Microsoft Word QurbanSaid-AliveNino doc



Yüklə 1,17 Mb.
Pdf görüntüsü
səhifə10/63
tarix15.03.2018
ölçüsü1,17 Mb.
#31822
1   ...   6   7   8   9   10   11   12   13   ...   63

  Mənim dediyim sözlər həmin erməniyə bərk toxunmuşdu. O, tənəli 
tərzdə dedi: “Əlbəttə, sən oxumuş, görmüş bir adamsan, sənə sözüm 
yoxdur. Amma icazə ver bu yaşlı kişi sənə bir neçə söz desin: “Bəlkə də 
xristianlıq başqa ölkələrdə iki min il bundan qabaq yaranıb. Lakin Xristos 
işığını biz Qarabağlılara başqalarından üç min il qabaq göstərib. Beş 
dəqiqə sonra həmin adam, gözünü qırpmadan, mənə fransız generalı 
Muratın Şuşa ermənisi olduğunu söyləməyə başladı. Guyə o, Qarabağ 
adının şərəfini fransada yaymaq üçün uşaq yaşlarında Şuşadan Fransaya 
getmişdi. 
  Mən Şuşada yol üstü bir daş körpünün üstündən faytonla keçərkən 
faytonçu körpünü mənə göstərib qürurla dedi ki, “Bax, bu körpünü 
Makedoniyalı İsgəndər  İrana gedərkən tikdirmişdir. O, orada ölməz 
qəhrəmanlıqlar göstərmişdi”. 
  Halbuki körpünün aşağı hissəsindəki daşın üstündə körpünün tikilmə 
ilinin tarixi “1897” il göstərilmişdi. Faytonçunun sözlərinin doğru 
olmadığını ona işarə edib həmin yazını ona göstərdim. O, da özünü o yerə 
qoymayıb cavab verdi: “Eh, ağa, ruslar bizim zəfərlərimizi qısqandıqları 
üçün o tarixi sonradan oraya həkk etmişlər”. 
  Şuşa qəribə bir şəhərdir. Meşələr və çaylarla əhatə olunmuş bu şəhər 
dağların yüksəkliklərində, dəniz səviyyəsindən min beş yüz metr 
hündürlüklə tikilmişdir. Müsəlmanlarla Ermənilər orada barış içində gül 
kimi gün keçirib yaşayırdılar. Çünki Şuşa uzun illərdən bəri qafqaz, İran 
və Türkiyə ölkələri arasında körpü olmuşdur. Dağlarda və çay vadilərində 
çiy kərpicdən tikilmiş balaca komalar ucalırdı. Yerli uşaqlar çox zaman bu 
komaları saray adlandırırdılar. Bu şəhər ətrafındakı komalarda müsəlman 
bəyləri ilə ağaları və erməni məlikləri yaşayırdılar. Bu adamlar evlərinin 
qapılarında saatlarla oturub qəlyanlarını çəkərək bir-birlərinə Rus 
imperatorluğunun məhv olmasının qarşısı dəfələrlə Qarabağ generalları 
tərəfindən alınmasından danışardılar və Qarabağlılar olmasaydı 
imperiyanın başına nələr gələ biləcəyindən durmadan bir-birlərini 
anlatmaqdan yorulmazdılar. 
  Mən və qoçum, dəmir yol stansiyasından at arabası ilə əyri-üyrü dağ 
yollarından keçərək yeddi saatdan sonra Şuşaya çatdıq. Qoçuluq  dağa çox 
quldurluğa meyl göstərən silahlı nökərlərin peşəsi idi. Təpədən dırnağa 
kimi silahlanmış bu adamlar qaradinməz olardılar. Onların hamısının da 
sifətlərində savaşçı cizgiləri vardır. Atam qoçunu mənə qoşmuşdu ki, 
yolda məni yad adamlardan qorusun. Qoçum etibarlı bir adam idi. Elə bil 
bir az da Şirvanşirlər nəslinə qohumluğu da çatırdı. Bu cür qohumlara 
ancaq şərqdə rast gəlmək olardı. 
http://ekitabxana.com sayt
ı
ndan yükl
ə
nilib


  Artıq beş gün idi ki, Şuşada idim. Ninonun gəlməsini gözləyirdim. Bu 
beş gündə yerlilərim mənə dünyanın bütün igidlərinin və şöhrətli 
adamlarının şuşalı olmaqlarından danışırdılar. 
  Mən şəhərin bağçalarını, parklarını gəzir və məscid minarələrini seyr 
edirdim. Şuşa çox mömin şəhər idi. Oradakı məscid və kilsələr altmış 
minlik əhali üçün kifayət idi. Üstəlik şəhər ətrafında saysız-hesabsız pirlər, 
birinci növbədə də şübhəsiz ki, müqəddəs Vəli Saray bəyin iki ağacı 
dururdu. Elə ilk gündən şuşalılar məni bu yerlərə dartıb aparmışdılar. 
Müqəddəs Vəli Saray bəyin qəbri Şuşadan bir saat aralı idi. Hər il bütün 
şəhər əhli oraya ziyarətə gedər və ehsanlar verərdi. Tünd qara rəngli 
paltarlar geymiş dindarlar isə balaca meşədə qorunan müqəddəs Vəli 
Saray bəyin qəbrinə qədər olan yolu diz üstə sürünə-sürünə gedərdilər. Bu 
xeyli narahatçılıq yaratsa da, zəvvarların diqqətini xüsusilə cəlb edirdi. 
Müqəddəs Vəlinin qəbri üstündəki ağaclar böyümüşdülər. Onlara 
toxunmaq ən böyük günah sayılırdı. Kim ağacların bircə yarpağına 
toxunsaydı, elə yerindəcə iflic olardı. Müqəddəs Vəli Saray bəy bax beləcə 
qüdrətli adam idi. 
  Amma bu müqəddəsin indiyədək hansı möcüzəni göstərdiyini mənə heç 
kim izah edə bilmədi. Bunun əvəzində isə camaat onun bir işində təfərrüatı 
ilə mənə danışdılar ki, guya o bir dəfə düşmənləri tərəfindən təqib 
olunarkən onun atı hələ bu gün də şuşanın yerləşdiyi dağın təpəsində 
çapır. Təqib edənlər ona yaxınlaşmamışdan onun atı nəhəng sıçrayışla 
dağların, qayaların və Şuşanın üstündən uçub qeyb olmuşdu. Möminlər bu 
gün belə nəcib heyvanın endiyi qayalarda həkk olunmuş nal izlərini görə 
bilirdilər. Bir atın o dərəcədə sıçramasının mümkün olduğuna şübhə 
etdiyimi bildirəndə onlar incimiş halda and-aman edib dedilər ki, “Ağa, bu 
at Qarabağ atı idi!” Bunu deyib, qarabağ atı barədə mənə bir maraqlı 
əhvalat söylədilər: 
  “Bizim diyarda hər şey gözəldir” - deyə söyləməyə başladılar. Ancaq bu 
diyarın ən gözəl şeylərindən biri də qarabağ atları idi. Qarabağın şöhrətli 
atını almaq üçün İran şahı Ağa Məhəmməd bütün hərəmxanasını bu atın 
əvəzinə verməyə hazır idi. Görəsən mənim dostlarım Ağa Məhəmməd 
şahın axtalanıb xədimağa olduğunu bilmirdilərmi? Bu at deyilənə görə 
“Müqəddəs yaranmış bir at idi”. Bu möcüzəli at cinsini meydana gətirənə 
qədər insanlar yüz illər boyu durmadan əmək sərf etmiş və nəticədə yeni at 
cinsi – Qarabağın məşhur kəhər atı yaranmışdı. Dünyanın ən məşhur cins 
atı Qarabağın qırmızı qızılı rəngli atı idi. 
  Bu qədər tərifdən sonra atlara marağım artdı və xahiş etdim ki, o gözəl 
atların birini mənə göstərsinlər. Dostlarım qayğıkeş baxışlarla məni süzüb 
http://ekitabxana.com sayt
ı
ndan yükl
ə
nilib


dedilər ki, “Sultanın hərəmxanasına girmək – Qarabağ atlarının tövləsinə 
girməkdən asandır. Qarabağda cəmi on iki belə kəhər atı vardır. Bu atların 
sahibləri ancaq müharibə olan zaman onları minirlər”. Bəxtim 
gətirməmişdi. Ona görə də onların o əfsanəvi Qarabağ atları barədə 
söylədikləri ilə kifayətlənməli idim. 
  İndi isə şuşadakı mağarda oturmuş Mustafa kişinin boş uydurmalarına 
qulaq asa-asa Ninonu gözləyirdim. Bu əfsanəvi diyara da artıq alışmışdım. 
  “Ey xan – deyə Mustafa kişi sözə başladı – Sizin əcdadlarınız 
müharibələr aparmışlar, sən isə təhsilli, oxumuş bir adamsan. Elə ona görə 
də gözəl sənətlər haqqında bəhs edilən söhbətlərdən başın çıxır. Farslar 
Sədi, Hafiz, və Firdovsi ilə, ruslar isə Puşkin ilə fəxr edirlər. Uzaq Qərbdə 
də Göte adlı bir şair olub və o, şeytan haqqında şer yazıb”. 
  Onun sözünü kəsərək: “Bəlkə bu şairlər də Qarabağdan çıxıblar?”- 
dedim. 
  - Xeyir, hörmətli qonaq, amma demək lazımdır ki, bizim şairlərimiz 
onlardan daha istedadlıdır. Onlar o qədər qürurlu idilər ki, şerlərini kağıza 
yazmadan əzbər oxuyurdular. 
  - Hansı şairləri nəzərdə tutursan, aşıqlarımı? 
  - Bəli, aşıqları nəzərdə tuturam – deyə Mustafa kişi mötəbər şəkildə 
cavab verdi. Onlar Şuşanın ətrafındakı kəndlərdə yaşayırlar. Sabah 
aşıqların dərviş qəhvəxanasında yarışları var. Gedib onları heyran-heyran 
dinləmək istəyirsənmi? 
  - Razılığımı bildirdim və ertəsi gün əyri-üyrü yollarla yoxuşu qalxıb 
Qafqaz aşıq sənətinin dayaq nöqtəsi sayılan Daş kəndə gəldik. Demək olar 
ki, Qarabağın hər kəndində yerli aşıqlar vardı. Onlar qışda şer yazarlar, 
mahnılar və dərvişlərin rəqs motivlərini bəstələyərlər, baharda isə klublar 
və saraylarda yeni şərqilərini və mahnılarını oxuyardılar. Qarabağda üç 
kənd vardı ki, orada ancaq sırf aşıqlar yaşayırdılar. Şərqin ta qədim 
zamandan şeriyyətə hörmət bəsləməsinin əlaməti olaraq yerli feodallar 
onları vergidən azad etmişdilər. 
  Bu kəndlərdən biri də Daş kənd idi. 
  Bu kənd sakinlərinin adi kəndli olmadıqlarını müəyyən etmək üçün 
onlara bircə dəfə baxmaq kifayət idi. Onların kişiləri uzun saç buraxırlar 
və ipək kaftanlar geyirlər. Qadınları isə qəmgin baxışlarla kişilərinin 
dalınca gedib musiqi alətlərini daşıyardılar. Aşıqları heyran-heyran 
dinləmək üçün Daş kənd Şuşadan gəlmiş dövlətli müsəlmanlar və 
ermənilərlə dolu idi. Tamaşaçı kütləsi kəndin əsas meydançasında 
toplaşmışdı. Meydanın ortasında isə bir-birilə amansız döyüşə hazır olan 
iki igid aşıq dayanmışdı. Onlar burunlarını çəkərək – bir-birlərinə nifrətlə 
http://ekitabxana.com sayt
ı
ndan yükl
ə
nilib


Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə