Microsoft Word QurbanSaid-AliveNino doc



Yüklə 1,17 Mb.
Pdf görüntüsü
səhifə55/63
tarix15.03.2018
ölçüsü1,17 Mb.
#31822
1   ...   51   52   53   54   55   56   57   58   ...   63

  Mən evdə tək qalıb, rəngbərəng xəritədəki balaca yaşıl bayraqları və 
məni vətənimdən ayıran bir neçə sərhəd məntəqələri barədə düşünməyə 
başladım. 
  Divanın üstündəki yumşaq yastıqlardan Ninonun ətrinin iyi gəlirdi. 
Uzanıb təsbehimi çevirməyə başladım. Divanda sol ayağı ilə qılınc tutan 
İranın gümüş Aslanı parlayırdı. Mən başımı qaldırıb ona baxdım. Birdən 
məni böyük bir halsızlıq və ümidsizlik hissi bürüdü. Xalqın Gəncə 
çöllərində qan axıtdığı bir zamanda mənim burada gümüş Aslanın 
kölgəsində oturub, keyf çəkməyimdən xəcil olurdum. Mən özüm də 
burada qiymətli və qayğı ilə qorunan zərif bir əşya idim. 
  Bir Şirvanşirin aqibəti bir zaman dəbdəbəli saray rütbəsi almaq, ən incə 
hisslərini klassikcəsinə məclislərdə ifadə etmək idi. 
  Divardakı gümüş Aslan mənə dişlərini ağardırdı. Araz çayı üzərindəki 
sərhəd körpüsü bağlanmış idi. İran torpağından Ninonun ruhuna yollar da 
mövcud deyildi. 
  Mən əsəbi halda təsbehi çevirməyə başladım. Bu anda təsbehin sapı 
qırıldı və kəhrəba muncuqlar yerə səpələndi. 
  Uzaqdan şeypur səsi gəlirdi. Bu səs, gözəgörünməzin xəbərdarlığı qədər 
qorxunc və cazibədar idi. Pəncərəyə yaxınlaşdım. Günəşin son şüaları 
altında tozlu yolların donuq bir parıltısı var idi. Günəş düz Şəmiran 
sarayının təpəsində dayanmışdı. Təbilin səsi yavaş-yavaş yaxınlaşırdı. 
Onun səsini yüzlərlə, minlərlə adamların təkrar etdiyi “Şaxsey... Vaxsey. 
Şah Hüseyn... Vay Hüseyn” sözləri müşayiət edirdi. 
  Döngəni dönəndə qarşımdakı yolda bir izdiham göründü. Qızılla işlənmiş 
üç nəhəng bayraq, qüvvətli əllərdə daşınaraq izdihamın başı üzərində 
dalğalanırdı. Bayraqların birinin üzərində böyük qızıl hərflərlə Allahın yer 
üzündəki istəkli bəndəsi Əlinin adı yazılmışdı. İkinci bayrağın qara 
məxmər parçası üzərində sol əlin şəkli çəkilmişdi. 
  Bu, Peyğəmbərin qızı Həzrəti Fatimənin əli idi. Üçüncü bayraqda isə 
böyük hərflərlə yalnız bir söz yazılmışdı: “Hüseyn”, Peyğəmbərin nəvəsi
varisi, şəhid Hüseyn. 
  İzdiham ağır addımlarla küçədən keçirdi. İzdihamın qabağında qara 
matəm libası geymiş, kürəkləri çılpaq və əllərində ağır zəncirlər tutmuş, 
günahlarını tövbə edən dindarlar gedirdilər. Təbilin ahənginə uyğun olaraq 
onlar əllərini qaldırır və zəncirlər onların qanayan çiyinlərini zolaq-zolaq 
edirdi. Onların dalınca bir yarım dairə şəklində iki addım irəli bir addım 
geri atan enli kürəkli kişilər gedirdilər. Onların yol boyunca boğuq səslə 
“Şaxsey... Vaxsey” çığırtıları küçəni bürümüşdü və hər çığırtı səsi gələndə 
onlar yumruqları ilə bərkdən çılpaq tüklü sinələrinə vururdular. Onların 
http://ekitabxana.com sayt
ı
ndan yükl
ə
nilib


ardınca bellərinə yaşıl qurşaq bağlamış və Peyğəmbər nəslindən olan 
seyidlər gedirdilər. Dallarınca ağ kəfənə bürünmüş, başları qırxılmış və 
əllərində uzun xəncərlər tutmuş Məhərrəm şəhidləri gəlirdi. Onların siması 
qəzəbli idi, elə bil onlar başqa bir dünyaya qərq olmuşdular. “Şaxsey... 
Vaxsey...” Xəncərlər göyə qaldırılıb, qırxılmış kəllələrə endirilirdi. 
Şəhidlərin bürünmüş kəfənləri qan içində idi. Şəhidlərin birinin başı 
gicəllənib yerə yıxıldı. Onun yanında gedən dostları dodaqlarında ilahi bir 
təbəssüm olan adamı izdihamın içindən çıxartdılar. 
  Mən pəncərənin qabağında durmuşdum. Birdən birə, indiyədək mənə 
məlum olmayan bir hiss məni caynağına aldı. Bu hiss mənim ruhumda 
xəbərdarlıq kimi səslənirdi və fədakarlıq arzusu içimi doldururdu. Mən 
küçədəki tozların üstünə tökülmüş qan damlalarını gördüm. Şeypurun 
cazibədar səsi isə insanları qurtuluşa çağırış kimi səsləyirdi. O an 
gəlmişdi: Gözügörünməzin sirri, xilasa aparan kədərin darvazası bu idi. 
Mən dodaqlarımı sıxdım. Hüseynin bayrağını daşıyanlar qabağımdan 
keçdilər. O biri bayraqda Həzrəti Fatimənin əlinin şəklini gördüm və 
bütün aşkar olan şeylər gözlərimin qabağından çəkildi. 
  Təbilin sönük səsini yenə eşitdim və bu səs içimdə vəhşi bir qışqırığa 
çevrildi. Mən də bir an içərisində izdihamın bir hissəsinə çevrildim. Mən 
enli kürəkli adamlarla eyni qaydada irəliləməyə başladım və mənim iri 
yumruqlarım çılpaq sinəmə zərbə endirirdi. Bir az sonra yarı qaranlıq olan 
bir məscidin sərinliyini hiss etdim və İmamın nalə çalan əzanını eşitdim. 
  Biri mənə qalın bir zəncir verdi və mən kürəyimdə giziltili bir ağrı hiss 
etdim. Bir neçə saat keçdi. Qabağımda geniş bir meydan vardı. İndi 
ağzımdan vəhşi və sevinc dolu haray çıxdı: “Şaxsey... Vaxsey...”. 
  Üzü əzilmiş bir dərviş gəlib durdu qarşımda. Bürüşmüş dərisinin altından 
onun qabırğaları görünürdü. İzdihamda iştirak edən minlərcə adamların 
gözlərində bir inadçılıq ifadə olunurdu. 
  Meydanın qarşı tərəfində, şəhid Hüseynin atını təmsil edən, yəhəri qana 
bulaşmış bir at hərəkət edirdi. Üzü əzilib əldən düşmüş dərviş var gücü ilə 
qışqırırdı. O, mis fincanını qırağa tulladı və özünü atın ayaqları altına atdı. 
Başım gicəlləndi. Çılpaq sinəmə iri yumruqlar zərbə endirirdi. “Şaxsey... 
Vaxsey...” – deyə bağırırdılar. Ağ libası qana batmış bir cavanı yanımdan 
sürüyüb apardılar. Uzaqlardan saysız-hesabsız məşəllər görünürdü. Mən 
bir məscidin həyətində oturmuşdum. Ətrafımdakı adamların başlarında 
hündür fəslər vardı. Onların gözlərindən yaş axırdı. Onlardan biri şəhid 
Hüseyn barədə mərsiyə oxumağa başladı. Lakin qəhər onu boğduğu üçün 
mərsiyəni axıra qədər oxuya bilmədi. Ayağa durdum. İzdiham sel kimi 
geriyə axmağa başladı. Gecə sərin idi. Biz hökumət binasının qabağından 
http://ekitabxana.com sayt
ı
ndan yükl
ə
nilib


keçdik. Dirəklərdə qara bayraqlar dalğalanırdı. Sonu görünməyən məşəl 
izdihamı ulduzların əks olunduğu çayı xatırladırdı. Evlərin damları 
adamlarda dolu idi. Çadralı adamlar tinlərdən baxırdılar. Konsulluğun 
qapılarında tüfənglərinə süngü keçirmiş əsgərlər hazır vəziyyətdə 
dayanmışdılar. 
  Top meydanında ibadət edən izdihamın yanından dəvə karvanı keçdi. 
Ağlayanların fəryad səsləri ucaldı, qadınlar yerə sərildilər və onların 
ayaqları solğun ay işığında açıq görünürdü. Dəvələrin belində qurulmuş 
taxt-rəvanda şəhid Hüseynin ailəsi oturmuşdu. 
  Onların ardınca üzünə niqab taxmış, şəhid Hüseynin qatili olan zalım 
Xəlifə Yezid qara atda gedirdi. Meydandan atılan daşlar xəlifənin niqabına 
dəyirdi. Yezid atını bərk sürməyə başladı və tələsik qaçıb Nəsrəddin şahın 
sərgi salonunun həyətində gizləndi. Ertəsi gün orada Hüseyn barədə şəbeh 
olmalı idi. 
  Şah sarayının Almas verandasına gəldik... Orada da qara bayraqlar 
asılmışdı. Sarayın keşiyində duran bahadurlar da matəm libası geyib, 
başlarını əymişdilər. Şah sarayında yox idi. O, Bağeşahdakı yay sarayında 
idi. İzdiham Əla-əd-Dövlə küçəsinə axışdı. Birdən-birə mən qaranlığa 
qərq olmuş Top meydanında tək qaldım. Paslanmış topların lülələri 
laqeydliklə mənə baxırdılar. Bədənim min qırmanc zərbəsi yemiş adamın 
bədəni kimi ağrıdan gizildəyirdi. Əlimi belimə vurdum və belimdə 
laxtalanmış qan izinin olduğunu hiss etdim. 
  Başım gicəllənirdi. Bir az özümə gələn kimi meydanı keçib bir boş 
faytona yaxınlaşdım. Faytonçu vəziyyətimi görüb qayğıkeşliklə mənə 
dedi: “Bir az göyərçin nəcisi tap, onu bitki yağı ilə qarışdır və yaralarına 
sürt. Çox kömək edir”. 
  Yorğun halda faytona minib oturacağının arxasına yayıldım. 
  -  Şəmirana, Şirvanşirlərin evinə sür! – dedim. 
  Faytonçu qırmancı qaldırdı. O, faytonu əyri-üyrü, bərbad yollarla sürdü 
və arabir arxasına dönüb mənə baxırdı. Sonra faytonçu heyrət dolu səslə 
dedi: 
  -  Siz mömin adama oxşayırsınız. Sizdən çox xahiş edirəm gələn dəfə 
mənim üçün dua edin. Çünki mənim dua etməyə vaxtım yoxdur, 
işləməyim lazımdır. Adım Zöhrab Yusifdir. 
  Ninonun gözlərindən yaş sel kimi axırdı. O, divanda oturub əllərini 
qoynuna qoyaraq, sifətini gizlətmədən ağlayırdı. Onun alt dodağı aşağı 
düşmüş, ağzı isə açıq idi. Yanaqları ilə burnu arasında dərin qırışlar 
görünürdü. O, hıçqırdıqca onun balaca bədəni titrəyirdi. Nino bir kəlmə 
belə söyləmirdi. Lakin onun kipriklərindən gələn parlaq yaş dənələri 
http://ekitabxana.com sayt
ı
ndan yükl
ə
nilib


Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə