Microsoft Word QurbanSaid-AliveNino doc



Yüklə 1,17 Mb.
Pdf görüntüsü
səhifə7/63
tarix15.03.2018
ölçüsü1,17 Mb.
#31822
1   2   3   4   5   6   7   8   9   10   ...   63

burnu dimdik burun deyildi. Mən Ninonu heç bir zaman çadra örtməyə 
qoymayacağam.  
  Batan günəşin parıltısında Ninonun siması durdu gözlərimin qabağında.  
  Nino Kipiani... bu nə gözəl gürcü adı idi. Avropanın adət və ənənələrini 
sevən alicənab valideynləri olan Nino! Ninonun ağappaq gözəl sifətindəki 
uzun qara kiprikləri altında iri, gülər, qığılcım saçan Qafqazlı gözləri var 
idi. Belə xoş və şən gözlər yalnız gürcü qızlarında olur. Nazik, hilal qaşlı 
Ninonun profili həzrəti Məryəmin profilini xatırladırdı. Bu oxşatmalar 
mənə xoş gəlirdi. Ancaq bu cür qadınlar o qəribə və anlaşılmaz dünyanın 
simvolu olan həzrəti Məryəmə bənzədilə bilərdi. 
  Geniş çöllərdən əsmiş küləklərin gətirdiyi göz qamaşdıran qumlarla 
örtülmüş qubernator bağına diqqətlə baxdım. Gözlərimi yumdum. Birdən 
yanımda şən bir gülüş səsi eşitdim: 
  “Allah, Allah! Siz Romeoya baxın! Culyettasını gözləyərkən yuxuya 
gedib!” 
  Yerimdən sıçradım. Nino düz yanımda dayanmışdı. Əynində müqəddəs 
Tamara qız litseyinin mavi rəngdə uniforması var idi. Nino şərqlilərin 
xoşuna gəlməyəcək qədər arıq və incə idi. Amma məndəki incə duyğuları 
oyadan da elə onun bu qüsuru idi. Onun on yeddi yaşı var idi və mən onu 
ilk dəfə Nikolay küçəsindən litseyə getdiyi birinci gündən tanıyırdım. 
  Nino yanımda oturdu. Onun gözəl kipriklərinin altından gözləri par-par 
parıldayırdı: “Deməli, axır ki, imtahanı verdin, hə? Sənə görə bir az 
narahat idim”. 
  Əlimi onun çiyninə qoydum: “Bir az həyəcanlı idim. Amma görürsən də, 
qəlbində tanrı qorxusu olan Allah həmişə kömək edir”. 
  Nino gülə-gülə: “bir ildən sonra sənin də mənim üçün Tanrı rolu 
oynamağın gərək olacaq. İstəyirəm ki, bizim imtahanlar başlayanda 
partamın altında gizlənib riyaziyyatdan verilən sualların cavablarını mənə 
pıçıldayasan. 
  Hələ bir neçə il bundan əvvəl biz bu barədə razılığa gəlmişdik. O zaman 
on iki yaşlı Nino böyük tənəffüsdə gözləri yaşla dolu məktəblərimizin 
arasındakı yolu qaçaraq bizim tərəfə gəldi və məni öz siniflərinə dartıb 
apardı. Mən dərs boyunca onun partasının altında çömbəlib, müəllimin 
riyaziyyatdan soruşduğu sualların cavablarını kitaba baxıb Ninoya 
pıçıldayırdım. O gündən bəri mən Ninonun nəzərində bir qəhrəman olaraq 
qalmışdım. 
  - Əmin və onun xanımı necədir? - deyə Nino soruşdu. Deyəsən qərb 
təbabəti əmimin xanımına yardım edib, amma Zeynəb xanımda heç bir 
http://ekitabxana.com sayt
ı
ndan yükl
ə
nilib


əlamət görünmür. Buna baxmayaraq əmim göstərilən yardımın köməyinə 
böyük ümidlər bəsləyir – dedim. 
  - Sən arvadını çadranın altında gizlədəcəksən mi? - deyə Nino dilləndi. 
  - Onu qəti deyə bilmirəm. Vəziyyətə baxır. Çadra qadını günəşdən, 
tozdan və yadların pis baxışlarından qoruyur. 
  Birdən birə Ninonun sifəti qıpqırmızı qızardı. 
  - Sən həmişəlik olaraq Asiyalı qalacaqsan. Yad baxışlar sənə niyə mane 
olur? Qadın başqasının xoşuna gəlmək istəyərsə nə olar? 
  - Qadın gərək başqasının yox yalnız öz ərinin xoşuna gəlməyə çalışsın. 
Açıq sifət, çılpaq kürək, yarıya kimi örtülmüş sinə, incə ayaqlardakı şəffaf 
corablar – bunların hamısı nəsə vəd edir. Çünki qadını belə vəziyyətdə 
görən kişi, daha artığını görmək istəyəcəkdir. Kişini belə arzulardan 
“qorumaq” üçün isə qadın çadra örtməlidir. 
  Nino mənə təəccüblə baxa-baxa qaldı. 
  - Səncə, Avropada on yeddi yaşındakı qızlarla on doqquz yaşındakı 
oğlanlar heç belə şeylərdən danışarlarmı? 
  - Zənn etmirəm. 
  - Elə isə gəl biz də bu barədə danışmayaq – deyə Nino sərt şəkildə dedi 
və dodaqlarını sıxdı. 
  Əlim Ninonun saçlarını tumarlayırdı. O, başını qaldırdı. Batan günəşin 
son parıltısı onun gözlərinə düşmüşdü. Ona doğru əyildim... Onun 
dodaqları incəliklə, iradəsiz aralandı. Mən biçimsiz bir şəkildə onu xeyli 
öpdüm. Sonra birdən məni itələyib, məndən ayrıldı. İkimiz də susub 
alaqaranlığı seyr edirdik. Bir az sonra etdiyimiz hərəkətdən utanmış kimi 
olaraq ayağa qalxdıq. 
  Əl-ələ verib Qubernator bağını tərk etdik. 
  Bağdan çıxarkən Nino dilləndi: 
  - Hər halda, mən də gərək çadra geyəydim. 
  O, pərt halda gülümsədi. İndi hər şey öz yoluna düşmüşdü. Mən onu 
evlərinə qədər ötürdüm. Ayrılarkən: “Şübhəsiz ki, sizin buraxılış gecəsinə 
gələcəyəm!” dedi. Onun əlini tutdum: “Nino, bu yay nə edəcəksən?” 
dedim. 
  - Yayda biz ailəvi Şuşaya gedəcəyik. Amma bu o demək deyil ki, biz 
Şuşaya gediriksə, sən də gərək oraya gedəsən. 
  - Çox yaxşı, belə isə yayda Şuşada görüşərik: 
  - Əli xan, vallahi sən lap zəhlə tökən adamsan. Amma heç bilmirəm ki, 
niyə səndən bu qədər xoşum gəlir. 
  Nino evlərinə girdi, arxasınca qapı bağlandı. Mən isə evimizə getdim. 
Əmimin sifəti qurumuş bir kərtənkələni andıran xədimağası dişlərini 
http://ekitabxana.com sayt
ı
ndan yükl
ə
nilib


ağarda-ağarda mənə dedi: “Gürcü qadınları çox gözəldirlər, xan. Amma 
onları bağlarda çoxlu adamların keçdiyi yerlərdə öpmək yaramaz. Çünki 
ətrafdan bunu görən olur”.  
  Onun qansız qulağını çəkdim. Xədimağaların istədikləri zaman son 
dərəcə şeytan olmaqlarını bilirdim. 
  Sonra atamı görməyə getdim. 
  - Məzun olduğum üçün, sən mənə üç arzumun yerinə yetirilməsinə söz 
vermişdin. Səndən istəyəcəyimin birincisini artıq bilirəm – dedim. 
  Bu yay Qarabağa getmək istəyirəm. 
  Atam uzun-uzadı üzümə baxdı və sonra gülümsəyərək başını yırğaladı. 
   
   
  IV 
   
  Zeynal ağa Bakı yaxınlığındakı Binəqədi kəndindən olan cahil bir kəndli 
idi. Onun şoran çöldə tozlu, böyük bir torpaq sahəsi vardı. İllər boyu az 
çox o sahəni əkib becərərdi. Sonra bir gün zəlzələlərin biri onun torpaq 
sahəsində yarıq əmələ gətirdi. Bu açılan yarıqdan da neft fışqırmağa 
başlamışdı. O gündən sonra Zeynal ağa bir daha həyatda pul qazanmaq 
üçün başqa yollar axtarmağa lüzum görməmişdi. Sel kimi gələn pulu 
comərdcəsinə xərcləyirdi. Amma buna baxmayaraq hər gün pul artır və 
onun üçün bu pul yükə çevrilirdi. Elə bir yükə çevrilirdi ki, onu lap əldən 
salmışdı. Bu qədər açıq bir talehin ardından sonra kişi bir fəlakətin 
gələcəyinə inanmağa başlamışdı. Zeynal ağa məhkum olunmuş məhbus 
kimi edam hökmünü gözləyərək yaşamağa başlamışdı. O, məscidlər, 
xəstəxanalar, təcridxanalar tikdirirdi. Bu arada Məkkəyə də həccə gedib 
hacı olmuş və orada da yetimxanalar tikdirmişdi. Lakin heç bir rüşvət 
qəbul etmirdi. Yetmiş yaşında ikən evləndiyi on səkkiz yaşlı arvadı onun 
namusuna ləkə gətirmişdi. Zeynal ağa zalımcasına və vəhşicəsinə 
namusunun intiqamını almış, ondan sonra da bir yorğun kişiyə 
çevrilmişdi. Onun ailəsi dağılmış, bir oğlu onu tərk etmiş, o birisi oğlu isə 
özünü intihar edərək ona misilsiz bir şərəfsizlik gətirmişdi. 
  Bu səbəbdən də Zeynal ağanın saçları ağarmış və beli bükülmüşdü. 
Bakıdakı qırx otaqlı sarayında yalqız yaşayırdı. Onun həyatda sağ qalmış 
yeganə oğlu İlyas bəy bizim sinif yoldaşımız olduğu üçün buraxılış 
ziyafətimiz, tavanı qaya daşından düzəldilmiş Zeynal ağanın evinin böyük 
ziyafət salonunda təşkil edilmişdi. 
  Axşam saat səkkizdə mən, salonun enli mərmər pilləkənlərilə yuxarı 
qalxdım. Yuxarıda İlyas bəy pilləkənin başında dayanıb qonaqları 
http://ekitabxana.com sayt
ı
ndan yükl
ə
nilib


Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə