Microsoft Word QurbanSaid-AliveNino doc



Yüklə 1,17 Mb.
Pdf görüntüsü
səhifə4/63
tarix15.03.2018
ölçüsü1,17 Mb.
#31822
1   2   3   4   5   6   7   8   9   ...   63

şəkildə oxumağa başladı. Qadının səsindən heç birimizin xoşu gəlmədi. 
Kayzer Vilhelm də bu qadının eybəcər oxumağını görüb, yerindəcə onun 
cəzalandırılmasını əmr etdi. Axırıncı pərdədə səhnəyə çoxlu zənci gəlib, 
səhnənin ortasında böyük bir tonqal qaladılar. 
  Qadının əl-qolunu bağlayaraq onu tonqalın ortasındakı dirəyə sarıdılar. 
O, tonqalın ortasında yavaş-yavaş yanmağa başladı. Sonralar bir nəfər bizə 
tonqalın simvolik olduğunu söylədi. Amma biz buna inanmadıq. Çünki 
qadının çığırtısı Tehranda olduğumuz zaman şahın əmri ilə diri-dirə 
yandırılan kafir qadın “hürriyyət-ül-Ayin”in çığırtısı qədər dəhşətli idi.  
  Əmim bir müddət düşüncə və xatirələrinə qərq olub oturduğu yerdə 
susdu. Sonra dərin nəfəs alaraq söhbətini davam etdirdi: “Bu xristianların 
başa düşə bilmədiyim bir başqa şeyləri də var. Düşməni məğlub etmək 
üçün onların yaxşı silahları, əsgərləri, üstəlik hər şey istehsal etmək üçün 
yaxşı zavodları da vardır. Başqa insanları kütləvi şəkildə ən asan yolla 
məhv etmək üçün hər hansı bir nəfər yeni ixtira edərsə, həmin adam böyük 
məbləğdə pulla, orden və medallarla mükafatlandırılır. Amma, o biri 
tərəfdən də Avropalılar durmadan saysız-hesabsız xəstəxanalar tikirlər. 
Müharibə zamanı düşmən əsgərlərini müalicə edən və ya düşmən əsirlərini 
bəsləyən şəxslər də eyni cür hörmətə layiq görülürlər. Onlara da orden və 
medallar verilir. Möhtəşəm hökmdarın Şahənşah həzrətləri, həmişə 
təəccüblənib deyirdi ki, bir-birinə zidd işlər görən insanların eyni dərəcədə 
mükafatlandırıldıqlarını görəndə çaşıb qalırsan. Bir dəfə Şahənşah 
həzrətləri Vyanada bu mövzu barədə Avstriya imperatoru ilə görüşdü. 
Lakin Avstriya imperatoru lazımı dərəcədə mövzunu açıqlaya bilmədi. 
Bütün bunların əksinə, Avropalılar bizə nifrət edirlər... Onlar deyirlər ki, 
siz dörd arvad saxlayırsınız, halbuki onlar çox zaman dörddən də artıq 
qadınlarla yaşayırlar. Buna baxmayaraq Allahın buyurduğu kimi yaşayıb 
hökmranlıq etdiyimiz üçün onlar bizə nifrət bəsləyirlər. 
  Əmim sükuta qərq oldu. Qaranlıq düşürdü. Əmimin kölgəsi cılız, yaşlı 
bir quşun siluetini andırırdı. O, bir azca dikəlib qocalığa xas olan qayda ilə 
öskürdü, sonra isə hərarətlə danışmağa başladı: 
  - Əslində gerçəyə baxsanız, biz Cənab Allahımızın hər əmrini yerinə 
yetiririk. Avropalılar isə allahlarının əmrini yerinə yetirmədikləri halda, 
onlar hər gün güclənir, daha da qüdrətlənirlər. Bizim gücümüz və şanımız 
isə hər gün bir daha ayaqlar altına düşür. Bu nədən belə olur? Kim mənə 
cavab verə bilər? Kimsə ona cavab verə bilmədi. 
  Bu yaşlı və yorğun kişi ayağa qalxdı və əsə-əsə pilləkənlə enərək otağına 
getdi. Atam da onun ardınca getdi. Xidmətçilər gəlib çay fincanlarını 
yığdılar. 
http://ekitabxana.com sayt
ı
ndan yükl
ə
nilib


  Mən damda tək-tənha qalmışdım, lakin yatmaq fikrində deyildim. 
Qaranlıq şəhəri ovuclarının içinə almışdı. 
  Bakı tək bir şəhər deyildi. Bakı bir qoz qabığının içi kimi, iç-içə keçmiş
iki şəhərdən ibarətdir. Şəhərin qədim qala divarlarının xaricində bayır 
şəhər yerləşir. Oranın geniş küçələri, yüksək binaları, gurultulu və 
gözlərini böyük pul istəyi bürümüş insanları vardı. Çöldən fışqıran, 
bərəkət və zənginlik gətirən neft, yağışdan sonra çoxalan göbələklər kimi 
kənardan camaatı Bakıya axışdırırdı. 
  Bu şəhərdə teatrlar, məktəblər, xəstəxanalar, kitabxanalar, polis nəfərləri, 
daima kürəkləri çılpaq gəzişən gözəl qadınlar vardır. Bayır şəhərdə güllə 
atılsaydı, hamı bilirdi ki, bu atışma pul üstündədir? 
  Avropanın coğrafi sərhədi bayır şəhərdən keçmirdi. 
  Nino da bayır şəhərdə yaşayırdı. 
  İçəri şəhərdəki qala divarlarının içində isə küçələr söyüd ağacının 
yarpağı və şərq qılıncı kimi dar və əyri idilər. Məscidlərin yumşaq 
buludları dələn minarələri Nobel firmasının qurduğu neft qüllələrindən 
tamamilə fərqlənirdi. İçəri şəhərin şərq divarlarından “Qız qalası” ucalırdı. 
Bakı hökmdarı Məmməd Yusif xan bu qalanı qızının şərəfinə tikdirmişdi. 
  Şəhərimizin küçələrində yüz illər boyunca qan sel kimi axmışdı. Bizə 
güc və cəsarət verən də elə bu axıdılmış qandı. 
  Düz evimizin qarşısında knyaz Sisianaşvili darvazası ucalırdı. Bu 
darvaza yanında da bir zamanlar nəcib insanların qanı axmışdı. Tökülən 
qanımızın üzərindən uzun illər keçmişdi. O zaman ölkəmizə Hüseynqulu 
xan hökmranlıq edirdi. Çar ordusunda general olan Gürcü prinsi 
Sisianaşvili bir gün gəlib şəhərimizi mühasirəyə almışdı. Hüseyn qulu xan 
bunun üzərinə Böyük Bəyaz Çara təslim olacağını söyləyərək şəhərin 
qapısını açmış və knyaz Sisianaşvilini içəri dəvət etmişdi. Knyaz sadəcə 
bir neçə atlı zabitin müşayiəti ilə şəhərə girmişdi. Şəhər darvazasının 
arxasındakı meydanda knyazın şərəfinə böyük ziyafət hazırlanmışdı. 
Ətrafda tonqallar yanır, şişlərdə böyük inəklər fırlandırılıb qızardılırdı. 
Ziyafətdə knyaz Sisianaşvili həddindən artıq içmişdi. Ziyafətin sonunda 
knyazın yorğun başı yanındakı Həsən Qulu xanın köksünə düşmüşdü. 
  O zaman ulu babam İbrahim xan Şirvanşir belindəki köhnə xəncərini 
çıxardıb Hüseynqulu xana vermişdi. Hüseynqulu xan da xəncəri almış və 
knyaz Sisianaşvilinin xirtdəyini yavaş-yavaş kəsmişdi. Knyazın 
xirtdəyindən ətrafa və xanın üst paltarına qanlar sıçramışdı. Yalnız o, 
yorulmadan knyazın başı ovucunun içinə düşənə qədər kəsməyə davam 
etmişdi. Sonra kəsik baş içi duzla dolu bir torbaya qoyulmuş, ulu babam 
da torbanı alıb Tehrandakı Şahənşaha göndərmişdi. Lakin çox keçmədən 
http://ekitabxana.com sayt
ı
ndan yükl
ə
nilib


çar bu cinayətin intiqamını almaq qərarına gəlmiş və Bakının üzərinə bir 
ordu yollamışdı. 
  Rus ordusu şəhəri mühasirəyə almışdı. Hüseynqulu xan sarayına çəkilmiş 
və sarayın qapılarını kilitlətmişdi. Gününü ibadətə və yaxınlaşan sabahkı 
günü haqqında düşünməyə həsr edirdi. Çarın əsgərləri nəhayət qala 
divarlarını aşıb şəhərə girdikləri zaman Hüseynquluxan bir yeraltı 
keçiddən qaçaraq dəniz quyusuna çıxmış, oradan da İrana qaçmışdı. Lakin 
sarayından yeraltı keçidinə girmədən əvvəl giriş qapısının üzərinə ağıllı 
bir cümlə yazıb qoymuşdur: “Sabahı düşünən adam heç vaxt igid ola 
bilməz”. 
  Məktəbdən evə qayıdanda bir neçə dəfə yolumu Xan sarayının 
xarabalıqlarından salmışam. Onun nəhəng mavritan sütunlu divanxanası 
bomboş və kimsəsiz idi. Şəhərimizdə Ədalət arayan vətəndaşlar gərək qala 
divarlarının bayırındakı Rus hakiminin yanına gedə idilər. Lakin rus 
hakiminin yanına gedənlərin sayı olduqca az idi. Ona görə yox ki, rus 
hakimləri pis və yaxud ədalətsiz idilər. Əksinə onlar sözə baxan və ədalətli 
insanlar idilər. Lakin idarə etmədə onların yersiz mülayimliyi və ədalətliyi 
bizim xalqın xoşuna gəlmirdi. Məsələn, oğrunu zindana salırdılar. Orada o 
təmiz kamerada qalırdı. Ona çay və hətta yemək verirdilər. Oğruya olan 
münasibət hamını, xüsusilə malı oğurlanan şəxsləri qəzəbləndirirdi. 
  Xalq öz hüququnu özü həyata keçirdirdi. Günortadan sonra şikayətçilər 
məscidə gəlib, orada bardaş qurub oturmuş yaşlı, müdrik kişilərə 
dərdlərini söyləyərdilər. Onlar şəriət və Allahın qanunlarına əsasən hökm 
edərdilər. “Göz əvəzinə göz, diş əvəzinə diş” şəriətin daimi hökmü idi. 
Bəzən qaranlıq gecələrdə kölgələr görünürdü. Bir xəncər yüksəlir, şimşək 
kimi çaxır, balaca bir qışqırtı duyulurdu. Haqq beləcə yerini tuturdu. Qan 
davaları da bir evdən uzaqlaşıb o birisinə keçərdi. Bəzən də gecənin 
qaranlıq vaxtlarında arxa küçələrdən bir çuval daşınardı. Onun içindən 
boğuq bir inilti səsi gələrdi. Sonra çuval dənizə atılırdı. Dənizdə balaca bir 
şappıltı eşidilirdi və çuval suların altında qeyb olurdu. Ertəsi gün üstü başı 
cırılmış, kimsə bir nəfər otağında oturub hönkür-hönkür ağlayırdı. O, 
tanrının qanununu yerinə yetirmişdir. Qanun isə deyirdi ki, zina edən 
qadın öldürülməlidir. 
  Şəhərimiz saysız-hesabsız sirlər şəhəridir. Onun künc-bucaqları qəribə 
möcüzələrlə doludur. Mən bu möcüzələri, bu künc-bucaqları, xəfif gecə 
pıçıltılarını və məscidin günortadan sonrakı durğunluq vaxtlarını çox 
sevirəm. Allah mənə şiə təriqətinə, İmam Cəfərin təriqətinə mənsub bir 
insan kimi burada dünyaya gəlməyimə imkan vermişdir. Əgər o mənə 
mərhəmət göstərirsə, qoy imkan versin ki, elə burada, eyni küçədə, 
http://ekitabxana.com sayt
ı
ndan yükl
ə
nilib


Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə