Microsoft Word QurbanSaid-AliveNino doc



Yüklə 1,17 Mb.
Pdf görüntüsü
səhifə11/63
tarix15.03.2018
ölçüsü1,17 Mb.
#31822
1   ...   7   8   9   10   11   12   13   14   ...   63

baxırdılar. Əsən külək onların saçlarını yellədirdi. Aşıqlardan biri qışqırıb 
dedi: - Sənin paltarından təzək iyi gəlir, sifətin donuz sifətinə bənzəyir, 
istedadın ən nazik tükdən də nazikdir və sənə bir az pul versələr özün 
haqqında təhqiramiz şer yazarsan”. 
  O biri aşıq acıqlı-acıqlı səsini ucaldaraq dedi: 
  - Sənin paltarın təlxək libasına bənzəyir, səsin də xədimağanın səsini 
xatırladır. Mənim istedadım yoxdursa, sənin də şairliyin yoxdur. Sən 
ancaq mənim dolu süfrəmdən atılan törtöküntülərlə yaşayırsan. 
  Aşıqlar get-gedə qızışaraq bir-birlərini iynəli sözlərlə təhqir edirdilər. 
  Nəhayət meydana ağ saçlı nurani bir qoca gəldi. O, aşıqlar arasındakı 
yarışma üçün iki mövzu elan etdi: 
  Mövzulardan biri “Araz üzərində ay”, digəri isə “Ağa Məhəmməd şahın 
ölümü” idi. 
  Aşıqlar başlarını göyə çevirib şerlərini oxumağa başladılar. Onlar 
oxuyurdular ki, Ağa Məhəmməd şah kişilik gücünü yenidən qaytarmaq 
üçün Tiflisə, kükürdlü vannalar qəbul etmək üçün gedir. Ona kükürtlü 
vannalar da kömək etməyəndə Xədim ağa şəhəri yerlə-yeksan etmiş və 
bütün qadın və kişiləri vəhşicəsinə öldürtmüşdü. Lakin dala qayıdan 
zaman tale onu Qarabağa tələsdirdi. O, öz çadırında yatdığı yerdə xəncərlə 
öldürülmüşdü. Böyük şah həyatdan heç bir həzz almadan öldürüldü. O, 
hərb yürüşləri zamanı aclığa dözmüş, qara çörək yeyərək, ayran içib 
yaşamışdı. O, saysız-hesabsız ölkələri fəth etmişdi, amma səhradakı 
dilənçilər qədər yoxsul olmuşdu. Xədim ağa  Məhəmməd belə adam idi. 
  Aşıqlar bütün bunları əruz vəzni üslubunda oxuyurdular. Onların biri ən 
gözəl qadınların yaşadığı ölkədə Xədimağanın işgəncələrinə dəqiqliyi ilə 
təsvir edir, o birisi isə bu qadınların edam səhnəsini təfərrüatı ilə təsvir 
edirdi. Tamaşaçılar məmnun olmuşdular. Aşıqların alınlarından muncuq 
iriliyində tər dənələri axırdı. Birdən mülayim səsi olan aşıq səsləndi: 
“Araz üzərindəki Ay kimə bənzəyir?” 
  Acıqlı aşıq onun sözünü kəsərək: “Sənin sevgilinin camalına” dedi. 
  Mülayim səsi olan aşıq dilləndi: “Bu Ayın işığı mülayimdir”. 
  - Xeyir, - deyə acıqlı aşıq cavab verdi. - Bu Ay şəhid olmuş cəngavər bir 
döyüşçünün qalxanına bənzəyir”.  
  Bu bənzətmədə birinciliyi əldə etmək üçün aşıqlar yorulub biri-birini 
taqətdən salırdılar. Sonra onların hər ikisi ayrı-ayrılıqda Ayın 
gözəlliyindən, düzənlikdə bir Bakirənin saç hörküsü kimi dolana-dolana 
əsən küləyə, Araz çayının sularında əks olunan Aya Baxan sevgililərdən 
şərqilər oxuyurdular. 
http://ekitabxana.com sayt
ı
ndan yükl
ə
nilib


  Bənzətmələrin sonunda acıqlı qalib elan edildi və xoşa gəlməz bir gülüşlə 
rəqibinin sazını mükafat olaraq əlindən aldı. Sazın çanağı ağzına qədər 
pullarla doldurularkən qaşqabağını sallayıb ətrafa baxırdı. 
  - Qələbənə görə sevinirsənmi? - deyə soruşdum. O nifrətlə yerə tüpürdü 
və dedi: – Ağa, buna qələbəmi deyərlər? Haradadır o keçmiş yarışmalar. 
Yüz il bundan qabaq belə yarışmaların sonunda qalib gələn məğlubun 
başını çapa bilərdi. O zamanlar sənətə hörmət böyük idi. İndi nazik ürəkli 
olmuşuq. İndi kimsə bir qoşma üçün qanını fəda etmir. 
  - İndi sən bu diyarın ən yaxşı aşığısan. 
  - Yox – dedi və onun gözlərində dərin bir kədər göründü. - Mən ancaq 
bir sənətkaram. Əsl aşıq deyiləm.  
  Bəs əsl aşıq nə deməkdir? 
  Acıqlı aşıq dilləndi: - ”Ramazan ayında” əsrarəngiz bir gecə vardır. Ona 
Qədir gecəsi deyirlər. Bu gecədə təbiət bir saatlığa yatır. Çaylarda sular 
axmır, cinlər, şeytanlar xəzinələrin keşiyində durmurlar. Çəmənlərdə 
otların artdığını və ağacların danışdığını eşitmək olur. Çaylardan su 
pəriləri yüksəlir və o gecədə dünyaya gələn adamlar alim və şair olurlar. 
Qədir gecəsində aşıq gərək bütün şairlərin hamisi olan İlyas peyğəmbəri 
çağırsın. Peyğəmbər düz vaxtında peyda olur və öz camından aşığa su 
verib deyir: - Bu gündən etibarən sən əsl aşıqsan və yer üzündə hər şeyi 
mənim gözlərimlə görəcəksən. 
  Buna nail olan aşıq hər ünsürə hakim olur: bütün insanlar və heyvanlar, 
küləklər və dənizlər onun səsinə baş əyir, çünki onun səsində artıq 
peyğəmbərin qüdrəti və gücü vardır. 
  Acıqlı aşıq yerə oturdu, üzünü əlləri arasına aldı və birdən birə hönkür-
hönkür ağlamağa başladı. 
 
  - Amma Qədir gecəsinin hansı gecə olduğunu və bu gecənin hansı 
saatında yatmaq lazım olduğunu artıq heç kim bilmir. Buna görə də bu 
dünyada əsl aşıq qalmayıb. 
  Dünyada tənha qalmış acıqlı aşıq ayağa durub qəmgin və qaradinməz 
halda Qarabağın yaşıl cənnətini bir səhra canavarı kimi tərk etdi. 
   
  VI 
   
  İsa bulağı öz yatağında şırıltıyla axırdı. Onun ətrafındakı ağaclar yorğun 
müqəddəslər kimi başlarını göyə qaldırmışdılar. Cənuba doğru çoban 
yaylaqlarını xatırladan yam-yaşıl otlaqlar üfüqə doğru uzanıb gedirdi. 
Şuşa təpələrin ardında qalmışdı. Şərqdə isə Qarabağ tarlaları 
http://ekitabxana.com sayt
ı
ndan yükl
ə
nilib


Azərbaycanın tozlu çölləri içində gözdən itirdi. Zərdüşt atəşlərinin qızğın 
nəfəsi, çöl küləklərinin qanadlarında düzənliyi süpürürdü. Ətrafımızdakı 
qorunan meşədə ən kiçicik yarpaq belə tərpənmirdi. Qədim zəmanələrin 
ilahələri buraları tərk edib getmiş olsalar da füsunkarlıqları sanki hələ də 
qalmışdı. Bizim tonqalın atəşi də bu müqəddəs yerlə əhd-peyman olsun 
deyə yandırılmış neçə-neçə ocaqlardan çox gerilərə qalmışdı. Rəngarəng 
xalılar dairəvi şəkildə tonqalın ətrafına sərilmişdi. Xalıların üstündə mən 
kef çəkən gürcülərlə bir yerdə oturmuşdum. Ocağın ətrafındakı xalıların 
üzərində küpələr dolusu şərab, cürbəcür meyvələr, üst-üstə qalanmış 
tərəvəz, pendir, səbzələr düzülmüşdü. Bulaq boyunca Sasandi adlanan 
səyyah aşıqlar oturmuşdular. Onların əllərindəki alətlərin adları elə 
musiqini xatırladırdı: dairə, çinuri, tara, diplipito. 
  Onlar farsi üsulda bir bayatı və lirik bir məhəbbət mahnısı oxumağa 
başladılar. Bu mahnını ekzotik təsiri artırmaq üçün gürcülər arzu 
etmişdilər. Əgər latın dili müəllimimiz burada olsaydı, məmləkət 
ənənələrinin bir hissəsinə çevrilmiş bu əyləncəni “Diyonisios aləmi” 
adlandırardı. Nəhayət oradakı kurortun şən qonaqlarını Şuşa 
yaxınlığındakı meşədə təşkil olunmuş gecə ziyafətinə dəvət edən Kipiani 
ailəsi gəlib çıxdı. 
  Qarşımda Ninonun atası oturmuşdu. O, ziyafət mərasiminin şərtlərinə 
uyğun olaraq tamada rolunu ifa edirdi. Onun parlaq gözləri, qırmızımtıl 
sifəti və qapqara uzun bığları var idi. Kipiani əlindəki qədəhi mənim 
şərəfimə qaldırıb içdi. Mən içki içmədiyim halda qədəhimi qaldırıb bir 
qurtum içdim. Başqa vaxt olsaydı içməzdim, amma məclisə tamadalıq 
edən Ninonun atası şərab içməyi tələb edəndə, içməmək nəzakətsizlik 
olardı. 
  Uşaqlar bulaqdan su gətirdilər. Bu sudan içən adam kefi istədiyi qədər 
yeyib içə bilərdi və artıq yeməkdən də zərrə qədər narahatçılıq hissi 
etməzdi. Çünki İsa bulağının suyu da Qarabağın saysız-hesabsız 
möcüzələrindən biri idi. Ocağın şölələnən işığında Ninonun anasının 
profilini gördüm. Onun sərt bir profili vardı. O, ərinin yanında oturmuşdu, 
onun gözləri gülürdü. Bu gözlər nə vaxtsa sehrkar Medeyanın Arqono 
Yasonla tanış olduğu Rion obasındakı Minqrelliyanın yaratdığı gözlər idi. 
  Tamada qədəhini qaldırdı: “İçək möhtərəm Dadianinin sağlığına!” 
  Uşaq baxışlı bir qoca ona təşəkkür etdi. Bununla da üçüncü dövrə 
başlandı. Hərə öz qədəhini bir nəfəsə boşaltdı. Ancaq sərxoş olanı yox idi. 
Gürcülər süfrə başında olanda ürəkdən nəşələnməyi sevirlər. Amma 
onların ağılları İsa bulağının suyu kimi təmiz və şəffaf qalırdı. 
http://ekitabxana.com sayt
ı
ndan yükl
ə
nilib


Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə