Microsoft Word QurbanSaid-AliveNino doc



Yüklə 1,17 Mb.
Pdf görüntüsü
səhifə57/63
tarix15.03.2018
ölçüsü1,17 Mb.
#31822
1   ...   53   54   55   56   57   58   59   60   ...   63

qəzetlərində çıxan yazıları qadağan etdi. Atam baş nazirin yanına getdi və 
baş nazir bir az tərəddüddən sonra Bakı ilə İran arasındakı gəmi 
rabitəsinin yenidən bərpa edilməsinə icazə verdi. Biz Ənzəliyə getdik və 
orada “Nəsrəddin” gəmisi ilə, azad edilmiş vətənləri olan Bakıya qayıtmaq 
istəyən yüzlərlə qaçqınları gəmiyə mindirib şəhərimizə yola düşdük. 
  Bakı limanı başlarına hündür xəz papaq qoymuş əsgərlərlə dolu idi. İlyas 
bəy qılıncını sıyırıb gəmini salamladı və bir türk mayoru da xəfif İstanbul 
türkcəsini mümkün qədər bizim Türk ləhcəsinə uyğunlaşdırıb təntənəli bir 
nitq söylədi. Biz evimizə gəldiyimiz zaman onu təmamən dağılmış və 
qarət edilmiş halda gördük. Nino günlərlə, həftələrlə səhərdən axşama 
qədər evdar qadın rolunu ifa edirdi. O, dülgərlərlə mübahisə edir, günlərlə 
mebel dükanlarını gəzir və dərin düşüncələr içində qaşlarını çataraq 
otaqlarımızın uzunluğunun və eninin ölçülərini çıxardırdı. Nino 
memarlarla gizli danışıqlar apardıqdan sonra, günlərin bir günü evdə 
fəhlələrin səs küyünü, boya, taxta və suvaq iyi hiss etdim. Bütün bu 
gündəlik səs-küylü qarmaqarışıqlığın mərkəzində Nino dururdu. O, özünü 
bu işləri təmamən bilən bir adam kimi aparırdı. Çünki mebel, onların 
qoyuluşu və divar kağızlarının seçilməsi işində ona sərbəstlik vermişdim. 
  Axşamlar isə çəkinə-çəkinə, lakin eyni zamanda sevinc hissi ilə gün 
ərzində görülən işlərdən mənə məlumat verirdi: 
  -  Əli xan, mənə acığın tutmasın. Mən divan yerinə əsl çarpayı sifariş 
vermişəm. Divar kağızları açıq rəngli olacaq, döşəməyə də xalçalar 
salınacaq. Uşaq otağına isə ağ boya vurulacaqdır. Hər şey İran 
hərəmxanasından təmamən fərqli olacaqdır. 
  Nino qollarını boynuma doladı və üzünü yanağıma sürtdü, çünki o 
vicdan əzabı çəkirdi. Sonra başını yana çevirdi, nazik dilini ağzından 
çıxardıb dodaqlarının üzərində gəzdirdi və dilini burnunun ucuna 
dəydirməyə çalışdı. Nino imtahan zamanı, həkimə müayinəyə gedəndə, 
yaxud dəfn mərasimində iştirak edəndə həmişə belə edərdi. Mən on 
məhərrəm gecəsini yadıma saldım və xalçaları ayaq altına salmaq, eləcə 
də avropasayağı masa arxasında oturmaq mənə ağır gəlsə də, Ninoya bu 
işlərdə tam sərbəstlik verdim. Mənim öhdəmdə isə damdan başqa bir şey 
qalmırdı. Çünki Nino damı yenidən qurmağı planlaşdırırmamışdı. 
  Əhəng tozu və fəhlələrin səs-küyü evi doldurmuşdu. Mən isə atamla evin 
damında oturub, başımı yana çevirərək günahkar adam kimi dilimi Nino 
kimi çıxardıb dodaqlarımın üzərində gəzdirdim.  
  Atam çox nəzakətlə: 
  -  Eh, dünyanın işləri belədir, Əli xan. Yuvanı dişi quş qurar. Şərtlər heç 
də asan olmadığı halda Nino özünü İranda yaxşı apardı. İndi növbə 
http://ekitabxana.com sayt
ı
ndan yükl
ə
nilib


sənindir, Əli xan. Sənə dediyim sözləri yadından çıxarma: Artıq Bakı 
avropalaşıb. Özü də həmişəlik! 
  Evlərin sərinliyi və divarlardan asılan rəngarəng xalçalar İrana aiddir. 
  -  Bəs sən nə edəcəksən, ata? 
  -  Mən də İrana aidəm və sənin uşağının doğumunu görən kimi İrana 
gedəcəyəm. Mən Şəmirandakı evimizdə yaşayıb, orada ağ divar 
kağızlarının və divan yerinə çarpayıların gəlişini gözləyəcəyəm. 
  -  Mənim isə burada qalmağım məsləhətdir, Ata. 
  Atam “Bəli” deyərək ciddi bir şəkildə başını tərpətdi. 
  -  Bilirəm. Sən bu şəhəri sevirsən, Nino da Avropanı sevir. Lakin mən  
yeni bayrağımızı sevmədim. Şəhərin səs-küyü və şəhərdəki Allahsızlıq 
havası da xoşuma gəlmədi. 
  O sakitcə başını aşağı saldı və bu anda qardaşı Əsəd-əs-Səltənəyə 
bənzədi. 
  -  Mən artıq yaşlıyam, Əli xan. Bütün bu yeniliklərə, dözümüm yoxdur. 
Sən isə gəncsən və cəsursan, sənin burada qalmağın lazımdır. Azərbaycan 
ölkəsinin sənə ehtiyacı var. 
   
  *   *   * 
  Alaqaranlıqda şəhərimizin küçələrində gəzişirdim. Sərt baxışlı türk 
patrulları tinlərdə keşik çəkirdilər. Mən türk zabitləri ilə söhbət etdim. 
Onlar mənə İstanbulun məscidlərindən, Tatlı-Sudakı yay gecələrindən 
söhbət etdilər. Köhnə qubernator binasının üzərində yeni Azərbaycan 
dövlətinin bayrağı dalğalanırdı. Parlament də məktəb binasında yerləşirdi. 
Köhnə şəhər elə bir yeni bir həyata qədəm qoymuşdu. Vəkil Fətəli xan baş 
nazir təyin olunmuşdu. O, qanunlar çıxardır, göstərişlər və əmrlər verirdi. 
Şəhərdən rusları təmizləmək istəyən Şəmsi Əsədullayevin oğlu Mirzə 
Əsədulla xarici işlər naziri təyin olunmuşdu. O, kənar ölkələrlə 
müqavilələr bağlayırdı. İndiyə qədər adət etmədiyim dövlət müstəqilliyi 
hissi məni də bürümüşdü. Mən yeni dövlət gerbini, yeni uniformaları və 
yeni qanunları sevməyə başladım. Həyatımda ilk dəfə idi ki, mən özümü 
öz vətənimin sahibi hiss edirdim. Ruslar utancaq halda yanımdan keçir 
keçmiş müəllimlərim də məni hörmətlə salamlayırdılar. 
  Şəhər klubunda milli musiqi çalınır və xalq mahnıları oxunurdu. Yeni 
klub qaydalarına görə, kluba gələn hər kəs papağını çıxartmadan orada 
otura bilərdi. İlyas bəylə mən cəbhədən qayıdan və ya cəbhəyə getməkdə 
olan türk zabitlərini təbrik edirdik. Türk zabitləri bizə Bağdad 
mühasirəsindən və Sina çölündəki hərbi yürüşlərdən söhbət edirdilər. 
Onlar Liviya çöllərinə, Qalisiyanın palçıqlı yollarına və Ermənistan 
http://ekitabxana.com sayt
ı
ndan yükl
ə
nilib


dağlarının qarlı təpələrinə bələd idilər. Müsəlmanlığın qadağan etdiyi 
qanuna məhəl qoymadan türk zabitləri şampan şərabı içir, Ənvər paşadan 
və damarlarında türk qanı axan bütün insanları bir bayraq altında 
birləşdirəcək Turan imperatorluğundan danışırdılar. Mən onların 
söhbətlərinə böyük heyrət və həvəslə qulaq asırdım, çünki bütün bu 
valehedici mənzərə gözəl və unudulmaz bir yuxu qədər cazibədar idi. 
Böyük rəsmi keçid günü hərbi orkestrlər musiqi sədaları altında şəhərin 
küçələrindən keçirdilər. Sinəsi orden və medallarla dolu olan Ənvər Paşa 
at belində oturub hərbi hissənin əsgərləri qarşısında çıxış edib yeni 
bayrağımızı salamladı. Qürur və razılıq hissi bizi bürümüşdü. Biz 
sünnilərlə şiələr arasındakı bütün fərqləri unudub Ənvər Paşanın zərif 
əllərini öpməyə və Osmanlı xəlifəsi yolunda ölməyə hazır idik. Yalnız 
Seyid Mustafa qarışıqlıqdan uzaq bir küncə çəkilmişdi. Onun simasında 
qəzəb və nifrət hissləri oxunurdu. O, Ənvər Paşanın sinəsini bəzəyən 
ulduzlar və ayparalar arasında xaçlı bolqar medalını da görmüşdü. 
Yabançı bir dinin simvolunu bir müsəlmanın sinəsində görmək Seyid 
Mustafanı çox qəzəbləndirmişdi. 
  Hərbi keçiddən sonra İlyas bəy, Seyid Mustafa və mən bulvarda 
oturmuşduq. Ağaclardan payız xəzəli tökülürdü. Dostlarım yeni dövlətin 
əsas qanunları haqqında mübahisə edirdilər. Gəncə yaxınlığındakı hərbi 
döyüşlərdən, gənc türk zabitləri ilə etdiyi danışıqlardan və özünün 
müharibə təcrübələrindən İlyas bəy belə qərara gəlmişdi ki, vətənimizi 
rusların yeni işğalından qorumaq üçün ölkəmizdə təcili olaraq 
avropasayağı islahatlar keçirilməlidir. 
  İlyas bəy dedi: 
  -  Mən deyirəm ki, ölkədə qalalar tiksək, yollar salsaq və reformalar 
aparsaq da, yenə müsəlman olaraq qala bilərik. 
  Seyid qaşqabağını tökdü, onun gözlərindən yorğunluq tökülürdü. 
  O, soyuqqanlıqla dedi: 
  -  Bir addım da irəli get, İlyas bəy. De ki, adam şərab içsə də, donuz əti 
yesə də, yenə yaxşı müsəlman olaraq qala bilər. Çünki avropalılar çoxdan 
kəşf ediblər ki, şərab insanın sağlamlığı üçün xeyirlidir, donuz əti də 
qidalıdır. Əlbəttə, insan bütün bu saydıqlarını edib yenə də bir müsəlman 
olaraq qala bilir, amma cənnətin qapısında duran baş məlaikə buna 
inanmaq istəməyəcək. 
  İlyas bəy güldü: 
  -  Təlim ilə donuz əti yemək arasında böyük fərq var, elə deyilmi?– dedi. 
http://ekitabxana.com sayt
ı
ndan yükl
ə
nilib


Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə