Microsoft Word QurbanSaid-AliveNino doc



Yüklə 1,17 Mb.
Pdf görüntüsü
səhifə59/63
tarix15.03.2018
ölçüsü1,17 Mb.
#31822
1   ...   55   56   57   58   59   60   61   62   63

demədim. Sadəcə onun çirkli barmaqlarını öpdüm və xarici şərabları 
soyutmaq üçün bir soyuducu alınmasına izin verdim. 
   
   
  
XXVIII 
   
  -  Sizin xalanız varmı? 
  -  Yox, mənim xalam yoxdur, amma qulluqçum sağ ayağını sındırıb. 
Gəzməkdən xoşunuz gəlirmi? Bəli gəzməkdən xoşum gəlir, amma mən 
axşamlar yalnız meyvə yeməyə üstünlük verirəm. 
  İngilis dili dərsliyinin tapşırıqları çox axmaq səslənirdi. Nino kitabı 
örtdü. 
  -  Mənə elə gəlir ki, müharibədən qalib çıxmaq üçün ingilis dilini kifayət 
qədər bilirik. Amma, de görüm, heç ömründə viski içmisənmi? 
  Dəhşətlə çığırdım. 
  -  Nino, sən bu dərsliyin lap müəllifi kimi danışırsan. 
  -  Bağışla, Əli xan, vətənimizə xidmət etmək arzumuzu yanlış başa 
düşdüyüm üçün belə bir axmaq söz danışdım. De görüm, bu axşam bizə 
kimlər gələcək? 
  Ninonun səsində süni bir etinasızlıq hiss olunurdu. 
  Mən, bu axşam evimizə təşrif buyuracaq ingilis məmurları ilə zabitlərinin 
adlarını sadaladım. Nino qürurlanaraq gözlərini qabağa zilləmişdi. O, çox 
yaxşı bilirdi ki, Azərbaycanın heç bir naziri və generalı, onun ərinin sahib 
olduğuna malik deyildir: ərinin ziyalı, Qərb adətlərinə bələd, ingilis dilini 
bilən və knyaz ailəsindən olan arvadı vardı. 
  Nino qaşqabağını sallayıb dedi: 
  -  Mən viskinin dadına baxdım, onun acı və iyrənc dadı var. Ona görə də 
onun içinə soda atmadan içmirlər. 
  Mən əlimi onun çiyninə qoydum. O, razılıq hissi ilə gözlərini mənə tərəf 
çevirdi: 
  -  Qəribə bir həyat keçiririk, Əli xan. Bir dəfə məni aparıb hərəmxanaya 
saldın, indi isə ölkəmizin mədəni inkişafına xidmət edən bir əşya rolunu 
oynayıram. 
  Biz aşağı qəbul salonuna endik. Yaxşı təlim keçmiş qulluqçular divarlara 
söykənib söhbət edirdilər. Divarlarda da mənzərə və heyvan rəsmləri 
çəkilmiş tablolar asılmışdı. Künclərdə yumşaq kreslolar qoyulmuşdu, 
masanın üstünü də çiçəklər bəzəyirdi. Yadındadırmı, Əli xan, 
Dağıstandakı aulda vadidən bardağla su daşıyaraq sənə qulluq edərdim. 
  -  Hansı xidmət daha çox xoşuna gəlir? 
http://ekitabxana.com sayt
ı
ndan yükl
ə
nilib


  Ninonun gözləri süzüldü, sanki xəyala getdi. Cavab vermədi. Bu anda 
qapının zəngi çalındı və Ninonun dodaqları həyəcandan titrəməyə başladı. 
İlk gələnlər Ninonun valideynləri idilər. Onlarla birlikdə rəsmi keçid 
forması geymiş İlyas bəy də gəlmişdi. İlyas bəy salonu gəzdi, hər şeyi 
gözdən keçirdi, sonra başını yırğalayıb dedi: 
  -  Mən də evlənməliyəm, Əli xan. Görəsən Ninonun xalası qızı varmı? 
  Nino ilə mən ev sahibləri kimi qapıda durub müsafirləri qarşılayırdıq. 
Biz çoxlu ingilis əlləri sıxırdıq. İngilis zabitləri hündürboylu və qırmızı 
sifətli idilər. Uzun əlcək geymiş xanımlar isə mavigözlüydülər. Onlar 
mərhəmətlə gülür və maraqla ətrafa baxırdılar. Bəlkə də, onlar 
gözləyirdilər ki,  hərəm xidmətçiləri onlara qulluq edəcək və yarılüt qızlar 
onların qabağında rəqs edəcəklər. Halbuki onların əvəzində yaxşı təlim 
keçmiş qulluqçular peyda oldular. Əmrə hazır olan bu qulluqçular 
yeməkləri masanın üstünə sol tərəfdən qoyurdular. Divarlarda yamyaşıl 
çəmənliklərin və yarış atlarının rəsmləri asılmışdı. 
  Gənc bir zabit qədəhini ağzına kimi viski ilə doldurub, içinə soda 
tökmədən bir nəfəsə başına çəkib boşaltdığını görən Ninonun nəfəsi 
tutulan kimi oldu. Salonu səs-küy bürümüşdü. Verilən sual və cavabların 
əksəriyyəti ingilis dili dərsliklərinin tapşırıqları kimi çox axmaq səslənirdi: 
“Çoxdan evlisiniz, xanım Şirvanşir?” “Demək olar ki, iki ildir” “Bəli, toy 
səyahətimi keçirmək üçün İrana getmişdik”, – “Ərimin at sürməkdən xoşu 
gəlir”. – “Yox? ərim polo oynamır” “Şəhərimiz xoşuna gəlirmi?” “Bəli 
buranı görməyimə məmnunam, amma çox xahiş edərim. Bizlər vəhşi 
deyilik” “Azərbaycanda artıq çoxdandır ki, çox arvadlılıq qadağan 
edilmişdir”. “Hərəm ağalar barəsində isə mən ancaq romanlarda 
oxumuşam”. Nino masanın qarşı tərəfindən üzümə baxdı və gülməyini 
güclə saxladığı üçün onun çəhrayı burun dəlikləri pərələnirdi. Bir mayor 
arvadı Ninodan soruşdu ki, həyatınızda heç operaya getmisinizmi? Nino 
çox nəzakətlə cavab verdi ki, bəli getmişəm, oxumağı və yazmağı da 
bilirəm. 
  Nino ona sual verən xanıma biskvit dolu qabı uzadarkən ilk raundu 
udmuşdu. 
  Gənc ingilislər, məmur və zabitlər Ninoya baş əyirdilər. Onların əlləri 
Ninonun incə barmaqlarına toxunurdu, baxışları isə Ninonun çılpaq 
kürəyinə sataşırdı. 
  Üzümü yana çevirdim. Əsədulla küncdə dayanıb arxayın tərzdə siqara 
çəkirdi. O, öz arvadını heç zaman yad adamların baxışlarına təslim 
etməzdi. Amma Nino həm gürcü, həm də xristian idi. Əsədullanın fikrincə 
http://ekitabxana.com sayt
ı
ndan yükl
ə
nilib


Nino əllərini, gözlərini və çılpaq kürəyini onlarla yad kişilərin baxışlarına 
təslim etmək üçün yaranmışdı. 
  Məni qəzəb və xəcalət bürüdü. Qulağıma çatan qırıq-qırıq sözlər həyasız 
və təhqiredici səslənirdi. Mən gözlərimi yerə dikdim. Nino salonun o biri 
başında yadların ortasında durmuşdu. 
  Birdən birə o, boğuq bir səslə “Çox sağ olun” dedi: “Sağ olun siz çox 
nəzakətlisiniz”. 
  Başımı qaldırdım və onun qıpqırmızı olmuş sifətini, vahimə bürümüş 
halını gördüm. O, salonun o biri başından gəlib qabağımda dayandı. O, 
əlini qoluma saldı, elə bil özünə arxa axtarırdı. 
  Sonra yavaşca dedi: 
  -   Əli xan, indi sənin vəziyyətin, o vaxt Tehranda xalaların və 
xalaqızlarınla görüşəndə mənim düşdüyüm vəziyyətə oxşayır. Bu qədər 
kişi ilə mən nə edim? Mən onların mənə belə baxmalarını istəmirəm. 
  Nino bu sözləri deyib məndən aralandı və mayor arvadının əlindən tutdu. 
Mən onun mayor arvadına dediyi sözləri eşitdim: “Siz mütləq bir dəfə 
bizim yerli teatra gəlməlisiniz. Hazırda Şekspiri Azərbaycan dilinə 
tərcümə edirlər. Gələn həftə “Hamlet”in ilk tamaşası olacaq”. 
  Alnımdakı təri sildim və qonaqpərvərliyin sərt qayda-qanunlarını yada 
saldım. Köhnə bir məsəldə deyilirdi, “əgər qonaq sənin oğlunun başını 
kəsib onu əlində tutaraq evinə girsə, onu qəbul etməli, yedirtməli və qonaq 
kimi ona ehtiram göstərməlisən”. Ağıllı adətdir. Amma ona əməl etmək 
çox ağır olur. 
  Qədəhləri viski və konyakla doldurub qonaqlara payladım. Zabitlər 
siqara çəkirdilər, viski içirdilər. Onların ayaqlarını qaldırıb masaların 
üzərinə qoymalarını gözlədiyimiz halda, bunu zabitlərin heç biri etmədi. 
  Gənc bir zabit mənim əzabımı daha da artırıb dedi: 
  -   Çox gözəl xanımınız və gözəl eviniz vardır, Əli xan. Siyasi səbəblərə 
görə bu sözlərin üstündən gənc bir zabit şapalaq yemədiyini bilsəydi, hər 
halda çox heyrətlənərdi. Sən bir işə bax: bir kafir köpək açıq-aşkar mənim 
arvadımın gözəlliyindən söhbət etməyə cürət edirdi. Onun qədəhini 
konyakla doldurduğum zaman əllərim əsirdi və bir neçə damcı da yerə 
töküldü. 
  Ağ bığlı və smokinq pencəyinin altından ağ köynək geymiş yaşlı bir 
ingilis məmuru küncdə oturmuşdu. Ona biskvit verdim. Onun dişləri uzun 
və sapsarı idi, barmaqları isə gödək idi. 
  O, təmiz fars dilində mənə müraciət etdi: 
  -   Eviniz əsl Avropa evidir, Əli xan. 
  -  Mən ölkəmizdəki adət üzrə yaşayıram. 
http://ekitabxana.com sayt
ı
ndan yükl
ə
nilib


Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə