Microsoft Word Radiobiologiya d?rs v?saiti sixilmish doc



Yüklə 36,65 Kb.
Pdf görüntüsü
səhifə123/148
tarix05.02.2018
ölçüsü36,65 Kb.
#25718
1   ...   119   120   121   122   123   124   125   126   ...   148

 
 
274 
 
   Ətraf mühitin radioaktiv çirklənməsinə səbəb olan əsas amilləri aşağıdakı kimi 
qruplara ayırmaq olar: 
1.  Nüvə  silahlarının  atmosferdə  və  su  altında sınaqlarının keçirilməsi; 
2.  Nüvə  energetik qurğularından, istiliyi regenerasiya  edən  zavodlardan,  
        sənaye   müəssisələrindən,   tibb   müəssisələrindən  və  elmi ‐ tədqiqat  
        mərkəzlərindən, nüvə döyüş sursatı zavodlarından və s. kiçik aktivlikli  
        maye tullantılarının atılması; 
3.  Xüsusi  qaydada  qablaşdırılmış  kiçik  aktivlikli  tullantıların  okeanın  
        dibində basdırılması; 
4.  AES‐lərdə radionuklidlərin ətraf mühitə birbaşa düşməsinə səbəb olan  
       qəzalar; 
5.  Nüvə  energetik  qurğulara malik sualtı qayıq və suüstü gəmilərdə baş  
        verən qəza nəticəsində radionuklidlərin birbaşa dəniz mühitinə düşməsi; 
6.  Radioizotop  enerji  mənbəyinə  malik  peyklərin, kosmik  gəmilərin və  
        raketlərin qəza nəticəsində yerə düşməsi; 
7.  Radioaktiv materialların daşınması zamanı müxtəlif dərəcəli qəzalar. 
   AEBA‐nın hesablamalarına əsasən fəaliyyətdə olan nüvə reaktorlarından keçən 
yüzilliyin sonuna qədər 200 min ton istismardan çıxmış nüvə yanacağı boşaldılmışdır. 
Hesab  olunur  ki,  toplanmış  tullantının    əsas  hissəsi    təkrar  emal  prosesini  keçmədən 
enerji  dövriyyəsindən  kənarlaşdırılacaq,    yəni  müxtəlif  üsullarla  basdırılacaq.  Qeyd 
edək  ki,  bu  üsula  Kanada,  Finlandiya,  İspaniya,  İsveç  və  ABŞ  dövlətləri  daha  çox 
meyllilik göstərirlər.  
Argentinada,  Belçikada,  Çində,  Fransada,  İtaliyada,  Rusiyada,  İsveçrədə  və 
İngiltərədə isə daha çox istismardan çıxmış nüvə yanacağının emalına üstünlük verilir. 
Qeyd  edək  ki,  Almaniyada  yeganə  məqbul    variant  kimi  tullantıların    təkrar  emalı 
prosesi qəbul edilmişdir. 
Belçikada,  Fransada,  Yaponiyada,  İsveçrədə  və  İngiltərədə  radioaktiv 
tullantıları bor‐silikat şüşə ilə örtərək, 5 mm  qalınlıqlı  paslanmayan  poladdan  olan  
fransa    tipli  konteynerlərə  yerləşdirirlər.  ABŞ  ‐  da  bu  məqsədlə  1  sm  qalınlıqlı 
paslanmayan poladdan olan konteynerlərdən istifadə edilir. Əksər ölkələrdə şüalanmış 
yanacağın  və  yüksək  aktivlikli  tullantıların  axırıncı  xaric  olunmaya  qədər  20‐100  il 
ərzində  saxlanılması  nəzərdə  tutulub.  İngiltərədə  əvvəlcədən  planlaşdırılmış 
müvəqqəti  saxlanılma  yerlərinin  işlənib  hazırlanması  proqramı  dayandırılmış    və  
onların  100  il    ‐  ə  qədər    uzunmüddətli    saxlanılması    işlərinin  həyata  keçirilməsinə 
başlanmışdır.  
Radiokimyəvi  zavodlarda  baş  verən  qəzalar  ətraf  mühit  üçün  böyük  təhlükə 
yaradır.    Məsələn,  1957  ‐ci  ildə  Cənubi  Uralda  “Mayak”  İstehsalat  Birliyində  böyük 
qəza  baş  verdi.  Radioaktiv  tullantıların  saxlanıldığı  çən  partladı  və  nəticədə    ~2  mln. 
küri    aktivliyə  malik  yüksək  aktivlikli  maddələrin  ətrafa  səpələnməsi  baş  verdi.  Bu 
zaman  ümumi  sahəsi  23  min  kv.  km  olan  ərazi  stronsium‐90  və  sezium‐137 
radioizotopları ilə çirkləndi.  Çelyabinski, Sverdlovski və Tümen əyalətlərini əhatə edən 


 
 
275 
 
və eni 8‐9 km, uzunluğu isə 105 km ‐ə yaxın olan bu çirklənmə zonasına “Şərqi ‐ Ural 
radioaktiv izi” adı verildi.  
Özünün  mövcudluğunun  ilk  illərində  ətraf  mühitə  və  insanların  sağlamlığına 
ciddi  ziyan  vuran  “Mayak”  müəssisəsi  dünya  radiologiya  alimlərinin  böyük  marağına 
səbəb  oldu.  Teça  çayının  və  Karaçay  gölünün  çirklənməsi  ilə  nəticələnən  bu  qəza  
böyük  alimlər  ordusunu  radiasiyanın  insanlara,  heyvanlara  və  bitki  aləminə  təsirinin 
öyrənilməsinə sövq etdi. 1958‐ci ildə “Mayak” ‐ın yerləşdiyi  Çelyabinski ‐ 40  ‐ dan 15 
km  aralıda,    radioaktiv    izin    ərazisində    təcrübə  Elmi‐tədqiqat  Stansiyası  yaradıldı. 
Stansiyanın əməkdaşları qısa müddətdə elə bir elmi nəticələr bazası yarada bildilər ki, 
bu günə qədər də heç bir ölkə bu qədər məlumat bazasına malik deyil. Hətta Naqasaki 
və Xerosima hadisələrinin nəticələrini öyrənən yapon alimlərinin aldığı elmi nəticələr 
təkcə  “Mayak”  ‐ın  bir  bazasında  alınan  nəticələrdən  ~  5  dəfə  az  idi.  İnsanların 
sağlamlığı  baxımından  bu  tədqiqatların  əhəmiyyəti  misilsizdir.  Tədqiqatların 
nəticələrində  müəyyən  edildi  ki,  hətta  güclü  radiasiya  təsiri  belə  ekosistemin 
bütövlükdə  məhvi  üçün  kifayət  deyil.  Təbiət  radiasiyanın  təsirinə  qarşı  dayanıqlıdır. 
Belə ki, meşə və çəmənliklərin kəskin şüalanmaya məruz qalan hissələri  4 ‐ 5  il  ‐ dən 
sonra bərpa olunmağa başladı. 
Çernobıldan iki dəfə çox çirklənməyə məruz qalmış Karaçay gölündən isə bizə  
bu  gün  kiçik  bir  gölməçə “ yadigar ” qalmışdır. Hələ  də  qurğuşun  zirehli maşınlar 
gölün  doldurulması  üzrə  işlər  aparır.  Göl  tamamilə  torpaqla  doldurulduqdan  və 
rekultivasiya  işləri  başa  çatdıqdan  sonra  atmosfer  havasının  çirklənməsinin  qarşısı, 
demək  olar  ki,  tamamilə  kəsiləcək  və  mütəxəssislər  bundan  sonra  qrunt  sularının 
“təmizlənməsi”    işlərinə    başlayacaqlar.    Mütəxəssislər  həm  də  Karaçay  gölünün 
altında toplanmış bu bəlalı “radioaktiv linzanın” yığışdırılması üsulunu işləyib hazırlaya 
bilmişlər. Bu istiqamətdə görüləcək işlər də öz növbəsini gözləyir.
 
2000    ‐ci  ilin  yayında  yapon  alimi,  Radiasiya  təhlükəsizliyi  laboratoriyasının 
müdiri,  Xerosima  Universitetinin  professoru  Jon  Tokado  sensasiyalı  bəyanatla  çıxış 
etdi. Bu bəyanatda deyilirdi: “Çelyabinsk vilayəti ərazisində ciddi radiasiya aktivləşməsi 
yoxdur”.  Qeyd edək ki, bu bəyanata qədər prof. J.Tokado bir neçə ay ərzində 1957 ‐ ci 
il  ‐dən  qalmış  “Radiasiya  izi”  adlanan  ərazidə  radiometrik  ölçmə  işləri  aparmışdır. 
Söhbət,  ilk  növbədə,  Teça  çayından,  Müslyumovo,  Karbolka  və  Başakul  kəndlərindən 
gedir. Qeyri rəsmi “problemli” adını almış kəndlərin sakinlərinin sümük və diş emalları, 
onların yeyinti məhsulları, torpaq tədqiq olunmuşdur. 
 
10.2. Atom enerjisi sənayesinin ekoloji problemləri. 
 
 
Bu    gün    dünyada    istehsal    olunan    elektrik  enerjisinin  ~  17  %    ‐  i    Atom  
Elektrik  Stansiyalarının  (AES    ‐  lərin)  payına  düşür.  Bəzi  ölkələrdə  atom  elektrik 
enerjisinin payı bir qədər də çoxdur. Məsələn, Fransa bütün elektrik enerjisinin      ~ 80 
%  ‐ ni, İsveç isə təxminən yarısını AES  ‐ lərdən alır. Çində  yaxın gələcəkdə AES‐lərdən 
alınan  enerjinin    5  ‐  6  dəfə  artırılmasına  dair  proqram  qəbul  edilmişdir.  ABŞ    və  


Yüklə 36,65 Kb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə