Microsoft Word QurbanSaid-AliveNino doc



Yüklə 1,17 Mb.
Pdf görüntüsü
səhifə58/63
tarix15.03.2018
ölçüsü1,17 Mb.
#31822
1   ...   55   56   57   58   59   60   61   62   63

  -  Lakin donuz əti yeməklə şərab içmək arasında fərq yoxdur. Türk 
zabitləri açıq-aydın şərab içirlər, onların uniformalarında da xaçlı nişanlar 
var. 
  Dostlarımın mübahisəsini dinləyirdim. Birdən Seyid deyə müraciətlə 
soruşdum. 
  -  Çarpayıda yatmaqla və yemək yeyərkən çəngəl bıçaq işlətməklə, yenə 
də müsəlman olaraq qalmaq olarmı? 
  Seyid nəvazişlə güldü: 
  -  Sən həmişə yaxşı bir müsəlman olaraq qalacaqsan. Mən səni Tehranda 
Məhərrəm günündə görmüşəm. 
  Mən cavab vermədim. İlyas bəy hərbi papağını düzəltdi: 
  -  Sən evini müasir mebellərlə və açıq rəngli divar kağızları ilə bəzəyib 
Avropasayağı şəklə salmaq istəyirsən, doğrudurmu? 
  -  Bəli, İlyas bəy, doğrudur. 
  O, qətiyyətlə dedi: 
  -  Bu çox gözəl qərardır. Bakı artıq ölkəmizin paytaxtıdır. Ölkəmizə 
əcnəbi səfirlər gələcək. Onları qəbul etmək üçün evlərə və diplomatların 
xanımları ilə söhbət edə bilən xanımlara ehtiyacımız vardır. Əli xan,  sənin 
arzuladığımız formada belə bir arvadın var və tezliklə sənə münasib evin 
də hazır olacaqdır. Sən xarici işlər nazirliyində işləməlisən. 
  Mən güldüm. 
  -  İlyas bəy, sən mənim arvadım və özümlə elə danışırsan ki, elə bil biz 
beynəlxalq anlaşma meydanında yarışa hazırlanmış atlarıq. Yoxsa, elə 
fikirləşirsən ki, mən öz evimi bizim beynəlxalq mənafelərimiz naminə 
yenidən düzəltdirmişəm? 
  -  Əslində belə olmalıdır – deyə İlyas bəy fikrini qəti şəkildə ifadə etdi. 
Onun həqiqətən yerdən göyə qədər haqlı olduğunu hiss etdim. Həqiqətən 
hər kəs Azərbaycanın yoxsul və qızmar günəşdən yanmış torpaqlarında 
qurmaq istədiyimiz bu yeni dövlətə xidmət etməlidir. 
  Mən evə getdim. Nino yerə parket döşənməsinə, divarlara yağlı boya 
çəkilməsinə və rəsm tablolarının divardan asılmasına heç bir etiraz 
etmədiyimi görüb ürəkdən güldü və onun gözləri bir vaxt İsa bulağındakı 
meşə zolağında keçirdiyimiz gecə olduğu kimi parıldadı. 
   
  *   *   * 
 
  Bu vaxtlar mən atla çölə tez-tez gedirdim. Orada yumşaq qumun üzərinə 
uzanıb saatlarla günəşin qərbdə batmasını izləyirdim. Türk qoşunları 
yanımdan keçib gedirdilər. Türk zabitlərinin sifətini qəm və həyəcan 
http://ekitabxana.com sayt
ı
ndan yükl
ə
nilib


bürümüşdü. Yeni dövlətimizin səs-küyü dünya müharibəsinin uzaqlarda 
atılan top səslərini batırmışdı. Lakin çox-çox uzaqlarda türklərlə müttəfiq 
olan bolqarların qoşunları düşmənin hücumları qarşısında geri çəkilməyə 
başlamışdılar. 
  Türklər: “Cəbhə yarılmışdır” deyirdilər. Onu yenidən bərpa etmək qeyri-
mümkündür. Onlar artıq şampan şərabı içmirdilər. 
  Cəbhədən hərdən bir xəbər gəlirdi. Xəbər gələndə də ildırım kimi təsir 
göstərirdi. Çox uzaqlarda Mondros adlanan bir limanda beli bükülmüş bir 
adam İngiltərənin “Aqamemnon” adlı hərbi gəmisinə çıxmışdı. Bu beli 
bükülmüş adam Osmanlı imperatorluğunun donanma naziri olan Hüseyn 
Rauf  bəy idi. O, atəşin dayandırılmasına dair müqavilə bağlamaq barədə 
xəlifədən vəkalət almışdı. Rauf bəy masanın üzərinə əyildi və bir kağız 
parçasına imzasını qoydu. Bu an şəhərimizin hakimi olan Ənvər paşanın 
gözləri yaşla doldu. 
  Turan imperiyasının marşı bir daha Bakının küçələrində eşidildi. Amma 
bu dəfə bu marş elə bil matəm marşı kimi səslənirdi. 
  Ənvər paşa ən şahanə uniformalarını və ağ əlcəklərini geyib atının 
yəhərində dik oturaraq, hərbi hissələrin qabağından keçirdi. Türk zabit və 
əsgərlərinin sifətlərində heç bir ifadə yox idi. Osmanlı bayrağı büküldü, 
təbillər vuruldu və Ənvər paşa ağ əlcəkli əlini qaldıraraq  əsgərlərini 
salamladı. Hərbi hissələr şəhərdən çıxırdılar və onlar İstanbul 
məscidlərinin, Bosfor boğazındakı gözəl sarayların, xəlifə olan arıq kişinin 
və onun əynindəki Peyğəmbər cübbəsinin xəyali mənzərəsini 
yaddaşımızda qoyub gedirdilər. 
  Bir neçə gün sonra sahildə dayanmışdım. Bu anda Nargin adasının 
arxasından ingilis işğal qoşunlarını gətirən ilk gəmilər görünməyə başladı. 
İngilis qoşunlarının komandanı olan generalın mavi gözləri,  nazik bığları, 
enli və güclü əlləri var idi. Yeni Zelandiyalılar, kanadalılar və 
Avstriyalılar şəhərimizə axışırdılar. İndi şəhərimizin hər yerində bizim 
ölkəmizin bayraqları yanında ingilis bayraqları da dalğalanırdı. 
  Bir gün baş nazir Fətəli xan Xoyski telefon edib, xahiş etdi ki, onun 
nazirliyinə gəlim. Ertəsi gün onun yanına getdim. Otağına girdiyim zaman 
o, odlu baxışlarını mənə zillədi: 
  -  Əli xan, nə üçün siz indiyə qədər dövlət vəzifəsində deyilsiniz? 
  -  Mən özüm də bunu bilmirəm. 
  Onun masasının üstündəki xəritəyə baxıb, vicdan əzabı çəkə-çəkə dedim. 
  -  Fətəli xan, mən bütün varlığımla vətənimə bağlıyam. 
  Əmrinizə hazıram. 
http://ekitabxana.com sayt
ı
ndan yükl
ə
nilib


  -  Eşitmişəm ki, sizdə xarici dilləri öyrənmək istedadı vardır. İngilis dilini 
neçə vaxta öyrənə bilərsiniz? 
  Mən bir az çaşqınlıqla güldüm. 
  -  Fətəli xan, mənim ingilis dilini öyrənməmə lüzum yoxdur, çünki ingilis 
dilini bilirəm. 
  Fətəli xan iri başını kreslonun arxasına söykəyib heç bir şey demədi. 
Sonra birdən soruşdu: 
  -  Nino necədir? 
  Baş nazirin mənim arvadımın necə olmasını soruşması məni 
təəccübləndirdi. 
  -  Çox sağ olun, əlahəzrət, arvadım yaxşıdır. 
  -  O da ingilis dilini bilirmi? 
  -  Bəli, bilir. 
  O, enli bığlarını tumarlayaraq yenə də susdu. 
  Mən sakit tərzdə dedim: 
  -  Fətəli xan, nə istədiyinizi bilirəm. Mənim evim bir-iki həftəyə hazır 
olacaq. Ninonun şifonerində çoxlu axşam geyimləri vardır. İkimiz də 
ingiliscə bilirik və nəhayət evimizdə içiləcək şampan şərablarının pulunu 
da özüm ödəyərəm. 
  Baş nazir bığlarının altından gülümsədi və onun gözləri yaşardı:  
  -  Bağışlayın məni, Əli xan. Mən sizi təhqir etmək istəmirdim. Bizim 
sizin kimi adamlara böyük ehtiyacımız var. Xanımı avropalı olan, soylu 
bir ailədən çıxan, ingilicə bilən və evi də ziyafətlərə uyğun ola biləcək 
adamlar ölkəmizdə çox deyil. Məsələn mənim ingilis dilini öyrənməyə heç 
vaxt pulum və vaxtım olmayıb, hələ qala ki, evim, yaxud avropalı bir 
arvadım olsun. 
  O, yorğun görünürdü. Qələmi götürüb dedi: 
  -  Bu gündən etibarən siz, Xarici İşlər Nazirliyində Qərbi Avropa 
şöbəsinin attaşesi təyin olunursunuz. Xarici İşlər naziri Əsədullanın yanına 
gedin. O, sizə vəzifəniz haqqında izahat verəcək. Və... xahiş edirəm 
inciməyin... eviniz beş günə hazır olacaqmı? Bu sualla sizə müraciət 
etdiyim üçün həqiqətən utanıram. 
  -  Oldu, əlahəzrət! - deyə mən qəti cavab verdim. Mənə elə gəldi ki,  
köhnə, güvəndiyim bir dostuma xəyanət edərək, onu tərk edirəm. 
  Oradan çıxandan sonra evə getdim. Ninonun əlləri boya içindəydi. O, 
yağlı boyalı bir tablonu divardan asmaq üçün nərdivana çıxıb divara mıx 
vururdu. Əgər Ninoya desəydim ki, bu mıxı vurmaqla vətənə xidmət 
edirsən, o, şübhəsiz ki, çox təəccüblənərdi. Ona görə də bunu ona 
http://ekitabxana.com sayt
ı
ndan yükl
ə
nilib


Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə