiş və ciddiləşmişdi. Ay işığında onun bədəni sarımtıl əqiq daşı kimi 
parıldayırdı. Mən onun ürək döyüntüsünü eşidirdim. Onun dizləri əsirdi, 
gözlərindən yaş gəlirdi. Gözlərindən gələn yaşlarını dodaqlarımla sildim 
və nəm yanaqlarını qurutdum. 
  Nino ayağa qalxdı. Onun susmağı yalnız daxilindəki müəmmalı 
hisslərdən idi. Mənim Ninomun on yeddi yaşı hələ təzəcə tamam olmuşdu. 
O, müqəddəs Kraliça Tamara litseyinə təzəcə gedirdi. Nino dillənib dedi 
ki, “Əlixan mənə elə gəlir ki, səni sevirəm. Hətta indi prinses olduğum 
halda da səni sevirəm”. 
  - Bəlkə prinsesliyin artıq uzun çəkməyəcək - deyə cavab verdim. 
  Nino sözümü başa düşmədi karıxmış halda dedi: 
  - Sə nə demək istəyirsən? Yəni çar atamın prinseslik ünvanını bizdən geri 
mi alacaq? 
  - Sən ərə gedən kimi o ünvanı itirəcəksən. Amma xanlıq ünvanı da çox 
gözəl bir ünvandır.  
  Nino əllərini boynunun ardında çarpazlaşdırdı, başını geri atıb qəhqəhə 
ilə güldü: 
  - Xan, bəlkə elə Xan xanımı? Xan xanımları üçün bir ünvan yoxdur? 
Ümumiyyətlə, sənin qəribə bir evlənmə təklifi irəli sürmək üsulun var, – 
əgər bunu nəzərdə tutursansa... 
  - Mən bunu nəzərdə tuturam. 
  - Nino üzümü tumarladı və onun barmaqları saçlarımın içərisində itdi: 
  - Əyər birdən bəli desəm, onda sən ömrünün sonuna qədər Şuşa 
yaxınlığındakı meşəni xoş xatirə kimi yadda saxlayacaq və ağaclarla sülh 
bağlayacaqsan? 
  - Mənə elə gəlir ki, edərəm hər halda. 
  - Toydan sonrakı səyahətimizi keçirmək üçün Tehrandakı əmingilə 
gedərik, mən də orada xüsusi nəzarət altında olan Şahənşahın 
hərəmxanasını ziyarət edəcəyəm. Oradakı şişman qadınlarla çay içib 
söhbət etməli olacağam. 
http://ekitabxana.com sayt
ı
ndan yükl
ə
nilib


Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə