Microsoft Word QurbanSaid-AliveNino doc



Yüklə 1,17 Mb.
Pdf görüntüsü
səhifə9/63
tarix15.03.2018
ölçüsü1,17 Mb.
#31822
1   ...   5   6   7   8   9   10   11   12   ...   63

  Bir an ətrafa səssizlik çökdü. Üç, dörd qısa musiqi ahəngindən sonra 
dördüncü xanəndə xəfif və incə bir tərzdə oxumağa başladı... 
  “Üç gün itilədim xəncərimi. 
  Dördüncüdə sapladıb, haqlayıb düşmənimi, 
  Para-para etdim onu 
  Tərkimə atıram səni, sevgilim, 
  Döyüş örtüyümlə örtürəm üzümü 
  Və dörd nala çapıram səninlə dağlara”. 
  Mən qalın pərdələrdən birinin yanında dayanmışdım. Mənim 
yaxınlığımda müdirimiz və coğrafiya müəllimimiz dayanmışdılar. 
  Müdirimiz sakit səslə: 
  Nə qorxulu musiqidir! Deyə fısıldadı. Elə bil dəhşətli bir səsə qulaq 
asırsan. Görəsən bu şərqidə söylənilən sözlərin mənası nədən ibarətdir. 
  - Elə musiqinin ahəngi kimi mənasız olmalıdır, - deyə coğrafiya 
müəllimimiz cavab verdi. 
  İstədim ayaq barmaqlarımın üstündə kimsəyə bildirmədən sakitcə oradan 
uzaqlaşım. Birdən gördüm ki, qalın pərdə yavaşca tərpənən kimi oldu. 
Ehtiyatla ətrafa baxdım. Saçları qar kimi ağ, gözləri qeyri adi bir şəkildə 
parlayan bir qoca kişi pərdənin arxasında durub musiqini dinləyib 
ağlayırdı. Bu qoca kişi İlyas bəyin atası, Əlahəzrət Zeynal ağa idi. Onun 
mavi damarlı yumşacıq əlləri əsirdi. O əllərdə bəlkə imza atmağa belə 
qüvvə qalmamışdı, lakin bu əllər yetmiş milyon manat pula hakim idi. 
  Zeynal ağa, sadə bir kəndli idi. Lakin xanəndəlik sənəti haqqında böyük 
təcrübəyə malik idi. 
  Qəzəl sona yetdi. Musiqiçilər bu dəfə bir Qafqaz oyun havası çaldılar. 
Mən salonda süzməyə başladım. Tələbələr orada qrup-qrup dayanıb öz 
aralarında söhbət edirdilər. Onlardan bəziləri şərab içirdilər. Mən isə 
içmirdim. 
  Sinif yoldaşlarımız dostları və tanışları ilə bir küncə çəkilib öz aralarında 
zarafatlaşırdılar. Ətrafda saçları sarı, gözləri mavi, sifətləri pudralı bir  çox 
rus qızları vardı. Onlar rus tələbələri ilə və bəzən də erməni və gürcü 
tələbələri ilə söhbət edirdilər. Lakin onların yanlarına bir müsəlman 
tələbəsi yaxınlaşanda rus qızları bir an özlərini itirir, sonra isə dərhal 
istehza ilə özlərini çəkir, hırıltı ilə gülür, bir-iki kəlmə söz söyləyib
uzaqlaşardılar. 
  Biri pianoya yaxınlaşıb vals çalmağa başladı. Müdirimiz qubernatorun 
qızını rəqsə dəvət etdi. 
  Şükür allaha! Pilləkənin üst tərəfindən Ninonun səsi gəldi: Axşamınız 
xeyir, İlyas bəy. Bir az gecikdim. Amma bu mənim günahım deyildir. 
http://ekitabxana.com sayt
ı
ndan yükl
ə
nilib


  Mən bayıra sıçradım. Nino nə bayır paltarı və nə də müqəddəs Tamara 
qız litseyinin uniformasını geymişdi. Qızıl düyməli qısa bir məxmər 
çəpgən onun çiyinlərinə atılmışdı. Onun beli elə sıx və incə bağlanmışdı 
ki, mən bir əlimlə onu aça biləcəyimə inanırdım. 
  Uzun qara bir məxmər yubkası ayaqlarına çatırdı. Mən ancaq onun 
ayaqqabılarının burunlarını görürdüm. Başına kiçik bir başlıq qoymuşdu. 
Alnından da iki cərgə qızıl sikkə asılmışdı. Gürcü şahzadə xanımının 
qədim vaxtlardan qalma bayram libası və hələ üstəlik bir Bizans 
Madonnasının siması! 
  Madonna bir qəhqəhə çəkdi: 
  Yox, Əli xan sən hirslənməməlisən. Bu yubkanın bağlarını bağlamaq 
saatlar çəkir. Nənəmin yubkasıdır. Bunu yalnız sizin şərəfinizə zorla 
əynimə geymişəm. 
  Mənimlə birinci rəqsi kim edəcək? - deyə İlyas bəy səsləndi. Nino sual 
dolu gözləri ilə mənə baxdı. Başımla “rəqs et” deyə mən işarə etdim. 
Yaxşı rəqs edə bilmirdim. 
  İlyas bəyə Ninonu etibar edə bilərdim. Çünki İlyas bəy ədəb ərkanı bilən 
bir dost idi. 
  İlyas bəy musiqiçilərə səs elədi: 
  Şamilin duasını çalın” 
  Birdən çılğın bir melodiya yüksəldi. İlyas bəy salonun ortasına sıçradı. 
Xəncərini sıyırdı. Onun ayaqları Qafqazlıların dağ rəqsinin atəşli ritmiylə 
hərəkətə gəldi. Xəncərin tiyəsi onun əlində parlayırdı. Nino rəqs edə-edə 
ona yaxınlaşdı. O, kiçik ayaqları ilə balaca oyuncaqlara bənzəyirdi. 
“Şamilin duası” musiqisi çalınırdı. Biz əl vuraraq musiqinin tempini 
tutmağa çalışırdıq. Nino qaçırılmalı olan gəlin idi... İlyas xəncəri dişlərinin 
arasına aldı. İlyasın qolları yırtıcı quşun qanadları tək açılmış və qızın 
ətrafında dolaşırdı. Ninonun ayaqları da durmadan fırlanaraq salonun 
ətrafında oynayırdı. Onun titrəyən qollarının hərəkəti qaçırılacaq bir 
gəlinin qorxu, ümidsizlik və fədakarlığını ifadə edirdi. Sol əlində bir cib 
dəsmalı tutmuşdu. Onun bütün bədəni əsirdi. Yalnız başlığındakı qızıl 
sikkələr cərgə ilə tərpənmədən qalmışdı. Belə də olmalı idi və rəqsdə ən 
çətin şey elə bu idi. Bu dərəcə çılğınlıqla salon boyunca rəqs etmək və 
başlığındakı qızıl sikkələrin birini də tərpənməyə qoymamaq ancaq gürcü 
qızlarına məxsus idi. İlyas bəy, ona aman vermədən dairə boyunca 
Ninonun dalınca qaçırdı. İlyasın qolları ilə etdiyi işarələr, getdikcə daha 
amiranə olurdu. Ninonun da hücumu dəf etməyə çalışan hərəkətləri 
getdikcə incələşirdi. Nəhayət Nino yolu bir ovçu tərəfindən kəsilmiş maral 
http://ekitabxana.com sayt
ı
ndan yükl
ə
nilib


kimi dayandı. İlyas bəyin onun ətrafında çızdığı dairə getdikcə daralırdı. 
Ninonun gözləri itaətkar idi. Onun əlləri əsirdi. 
  Musiqinin kəskin səsi get-gedə yüksəlirdi. Nino sol əlini açdı. Onun 
əlindəki dəsmal dalğalanaraq yerə düşdü. Elə bu anda da İlyas bəyin 
xəncəri Ninonun ipək dəsmalına ilişdi və onu yerə mıxladı. 
  Simvolik rəqs sona çatdı. 
  Yeri gəlmişkən bir şeyi yada salmaq istəyirəm ki, rəqsdən qabaq mən öz 
xəncərimi İlyas bəyə vermişdim. Onun xəncərini də özümə götürmüşdüm. 
Deməli, Ninonun dəsmalını kəsən mənim xəncərimin tiyəsi idi. İşini 
daima pirli tutmaq lazımdır. Köhnə bir atalar sözündə deyilir ki, “Dəvəni 
Allahın əmanətinə tapşırmazdan əvvəl onun ipini kola sıx bağla”. 
   
  V 
   
  “Ey xan, qüdrətli əcdadlarımız bir gün özlərinə böyük şərəf və ətrafı 
dəhşətə gətirən ad verəcəkləri bu diyara ilk dəfə ayaq basdıqları zaman 
“Qara bax!... orada qar var!” - deyə qışqırmışlar. Dağlara yaxınlaşıb, balta 
dəyməmiş meşələri gördükdə isə “Qara bağ!” deyə qışqırmışdılar. 
Doğrudan da dağların yamacları qara bir bağa oxşayırdı. Elə o zamandan 
bəri bu diyara Qarabağ deyilir. Əvvəllər ora Aqvar, sonralar isə Sünik 
deyərdilər. Ey xan, indi bil ki bizim diyar çox qədim və şöhrətli bir 
diyardır. 
  Şuşada bir otağını kirayə götürdüyüm ev sahibim Mustafa kişi yenə 
məğrur səssizliyə qapandı. Sonra kiçik bir bardağdan Qarabağın meyvə 
arağından bir qədəh içib, hörüklərə bənzər qeyri adi pendirdən bir tikə 
kəsdi və boşboğazlığına davam etdi: “Bizim dağlarımızda qaranlıq ruhlar 
məskən salıb və nəhəng xəzinələrin keşiyini çəkirlər. Bunu hamı bilir. 
Dağlarımızda müqəddəs daşlar vardır. Meşələrimizin içindən isə 
müqəddəs çaylar axır. Allaha şükür hər şeyimiz var. Şəhərdə bir gəzinib 
ətrafınıza baxın... heç qəmli, dərdli bir adam görərsinizmi? Qətiyyən yox. 
Ayıq adam görə bilərsinizmi? Yox. Ağa, bizim məmləkətimizdə çaşıb 
qalacaqsınız”. 
  Mən bu diyarın şirin yalançılığına təəccüblənirdim. Öz balaca diyarlarını 
şöhrətləndirmək üçün onların uydurmadığı rəvayət qalmamışdı. Hələ 
dünən kök bir erməni mənə Şuşadakı Maraş kilsəsinin beş min il bundan 
əvvəl tikildiyini inandırmağa çalışırdı. Ona qayıdıb dedim ki: “Mənə belə 
yalançı uydurmaları danışma. Bütün xristianlığın yaşı heç iki min il 
deyildir. Axı xristian kilsəsi Xristosdan qabaq tikilə bilməzdi?!” 
http://ekitabxana.com sayt
ı
ndan yükl
ə
nilib


Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə