Microsoft Word QurbanSaid-AliveNino doc



Yüklə 1,17 Mb.
Pdf görüntüsü
səhifə62/63
tarix15.03.2018
ölçüsü1,17 Mb.
#31822
1   ...   55   56   57   58   59   60   61   62   63

  Əllərim indi dizlərim üstündə idi. Ətrafa tam sakitlik çökmüşdü. Mən 
atamın pıçıltısını eşidirdim: 
  İhdinasiratal müstəqim, siratal lazinə anamta və əleyhim (Bizi düz yolla
sənin mərhəmət göstərdiklərinin yolu ilə apar). 
  Namaz xalçasının üstündə səcdə edərək üzümü yerə qoydum. 
  Namaz xalçasının üzərindəki qırmızı naxışlar gözlərimin qabağında 
qarışmışdı: 
  Qeyril məqzubi alayhim valandalin (Qəzəbinə gəlməyənlər və səhv yolla 
aparmadıqların...) 
  Beləcə Rəbbin hüzurunda tozun içində namazımızı qıldıq. Namaz 
surələrini dönə-dönə təkrar etdik. Nəhayət namazı bitirib xalçanın 
üzərində bardaş qurub oturduq. Rəbbin otuz üç adını pıçıldaya-pıçıldaya 
təsbehi çevirməyə başladım. Kimsə çiynimə toxundu. Başımı qaldırıb, 
kiminsə gülər üzünü gördüm. Lakin dediyi sözləri başa düşmədim. Ayağa 
qalxdım. Atamın mənə yönələn baxışlarını hiss edib, yavaş-yavaş 
pilləkənlərlə aşağı düşdüm. 
  Ninonun otağındakı pəncərələrin pərdələrini örtmüşdülər. Yatağın baş 
tərəfinə keçdim. Ninonun gözləri yaşla dolu idi. Yanaqları solmuşdu. O, 
gülümsəyirdi. Nino sadə Azərbaycan dilində dedi: 
  -  Qızımız oldu, Əli xan, çox gözəl bir qız. O qədər bəxtiyaram ki! 
  Onun soyuq əllərini ovuclarımın içinə aldım. Nino gözlərini yumdu. 
Kimsə arxa tərəfimdən dedi ki, Əli xan onun yuxuya dalmasına icazə 
verməyin, mən onun qurumuş dodaqlarını sığalladım. Nino taqətdən 
düşmüş halda üzümə baxdı. Ağ önlük taxmış bir qadın çarpayıya 
yaxınlaşdı. O, mənə bir qundaq uzatdı. Onu alıb baxdığım zaman kiçicik 
barmaqları və böyük ifadəsiz baxışlı gözləri olan bir canlı “oyuncaq” 
gördüm. “Oyuncaq” ağzını açıb ağlayırdı. 
  -   Gör nə qədər gözəl bir qızdır – deyə Nino “oyuncağın” hərəkətlərini 
təqlid edərək barmaqlarını açdı. Əlimi qaldırdım və qorxa-qorxa qundağa 
toxundum, lakin “oyuncaq” artıq yatmışdı və onun bürüşmüş sifəti çox 
ciddi idi. 
  Nino pıçıltı ilə: “Onun adını litseyin şərəfinə Tamara qoyarıq” – dedi. 
Mən razılıqla başımı tərpətdim, çünki Tamara adı çox gözəl bir addır. O 
həm xristianlarda və həm də müsəlmanlarda təsadüf edilir. 
  Kimsə əlimdən tutub məni otaqdan çıxartdı. Bayırda baxışlar mənə 
zillənmişdi. Biz atamla həyətə çıxdıq. Atam: – “Gəl atlarımıza minib çölə 
gedək” – dedi. Ninonun bir azdan yatmasına icazə verəcəklər. 
  Atlarımıza mindik və onları çılğıncasına dördnalla çaparaq sarıqum 
təpələrinin arasından keçərək bir-birimizi ötdük. Atam mənə nə isə 
http://ekitabxana.com sayt
ı
ndan yükl
ə
nilib


deyirdi, lakin onun dediklərini başa düşə bilmirdim. Sonra başa düşdüm  
ki, o, mənə təsəlli verməyə çalışırdı. Bilmirdim niyə, çünki ifadəsiz iri 
gözləri olan bir qızın atası olduğum üçün son dərəcə məğrur idim. 
  Günlər təsbehin inci dənələri kimi keçib gedirdi. Nino “oyuncağını” 
daima köksünə basaraq daşıyır, gecələri isə ona gürcü mahnıları oxuyurdu. 
O, mənimlə soyuq rəftar edirdi, çünki mən uşağı bələməyə qadir olmayan 
bir kişi idim. Mən bütün günü nazirlikdə oturub qovluqların içində 
eşələnirdim. Bir də görürdün ki, Nino mərhəmətə gəlib mənə zəng edir və 
inqilabi hərəkatlardan məni xəbərdar edirdi:  
  -  Əli xan, “oyuncağımız” güldü və əlini günəş tərəfə uzatdı, “çox şeytan 
oyuncaqdır”, Əli xan. 
  Masamın üstündəki  son məlumatı oxudum və şübhəli sərhədlərin 
cızıldığı xəritələrə baxdım. Adları çətin tələffüz edilən əsrarəngiz adamlar 
Versalda oturub, Şərqin aqibətini həll edirdilər. Yalnız bir nəfər, 
Ankaradan gəlmiş sarışın, mavi gözlü türk generalı qalib dövlətlərə 
ümidsiz müqavimət göstərməyə cürət göstərirdi. Vətənimiz Azərbaycan 
artıq Avropa dövlətləri tərəfindən müstəqil bir dövlət kimi tanındı. İngilis 
alaylarının artıq suveren bir respublika olan ölkəmizin torpaqlarından 
təmamən çıxıb getmələrinə dair xəbərdən cuşa gələn İlyas bəyin hərarətini 
soyutmaq üçün çox səy etməli oldum. 
  -  Demək əbədi azadlıq, – deyə İlyas bəy sevinclə səsləndi. Artıq 
vətənimizin torpaqları üzərində yabançı qüvvələr olmayacaq. 
  Bura bax, İlyas bəy – deyərək onu xəritənin yanına çağıraraq dedim: 
  -  Bizim cənub müttəfiqlərimizin Türkiyə və İran olması vacibdir, lakin 
indi onların hər ikisi də zəifləmişdir. İndi biz havada qalmış 
vəziyyətdəyik. Şimaldan neftimizi susamış yüz altmış milyon rus hər gün 
bizə qarşı təzyiqini artırır. Nə qədər ki, ingilislər buradadırlar, heç bir rus 
sərhədlərimizi keçməyə cürət edə bilməz. Əgər ingilislər çıxıb getsələr, 
vətənimizi müdafiə etmək üçün bir sən qalırsan, bir də mən və bir neçə 
alay.  
  İlyas bəy qayğısızlıqla başını yırğaladı: 
  -  Əşşi, sən nə danışırsan! Ruslarla dostluq anlaşmaları yaratmaq və sülh 
müqavilələri bağlamaq üçün bizim diplomatlarımız var. Ordunun görəcək 
işləri başqadır. 
  O, xəritədə ölkəmizin cənub sərhədini göstərib sözünə davam etdi: 
  -  Bax, ordu buraya Ermənistan sərhədinə getməlidir. O bölgədə vəziyyət 
qarışıb. Hərbi nazir general Mehmandarov artıq hərəkət əmrini verib. 
  Diplomatiyanın yalnız hərbçilər tərəfindən əməlli başlı himayə olunduğu 
zaman məna kəsb etdiyinə onu inandırmaq əbəs idi. 
http://ekitabxana.com sayt
ı
ndan yükl
ə
nilib


  Çox keçmədən ingilis alayları şəhəri tərk etməyə başladılar. Küçələr 
bayramsayağı bəzədilmişdi. Qoşunlarımız Ermənistan sərhədinə tərəf 
hərəkət edirdi. Rusiya-Azərbaycan sərhədindəki stansiyamız Yalamada 
yalnız sərhəd keşikçiləri və bir neçə məmur qalmışdı. Nazirlikdə isə biz 
həm ağlarla və həm də qırmızı məmurlarla müqavilələr hazırlamağa 
çalışırdıq. Atam İrana qayıdırdı. Nino və mən onu limana apardıq. O, 
kədərlə bizə baxdı. Onun dalınca getmək istəyib-istəmədiyimizi bizdən 
soruşmadı. 
  -  İranda nə edəcəksən, ata? 
  -  Ola bilsin evlənəcəyəm... 
  O, fikri dağınıq halda bizi öpdü və düşüncəli-düşüncəli dedi: 
  -  Arabir sizi görməyə gələrəm. Şayəd bu dövlət yıxılası olsa, qəm 
yeməyin, mənim Mazandaranda bir neçə malikanəm var. 
  O, gəmiyə mindi və göyərtədə dayanıb, uzun müddət bizə, içəri şəhərin 
qala divarlarına, nəhəng Qız qalasına, şəhərə və uzun-uzadı çöllərə baxdı. 
  Şəhərdə hava çox isti idi. Nazirliyin pəncərələrindəki pərdələr yarı örtülü 
idi. Sifətlərində cansıxıcı ifadələri olan rus təmsilçiləri gəldilər. Onlar 
saysız-hesabsız müqavilələri, maddələri və müəyyən qeydləri laqeydliklə 
və tələsik imzalayıb getdilər. 
  Şəhərimizin küçələrini toz və qum bürümüşdü. Külək kağız tikələrini 
göyə sovururdu. Ninonun valideynləri yayda dincəlmək üçün Gürcüstana 
getmişdilər. 
  Yalamada isə əvvəlki kimi bir neçə sərhəd keşikçisi və bir neçə nəfər 
məmur qalmışdı. 
  Bir gün nazirə üzümü tutub dedim: 
  -  Əsədulla, Yalamanın qarşısında otuz min nəfər rus qoşunu mövqe 
tutmuş vəziyyətdədir. 
  O, qaşlarını çataraq bilirəm – dedi: 
  – Müqavilələri imzalamaqdan başqa heç bir şey eləyəsi durumda deyilik. 
Qalan hər şey isə Allahın əlindədir.  
  Küçəyə çıxdım. Süngüləri par-par parıldayan bir neçə əsgər parlament 
binasının qapısında keşik çəkirdi. 
  Parlamentin iclasında müxtəlif siyasi partiyalar bir-birlərini yeyirdilər. 
Şəhərin kənar məhəllələrində yaşayan rus fəhlələri hökuməti 
hədələyirdilər ki, əgər onlar Rusiyaya neft ixracına icazə verməsələr tətilə 
başlayacaqlar. 
  Çayxanalar qəzet oxuyan və nərd oynayan kişilərlə dolu idi. Uşaqlar 
qızmar tozun içində oynayırdılar. Şəhərə elə bil göydən od yağırdı. 
http://ekitabxana.com sayt
ı
ndan yükl
ə
nilib


Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə