Microsoft Word Radiobiologiya d?rs v?saiti sixilmish doc



Yüklə 36,65 Kb.
Pdf görüntüsü
səhifə124/148
tarix05.02.2018
ölçüsü36,65 Kb.
#25718
1   ...   120   121   122   123   124   125   126   127   ...   148

 
 
276 
 
Rusiyada  AES ‐ lər, aparıcı rola malik olmasalar da, nəzərəçarpacaq çəki əmsallarına  
malikdirlər. 
 
Təxminən  50  il  əvvəl  çoxlarının  tanımadığı  kiçik  Obninsk  şəhərində  AES  ilk 
elektrik cərəyanı verən zaman hesab edilirdi ki, bu enerji növü tamamilə təhlükəsiz və 
ekoloji  təmiz  enerji  növüdür.  Sonradan  Amerikanın  Trimeyl  Aylend,  yaxın  keçmişdə 
Ukraynanın  Çernobıl  və  son  zamanlar  Yaponiyanın  Fukusima  AES  ‐lərində  baş  verən 
qəzalar  göstərdi  ki,  əsl  həqiqətdə  atom  elektrik  enerjisi  böyük  təhlükə  yaratmağa 
qadirdir.  Bu  qəzalar  insanları  çox  qorxutmuşdur.  Ona  görə  də  əksər  ölkələrdə 
ictimaiyyət bu gün qətiyyətlə yeni AES ‐lərin tikilməsinə imkan vermir. Bu sahədə Şərqi 
Asiya ölkələri istisna təşkil edirlər. Belə ki, Yaponiya, Koreya, Çin kimi ölkələrdə atom 
enerjisi sənayesi sürətlə inkişaf edir.  
 
Atom reaktorlarının zəif və güclü tərəflərinə yaxşı bələd olan fiziklər isə atom 
təhlükəsinə  emosiyasız  baxırlar.  Onların  fikrincə,  toplanmış  təcrübə  və  yeni 
texnologiyalar  nəzarətdən  çıxma  ehtimalı  çox  kiçik  olan  reaktorlar  qurmağa  imkan 
verir.  Bu  gün  atom  müəssisələrinin  həm  ayrı‐ayrı  otaqlarında,  həm  də  reaktorun 
kanallarında radiasiya səviyyəsinə ciddi nəzarət həyata keçirilir. Əgər kiminsə üzərində 
radioaktiv  “çirkin”  kiçik    izi  belə  olarsa,  onda  geyim  kombinezonları,  xüsusi 
ayaqqabılar,  avtomatik  şüalanma  detektorları  qapı  jalyuzlərinin  açılmasına  imkan 
vermir. 
 
AES  ‐  lərin  təhlükəsizliyinin  əsas  məsələ  olmasına  baxmayaraq,  Albert 
Eynşteynin sözləri ilə desək, “ bu gün bizi həmin ayaqqabı sıxmır”.  Alimləri daha çox 
narahat  edən  atom  sənayesinin  günbəgün  artan  radioaktiv  tullantılar  problemidir. 
Fukusima faciəsi göstərdi ki, hətta radioaktiv tullantı problemi həll olunmuş olsa belə,  
müasir texnologiyalar əsasında quraşdırılmış, təhlükəsiz və nəzarətdən çıxma ehtimalı  
kiçik  olan  reaktorlar  halında  da  fəlakət  qaçılmazdır.  Heç  bir  reaktor  təbiətin 
“şıltaqlığından” və gözlənilməz təbii fəlakətdən sığortalana bilməz.   
 
Atom energetikası problemi bu gün milyonlarla insanı narahat edir. Müxtəlif, 
bəzən  də  bir‐birinə  tamamilə  zidd  olan  fikirlər  söylənilir.  Əgər  bir  qrup  insanlar  bu 
enerji  növünün  inkişaf  etdirilməsinin  tərəfdarı  kimi  çıxış  edirsə,  digərləri  istismarda 
olan  bütün  AES  ‐  lərin  ləğv  edilməsini,  yenilərinin  isə  tikilməməsini  tələb  edirlər. 
Fəlakət  olmayan  halda  belə,  atom  enerjisinin  istehsalı  radioaktiv  maddələrin 
müntəzəm olaraq biosferə daxil olmasına səbəb olur. Belə ki, AES ‐ lər nüvə istilik tsikli 
adlanan möhtəşəm istehsalat kompleksinin bir hissəsidir. O, uran filizinin çıxarılması, 
uran  birləşmələrinin  alınması,  zənginləşdirilməsi  və  onlardan  atom  reaktorlarında 
istifadə  edilməsi,  şüalanmış  nüvə  yanacağının  təkrar  emalı  kimi  prosesləri  həyata 
keçirən bir sıra mərhələləri özündə birləşdirir.  
Əgər nüvə istilik tsiklinə bir qədər ətraflı baxsaq, onda görərik ki, əvvəlcə uran 
filizi açıq və ya şaxta üsulu ilə çıxarılır və uran şaxtası və ya uran karxanasından çox da 
uzaqda  yerləşməyən  zənginləşdirici  fabrikə  daşınır.  Aydındır  ki,  həm  karxana  və 
şaxtalar, həm də fabriklər radioaktiv maddələr mənbəyi rolunu oynayır. Mədənlər qısa 
müddətli çirklənmələr yaratsa da, zənginləşdirici fabriklər  radioaktiv maddələrə malik 
böyük miqdarda tullantılar əmələ gətirir. Mütəxəssislərin hesablamalarına görə 2000 ‐


 
 
277 
 
ci  il  ‐ə  qədər  yer  kürəsində  500  mln.  ton  radioaktiv  tullantı  toplanmalı  idi  (Коллиер 
Дж.,  Хьюитт  Дж.,  1989).  Bu  tullantılar  atom  energetikası  ilə  əlaqəsi  olan  insanlar 
üçün  əsas  şüalanma  mənbəyidir  və  milyon  illər  ərzində,  effektiv  şüalanma  mənbəyi 
olaraq  qalacaqdır.  Praktiki  olaraq,  bu  tullantılardan    yaxa  qurtarmaq  mümkün  deyil. 
Ən  yaxşı  halda,  onu  çəpərləməklə,  üzərini  asfalt  və  ya  polivinilxlorid  tərkibli  polimer 
materialla  örtməklə  izolə  etmək  olur  ki,  bu  da,  aydındır  ki,  effektiv  mühafizə  hesab 
oluna bilməz.  
Növbəti  mərhələdə  zənginləşdirici  fabrikin  məhsulu  olan    uran  konsentratı 
xüsusi  zavoda  daşınır  və  orada  emal  və  təmizlənmə  prosesinə  məruz  qalır.  Beləliklə 
də, son nəticədə nüvə yanacağı alınır. Burada da tullantısız keçinmək mümkün olmur. 
Bu  prosesdə  əsasən  qazşəkilli  və  maye  formasında  tullantılar  yaranır.  Bu  mərhələdə 
tullantıların  yaratdığı  radioaktiv  şüalanma,  mədən  və  fabrikdə  əmələ  gələn 
tullantıların şüalanması ilə müqayisədə az olur.  
Son  mərhələdə  zavodda  alınmış  nüvə  yanacağı  təyinatı  üzrə  AES  ‐lərə 
çatdırılır.  Burada  radioaktiv  tullantıların  miqdarı  verilmiş  AES  ‐də  hansı  reaktordan 
istifadə  olunmasından  asılı  olur.  Bu  gün  müxtəlif  ölkələrdə  istismarda  olan  energetik 
reaktorları  beş əsas növə bölmək olar. Əvvəlki fəsillərdə qeyd etdiyimiz kimi, bunlar 
su‐qrafit  kanallı  reaktorlar,  su‐sulu  reaktorlar,  qazla  soyudulan  reaktorlar,  ağır  sulu 
reaktorlar və sürətli neytronlarla işləyən reaktorlardır. 
Su‐qrafit  kanallı  reaktorlardan  yalnız  Rusiyada  və  MDB  dövlətlərində  istifadə 
edilir.  Ən  geniş  yayılmış  reaktorlar  su‐sulu  reaktorlar,  təzyiq  altında  sulu  və  su‐sulu 
qaynayan reaktorlardır ki, bunlar da ABŞ ‐ da işlənib hazırlanmışdır. Böyük Britaniyada 
və  Fransada  işlənib  hazırlanan  və  elə  həmin  ölkələrin  özlərində  istifadə  olunan 
reaktorlar  qazla  soyudulan  reaktorlardır.  Kanadada  ağır  sulu  reaktorlar  geniş 
yayılmışdır. Son nəsil nüvə reaktorları sürətli neytronlarla işləyən reaktorlardır. Bu gün 
Avropada belə dörd reaktor fəaliyyət göstərir.  
 
Qeyd  edək  ki,  AES  ‐  lərdə  istismar  müddətini  başa  vurmuş  nüvə  yanacağının 
təxminən onda biri uran və plutoniumu ayırmaq məqsədi ilə təkrar emala göndərilir. 
Aydındır ki, bu halda da radioaktiv maddələrin sızması problemi mövcuddur. 
 
Nüvə‐energetik proses radioaktiv tullantıların basdırılması ilə sona çatır. 
 
Dediklərimizdən  aydın  olur  ki,  atom  enerjisi  sənayesinin  bütün  mərhələləri 
ətraf mühitin təbii və süni radioaktiv maddələrlə çirklənməsinə səbəb olur. 
 
Uran müxtəlif ölkələrdə (Kanadada, Fransada, Cənubi Afrika Respublikasında, 
ABŞ ‐ da, Rusiyada və s.) çıxarılan filizdən ayrılır. Uranın istehsalı üçün konsentrasiyası 
0.1  ‐  3  %  olan  filizdən  istifadə  edilir.  Bu  zaman  filizdə  uranın  konsentrasiya  aktivliyi, 
ətraf mühit üçün xarakterik olan aktivliklə müqayisədə, 1000 dəfələrlə yüksək olur və 
əsas ətraf mühit çirkləndiricisi rolunu filiz yatağından ayrılan radon qazı oynayır.  
1990 ‐cı ildə uran istehsalı 120 min ton  təşkil edirdi. 
 
AES ‐lərin fəaliyyəti də müəyyən miqyasda ətraf mühitin çirklənməsinə səbəb 
olur.  Radioaktiv  maddələrin  biosferə  atılması,  ilk  növbədə,  reaktorun
 
germetikliyinin 
pozulması  ilə  əlaqədar  olur.  Bu  zaman  radioaktiv  sızmaların  miqdarı  müxtəlif 


Yüklə 36,65 Kb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə