Microsoft Word QurbanSaid-AliveNino doc



Yüklə 1,17 Mb.
Pdf görüntüsü
səhifə5/63
tarix15.03.2018
ölçüsü1,17 Mb.
#31822
1   2   3   4   5   6   7   8   9   ...   63

doğulduğum evdə ölüm. Mənə və gürcü xristianı olan, çəngəl-bıçaqla 
yemək yeyən, gülər gözləri olan, incə və ətirli ipək corablar geyən Ninoya 
da qoy bu imkanı versin!  
   
   
  III 
   
  Gimnaziya məzunlarının buraxılış gecəsində ballarda geyinilən xüsusi 
uniformaların yaxaları zərlə işlənmişdi. Gümüşü toqqalar və gümüşü 
düymələr par-par parıldayırdı. Biz başı açıq və səssiz gimnaziyanın böyük 
zalında durmuşduq. İmtahanın təntənəli anı başlamışdı. Tələbələrin hamısı 
rus pravoslav kilsəsinin tanrısından yardım diləyirdi, – baxmayaraq ki, 
imtahan verən qırx tələbədən yalnız ikisi dövlət kilsəsinə mənsub idi. 
  Kilsənin zərli mərasim libasını geymiş, uzun saqqalı və ətirli uzun saçları 
olan, əlində iri qızılı xaç tutan keşiş duaya başladı. Buxurun (1) iyi salonu 
bürüdü. Müəllimlərlə dövlət kilsəsinə mənsub olan iki tələbə bir-birlərini 
izləyərək diz çökdülər. Pravoslav kilsəsinin zərif musiqisi ilə söylənən 
kəlmələr qulaqlarımızda sönük səslənirdi. Pərvərdigara bu səkkiz ildə biz, 
laqeydcəsinə və canımız sıxıla-sıxıla bu sözlərə neçə dəfə qulaq asmışıq. 
Dünyanın ən mömin, ən qüdrətli, ən sadiq xristian hökmdarı olan çar 
ikinci Nikolay Aleksandroviçin sitayişlərilə birlikdə dənizdə və quruda 
səyahət edənlərə, bilicilərə və iztirab çəkənlərə, din çar və Vətən yolunda, 
döyüş meydanında şərəfli canını qurban verən bütün döyüşçülərə və bütün 
pravoslav xristianlara tanrı xeyir-dua versin...” 
  Ürəyim sıxıldığı üçün gözlərimi divara zilləmişdim. Divarda ikibaşlı 
qartallı gerbin altında Bizans ikonasına bənzər böyük qızılı çərçivədə çar 
həzrətlərinin portreti asılmışdı. Çarın sifəti uzunsov, saçları sarışın idi və 
o, açıq mavi gözləri ilə dik irəli baxırdı. Onun döşündəki medal və 
ordenlərinin sayı-hesabı yox idi. Səkkiz il ərzində onun medal və 
ordenlərini neçə dəfə saymağa çalışmışam, lakin hər dəfə də medal və 
orden çoxluğu nəticəsində onların sayını çaşdırmışam. 
  Əvvəllər çarın portretinin yanında çariçanın da portreti divardan asılırdı. 
Amma sonralar çariçanın portreti divardan çıxarılmışdı. Çünki ölkənin 
bəzi müsəlmanları çariçanın portretində onun yaxası xeyli açıq olmasından 
narazı qalıb uşaqlarını məktəbə buraxmaqdan imtina etmişdilər. 
   
  - ------------------------------------------ 
  1. Buxur – dini ayinlər zamanı yandırılan ətirli qatran. 
  -------------------------------------------- 
http://ekitabxana.com sayt
ı
ndan yükl
ə
nilib


 
  Keşiş duaya başlayınca hamımız ciddi görkəm almışdıq. Axı bu gün, çox 
həyəcanlı bir gün idi. Bu həyəcanlı gündə mən də özümü qeyri-adi şəkildə 
aparırdım. O böyük günü ləyaqətlə başa vurmaq naminə mən də səhər 
tezdən hazırlıq işləri görməyə başlamışdım. Sübh açılan kimi özümə söz 
vermişdim ki, evdə hamı ilə nəzakətli davranacağam. Lakin evdəkilər 
yatdıqları üçün bu mümkün olmadı. Sonra da məktəbə gedərkən 
imtahandan arxayın olmaq üçün yolda qabağımdan keçən hər bir dilənçiyə 
sadağa verirdim. O qədər həyəcanlı idim ki, dilənçilərin birinə beş qəpik 
əvəzinə bütöv bir manatlıq verdim. Dilənçi ağız dolusu mənə təşəkkür 
edəndə, ona qürurla dedim: “Mənə təşəkkür etmə, Allaha şükür elə ki, o 
məni belə comərdliyə sövq elədi”. 
  Bu qədər dindarın duasından sonra hər halda imtahandan kəsilmək qeyri 
mümkün idi. 
  Dua sona yetdi. Biz növbəyə duraraq imtahan komissiyasının masasına 
yaxınlaşdıq. Uzun masanın arxasında yan-yana oturmuş imtahan 
komissiyasının üzvləri qap-qara saqqallı, sərt baxışlı və qızıl rəngli ziyafət 
uniforması geymiş müəllimlərdən ibarət idi. Bütün bu mərasim həyəcan 
doğururdu, baxmayaraq ki, ruslar imtahanda müsəlmanları çox nadir 
hallarda kəsərdilər. çünki biz müsəlmanların çoxlu dostu var idi: 
dostlarımız da əli xəncərli və tapançalı aslan kimi güclü gənclər idilər. 
Müəllimlər də bunu çox yaxşı bilirdilər. Tələbələr müəllimlərdən 
qorxduqları qədər, onlar da tələbələrindən qorxurdular. Müəllimlərin çoxu, 
Bakıya təyinat almaqlarını Allahın bir cəzası hesab edirdilər. Çünki, 
müəllimlərə qaranlıq küçələrdə hücum edilməsi və onların sıxışdırılıb 
döyülmələri adi bir hal idi. Nəticədə isə döyənlər naməlum qalırdılar. Belə 
hadisələrdən sonra da müəllimlər təyinatla başqa yerlərə göndərilirdilər. 
  Bu səbəbdən də tələbə Əli xan Şirvanşir imtahanda riyaziyyat dərslərinin 
cavablarını açıq-aydın parta yoldaşı Metalnikovun dəftərindən köçürürdü. 
İmtahanda iştirak edən komissiya üzvləri başlarını o biri tərəfə çevirərək 
özlərini görməməzliyə vururdular. Yalnız bir dəfə mən riyaziyyat 
dərslərinin cavablarını köçürərkən müəllim mənə yaxınlaşıb pıçıltı ilə 
dedi: “Bu qədər göz görə-görə köçürtmə olar? Şirvanşir. Axı burada biz 
tək deyilik!”. 
  Beləcə yazılı riyaziyyat imtahanını verdim. İmtahandan çıxdıqdan sonra 
sevinə-sevinə Nikolay küçəsindən yavaş-yavaş aşağı endim. 
  Ertəsi gün ruscadan yazılı imtahan olmalı idi. Həmişə olduğu kimi 
sualların mövzusu möhürlü bir paket içində Tiflisdən gəlirdi. Həmin gün 
imtahan salonunda gimnaziyanın müdiri paketin möhürünü qoparıb 
http://ekitabxana.com sayt
ı
ndan yükl
ə
nilib


təntənəli surətdə imtahanın mövzusunu elan etdi: “Türgenevin əsərlərində 
ideal rus qadın ruhunu təcəssüm etdirən qadın obrazları”. 
  Bu asan mövzu idi. Necə istəsəydim elə də yaza bilərdim. Amma gərək 
rus qadınlarını tərifləyəydim, bununla da oyunu udmuş olurdum. 
Fizikadan yazılı imtahan daha ağır idi. Amma fizikadan biliyimin yetərsiz 
olduğundan köçürtmə kimi sınaqdan çıxmış “Sənət” köməyimə çatdı. 
Fizika baryerini də aşdım. Bundan sonra imtahan komissiyası tələbələrə 
bir günlük istirahət verdi. 
  
Sonra isə şifahi imtahanların növbəsi gəldi. Burada köçürtmə artıq 
kömək etməzdi. Şifahi imtahanda tələbə suallara öz başına cavab 
verməlidir. İmtahandan keçə bilmək üçün asan suallara, çox söyləməklə 
cavablar verməkdən başqa çarə yox idi. 
  Birinci şifahi imtahan din dərsindən idi. Din dərsi müəllimimiz 
gimnaziya Mollası bütün ili arxa planda qalırdı. Lakin bu gün o masanın 
arxasında oturmuşdu. Onun əynində ipək kimi titrəyən geniş cübbəsi və 
peyğəmbərin varisi olduğunu göstərən yaşıl qurşağı var idi. Mollanın 
tələbələrə qarşı ürəyi çox yumşaq idi. O, məndən ancaq gəlməyi-şəhadəti 
soruşdu və mən cəsarətlə bir şiə kimi: la ilahə illəllah Məhəmmədən 
Rəsulullah Əliyyələnvəliyullah. (1) - deyəndən sonra, din müəllimimiz 
mənə ən yüksək qiymət verib buraxdı. 
  Kəlməyi-şəhadətdəki bu son sözlər ən vacib sözlər idi, çünki şiələri sünni 
məzhəb mənsublarından ayıran da bu sözlər idi. Molla bizə söyləyirdi ki, 
əgər sünni qardaşlar doğru yoldan ayrılmış olsalar da, yenə cənab-i 
Allahın sünnilərə qarşı mərhəmətini onların üzərindən çəkməmişdir. 
Mollamız çox geniş fikirli adam idi. 
  Tarix müəllimimiz isə son dərəcə dar düşüncəli bir adam idi. Mən 
imtahan biletini götürdüm. Biletdəki, sualı oxudum, kefim pozuldu. Sual 
isə belə idi: “Mədətovun Gəncədə qələbəsi”. Bu  
  - ---------------- 
  1. “Allahdan başqa Rəb yoxdur, Məhəmməd onun Peyğəmbəridir, Əli də 
Allahın canişinidir”. 
  sual mənə düşmüş olduğu üçün müəllimin keyfi pozulmuşdu. Gəncə 
yaxınlığındakı döyüşdə ruslar, Bakıda knyaz Sisianişvilinin başını kəsən 
Hüseynqulu xana kömək eyləmiş olan babam görkəmli cəngavər İbrahim 
xan Şirvanşirə hücum edərək onu xaincəsinə öldürmüşlərdi. 
  - Şirvanşir, siz hüququnuzdan istifadə edib, istəsəniz imtahan biletini 
dəyişə bilərsiniz” - deyə tarix məllimi dilləndi. 
  Müəllimin sözləri yumşaq səslənirdi. Mən üzərlərinə tarixə aid suallar 
yazılıb bükülmüş kiçicik imtahan biletləri ilə dolu olan kasaya şübhə ilə 
http://ekitabxana.com sayt
ı
ndan yükl
ə
nilib


Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə