Microsoft Word QurbanSaid-AliveNino doc



Yüklə 1,17 Mb.
Pdf görüntüsü
səhifə19/63
tarix15.03.2018
ölçüsü1,17 Mb.
#31822
1   ...   15   16   17   18   19   20   21   22   ...   63

  - Bəli, knyaz məncə hələlik vaxtı çatmayıb. Ninonun anası fincanı 
masanın üstünə qoyub dilləndi.  
  - Sizin yerinizdə olsaydım, barı müharibə qeyrətlərinə yardım qayəsiylə 
qurulmuş komitələrin birinə üzv olardım. Heç olmasa bu və ya başqa 
şəkildə bir uniforma geymək fürsətini əldə edə bilərdiniz. 
  - Bu yaxşı fikirdir, mən də belə edəcəyəm, - deyə knyaz sözünə davam 
etdi: 
  - Düz deyirsiniz, knyaz. Amma iş burasındadır ki, boş vaxtım o qədər 
azdır ki, qorxuram ana vətən məndən çox az fayda görsün. 
  Knyaz təəccüblə üzümə baxıb soruşdu: 
  - Bəs siz boş vaxtlarında nə ilə məşğul olursunuz? 
  - Malikanəmizin idarə edilməsi ilə məşğulam, knyaz. 
  Bu cavab yerinə düşdü. Bu cümləni mən bir ingilis yazıçısının romanında 
və ya başqa bir yerdə oxumuşdum. Əgər bir alicənab lordun işi-gücü 
yoxdursa, deməli o, öz malikanəsini idarə etməklə məşğuldur. Bu cümləni 
işlətdiyim üçün knyaz ailəsinin rəğbətini qazandım. Bir neçə bu cür 
cümlələr işlədəndən sonra Kipianilər ailəsi mənə böyük bir nəzakət 
göstərərək o axşam Ninonu operaya aparmağa icazə verdilər. Mən yenə də 
Ninonun anasının əlini öpdüm, baş əydim və hətta “r” hərfini 
peterburqlular kimi tələffüz edə-edə danışdım. Axşam saat səkkizin 
yarısında gəlib Ninonu operaya aparacağıma söz verdim. 
  Nino məni qapıya qədər ötürdü. Papağımı xidmətçi qızın əlindən aldığım 
zaman o, qızarıb başını aşağı dikdi, sonra Nino heyran edici bir şirinliklə 
pozuq Azərbaycan ləhcəsi ilə dedi: “Şəhərdə qaldığın üçün çox sevincək 
oldum Əli xan”, Sən doğrudanmı müharibəyə getməkdən qorxursan? Axı 
kişilər müharibədən xoşlanırlar. Sən müharibəyə gedib yaralansan da 
yaralarını belə sevəcəyəm”. 
  Mən Ninonun əlini tutub sıxdım və sakit tərzdə dedim ki, “Mən heç 
nədən qorxmuram, bir gün gələcək sən mənim yaralarımı sarıyacaqsan. O 
günə kimi məni qorxaq hesab edə bilərsən”. Nino nə demək istədiyimi 
anlamadan çaşqın-çaşqın mənə baxdı. 
  Ondan ayrılandan sonra evə getdim və hirsimdən köhnə bir kimya 
kitabını cırıq-cırıq edib yerə çırpdım. Bir az hirsim soyuyandan sonra bir 
fincan İran çayı içdim və operaya zəng edib bir loja sifariş etdim. 
   
  X 
   
  - Tez gözlərini bağla, əllərinlə qulaqlarını tut və düşüncələrinə qərq ol. 
Tehrandakı o gecəni xatırlayırsanmı? 
http://ekitabxana.com sayt
ı
ndan yükl
ə
nilib


  Daşdan tikilmiş böyük bir ziyafət salonu var idi, iri salonun giriş qapısı 
üzərində Nəsrəddin Şahın şərəfli adı həkk edilmişdi. Salonun ortasındakı 
dördkünc səhnənin ətrafında oturmuş, ayaq üstə durmuş və uzanmış 
vəziyyətdə olan ləyaqətli kişilər, dəcəl uşaqlar və vəcdə gəlmiş gənclərlə 
dolu idi. Onlar həzrəti Hüseynin Kərbəla müsibətini göstərən şəbehə 
tamaşa edirdilər. Salonda işıq çox zəif yanırdı. Səhnədə saqqallı bir mələk 
həzrəti Hüseynə təsəlli verirdi. Zalım xəlifə Yezid, süvarilərini səhraya 
göndərir ki, həzrəti Hüseynin başını kəsib ona gətirsinlər. Nalə və şüvən 
səslərini qılıncların cingiltisi kəsir. Əli, Fatma və insanlığın ilk qadını olan 
Həvva səhnədə gəzişib uzun rübai düzümlərini oxuyurdular. Həzrəti 
Hüseynin başını qızıl bir sinidə gətirib Xəlifəyə verirlər. Tamaşaçılar 
titrəyir və ağlaşırlar. Bir imam cərgələri gəzib, ağlayan tamaşaçıların göz 
yaşlarını pambıqla balaca bir şüşəyə yığırdı. O, gözyaşlarında son dərəcə 
ovsunlu bir qüvvətin olduğuna inanırdı. Möminin inamı artdıqca şəbehin 
təsiri də güclənirdi. Enli bir taxta lövhəsi səhra dekorasiyası vəzifəsini 
görürdü. Sandıq xəlifənin ləl-cəvahirətlə bəzədilmiş taxtını, bir neçə ağac 
dirəklər cənnət bağını və saqqallı bir kişi də həzrəti Peyğəmbərin qızını 
təsvir edirdi. 
  - İndi isə gözlərini aç, əllərini qulaqlarından götür və ətrafına bax! 
  Saysız-hesabsız elektrik lampalarının kəskin və parlaq işığı göz 
qamaşdırırdı. Lojalar gipsdən düzəldilmiş və üzərində qızıl suyu çəkilmiş 
ilahə fiqurları ilə bəzədilmişdi. Onların üstü qırmızı məxmərlə örtülmüşdü. 
Tamaşa salonundakı kişilərin daz başları gecələr göy qübbəsində görünən 
ulduzlar kimi parıldayırdı. Bəzi qadınların isə kürəkləri və qolları çılpaq 
olduğundan salonda həyəcan yaranırdı. Tamaşaçıları səhnədən qaranlıq bir 
uçurum ayırırdı. Bu qaranlıq uçurumda utancaq kimi görünən musiqiçilər 
oturub əllərindəki musiqi alətlərini kökləyirdilər. Teatrın salonunda 
pıçıltıların səsi, proqram vərəqlərinin xışıltısı və yelpiklərin tıqqıltıları bir-
birinə qarışmışdı. Bir neçə dəqiqədən sonra Bakı şəhər opera teatrında 
“Yevgeni Onegin” tamaşası başlanmalı idi. 
  Nino yanımda oturmuşdu. Onun zərif siması mənə tərəf yönəlmişdi. 
Onun dodaqları nəm, gözləri quru idi. O qədər də danışqan deyildi. İşıqlar 
sönən kimi qolumu Ninonun çiyinlərinə qoydum. Nino başını yana çəkdi, 
elə bil ki, bütün fikri Çaykovskinin musiqisində idi. Yevgeni Onegin 
şahanə görünüşü olan kostyumu ilə səhnədə gəzir, Tatyana da ariyasını 
oxuyurdu. 
  Mən operanı həmişə dram teatrından üstün tutardım. Çünki operadakı 
hadisələr, dramdakılara nisbətən bəsit idi və çoxu da əvvəlcədən bəlli idi. 
Dram teatrında isə səhnədəki hadisələri adam necə olsa da bilirdi. Musiqi 
http://ekitabxana.com sayt
ı
ndan yükl
ə
nilib


gurultulu olmadığı zaman operaya heç bir etirazım yoxdu. Lakin dramda 
olub bitən qarmaqarışıq, qəribə hadisələri izləməyə çox zaman həddən 
artıq vaxt sərf edirdim. Salonda qaranlıqdır. Mən gözlərimi yumduğum 
zaman qonşularım ruhumun bir musiqi okeanının ovsunlu dərinliklərinə 
batdığını düşünürdülər. 
  Bu dəfə gözlərimi yummadım. Ninonun zərif profili arxasında parterin 
birinci cərgələrində oturanları nəzərdən keçirirdim. Üçüncü cərgənin 
ortasında qoyun gözlü və filosof alınlı bir kök adam oturmuşdu. Bu, 
Şuşanın zadəgan ermənilərindən olan Məlik Naçararyan idi. 
  Bax, Naçararyan oradadır – deyə Ninonun qulağına pıçıldadım. 
  Ay barbar, səhnəyə bax, ətrafa yox, - deyə Nino pıçıltı ilə cavab verdi, 
amma buna baxmayaraq özü də göz ucu kök erməni tərəfə baxdı. 
  Naçararyan oturduğu yerdə başını çevirib dostcasına salam verdi. 
Tənəffüsdə Ninoya şokolad almaq üçün bufetə getdim. Bufetin qarşısında 
Naçararyanla qarşılaşdım. Sonra tosqun bir az da keçəl olan Naçararyan 
lojamıza gəlib oturdu. “Naçararyan neçə yaşınız var”, - deyə ondan 
soruşdum. O, “otuz” deyə cavab verdi. 
  Naçararyanın cavabı Ninonun diqqətini cəlb etdi və heyrətləndirdi: 
“Deməli, bundan sonra sizi şəhərdə görə bilməyəcəyik”. 
  - Nəyə görə, prinses? 
  - Çünki sizin yaşınız da olanları əsgərliyə çağırmışlar. 
  Naçararyan bərkdən güldü, onun gözləri az qala hədəqəsindən çıxacaq idi 
və şişman qarnı atlana-atlana dedi: 
  - Təəssüflər olsun ki, prinses, mən müharibəyə gedə bilmərəm. Həkim 
məndə sağalmaz bir böyrək xəstəliyi tapıb, elə buna görə də mən əsgərliyə 
getməyib evdə qalmalıyam. 
  Xəstəliyin adı qəribə səslənirdi. 
  Nino təəccübdən gözlərini bərəltdi və ürəkyananlıqla soruşdu: 
  - Bu xəstəlik təhlükəlidirmi? 
  - Bu insanın özündən asılıdır. İşini bilən həkimin köməyi ilə heç bir 
xəstəlik təhlükəli ola bilməz. 
  Nino heyrətlənmişdi və həm də qəzəblənmişdi.  
  Məlik Naçararyan Qarabağın ən nüfuzlu ailəsinə mənsubdu. Onun atası 
general idi, özü də ayı kimi sağlam və zırpı idi. Üstəlik evli də deyildi. 
  Pərdə qalxanda Nino başını çiynimə qoydu. Çaykovskinin məşhur valsı 
çalınmağa başlananda isə Nino gözlərini mənə dikib pıçıldadı: 
  - Sən Naçararyanla müqayisədə az qala qəhrəmansan. Heç olmasa səndə 
adı dolaşıq olan xəstəlik yoxdur. 
http://ekitabxana.com sayt
ı
ndan yükl
ə
nilib


Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə