Microsoft Word QurbanSaid-AliveNino doc



Yüklə 1,17 Mb.
Pdf görüntüsü
səhifə60/63
tarix15.03.2018
ölçüsü1,17 Mb.
#31822
1   ...   55   56   57   58   59   60   61   62   63

  O, diqqətlə mənə baxdı: 
  -  Mənə belə gəlir ki, İran ilə Azərbaycan arasında mədəni baxımdan 
böyük fərq var. 
  -  Bəli, biz İrandan yüz il irəlidəyik. Unutmayın ki, bizim böyük 
sənayemiz və dəmir yolumuz vardır. Amma təəssüf ki, rus idarəçiləri 
bizim mədəni inkişafımızı sıxışdırmışlar. Bizdə lazımi qədər həkim və 
müəllimlərimiz yoxdur. Eşitdiyimə görə, hökumətimiz bir sıra qabiliyyətli 
gənclərimizi Avropaya göndərməyi nəzərdə tutmuşdur. 
  Bir xeyli onunla söhbət etdim və sonra ona viski vermək istədim.  
  Lakin o, içkidən imtina edib dedi: 
  -  Mən iyirmi il İranda konsul olmuşam. Köklü Şərq mədəniyyətinin 
dağılıb getməməsini, bu günkü müasir şərqlilərin bizim sivilizasiyanı 
təqlid etmələrini və öz əcdadlarının ənənələrinə hörmət etməmələrini 
görmək həqiqətən insana çox əzab verir. Lakin, bəlkə də onlar haqlıdırlar. 
Çünki həyat tərzi hər kəsin öz şəxsi işidir. Amma nə olursa olsun etiraf 
etməliyəm ki, sizin ölkəniz, məsələn, Mərkəzi Amerika respublikaları 
qədər müstəqil olmaq üçün yetişmişdir. Mənim fikrimcə, bizim 
hökumətimiz Azərbaycanın dövlət müstəqilliyini tezliklə tanıyacaqdır. 
  Salonun o biri başında Ninonun zadəgan valideynlərinin və İlyas bəyin 
əhatəsində xarici işlər naziri Əsədulla dayanmışdı. Mən tələsik onların 
yanlarına getdim. Əsədulla tez soruşdu: 
  -  O, qoca sənə nə deyirdi? 
  -  O dedi ki, mən səfehəm, amma İngiltərənin bizim müstəqilliyimizi 
tezliklə tanıyacağını söylədi. 
  Mirzə Əsədulla rahat bir nəfəs aldı. 
  -  Siz heç səfeh deyilsiniz, Əli xan. 
  -  Təşəkkür edirəm, cənab nazir, mənə elə gəlirdi ki, doğrudan da 
səfehəm. 
  O, əlimi sıxaraq getməyə hazırlaşırdı. Qapıda Ninonun əlini öpərkən, 
Nino əsrarəngiz bir şəkildə gülümsəyərək ona nə isə pıçıldayırdı. Mirzə 
Əsədulla da onun dediklərini başı ilə təsdiq edirdi... 
  Qonaqlar gecə yarısı dağılışdılar. Böyük salona tütün və alkoqol qoxusu 
çökmüşdü. Hər ikimiz yorğun, lakin məmnun halda pilləkənlərlə yuxarı 
qalxıb, yataq otağına keçdik. Birdən qəribə bir dəcəllik hissi bürüdü bizi. 
Nino ayağındakı ayaqqabılarını bir küncə vızıldatdı, sonra çarpayının 
üstünə hoppanıb yellənməyə başladı. O, alt dodaqlarını salladıb, burnunu 
qırışdırdı. Bu anda o, balaca meymuna bənzəyirdi. Nino ordlarını şişirtdi, 
sonra hər iki şəhadət barmaqlarını ordlarına vurdu. Onun dodaqlarının 
arasından səs çıxdı. 
http://ekitabxana.com sayt
ı
ndan yükl
ə
nilib


  -  De görüm, məni yeni ölkənin xilaskarı rolunda necə görürsən? – deyə 
Nino bərkdən səslənərək çarpayının üstündə hoppanıb düşdü. Sonra 
güzgünün qabağına qaçdı, özünü heyran baxışlarla süzüb dedi: 
  -  Nino xanım Şirvanşir – Azərbaycanın Janna d`Arkı. Minbaşı 
arvadlarını ovsunlayır və həyatında heç xədimağası görməmiş kimi 
davranır. 
  O, gülür və əl çalırdı. Ninonun əynində açıq rəngli yaxası dekolte axşam 
paltarı var idi. Onun incə qulaqlarından uzun sırğalar asılmışdı. Mirvari 
boyunbağısı lampa işığında işıldayırdı. Onun qolları qız qollarıtək incə və 
gözəl idi. Qara saçları da çiyinlərinə tökülürdü. Güzgünün qabağında 
dayanmış Ninonun mənim üçün yeni olan bu gözəlliyi valehedici idi. 
  Mən bir-iki addım atıb ona yaxınlaşdım və avropalı prinsesin 
xoşbəxtlikdən parlayan gözlərinə baxdım. Sonra onu qucaqladım və mənə 
elə gəldi ki, onu ömrümdə ilk dəfə idi ki, bağrıma basırdım. Onun  yumşaq 
və ətirli dərisi var idi, dodaqları arasından görünən dişləri isə ağ mirvari 
dənələri kimi parlayırdı. Biz ilk dəfə olaraq çarpayının üzərində oturduq. 
Avropalı bir qadını qollarımın arasına aldım. Nino tez gözlərini qırpdı. 
Onun uzun və zərif kirpikləri yanağıma dəyirdi. Onun gözlərində nəvaziş 
dolu bir baxış var idi. Mən onları heç bir zaman hiss etməmişdim. 
  Ninonun çənəsini ovucumun içinə alıb başını qaldırdım. Yumşaq yumru 
sifətinə, nəmli susamış dodaqlarına və yarı bağlı gürcü kipriklərinin 
ardındakı xülyalı gözlərinə baxdım. Ninonun boynunun ardını sığalladım. 
Onun sifəti coşqunluq və şövqlə dolu idi. Birdən onun gecə paltarı da, 
avropasayağı çarpayısı da gözlərimin önündən silindi. Mən onun 
Dağıstandakı aulda gil döşəmənin üzərinə sərilmiş ensiz kilimin üstündəki 
döşəkdə uzanmasını gözlərimin qabağına gətirdim. Mən onun çiyinlərini 
qucaqlamışdım və birdən ayılıb gördüm ki, ikimiz də paltarda, məğrur 
Avropa çarpayısının ayaqları altında, açıq rəngli Kirman xalçasının 
üstündə uzanmışıq. Yumşaq xalçanın üzərində kürəyi üstə yatan Ninonun 
üzünə baxdım. Onun nəfəs almasını, sonra da yaşlı ingilisi, cavan zabitləri 
və respublikamızın aqibətini tamamən unutmuşdum. 
  Bir az sonra biz kürəyi üstə, yan-yana uzanıb başımızın üstündəki böyük 
güzgüyə baxırdıq. “Paltarım korlandı” deyə Nino birdən dilləndi, onun 
səsindən xoşbəxtlik yağırdı. Sonra xalçanın üstündə oturduq. Nino başını 
dizimə qoyub yüksək səslə dedi: “İndi biz mayorun arvadı görsəydi nə 
deyərdi. Deyərdi ki, məyər Əli xan bilmir ki, çarpayı nə üçündür?” 
  Nəhayət o, ayağa durdu və kiçicik ayağı ilə dizimə bir təpik ilişdirdi: 
http://ekitabxana.com sayt
ı
ndan yükl
ə
nilib


  -  Cənab attaşe həzrətləri, lütf edib, diplomatiya dünyasının ümumi 
qayda-qanunlarına riayət edərək, soyunub nikah yatağındakı yerini tuta 
bilərmi? 
  Yuxulu vəziyyətdə deyinə-deyinə ayağa qalxdım, paltarımı soyunub 
qırağa atdım və yorğanın altına girib Ninonun yanında uzandım. Beləcə 
biz yuxuya getdik. 
  Günlər, həftələr keçdi. Qonaqlar gəlir, viski içərək evimizdən heyranlıqla 
danışırdılar. Ninonun gürcü qonaqpərvərliyi tükənmək bilmirdi. 
  O cavan zabitlərlə rəqs edir, yaşlı minbaşılarla podaqra xəstəliyindən 
danışırdı. Nino ingilis xanımlarına kraliça Tamarının dövrünə aid 
hekayələr danışır və onlarda elə təəssürat yaradırdı ki, guya bu kraliça 
Azərbaycana da hökmranlıq etmişdi. Mən isə nazirlikdə, böyük bir 
kabinetdə tək otururdum, diplomatik notaların layihələrini cızır, xarici 
ölkələrdəki təmsilçilərimizin məlumatlarını oxuyurdum və boş 
vaxtlarımda pəncərədən dənizi seyr edirdim. 
  Nino sevinc və şadlıq içində idi, elə bil onun heç bir qayğısı yox idi. O, 
Xarici İşlər Naziri Mirzə Əsədulla ilə dost olmağa başlamışdı. Mirzə 
Əsədulla bizi ziyarət etdiyi zaman Nino ona qayğı göstərir, ona Avropa 
cəmiyyətində necə davranmaq lazım olduğu barədə ağıllı məsləhətlər 
verirdi. Bəzən də onları evimizin bir guşəsində, əsrarəngiz şəkildə 
pıçıldaşan görürdüm. 
  Bir gün Ninoya “Mirzə Əsədulladan nə istəryirsən?” - deyə soruşanda 
Nino gülümsəyərəêkizah etdi ki, Xarici İşlər Nazirliyində protokol 
şöbəsinin ilk qadın müdiri olmaq arzusundayam. 
  Masamın üstü məktublar, məlumatlar və bəyanatlarla dolu idi. Yeni 
dövlətin işləri tam sürətlə gedirdi. Üzərində bizim yeni gerbimizin rəsmi 
olan məktubları açmaq adama zövq verirdi. 
  Bir gün kuryer mənə qəzetləri gətirəndə günortaya az qalmışdı.  
Hökumət qəzetini açdım və qəzetin üçüncü səhifəsində adımın böyük 
yağlı hərflərlə yazıldığını gördüm. Adımın altında bunlar yazılmışdı: 
“Xarici işlər nazirliyinin attaşesi Əli xan Şirvanşir Paris konsulluğuna 
təyin edilir”. 
  Bu qısa yazıdan sonra isə mənim gözəl cəhətlərimi sadalayan uzun bir 
məqalə gəlirdi. Bu məqalənin Arslan ağanın qələmindən çıxdığını başa 
düşmək çox da çətin deyildi. 
  Yerimdən sıçradım, otaqdan çıxıb nazirin kabinetinə tərəf getdim. 
Kabinetin qapısını açıb içəri girdim: 
  -  Mirzə Əsədulla, bu nə deməkdir? - dedim. 
  O, gülümsədi: 
http://ekitabxana.com sayt
ı
ndan yükl
ə
nilib


Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə