Microsoft Word Radiobiologiya d?rs v?saiti sixilmish doc



Yüklə 36,65 Kb.
Pdf görüntüsü
səhifə120/148
tarix05.02.2018
ölçüsü36,65 Kb.
#25718
1   ...   116   117   118   119   120   121   122   123   ...   148

 
 
267 
 
ki, adı çəkilən kəmiyyətlər arasında mövcud olan əks əlaqə bir çox  işlərdə də (Носкова 
Л.М.,  2006;    Носкова  Л.М.  и  др.,  2006;  Шершунова  В.И.  и  др.,  1984)  öz  əksini 
tapmışdır. 
 
Belə çıxır ki, bitkilər radionuklidləri müəyyən bir limit qiymətinə qədər toplaya 
bilir.  Başqa  sözlə  desək,  hesab  etmək  olar  ki,  bitkilərdə  təbii  radionuklidlərə  qarşı 
müəyyən bioloji baryer mövcuddur.  
 
Alınan    nəticələrdə  diqqəti  cəlb  edən  başqa  bir  fakt  ondan  ibarətdir  ki,  həm 
müxtəlif bitkilərin eyni bir izotopa həssaslığı, həm də eyni bitkinin müxtəlif izotoplara 
həssaslığı  əhəmiyyətli  dərəcədə  fərqli  olur.  Belə  çıxır  ki,  eyni  bir  torpaq‐iqlim 
şəraitində müxtəlif bitkilərin radionuklidləri bioloji udma qabiliyyəti bitkinin növündən 
başqa, həm də radionuklidin xassəsindən asılı olur. 
 
Müxtəlif 
müəlliflər 
tərəfindən 
aparılmış 
tədqiqat 
işlərinin 
təhlili  
radionuklidlərin bitkilər tərəfindən mənimsənilməsinin onların torpaqda miqdarından 
asılı  olduğunu  göstərir.  Dementyev  və  Bolsunovski  (Дементьев  Д.В.,  Болсуновский 
А.Я, 2006) müxtəlif bitkilərdə həm aerozol mənbələrdən torpağa daxil olan 
40
 
137
Cs 
izotoplarının,  həm  də  müxtəlif      təbii  radionuklidlərin  toplanmasını  tədqiq  edərkən 
göbələklər  qrupu  müəyyənləşdirə  bilmişlər  ki,  onlar  da    sezium  ‐  137    izotopunu 
plutonium  –  238  –  240    izotopları  ilə  müqayisədə  10,  stronsium  ‐90  izotopu  ilə 
müqayisədə isə 1000 dəfə çox toplayır. 
 
Digər  bir  işdə  isə    (Коноплева  И.В.  и  др.,  2006)  Çernobıl  radionuklidi  olan 
137
Cs  izotopunun  torpağın  bitkilərin  kök  sistemlərinin  yerləşdiyi  lay  üçün  bioloji 
mənimsənilmə  parametrləri  hesablanmışdır.  Parametrlər  bu  radionuklidin  torpaqdan 
bitkilərə keçməsinin və onlarda toplanmasının modeli əsasında müəyyənləşdirilmişdir. 
Bu  zaman  baza  parametrləri  olaraq,  torpaqda 
137
Cs  izotopunun    mübadiləolunabilən 
miqdarı, radioseziumun selektiv sorbsiya potensialı   və   torpaq  məhlulunda  olan  K

,  
NH
4+ ,   
Ca
2+   
  Mg
2+    
ionlarının konsentrasiyaları götürülmüşdür.
 
 
Çernobıl  AES    ‐  də  qəzadan  sonra  tədqiqatçıların  daha  çox  marağına  səbəb 
olan 
137
Cs    izotopunun  dincəqoyulmuş  torpaqlarda  bitkilərə  keçmə  əmsallarının  əkin 
torpaqları ilə müqayisədə 2.5 ‐ 3 dəfə çox olması faktı aşkar edilmişdir  (Липатов Д.Н. 
и  др.,  2006).    Müəlliflərin  fikrincə,  bu  həmin  torpaqlarda  seziumun  bioloji  dövrəyə 
daha intensiv daxil olduğunu göstərir və bitkilərin kök sistemlərinin yerləşdiyi 0‐10 sm 
dərinlikli  layda  dincəqoyulmuş  torpaqlar  üçün  həmin  izotopun  konsentrasiyasının  
dəfə çox olması ilə əlaqədardır.    
 
Belə  çıxır  ki,  dincə  qoyulmuş  torpaq  sahələrini  kritik  kateqoriyaya  aid  etmək 
və  bu  faktı  kənd  təsərrüfatı  məhsullarının  radiasiya  nəzarəti  zamanı  mütləq  nəzərə 
almaq lazımdır. 
 
Son  illər  radionuklidlərin  həmçinin  bitkinin  müxtəlif  orqanlar  və  toxumaları 
üzrə  paylanmasının  öyrənilməsinə  xüsusi  əhəmiyyət  verilir.  Müxtəlif  üsullarla 
müəyyən edilmişdir ki, ağır metalların toxuma və hüceyrə səviyyəsində paylanmasında 
böyük  fərqlər  mövcuddur.  Məsələn,  müəyyən  edilmişdir  ki,  qeyri  ‐  letal 
konsentrasiyalarda  Cd, Pb  (Серегин И.В., Иванов В.Б., 1997;  Kocjan G. Et al., 1996;  
Ksiazek  M.,  Wozny  A.,1990;    Theiss  H.  B.,  1990;  Tung  G.,  Temple  P.J.,  1996)    və    La 


 
 
268 
 
(Lehmann H. Et al., 2000;  Peterson T.A. et al., 1986) əsasən rizederm hüceyrələrinin 
anoplastında  və  qabığında  toplandığı  halda,  N  daha  çox    miqdarda  kökün  bütün 
toxumalarının hüceyrə protoplastlarında akkumulyasiya edə bilir  (Серегин И.В. и др., 
2003;  Kramer U. et al., 2000;  Persans M.W. et al., 2001).
 
  
Metal  ionlarının  paylanmasındakı  bu  fərqləri  onların  hüceyrə  səviyyəsində 
plazmalemmanın, toxuma səviyyəsində isə endodermanın yaratdığı fizioloji maneələri 
(baryerləri)    müxtəlif    cürə  keçə  bilməsi  ilə  izah  etmək  olar.  Metalların  kökün 
toxumaları üzrə nəqli mexanizmlərinin müxtəlifliyi, həmçinin də müxtəlif növ bitkilərin 
morfo‐funksional  xüsusiyyətləri,  metalların  bitkilərin  orqanları  üzrə  qeyri  ‐  bərabər 
paylanmasına  səbəb  olur.  Bitkilərin  əksəriyyətinin  budaqlarında  metalların 
konsentrasiyası  ətraf  mühitdəki  miqdarı  ilə  müqayisədə  çox  az  olur  (Baker  A.J.M., 
1981).    Bu  növ  bitkilərin  kökündə  də  metalların  miqdarı  budaqlardakı  miqdarından 
dəfələrələ çox olur (Phytoremediation of Toxic Metals Using ..., 2000).  Qeyd edək ki, 
bu növ bitkilərdə metalların bitkinin yerüstü orqanlarına keçməsinə maneçilik törədən 
amillər belə tam aydınlaşdırılmayıb.   
 
Artıq qeyd etdiyimiz kimi, bir qrup tədqiqatçıların ot bitkilərini radionuklidləri 
toplamaq qabiliyyətinə görə sistemləşdirmək cəhdləri heç də sevindirici nəticələr əldə 
etməyə imkan verməmişdir (Цветнова О.Б., Щеглов А.И., 1999). Bu zaman bitkilərin 
radionuklidləri  toplamaq  qabiliyyəti  çoxlu  sayda  amillərdən  (məsələn,  radionuklidin 
növündən,  qlobal  çöküntünün  xüsusiyyətindən,  torpağın  xassələrindən  və  s.)  asılı 
olmuşdur.  Buna  görə  də,  bu  günədək  bitkinin  növ  mənsubiyyəti  ilə  radionuklid 
toplamaq qabiliyyəti arasında birqiymətli əlaqə tapmaq mümkün olmamışdır. Bununla 
yanaşı,  vegetasiya  dövrü  ərzində  radionuklidlərin  toplanmasında  və  çoxillik  proses 
nəticəsində  onların  dinamikasında  müəyyən  fərqlər  aşkar  edilsə  də,  bu  sahədə  də 
hansısa bir qanunauyğunluq tapmaq  mümkün olmamışdır.  
Bütövlükdə 
bitkilərin 
radionuklidləri 
toplamaq 
qabiliyyətinə 
görə 
sistemləşdirilməsi  həm  nəzəri,  həm  də  böyük  praktiki  əhəmiyyətə  malik  olmalıdır. 
Diskriminatorlar  qrupuna  daxil  olan  bitkilər  çirklənmə  zonasında  əkilmək  üçün  bitki 
seçilməsi  zamanı  istifadə  oluna  bilər.  Konsentratorlar  isə  radionuklidlərin  bitkilər 
tərəfindən  mənimsənilməsi  mexanizminin  aydınlaşdırılması  işinə  böyük  töhvə  verə 
bilər. Onlar həmçinin çirklənmiş ərazilərdə bioindikator kimi istifadə oluna bilər. 
Tədqiqatçılar eyni ekotopun (avtomorf landşaftın) sərhədləri daxilində yetişən 
bitkiləri  konsentrator  və  diskriminator  (  və  ya  dekonsentrator)  kimi  qruplara 
ayırmaqla,  müəyyən  etmişlər  ki, 
137
Cs  izotopunu  toplamaq  qabiliyyətinə  görə  may 
inciçiçəyi digər bitkilərdən xeyli fərqlənir. Seziumun miqdarı bu bitkidə digər bitkilərə 
nisbətən  2‐10  dəfə  çox  olur  (Куликов  Н.В.  и  др.,1990).  Bu  izotopu  toplamaq 
qabiliyyəti xardal bitkisində təxminən bir tərtib az olur (Куликов Н.В. и др.,1990).   
 
 
Ot      bitkiləri    tərəfindən    radionuklidlərin    toplanmasına      onların      yetişmə 
şəraitləri     də     əhəmiyyətli     dərəcədə   təsir    edir.   Çoxillik   tədqiqatlar   nəticəsində 
müəyyən  edilmişdir  ki,  müxtəlif  hidromorf  landşaftlar  şəraitində  yetişən  eyni  növ 
bitkilər 
137
Cs izotopunu toplamaq qabiliyyətinə görə 20‐30 dəfə fərqlənirlər (Куликов 


Yüklə 36,65 Kb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə