Microsoft Word QurbanSaid-AliveNino doc



Yüklə 1,17 Mb.
Pdf görüntüsü
səhifə8/63
tarix15.03.2018
ölçüsü1,17 Mb.
#31822
1   ...   4   5   6   7   8   9   10   11   ...   63

qarşılayırdı. O da mənim kimi belindəki kəmərindən zərif xəncər sallanan 
yaraşıqlı çərkəz libasını geyinmişdi. 
  Quzu dərisindən olan papağını isə çıxartmamışdır. Çünki bu gündən 
etibarən hamımız belə geyinmək imtiyazına sahib idik. Sağ əlimi, 
papağıma vurub: “Salamün əleykim, İlyas bəy” deyərək, köhnə milli 
adətlə əllərimizi bir-birimizə uzatdıq: mənim sağ əlim onun sağ əlini sıxdı. 
  “Bu gecə cüzamxana bağlanacaq” - deyə İlyas bəy pıçıldadı. Mən razı 
halda başımı yırğaladım. 
  Cüzamxana, bizim sinfin ixtirası və sirri idi. Hətta illərlə şəhərimizdə 
yaşayan rus müəllimlərinin ölkəmizdən bir tikə belə xəbərləri yox idi. Ona 
görə də biz onları aldadıb Bakının yaxınlığında bir cüzamxana olduğunu 
söyləmişdik. İçimizdən bir dərsdən yayınmaq istəyirdisə, o saat o, sinif 
nümayəndəsinə deyirdi. O, da sinif müəllimimizin yanına gedər və 
dişlərini qıcırda-qıcırda xəbər verirdi ki, cüzamxanadan bir xəstə şəhərə 
qaçıb. Polis onu axtarır. Sonra polisin cüzamxananı aramağa çıxmış 
olduğunu da əlavə edərdi. Şübhə var ki, xəstə həmin o tələbənin yaşadığı 
məhəllədə gizlənir. Sinif müəllimimiz bu xəbəri eşidən kimi rəngi qaçırdı 
və qaçan xəstənin tutulub təkrar cüzamxanaya salınana qədər həmin 
tələbənin dərsdən buraxılmasına icazə verirdi. 
  Bu cür əlavə tətil bir həftə, bəzən də daha çox davam edərdi. Amma heç 
bir müəllimin ağlına belə gəlmirdi ki, sanitariya idarəsinə gedib şəhərin 
yaxınlığında doğrudan da bir cüzamxana olub-olmadığını soruşsun. 
  Mən ağzına kimi adamlarla dolu ziyafət salonuna girdim. Sifətində 
xüsusi bir təntənə və bayram ifadəsi olan gimnaziya müdirimiz Vasiliy 
Qriqoryeviç Xrapko, böyük bir əda ilə salonun küncündə oturmuşdu. 
Müəllimlər onu əhatəyə almışdılar. Ona yaxınlaşdım və dərin bir ehtiramla 
ona baş əydim. Müdirlə bağlı bir danışıq olduğu zaman müsəlman 
tələbələrinin tərcüməçiliyini mən edərdim. Çünki xarici dilləri və ləhcələri 
son dərəcə cəld qavraya bilirdim. Müsəlman tələblərinin çoxu rusca 
danışarkən elə ilk cümlələrində rus əsilli olmadıqlarını aşkar etdiyi halda, 
mən hələ üstəlik bir çox rus ləhcələrinin də bilirdim. 
  Müdirimiz Peterburqdan idi. Ona görə də onunla Peterburq ləhcəsində 
danışmaq lazım idi. Yəni samitləri pıçıltı ilə deyib, saitləri udmaq lazım 
idi. Səssiz danışmaq gözəl səslənmirdi, amma son dərəcə nəcib bir hərəkət 
sayılırdı. Müdirimiz ölkənin uzaq sərhəd boylarınadək inkişaf eləyən 
ruslaşdırma siyasətinin yayılmış olmasından sevinirdi. 
  - Axşamınız xeyir olsun, cənab müdir – deyə utancaq şəkildə ona 
müraciət etdim. 
http://ekitabxana.com sayt
ı
ndan yükl
ə
nilib


  - Axşamınız xeyir, Şirvanşir. İmtahan qorxusundan özünüzə gələ 
bilmisinizmi? 
  - Bəli, cənab müdir. Lakin o qorxu keçdikdən sonra dəhşətli bir əhvalatın 
şahidi oldum. 
  - Nə olub ki? 
  - O cüzəmxana məsələsini deyirəm. 
  - Cüzəmxanaya nə olub axı? 
  - Xəbəriniz yoxdurmu, cənab müdir! Dünən bütün xəstələr xəstəxanada  
qaçıb şəhərə doğru yürüşə keçmişlər. Onlara qarşı Salyan kazarmasından 
iki hərbi hissə göndərmək lazım gəlmişdi. Xəstələr iki kəndi tamam işğal 
etmişlər. Əsgərlər də o kəndləri mühasirəyə almış, xəstələri güllələmiş və 
evlərə od vurub yandırmışdılar. Bu dəhşətli bir əhvalat deyilmi, cənab 
müdir? Cüzamxana deyilən bir yer artıq yoxdur. Çürümüş ətləri 
bədənlərindən tökülən qırtlaqlarında ət parçaları xırıltı ilə sallanan 
iylənmiş xəstələr şəhər darvazasının qapıları arxasında səriliblər. Onların 
üstünə yavaş-yavaş neft tökərək yandırırdılar. 
  Müdirin gözləri kəlləsinə çıxdı. Onun alnında muncuq kimi tər damlaları 
görünməyə başladı. Bəlkə də ürəyində fikirləşirdi ki, hələ nə qədər, gec 
deyil, gedib nazirə desin, onu başqa bir yerə keçirtsinlər. 
  O, boğunuq bir səslə: 
  - ”Bura dəhşətli bir məmləkətdir!” - dedi: Amma, balalarım, məhz burada 
insanlar yüksək dərəcədə intizamın və hakimiyyət orqanlarının cəld 
hərəkət etməsinin nə qədər vacib olduğunu başa düşürlər. 
  Sinfimizin uşaqları müdirin ətrafına toplaşıb onun qayda-qanununun 
faydalı olması barədə nitqini dinlədilər. Cüzamxananın işi bitmişdi. 
Arxamızdan gələn son sinif tələbələri indi gərək özləri yeni bir nömrə 
uyduraydılar. Birdən mən soruşdum: 
  Cənab müdir, xəbəriniz varmı ki, Məmməd Heydərin oğlu məktəbimizin 
ikinci sinfində oxuyur. 
  Nə-əə! 
  Müdirimizin gözləri az qala təpəsinə çıxdı. Məmməd Heydər hər sinifdə 
ən azı üç il qalmışdı. O, on altı yaşında evlənmişdi, lakin buna 
baxmayaraq yenə məktəbə gəlirdi. Məmməd Heydərin oğlunun doqquz 
yaşı tamam olan kimi, o da eyni gimnaziyaya daxil olmuşdu.  Xoşbəxt ata, 
bu həqiqəti hər şeydən əvvəl sirr kimi saxlamağa çalışmışdı. 
  Lakin bir gün böyük tənəffüsdə dolu yanaqlı bir oğlan qaçaraq Məmməd 
Heydərə yaxınlaşdı və günahsız gözlərilə ona baxaraq dedi: “Ata mənə beş 
qəpik ver, şokolad alım. Verməsən riyaziyyat misallarını başqasının 
dəftərindən köçürtdüyünü anama deyəcəyəm”. 
http://ekitabxana.com sayt
ı
ndan yükl
ə
nilib


  Məmməd Heydər xəcalətindən qıpqırmızı olmuşdu. O, oğlunun başını 
yumruqlamış, sonra ata olduğunu və oğlunun da eyni məktəbdə 
oxuduğunu uyğun bir anda müdirə söyləməmizi bizdən xahiş etmişdi. 
  Müdirimiz yenə soruşdu: 
  - Yəni, altıncı sinif şagirdi Məmməd Heydərin ikinci sinifdə oxuyan bir 
oğlu var? 
  Bəli elədir. O sizdən çox üzr istəyir. Məmməd Heydər oğlunun da özü 
kimi bir elm adamı olmasını arzulayır. Qərb biliyinə yiyələnmək həvəsi 
onda getdikcə daha geniş vüsət alır. 
  Müdirimiz qıpqırmızı oldu. O, dinməz-söyləməz dayanıb, ata ilə oğlunun 
eyni zamanda, eyni məktəbdə oxuduqlarının, məktəb qaydalarına zidd 
olub-olmadığı barədə düşündü. Lakin heç bir qərara gələ bilmədi. 
  Zalın yanından balaca bir qapı açıldı. On yaşlarında bir oğlan uşağı qalın 
pərdələri yan tərəfə çəkdi, sonra İrandan gəlmiş qara bədənli dörd kor 
musiqiçilərin əlindən tutub onları salona gətirdi. Kor musiqiçilər əl-ələ 
tutub salonun bir küncündəki xalının üstündə oturdular. Əllərindəki nadir 
musiqi alətləri İranda yüz il bundan əvvəl düzəldilmişdi. 
  Fəryad edən bir musiqi dilə gəldi. Musiqiçilərdən biri salam verən kimi 
qəzəlxan pozası ilə əlini qulağına qoydu. Bu, şərq müğənnilərinin klassik 
hərəkəti idi. Salona bir səssizlik çökdü. Bu dəfə korlardan biri həyəcanla 
dolub daşaraq ud çalmağa başladı. Sonra da qəzəlxan sakit bir səslə, 
oxumağa başladı: 
  “Bir İran xəncəri kimisən, 
  Parlayan yaqut dodaqların 
  Türk Sultanı olaydım, nikah bağlayardım sənə, 
  İncilər hörərdim, qulac-qulac saçlarına 
  Və öpər, öpərdim topuqlarını 
  QIZIL TASDA gətirərdim
  Əllərimlə qəlbimi sənə...” 
  Qəzəlxan susmuşdu. Onun yanında oturan xanəndə səsini qaldırdı və 
böyük nifrətlə bağırdı: 
  “Və hər gecə 
  Bir siçan kimi qaçardın 
  Eyvandan qonşunun evinə” 
  Tamburun qəmli səsi ətrafa yayıldı. Kamança da həzin bir səslə 
mələyirdi. Bu dəfə üçüncü xanəndənin oxumağının səsi yüksəldi: 
  “O ki bir çaqqaldır, onda iman yox, 
  Eyvah, ləkələndim, qara bəxtim ox!..” 
http://ekitabxana.com sayt
ı
ndan yükl
ə
nilib


Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə