Microsoft Word QurbanSaid-AliveNino doc



Yüklə 1,17 Mb.
Pdf görüntüsü
səhifə3/63
tarix15.03.2018
ölçüsü1,17 Mb.
#31822
1   2   3   4   5   6   7   8   9   ...   63

yaranmışlar da daimi nəzarətdə olmalıdırlar ki, özlərinin və 
ətraflarındakıların başlarına bəla gətirməsinlər. Məncə, bu çox ağıllı 
qaydadır. 
  Kiçik gəmi körpüyə yan aldı. Sinələri tüklü, dənizçilər gəmidən körpüyə 
nərdivan endirdilər. Gəmidəki sərnişinlər: ruslar, ermənilər, yəhudilər 
torpağa ayaq basmağa elə tələsirdilər ki, elə bil hər dəqiqə onlar üçün 
qiymətli idi. Əmim gəmidən hələ çıxmırdı. O, həmişə deyərdi ki, “tələsik 
iş şeytan işidir”. Ancaq gəmidəki bütün sərnişinlər gəmini tərk edəndən 
sonra “imperatorluq şiri”nin yaraşıqlı gövdəsi göyərtədə göründü. Onun 
əynində ipək yaxalı bir libas, başında qara rəngli balaca bir xəz papaq
ayaqlarında isə yüngül başmaqlar var idi. Onun sıx-tüklü saqqalı ilə 
dırnaqları xınalı idi. Bu adət min il əvvəl İman Hüseynin haqq dini 
uğrunda tökmüş olduğu qanın xatirəsini anmaq əlaməti idi. Əmimin 
yorğun balaca gözləri vardı, yavaş-yavaş hərəkət eləyirdi. Onun ardınca 
həyəcanları açıqca duyulan, təpədən dırnağa qədər qara çarşablara 
bürünmüş, əmimin arvadları gəlirdilər. Onların dalınca da xədimağalar 
gəlirdilər. Xədimağalardan biri ağıllı simaya malik idi. ikincisinin sifəti 
qurumuş bir kərtənkələni andırırdı, üçüncüsü isə balacaboy, amma öz 
ağasının namusu və şərəfinin qarovulçusu olmaqdan qürurlanan bir adam 
idi. 
  Əmim yavaş-yavaş nərdivandan endi. Mən onu qucaqladım və ehtiramla 
onun sol çiynini öpdüm – əslində xalq arasında belə bir şeyə ehtiyac yox 
idi. Arvadlarına da heç gözucu da baxmadım. Biz faytona mindik. 
Əmimin arvadları ilə xədimağaları qapalı faytonlarla bizim arxamızca 
gəlirdilər. Dəstəmizin möhtəşəm görünməsi üçün Bakı əhli əmimin 
zənginlik və əzəmətinə heyran qalsın deyə faytona sahil yolundan sürməsi 
üçün faytonçuya əmr verdim. 
  Nino da bulvarda dayanıb, gülər gözləri ilə mənə baxırdı. Əmim isə 
alicənablıqla saqqalını sığallayaraq şəhərdə təzə nə xəbər olduğunu 
soruşdu. Mən ona yeni bir xəbər olmadığını dedim. Çünki vəzifəmin 
söhbətə xırda lazımsız xəbərlərlə başlamaq və gerçəkdən lazımlı olan 
xəbərlərə daha sonra keçməli olduğunu bilirdim. “Dadaş bəy keçən həftə 
Axundzadəni bıçaqlayaraq öldürdü. Axundzadə səkkiz il əvvəl Dadaş 
bəyin arvadını qaçırdığı üçün təhlükənin hələ sovuşmadığını bilə-bilə 
şəhərə qayıtmışdı. Axundzadə, şəhərə qayıdan gün bıçaqlandı. İndi polis 
Dadaş bəyi axtarır. Amma onu polis tapa bilməyəcək. Baxmayaraq ki, 
hamı Dadaş bəyin Mərdəkanda olduğunu bilirdi. 
  Çünki ağlı başında olan kişilər Dadaş bəyin çox düz hərəkət etmiş 
olduğunu söyləyirlər. 
http://ekitabxana.com sayt
ı
ndan yükl
ə
nilib


  Əmim sözlərimi başı ilə təsdiqləyib dedi: 
  - Bəli, Dadaş bəy düz etmişdir. 
  Daha nə yeni xəbərlər vardır? Bəli, ruslar Bibiheybətdə yeni neft 
yataqları tapmışlar. Dənizin bir qismini təmizləyib neft axtarışına 
başlamaq üçün Nobel firması böyük birp alman maşını gətirtmişdilər. 
Əmim heyrət içində idi: “Allah, Allah!” deyərək üzgün bir tərzdə 
dodaqlarını tərpətdi. 
  - Evimizdə isə hər şey öz qaydasındadır. Allah izn versə bir həftəyə 
qədər gimnaziyanı bitirəcəyəm” - dedim. 
  Danışmağa davam etdim, yaşlı əmim də məni diqqətlə dinlədi. Nəhayət 
faytonumuz evimizə yaxınlaşanda mən gözlərimi yan tərəfə zilləyib 
sözarası dedim: 
  “Rusiyadan Bakıya adlı-sanlı bir həkim gəlib. Deyirlər ki, o, çox zəngin 
biliyə malikdir. Adamın üzünə baxan kimi onun keçmişini və hal 
hazırdakı vəziyyətini xəbər verir. 
  Darıxdığı üçün əmimin gözləri yarı qapalı idi. Tamamilə laqeyd tərzdə 
əmim o müdrik həkimin adını soruşdu. Mənim söylədiklərimdən əmimin 
məndən çox məmnun qalmış olduğunu anladım. Çünki bütün bunlar bizdə 
əxlaqın və alicənab tərbiyənin əlamətləri sayılırdı. 
   
  II 
   
  Düm-düz dama yumşaq, rəngarəng və üzərilərində cürbəcür naxışlar olan 
Qarabağ xalıları sərilmişdi. Axşam üstü xalıların üstündə atam, əmim və 
mən bardaş qurub oturduq. Bizim arxamızda əllərində fənər tutmuş 
xidmətçilər dayanmışdılar. Qabağımızdakı xalının üzərinə sərilmiş süfrə 
isə hər cür şərq yeməkləri ilə dolu idi: Ballı-badamlı çörəklər, 
şəkərləndirilmiş meyvələr, kabab, bişmiş toyuq və kişmişli plov. Əvvəllər 
də olduğu kimi atamla əmimin incəliklərinə heyran idim. Onlar sol əllərini 
tərpətmədən sağ əlləri ilə lavaşdan kəsib içinə ət doldurub, dürmək 
düzəldərək ağızlarına qoyurdular. Əmim çox incəliklə sağ əlinin üç 
barmağını buğlanan yağlı plovun içinə saldı, və bir az plov götürdü. Onları 
küftə kimi yumurlayıb, bir düyünü belə yerə salmadan ağzına qoydu. 
  Çəngəl, bıçaqla yemək vərdişlərində ruslar bilmirəm nədən bu qədər 
öyünürlər. Hətta ən axmaq adam belə, bir ay ərzində bu cür yemək tərzini 
öyrənə bilər. Şəxsən mən çəngəl, bıçaqla çox rahat yemək yeməyi bilirəm 
və avropalıların ziyafət süfrəsində necə hərəkət etməyi də yaxşı 
öyrənmişəm. Lakin, on səkkiz yaşım olmasına baxmayaraq, mən atam və 
yaxud əmim kimi tam alicənablıqla yemək yeyə bilmirəm. Onlar yalnız 
http://ekitabxana.com sayt
ı
ndan yükl
ə
nilib


sağ əlin üç barmağı ilə saysız-hesabsız şərq yeməklərini elə yeyib 
qurtarırdılar ki, hətta əllərinin üstü belə tər-təmiz qalırdı. Nino bizim 
yemək üslubumuza barbar üslubu kimi baxırdı. Kipiani ailəsinin evində 
daima masa arxasında oturub avropasayağı yemək yeyirdilər. Bizim evdə 
isə ancaq rus qonaqlarımız olduğu zaman yemək bu cür yeyilərdi. Nino, 
mənim xalça üstündə oturub əllərimlə yemək yediyimi görəndə dəhşətə 
gəlirdi. Amma Nino öz atasının ancaq iyirmi yaşına çatdıqdan sonra ilk 
dəfə çəngəl, bıçaq işlətməyə başladığını unudurdu. 
  Yemək sona çatdı. Biz əllərimizi yuduq, əmim qısa bir dua oxudu. Sonra 
yeməkləri süfrənin üstündən yığışdırdılar. Kiçik fincanlar içində tünd çay 
gətirildi. Yaxşı bir yeməkdən sonra əmim qoca adamlar kimi havadan, 
sudan və boş-boş şeylərdən danışmağa başladı. Atam heç danışmırdı, mən 
də susub oturmuşdum. Çünki adət belə tələb edirdi. Yalnız əmim söhbət 
edirdi və hər dəfə Bakıya gələndə etdiyi kimi sarayında çox mühüm
amma mənim üçün hələ də tam aydın olmayan bir rol oynadığı böyük 
Nəsrəddin şahın zəmanəsindən bəhs edirdi. Əmim sözünə davam edib 
dedi: 
  - ”Tam otuz il Şahən-şahın göz bəbəyi idim. Əlahəzrət üç dəfə Avropa 
səyahətinə çıxarkən məni də özü ilə aparmışdı. Bu səyahətlər zamanı mən, 
kafirlərin dünyası ilə hamıdan yaxşı tanış oldum. Biz kralların, kayzerlərin 
saraylarını və zamanın ən tanınmış xristianlarını ziyarət etdik. Qərblilərin 
dünyası qəribə bir dünyadır. Hamısından qəribəsi qadınlarına olan 
münasibət idi. Qadınlar, hətta kralların, kanslerlərin arvadları belə 
saraylarda çıl-çılpaq gəzirdilər. Onlara kimsə bir söz demirdi. Bəlkə 
xristianlar əsl mənada kişi deyillər, bəlkə də bunun daha bir başqa səbəbi 
vardır. Allah bilir səbəb nədir? 
  Əhəmiyyətsiz şeylər bu kafirləri qəzəbləndirirdi. Bir dəfə Şahənşah 
həzrətləri çarın sarayındakı bir ziyafətə dəvət edilmişdi. Çariça da onun 
yanında əyləşmişdi. Şahənşahın boşqabında yaxşı bir toyuq  budu vardı. 
Əlahəzrət o gözəl, yağlı toyuq budunu üç barmağı ilə çox zərif bir şəkildə 
tutaraq qaldırdı və çariçanın boşqabına qoydu: Çariçanın rəngi birdən-birə 
dəyişdi və qorxudan öskürməyə başladı. Sonradan Şahənşahın göstərdiyi 
bu nəzakət çar sarayındakı bir çox prinsi və böyük rütbəyə malik olan 
şəxsləri çaşdırdı. O gecəki ziyafətdən sonra fransız səfiri, çarın arvadını 
qolları arasına alıb eybəcər müsiqi müşayiəti ilə böyük ziyafət salonunda 
rəqs edirdi. Çarın özü və onun bir çox mühafizə zabitləri bu səhnəyə 
tamaşa edirdilər. Lakin onların heç biri çarın namusunu, şərəfini qorumağa 
qalxmadı... Berlində isə daha bir qəribə şeyin şahidi olduq. Bizi “Afrikalı 
qadın” operasına dəvət etdilər. Səhnəyə bir kök qadın çıxıb, eybəcər 
http://ekitabxana.com sayt
ı
ndan yükl
ə
nilib


Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə