Microsoft Word QurbanSaid-AliveNino doc



Yüklə 1,17 Mb.
Pdf görüntüsü
səhifə61/63
tarix15.03.2018
ölçüsü1,17 Mb.
#31822
1   ...   55   56   57   58   59   60   61   62   63

  -  Dostum, sizin üçün gözlənilmədən bir sürpriz etmək istədim. Bu 
barədə xanımınıza söz vermişdim. Nino ilə siz Parisdə bizim ideal 
təmsilçilərimiz olacaqsınız. Orada əsil yerinizi tapacaqsınız. 
  Dəhşətli əsəbilik içində qəzeti bir küncə tulladım. Mirzə Əsədulla nitqi 
tutulmuş kimi mənə baxıb dedi: Əli xan, idarəmizdə işləyənlərin bir çoxu 
xarici ölkələrə işləməyə təyin edilsələr çox şad olarlar. 
  -  Mirzə, vətəni uzun illər tərk etməyə məcbur edə bilən qanun mövcud 
deyil. 
  O, heyrətlə mənə baxırdı: 
  -  Əli xan, nə istəyirsiniz? Xarici işlər nazirliyində bu cür vəzifə ən şərəfli 
vəzifədir. Siz bu vəzifəyə çox yaraşırsınız. 
  -  Amma, mən Parisə getmək istəmirəm, zorla göndərəsi olsanız istefaya 
çıxacağam – dedim.  
  Mən yad küçələrə, yad insanlara, yad adətlərə və Qərb dünyası deyilən 
aləmə nifrət edirəm. Ancaq siz mənim bu nifrətimi başa düşməzsiniz, 
Mirzə! 
  Əsədulla nəzakətlə başını buladı, “amma, təkid edirsinizsə, burada da 
qala bilərsiniz” - dedi. 
  Tələsik evə getdim. Pilləkənləri təngnəfəs çıxıb salona girdim: 
  -  Nino, mən bu işi görə bilmərəm, başa düş məni – dedim. 
  Ninonun rəngi qaçdı, əlləri titrəməyə başladı: 
  -  Niyə, Əli xan? 
  -  Nino, xahiş edirəm, məni düz başa düş. Mən başımın üstündəki hamar 
damı, bu çölü və bu dənizi sevirəm. Mən bu şəhəri, köhnə qala divarlarını 
və dar yollardakı məscidləri sevirəm. Mən Şərqdən uzaqlaşanda sudan 
çıxmış balıq kimi oluram. 
  Nino bir anlığa gözlərini yumdu. 
  -  Çox təəssüf edirəm dedi. Səsi o qədər qəmli, o qədər kimsəsiz bir 
insanın tonuna bürünmüşdü ki, qəlbimi paraladı. 
  Oturub Ninonun əlini ovuclarımın içinə aldım. 
  -  Nino, biz Parisə getməli olsaq, sən Tehranda pərişan olduğun kimi
mən də Parisdə pərişan olacağam. Mən özümü orada yad bir qasırğaya, 
burulğana təslim olmuş kimi hiss edəcəyəm. Şəmirandakı hərəmxananı 
yadına sal. Sən Asiyaya dözə bilmədiyin kimi, mən də Avropaya dözə 
bilməyəcəyəm. Gəl elə burada, Asiya ilə Avropanın hiss edilməyən 
şəkildə bir-birinə qarışdığı Bakıda qalaq. Mən Parisə gedə bilmərəm. 
Çünki orada nə məscid var, nə köhnə qala divarları və nə də Seyid 
Mustafa. Mən zaman-zaman Asiyanın ruhu ilə qidalanmalıyam ki,  bizim 
ölkəmizə gələn bütün əcnəbilərə dözə bilim. Sən mənə məhərrəmlikdə 
http://ekitabxana.com sayt
ı
ndan yükl
ə
nilib


nifrət etdiyin kimi, mən də sənə Parisdə nifrət edəcəyəm. Nə olursa-olsun 
mən vətənimdə qalacağam. Mən bu ölkədə anadan olmuşam, burada da 
ölmək istəyirəm. 
  Mən bunları dedikcə Nino susurdu. Sözümü qurtaran kimi o, mənə tərəf 
əyildi və əlləri ilə saçlarımı sığalladı: 
  -  Öz Ninonu bağışla, Əli xan. Mən çox böyük axmaqlıq etmişəm. 
Bilmirəm nəyə görə fikirləşdim ki, sən asanca hər şeyə, hər yerə alışa 
bilərsən. Biz burada qalırıq, bir daha Paris barədə söhbət etməyək. Sən 
Asiyalı şəhərini mühafizə et, mən də avropalı evimi. 
  O, məni mehribanlıqla öpdü. 
  -  Nino, mənim kimi adama arvad olmaq çox çətindir? 
  -  Yox, Əli xan, heç də çətin deyil. 
  O, barmaqları ilə üzümü sığalladı. Mənim Ninom həqiqətən çox 
mehriban qadındı. 
  Mən bilirdim ki, onun həyatının ən gözəl xülyasını yoxa çıxarmışam. 
“Nino” dedim, – körpəmiz doğulduğu zaman səninlə birlikdə Parisə, 
Londona, Berlinə, Romaya gedərik. Axı biz hələ toy səyahətinə 
çıxmamışıq. O səyahətdə sənin haradan xoşun gəlsə, bütün yayı orada 
qalarıq. Ondan sonra da hər il Avropaya gedərik. Amma evimin vətənimdə 
olmasını istəyirəm, çünki mən çölümüzün, şəhərimizin və günəşimizin 
övladıyam. 
  -  Bəli, dedi Nino. – Özü də sən çox yaxşı övladısan, biz Avropanı 
unutmalıyıq. Lakin qarnımda daşıdığım balam nə çölün, nə də qumun 
övladı olmalıdır. Bu uşaq sadəcə, Əli ilə Ninonun övladı olacaq. Razısan? 
  -  Bəli, razıyam – dedim. Bununla mən, bir avropalının atası olmağa 
razılıq verirəm...  
   
   
  XXIX 
   
  Sənin doğulmağın çox çətin olmuşdu, Əli xan. O zamanlar biz hamilə 
qadınlarımızın yanına avropalı həkimlər çağırmazdıq. 
  Atamla evimizin damında oturmuşduq. O, qəmgin səslə yavaşcadan 
danışırdı: Ananın doğum sancıları çox qorxunc bir hal aldığı zaman biz 
ona firuzə və almas tozu verirdik. Lakin bu tozların ona köməyi olmadı. 
Nəhayət sən dünyaya gəldiyin zaman mömin və cəsur olasan deyə, biz 
sənin göbək bağını evin gündoğanına baxan divarından qılıncla Quranın 
arasından asdıq. Sonra sən onu illərlə bir talisman kimi boynunda 
gəzdirdin və xəstəliyin nə olduğunu bilmədin. Lakin, sən üç yaşına 
http://ekitabxana.com sayt
ı
ndan yükl
ə
nilib


çatdığın zaman boynundakı göbək bağını çıxardıb atdın və o gündən 
etibarən tez-tez xəstələnməyə başladın. Xəstəliyi səndən uzaqlaşdırmaq 
üçün əvvəlcə otağına şərab və şirniyyat qoyduq. Bir xoruzu rəngləyib 
otağına buraxdıq, amma xəstəlik yenə də səndən əl çəkmədi. Sonra 
dağlardan bir müdrik adam gəldi və özü ilə bir inək gətirdi. Biz inəyi 
kəsdik və müdrik adam onun qarnını yarıb bağırsaqlarını çıxartdı. Səni 
götürüb inəyin qarnına saldı. Üç saatdan sonra səni oradan çıxardanda, 
bədənin qıpqırmızı idi. O gündən etibarən sən bir daha xəstələnmədin. 
  Evin içindən boğuq və sürəkli nalə səsləri gəlirdi. Mən yerimdə 
hərəkətsiz oturmuşdum və bütün vücudum o səsə tabe olmuşdu. Nalə 
səsləri bir daha təkrar oldu, lakin bu dəfə daha uzun və acı bir səslə. Atam 
sakit  tərzdə dedi: 
  -  Bax indi o sənə lənətlər yağdırır. Hər bir qadın doğuş vaxtı öz ərinə 
lənətlər yağdırır. Qədim zamanlarda qadın doğuşdan sonra bir qoç qurban 
edərdi. Doğan zaman yağdırdığı lənətlərin təsirini evdən çıxarmaq üçün, 
qoçun qanını əri ilə uşağının yatağına çiləyərdi. 
  -  Bu sancı nə qədər sürə bilər, ata? 
  Beş, altı, bəlkə də on saat. 
  Sonra atam susdu. Bəlkə də öz arvadını, məni dünyaya gətirərkən vəfat 
edən anamı yadına saldı. Atam birdən ayağa qalxdı. Mənə “gəl” dedi. Biz 
damın ortasında sərilmiş qırmızı namaz xalçalarına tərəf getdik. Xalçaların 
baş tərəfi Məkkəyə, müqəddəs Kəbəyə baxırdı. Başmaqlarımızı çıxardıb, 
xalçanın üstündə oturduq. Sağ əlimizi sol əlimizin üstünə qoyduq. Atam 
dedi: 
  -  Dua etməkdən başqa əlimizdən heç bir şey gəlməz, lakin duanın gücü, 
həkimlərin gücündən daha üstündür. 
  Atam əyildi və duanın ərəbcə sözlərini söyləməyə başladı. Bismillahər-
rəhmanirəhim (Mərhəmətli və Rəhimli Allahın adı ilə).  
  Mən də sözləri təkrar etdim. Bir az sonra namaz xalçasının üstündə diz 
üstə çöküb səcdə edərək alnımı yerə vurdum: 
  -  Əlhəmdülillahi rəbilaləmin ərrəhmani-rəhim maliki yaumiddin 
(Dünyanın, Qiyamətin Rəbbi, ən mərhəmətli, ən rəhimli Allaha həmd 
olsun). 
  Xalçanın üstündə namaza davam edirdim və əllərim üzümü qapamışdı. 
Ninonun qışqırığı get-gedə artırdı, lakin artıq onun təsirindən uzaq idim. 
Dodaqlarım namaz surələrini mexaniki bir şəkildə təkrar edirdi: 
  -  İyyaka-nəbudu və iyyaka-nastain (Sənə ehtiram edirik və səndən 
mərhəmət diləyirik...) 
http://ekitabxana.com sayt
ı
ndan yükl
ə
nilib


Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə