Microsoft Word QurbanSaid-AliveNino doc



Yüklə 1,17 Mb.
Pdf görüntüsü
səhifə63/63
tarix15.03.2018
ölçüsü1,17 Mb.
#31822
1   ...   55   56   57   58   59   60   61   62   63

Minarələrdən azan səsi gəlirdi: Namaza gedin! Namaza gedin! İbadət 
yatmaqdan xeyirlidir! 
  Mən yatmırdım, gözlərimi yumub xalçanın üstündə uzanmışdım. Sərhəd 
stansiyası olan Yalamanın qarşısında təhdid edən otuz min rus əsgəri 
gözlərimin qabağından çəkilmirdi. 
  -  Nino, - dedim. - Hava çox istidir. “Oyuncağımız” da bu cür istiyə 
vərdiş etməyib. Sən də ki, ağacları, kölgəli yerləri və şırıltı ilə axan suları 
sevirsən. Yay vaxtı Gürcüstana, valideynlərinin yanına getmək 
istəməzdinmi? 
  -  Yox, - deyə Nino ciddi cavab verdi. 
  Mən ona başqa bir söz demədim. Lakin Nino fikirli-fikirli qaşqabağını 
tökdü. 
  -  Biz birlikdə çıxıb getməliyik, Əli xan. Şəhər çox istidir. Axı sənin 
Gəncədəki malikanən bağ-baxçalarla əhatə olunmuşdur. Gəl gedək oraya. 
Ora sənin yurdundur, “oyuncağımız” da kölgədə yatıb yuxulaya bilər. 
  Mən buna etiraz edə bilməzdim. Ertəsi gün qatarla yola düşdük. 
Vaqonumuz Azərbaycanın yeni dövlət gerbi ilə bəzənmişdi. 
  Gəncə dəmir yolu stansiyasından uzun, geniş və tozlu bir yol bizi şəhərə 
aparırdı. Kilsə və məscidlər yastı evlərlə əhatədə idi. Şəhərin müsəlman və 
erməni məhəllələrini biri-birindən suyu çəkilmiş bir çay ayırırdı. Mən 
Ninoya yüz il bundan qabaq əcdadım İbrahim xanın rus gülləsi ilə 
vurulub, can vermiş olduğu daşı göstərdim. 
  Malikanəmizin bayırındakı gölməçədə tənbəl camışlar uzanmışdılar. 
Suyun içində yalnız onların başı görünürdü. Havada süd qoxusu vardı, 
üzüm salxımlarının gilələri isə inək gözləri boyda idi. Kəndlilər başlarının 
ortasını ülgüclə qırxdırmışdılar. Onların başlarının sağ və sol 
tərəflərindəki uzun saçları qabağa daranmışdı. 
  Ağacların əhatəsində isə taxta eyvanlı balaca bir ev vardı. 
“Oyuncağımız” atları, itləri və toyuqları görəndə gülümsədi. 
  Biz evi səliqəyə salıb, burada yerləşdik. Mən bir neçə həftəlik nazirliyi, 
müqavilələri və sərhəd stansiyası olan Yalamanı yaddan çıxartdım. 
  Biz çəmənlikdə uzanıb yatırdıq. Nino da çəmənin acı saplaqlarını 
çeynəyib atırdı. Onun günəşdən qaralmış sifəti Gəncə səması kimi aydın 
və sakitlik içindəydi. Onun iyirmi yaşı var idi. Ona şərqli zövqü ilə 
baxılsaydı, çox incə quruluşlu idi. 
  -  Əli xan, bu “oyuncaq” mənimdir. Gələn dəfə oğlan olacaq, onu sən 
götürərsən, təpə-təpə gəzdirərsən. Sonra “oyuncağın” gələcəyi üçün ən 
incəliklərinə qədər planlar cızmağa başladı. Planda tennis, Oksford, 
fransız və ingilis dilləri... daha nələr yoxdu. Tam Avropa nümunəsi... 
http://ekitabxana.com sayt
ı
ndan yükl
ə
nilib


  Mən heç bir şey demədim. Çünki “oyuncağımız” lap balaca idi və 
Yalamada otuz min rus əsgəri dayanmışdı. Biz çəmənlikdə böyük 
ağacların kölgəsində xalça sərib yemək yeyərdik. Nino, camışların 
uzandıqları gölməçələrdən bir az aralıdakı çayda çimirdi. Başlarında 
balaca yumru papaqları olan kəndlilər bizə gəlir, xanlarına baş əyir və 
səbətlərdə şaftalı, alma, üzüm gətirirdilər. Biz heç bir qəzet oxumurduq, 
məktub da almırdıq. Dünya bizim üçün malikanəmizin sərhədində 
qurtarırdı. Bura az qala Dağıstan qədər gözəl idi. 
  İsti yay günlərinin birində biz otağımızda oturmuşduq, birdən birə 
uzaqdan dördnalla gələn bir atın nallarının səsini eşitdik. O dəqiqə eyvana 
çıxdım. Qara çərkəz libası geymiş arıq bir adam atdan yerə hoppandı. 
“İlyas bəy” deyə çığırdım və onu qarşılamaq üçün əlimi uzatdım. O, 
salamımı almadı. O, neft lampasının işığında dayanmışdı, sifəti ağarmış, 
yanaqları da çuxura düşmüşdü. 
  O təlaş içində “Ruslar Bakıya girdilər” dedi. Mən başımı tərpətdim, elə 
bil bu əhvalat mənə çoxdan bəlli idi. Nino arxamda dayanmışdı. O, 
yavaşca soruşdu: 
  -  İlyas bəy, de görək, bu necə oldu? 
  Gecə Yalamadan rus əsgərləri ilə dolu qatarlar gəldilər. Onlar şəhəri 
mühasirəyə aldılar və parlament təslim oldu. Qaça bilməyən bütün nazirlər 
həbs olundular və məclis də dağıdıldı. Rus fəhlələri öz həmvətənlərinin 
tərəfinə keçdilər. Bakıda bir nəfər də olsun əsgərimiz yox idi. Ordumuz isə 
Ermənistan ilə sərhədə itirdikləri mövqelərdə durmuşdular. Mən könüllü 
partizan dəstəsi yaratmaq istəyirəm. 
  Mən geri döndüm. Nino otaqda idi. Xidmətçilər də atları arabaya 
qoşurdular. Nino bir yandan əşyaları yığır, bir yandan da öz ana dilində 
“oyuncaqla” nə isə danışırdı. Sonra arabaya minib tarlaların içindən 
keçdik. İlyas bəy yanımızca atla gedirdi. Uzaqda Gəncənin işıqları 
görünürdü və bir anlığa keçmişlə indiki zamanın biri-birinə qaynaşdığını 
hiss edən kimi oldum.  Mərdəkan yolundakı qarpız bostanlarında belində 
xəncər, üzü solğun və ciddi İlyas bəy, sakit qürurla dayanmış Nino gəlib 
gözlərimin qabağında canlandı. 
  Gəncəyə gecə yarısı çatdıq. Küçələr narahat, həyəcanlı adamlarla dolu 
idi. Erməni məhəlləsini müsəlman məhəlləsindən ayıran körpüdə atəş 
açmağa hazır olan əsgərlər dayanmışdılar. Məşəllərdən hökumət binasının 
üzərindəki yeni Azərbaycan bayrağına işıq saçırdı. 
     
  XXX 
   
http://ekitabxana.com sayt
ı
ndan yükl
ə
nilib


  Gəncənin böyük məscidinin divarı yanında oturmuşdum. Məscidin 
həyətində yorğun halda uzanmış əsgərlərə göz gəzdirdim. Çay tərəfdən 
gələn pulemyotların səsləri məscidin həyətində də eşidilirdi. 
  Azərbaycan Demokratik Cümhuriyyətinin bir neçə günlük ömrü 
qalmışdı. 
  Sonra həyətin bir küncündə oturub, keçmişin əbədiləşdirməli anlarını bir 
daha tez-tələsik təlaşlı sətirlərlə dəftərimə qeyd edirdim. 
  Səkkiz gün bundan qabaq Gəncədə kiçik oteldə qaldığımız zaman mən 
İlyas bəyə müraciət edib dedim: 
  -  İlyas bəy, mən burada qalıram. 
  -  Sən dəlisən, ağlını itirmisən, – deyə İlyas bəy cavab verdi. 
  Gecə saat üç idi. Nino yan otaqda yatırdı. 
  “Sən dəlisən, ağlını itirmisən” deyə İlyas bəy dediyi sözləri təkrar etdi və 
otaqda gəzişməyə başladı. 
  Mən masanın baş tərəfində oturmuşdum və İlyas bəyin düşüncələrinə 
əhəmiyyət vermirdim. 
  “Mən burada qalıram” təkrarən dedim. Könüllü partizan dəstələri 
gələcəklər. Biz döyüşəcəyik. Mən, öz vətənimdən heç yana 
qaçmayacağam. 
  Mən elə bil yuxuda danışırdım. İlyas bəy qabağımda dayanıb, kədərlə 
tərs-tərs üzümə baxdı: 
  -  Əli xan, mən səninlə bir yerdə məktəbə getmişik və böyük 
tənəffüslərdə rus uşaqları ilə dalaşmışıq. Sən Naçararyanın maşınının 
arxasınca düşdüyün zaman, mən sənin ardınca çapırdım. O gecə Ninonu 
atımın yəhərinə oturdub evinə mən aparmışdım. Sisianaşvili darvazasının 
yanında başı pozuq rus əsgərlərinə qarşı bir yerdə vuruşmuşuq. Amma 
indi sən buradan çıxıb getməlisən. Ninonun və özünün yaxşılığı üçün və 
bəlkə də bir daha sənə ehtiyacı olacaq vətənin naminə buradan getməlisən. 
  -  İlyas bəy, sən burada qalırsansa, mən də qalıram. 
  -  Mən burada ona görə qalıram ki, dünyada heç kimim yoxdur, təkəm. 
Mən burada qalıram ona görə ki, mən zabitəm, əsgərləri döyüşə aparmağı 
bacarıram və iki vuruş keçirmişəm. Bu iki vuruşda böyük təcrübə 
toplamışam. Odur ki, inadlıq eləmə Əli xan, İrana get. 
  İrana da, Avropaya da gedə bilmərəm. 
  Mən pəncərəyə yaxınlaşdım. Bayırda məşəllər yanır və hər tərəfdən silah 
şaqqıldamaları eşidilirdi. 
  -  Əli xan, Cümhuriyyətimizin heç səkkiz günlük də ömrü qalmayıb. Mən 
laqeydliklə başımı tərpətdim. Küçədən əlləri silahlı adamlar keçirdilər. 
http://ekitabxana.com sayt
ı
ndan yükl
ə
nilib


Yan otaqda ayaq səsi eşidib üzümü o tərəfə çevirdim. Nino gözləri 
yuxulu-yuxulu qapıda durmuşdu. 
  -  Nino, - dedim,  – Tiflisə axırıncı qatar iki saatdan sonra gedir. 
  -  Bəli, biz gedirik, Əli xan. 
  -  Yox, sən uşaqla gedirsən. Mən isə sonra gələcəyəm. Mənim hələ ki, 
burada qalmağım gərəkdir. Amma sənin getməyin vacibdir. İndi Bakıda 
vəziyyət keçən dəfə olduğu kimi deyil. Vəziyyət tamamilə başqa cürdür. 
Ona görə də sən burada qala bilməzsən. Nino, indi sənin körpən var. 
  Küçələrdə məşəllər yanırdı. İlyas bəy də başını aşağı salıb otağın 
küncündə dayanmışdı. 
  Birdən Ninonun gözlərindən yuxu silindi. O, yavaş-yavaş pəncərəyə tərəf 
gedib, bayıra baxdı. Sonra İlyas bəyə tərəf baxdı və otağın ortasına gəlib, 
başını aşağı əydi. 
  -  Bəs oyuncaq? - dedi. Bizim körpəmiz var, bizimlə getmək istəmirsən? 
  Gedə bilmirəm, Nino. 
  -  Sənin ulu baban Gəncə körpüsündə şəhid olmuşdu. Mən bunu tarix 
imtahanından bilirəm. 
  Nino qəflətən can verən yaralı bir heyvan kimi nalə çəkib yerə sərildi. 
Onun gözləri qupquru idi, lakin bədəni tir-tir titrəyirdi. O, fəryad edərkən, 
İlyas bəy otaqda dayanmayıb eşiyə atıldı. 
  -  Nino, mən bir neçə gündən sonra sizin dalınızca gələcəyimə söz 
verirəm. Nino hələ də fəryad içində idi. Küçələrdə camaat can verən 
cümhuriyyətin coşqun himnini oxuyurdular. 
  Nino birdən susdu və gözlərini mənə zillədi. Sonra ayağa durdu. Mən 
çamadanı götürdüm. Qundaqdakı “oyuncaq” qucağımda idi. Biz evin 
pilləkənlərindən səssiz-səmirsiz aşağı endik. İlyas bəy maşında bizi 
gözləyirdi. Biz, adamlarla dolu olan küçələrdən keçərək dəmir yol 
stansiyasına getdik. 
  -  Üç, dörd gün döz, - deyə İlyas bəy Ninonun sakitləşdirirdi. Yalnız üç-
dörd gün. Ondan sonra Əli xan yenə də yanınızda olacaq. 
  Nino sakitcə “bilirəm” – dedi. Biz əvvəl Tiflisdə qalacayıq, sonra da 
Parisə gedəcəyik. Bizim bağçalı bir evimiz olacaq, ikinci uşağımız da 
oğlan olacaq. 
  -  Bəli, Nino, bax elə bu belə də olacaq... 
  Mənim səsim aydın və inamlı idi. Nino əlimi sıxdı, sonra baxışlarını 
uzaqlara çevirdi. 
  Dəmir yol relsləri uzun ilanlara bənzəyirdi. Qatar qaranlıqların içindən 
əjdaha kimi çıxaraq perona yaxınlaşdı. 
  Nino məni tələsik öpdü. 
http://ekitabxana.com sayt
ı
ndan yükl
ə
nilib


  -  Salamat qal, Əli xan. Üç gündən sonra görüşərik. 
  -  Əlbəttə, Nino orada görüşərik, sonra oradan da Parisə gedəcəyik. 
  Nino gülümsədi. Mən peronda dayanmışdım. Elə bil qapqara asfalta 
mıxlanmış kimi yerimdən tərpənə bilmirdim. İlyas bəy onları vaqona 
apardı. Nino kupenin pəncərəsindən bayıra baxırdı. Nino hürkmüş balaca 
bir quş kimi sakit idi. Qatar yavaş-yavaş hərəkət etdiyi zaman Nino əl 
elədi. İlyas bəy də qatardan yerə hoppandı. 
  -  Biz şəhərə qayıtdıq. Mən bir neçə gün ömrü qalan respublikamız 
barədə fikirləşirdim. 
  Səhər açılırdı. Ətraf kəndlərdən kənd sakinləri gizli saxladıqları 
pulemyotları və başqa hərbi sursatları özləri ilə gətirirdilər. Şəhər silah 
anbarına bənzəyirdi. Çayın o biri tərəfində yerləşən erməni məhəlləsindən 
ara-bir güllə səsi eşidilirdi. Çayın o tayı artıq Rusiya torpağı idi. Qırmızı 
süvari dəstələri sel kimi ölkəni bürümüşdülər. 
  Şəhərdə birdən-birə qalın qaşlı, qartal burunlu və gözləri çuxura düşmüş 
bir adam peyda oldu. Bu şahzadə Mansur Mirzə Qacar idi. Bu adamın kim 
olduğunu və haradan gəldiyini heç kim bilmirdi. O, İran taxtını əlində 
tutan Qacarlar sülaləsindən idi və onun papağının qabağında bir gümüş 
Aslan gerbi parıldayırdı. Özünü böyük Ağa Məhəmmədin varisi hesab 
edən bu adam rəhbərliyi əlinə aldı. Rus alayları Gəncəyə doğru axmağa 
başlamışdı. Şəhər Bakıdan gələn qaçqınlarla dolu idi. Onlar nazirlərin 
güllələnməsindən, parlament deputatlarının həbsə alınmasından və 
adamların bellərinə daş bağlanıb Xəzər dənizinin ən dərin yerlərinə 
atılmasından danışırdılar. 
  Təzə Pir məscidini indi kluba çeviriblər. Qala divarları yanında namaz 
qılmaq istəyən Seyid Mustafanı rus əsgərləri döydülər. Sonra onun 
qollarını bağlayıb ağzına donuz əti dürtüblər. Bundan sonra Seyid Mustafa 
İrana, Məşhəddəki əmisinin yanına qaçmağa müvəffəq oldu. Onun atasını 
ruslar öldürmüşdülər. 
  Bu xəbəri gətirən Arslan Ağa mənim qabağımda dayanıb payladığım 
silahlara baxırdı. 
  -  Əli xan, mən də sizinlə birlikdə vuruşmaq istəyirəm. 
  -  Sən? Ay mürəkkəbə bulaşmış donuz çoşqası, sən də vuruşmaq 
istəyirsən? 
  -  Mən donuz balası deyiləm, Əli xan. Mən də hamı kimi öz vətənimi 
sevirəm. Atam Tiflisə qaçdı. Mənə də bir silah ver. 
  Onun sifəti ciddi idi, gözlərini döyə-döyə üzümə baxırdı. Ona bir neçə 
silah verdim. O, mənim komandanlığım altında körpünün başında vuruşan 
dəstəyə qoşuldu. Rus əsgərləri körpünün o tayındakı küçələri tuturdular. 
http://ekitabxana.com sayt
ı
ndan yükl
ə
nilib


Biz günəşin qızmar istisində əlbəyaxa döyüşünə girişdik. Qarşımda enli 
sifətləri və parıldayan üçkünc süngüləri gördüm. Birdən birə məni vəhşi 
bir qəzəb bürüdü. 
  Süngülərimizi kəmərimizin səviyyəsinə endirdik. Qanla tər bir-birinə 
qarışmışdı. Mauzerimin dəstəyindən tutub lüləyini yuxarı qaldıranda bir 
güllə çiynimi sıyırdı. Atdığım güllənin zərbəsindən bir rus əsgərinin 
kəlləsi partladı. Onun beyninin parçaları küçənin tozuna töküldü. 
Xəncərimi sıyırıb bir əsgərin üstünə cumarkən, Arslan Ağanın bir rus 
əsgərinin gözünə xəncər soxduğunu gördüm. 
  Uzaqlardan şeypurçuların səsləri gəlirdi. Biz bir küçənin tinində yerə 
uzanıb, erməni evlərini selləmə atəşə tuturduq. Gecələr sürünə-sürünə 
körpünün üstündən şəhərə qayıdırdıq. Üstünə patrondaş taxmış İlyas bəy 
körpüdə oturub pulemyotun yerini müəyyən edirdi. 
  Biz məscidin həyətinə getdik. İlyas bəy ulduzların işığında uşaq ikən 
dənizə çimməyə getməsindən, orada üzərkən burulğana düşüb az qala 
batmağından və son dəqiqələrdə necə xilas olduğundan mənə danışdı. 
Onun danışdıqlarından sonra şorba içdik, sonra da şaftalı yedik. Arslan 
Ağa da yanımızda oturmuşdu. Onun tökülmüş dişlərinin yerindən qan 
sızırdı. Gecə bir müddət tir-tir əsərək yanıma soxuldu. 
  -  Qorxuram, Əli xan. Mən çox qorxağam. 
  -  Elə isə silahı yerə qoy, otlaqlardan keçib Pula çayına çatarsan və çayı 
keçib Gürcüstana yollanarsan. 
  -  Mən bunu edə bilmərəm, çünki mən də o birilər kimi vətənimi sevirəm. 
  Mən ona daha bir şey demədim. Sübh açılana yaxın uzaqdan top səsləri 
gəlməyə başladı. İlyas bəy əlində durbin məscidin minarəsində Qacarlar 
nəslindən olan şahzadə Mansurun yanında dayanmışdı. Minarədə dövlət 
bayrağı dalğalanırdı və kim isə Turan dövlətinin himnini oxumağa başladı. 
  Sifəti meyit sifəti kimi ağarmış, gözləri xəyallı bir nəfər adam dedi: 
“Eşitmişəm ki, İranda Rza adlı bir nəfər peyda olub. O, minlərlə hərbçiləri 
başına toplayıb onlara komandanlıq edir. Ankarada da Mustafa Kamal 
ətrafında böyük bir ordu toplayıb. Biz əbəs yerə vuruşmuruq. İyirmi beş 
min əsgər bizim köməyimizə gəlir”. 
  -  Yox, - dedim. İyirmi beş min nəfər yox, iki yüz əlli milyon nəfər adam, 
bütün dünya müsəlmanları bizim harayımıza gəlirlər. Amma onların 
vaxtında buraya gəlib-gəlməmələrini ancaq Allah bilir. 
  Mən körpüyə tərəf gedib pulemyotun arxasına keçdim. Sonra güllələr 
barmaqlarımın arasından təsbeh dənələri kimi sürüşməyə başladı. Arslan 
Ağa da yanımda oturub pulemyotuma güllə doldururdu. Onun rəngi 
qaçmışdı, lakin gülümsəyirdi. Rusların tərəfində hərəkət hiss olunan kimi 
http://ekitabxana.com sayt
ı
ndan yükl
ə
nilib


mənim pulemyotum fasiləsiz şaqqıldayırdı. Qarşı tərəfdə hücum şeypuru 
çalındı. Haradasa o yanda, erməni evlərinin arxasında Budyonnı marşının 
səsi gəldi. Başımı qaldırıb aşağı baxanda körpünün altında qurumuş və 
susuzluqdan çatlamış çay yatağını gördüm. Rus əsgərləri meydançanı 
keçərək, aşağı əyilib, nişan alır və atəş açırdılar. Onların atdıqları güllələr 
körpüyə dəyirdi. Mən bu hücuma qızğın bir atəşlə cavab verdim. Rus 
əsgərləri oyuncaq kimi yerə sərilirdilər. Lakin, kəlləsi üstə çay sahilindəki 
tozların üstünə yuvarlanan əsgərləri yeniləri ilə əvəz edirdilər. Onların sayı 
minlərcə idi. Tənha qalmış pulemyotun şaqqıltısı Gəncə körpüsündə çox 
zəif səslənirdi. 
  Birdən Arslan Ağa balaca uşaq kimi nalə çəkib qışqırdı. Olduğum yerdən 
onun tərəfinə baxdım. O, körpünün üstündə üzüquylu sərilib qalmışdı, 
onun ağzından qan gəlirdi. Mən təkrar pulemyotun düyməsini basdım. 
Güllələr rus əsgərlərinin başına yağış kimi yağırdı. Şeypur səsi onları 
yenidən hücuma qaldırdı. 
  Papağım çaya düşdü: bəlkə ona güllə dəymişdi, bəlkə də əsən külək onu 
başımdan uçurmuşdu. 
  Mən bir anda pencəyimlə köynəyimin yaxasını açdım. 
  Düşmənlə mənim aramda yalnız Arslan Ağanın meyiti durmuşdu. 
Deməli, insan qorxaq olsa da vətəni uğrunda qəhrəmancasına vuruşaraq 
ölə bilərmiş. 
  Qarşı tərəfdə şeypur səsləri əsgərləri geri çağırırdı. Pulemyotu 
susdurdum və mən tər içində, körpünün üstündə oturub, əvəz edilməmi 
gözləyirdim. Onlar gəldilər. Yöndəmsiz və ağır adamlar Arslan Ağanın 
meyitini sipər kimi pulemyotun qabağına qoydular... 
  İndi mən burada, məscid divarının kölgəsində oturub, qaşıqla şorbanı 
içirdim. Məscid həyətinin girişində şahzadə Mansur dayanmışdı, İlyas 
bəy* də əyilib xəritəyə baxırdı. Bir neçə saatdan sonra mən yenidən 
körpünün üstündə dayanıb mövqe tutmalı idim. Bilirdim ki, Azərbaycan 
Cümhuriyyətini yalnız bir-neçə günlük ömrü qalıb... 
  Mən ulu babam İbrahim xan Şirvanşirin xalqın azadlığı uğrunda canını 
verdiyi sahilə şeypur səsi yenidən çağıranadək yatmaq istəyirəm. 
  “Əli xan Şirvanşir altıya on beş dəqiqə işləmiş Gəncə körpüsündə, 
pulemyot arxasında tutduğu mövqeyində həlak oldu. Onun meyiti 
körpüdən qurumuş çayın yatağına düşmüşdü. Bədənini səkkiz güllə dəlik-
deşik etmişdi. Cibindən xatirə dəftəri çıxdı. Allah imkan versə, bu dəftəri 
onun arvadına çatdıracağam. Biz səhər erkən, rus qoşunları sonuncu 
hücuma keçməzdən bir az əvvəl onu məscidin həyətində dəfn etdik. 
Cümhuriyyətimizin ömrü Əli xan Şirvanşirin ömrü kimi sona çatdı”. 
http://ekitabxana.com sayt
ı
ndan yükl
ə
nilib


   
      
  -  ----------------- 
http://ekitabxana.com sayt
ı
ndan yükl
ə
nilib


Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə