Microsoft Word Radiobiologiya d?rs v?saiti sixilmish doc



Yüklə 36,65 Kb.
Pdf görüntüsü
səhifə127/148
tarix05.02.2018
ölçüsü36,65 Kb.
#25718
1   ...   123   124   125   126   127   128   129   130   ...   148

 
 
282 
 
bilməsi  qorxusudur.  Örtüyün  germetikliyi  də  narahatlıq  doğurur.  Belə  ki,  sarkofaq 
tələsik  və  müəyyən  məsafədən  idarə  olunmaqla  tikildiyindən    bu  gün  onun  üzərində 
çoxlu  deşik  və  çatlar  əmələ  gəlmişdir.  Düzdür,  alimlərin  sarkofaqda  qalan  nüvə 
yanacağının  təhlükəsiz  olması  fikrini  söyləmələrinə  baxmayaraq,  çat  və  deşiklərə 
düşən  suyun  erroziya  yarada  bilməsi  və  bununla  da  uran  birləşmələrinin 
həllolunabilən  komponentlərə  çevrilə  billməsinin  mümkünlüyü  gələcək  təhlükədən 
xəbər  verir.  Həmçinin  də,  qəza  blokunun  hər  yerinə  datçiklər  yerləşdirmək  mümkün 
olmadığından sarkofaqın bəzi yerləri tədqiq olunmamış qalır. 
 
 
Beləliklə bu gün Çernobıl sarkofaqı möhtəşəm bir abidədir. Elə bir abidə ki, o, 
insanlara  mikroaləm  hadisələrinə  “ağır  çəkiclə”  yanaşmağın  mümkün  olmadığını 
xatırlatdı və göstərdi ki, idarə olunan zəncirvari nüvə reaksiyaları xidməti personaldan 
yüksək dəqiqliyə malik əmək və texnoloji intizam tələb etməklə yanaşı, həm də AES  ‐ 
lər üçün reaktorlar konstruksiya edən mütəxəssis və alimlərdən yüksək kompetentlik 
tələb edir.  
 
10.4.2.  Çernobıldan  yeni  bir  zərbə.  Moskva  alimləri  hələ  XX  əsrin  60  ‐  cı 
illərində radioaktiv şüalanmanın insanın ürək, qaraciyər və beynini zədələyə bilməsinə 
dair  fikir söyləmişdilər. Çernobıl AES ‐ də qəzanın nəticələrinin aradan qaldırılması ilə 
məşğul  olan  işçilər  (likvidatorlar)  üzərində  aparılan  tədqiqatlar  bu  fikri  sübut  etdi. 
Ukraynanın  Sosial  və  Məhkəmə  Psixiatriya  Elmi  Tədqiqat  İnstitutunun  əməkdaşları 
həmçinin  də  göstərdilər  ki,  insan  beyninin  atrofiyasını  əmələ  gətirən  minimal 
şüalanmanın  doza  həddi  hələ  də  məlum  deyil.  Belə  ki,  “Çernobıl  ağıl  zəifliyi”  təkcə 
likvidatorlarda  deyil,  həm  də  kənarlaşma  zonasında  olanlarda  da  müşahidə 
olunmuşdur.  Bu  xəstəliyə  təkcə  böyüklər  deyil,  həm  də  qəzadan  bir  neçə  il  sonra 
doğulmuş uşaqlar da düçar ola bilirlər.  
 
1987  ‐  ci  ildə  likvidatorları  müayinə  edən  psixiatorlar  radiasiyanın  beyin 
neyronları üçün nə dərəcədə qorxulu olmasını heç fikirlərinə belə gətirmirdilər.  
 
Çernobıl, qəzadan bir neçə il sonra likvidatorların ailəsində doğulmuş uşaqlara 
da  zərbə  vurdu.  Bu  uşaqlar  üçün  psixi  kənaraçıxmalarla  yanaşı,  öz  intellektlərindən 
istifadə  edə  bilməmək,  yüksək  qıcıqlanma  və  tutulma  halları,  kəskin  baş  ağrıları  da 
xarakterikdir.  Hansısa  səbəbdən  bu  uşaqlar  öz  valideynlərini  (əsasən  də,  atalarını) 
görmək istəmirlər. Bu uşaqlarda tez ‐ tez bir neçə saniyə davam edən tutulmalar baş 
verir  və  onlar  sonradan  heç  bir  şey  olmamış  kimi  oyunlarını  davam  etdirirlər.  Beyin 
epilepsiyasının bu əlamətlərinin təzahür mexanizmləri hələ də alimlərə məlum deyil.  
 
10.4.3.  “Ölü  zonadan”  xəbərlər.  Çernobıl  qəzasından  daha  çox  zərər  çəkmiş 
və  mütləq  kənarlama  zonasına  daxil  edilən  ərazilərdən  biri  də  “Poleski  ekoloji 
radiasiya qoruğu” ‐dur. Bu qoruq Belarusiya ilə sərhəddə yerləşir və buradan  Çernobıl 
sarkofaqını,  fəaliyyətdə  olan  AES  ‐  i  və  həyatsız,    boş  Pripyat  evlərini  adi  gözlə  belə 
görmək mümkündür. Bu gün Çernobıl AES ‐ də radiasiya səviyyəsinin norma daxilində 
(~ 20 mkR/saat) olmasına baxmayaraq, qoruğun yaxınlığında yerləşən və Çernobıldan 


 
 
283 
 
cəmisi 10 km məsafədə olan Masana kəndində isə cihazın göstərişi 1000  ‐ lik şkalanı 
keçir. Qeyd edək ki, bu heç də qoruqda olan ən “çirkli” yer deyildir.  
Hesab olunur ki, hər kvadrat kilometrdə 15 Ku ‐yə bərabər radiasiya səviyyəsi 
həmin  ərazidə    insanın  yaşamasını  qeyri‐mümkün  edir.  Qoruğun  ərazisi  isə    15  ‐      
1200 Ku/km
2
  ‐ ə bərabər radioaktivliklə xarakterizə olunur. Əlavə olaraq, bu, Xirosima 
və Naqasaki şəhərlərinin əhalisinə zərbə vuran radiasiya deyil. Burada ‐ zəngin subasar 
zəmilərdə, meşə massivlərində, atılmış kəndlərdə böyük miqdarda stronsium, sezium 
 plutonium kimi böyükyaşama müddətli radionuklidlər toplanmışdır. Belə olan halda 
buraya  həyat yüz ildən, beş yüz ildən sonra deyil, ayrı‐ayrı ərazilərdə min ildən sonra 
qayıda bilər.  
Maraqlıdır  ki,  bunları  vəhşi  heyvanlara  aid  etmək  olmur.  Elmə,  elm 
adamlarına    hörmətsizlik  kimi  səslənsə  də,  qeyd  etmək  lazımdır  ki,  radiasiya  burada 
vəhşi  heyvanlar  üçün  rahat  yaşamaq  şəraiti  yaratmışdır.  İnsanın  ərazini  tərk  etməsi 
oraya  vəhşi  heyvanların  qayıtmasına  səbəb  olmuşdur.  Hətta  10,  100  il  əvvəl  ərazini 
tərk etmiş vəhşilər geri qayıtmışlar. Məsələn, zubrlar (vəhşi buğalar), qara hacıleylək, 
vaşaq,  dəniz  qartalları,  həmçinin  də,  qabanlar,  cüyür,  sığın,  maral  kimi  heyvanlar 
ərazidə  görünməyə  başlamışlar.  Ot  basmış  söyüdlük  və  qızılağac  cəngəlliklərindən 
müxtəlif quş səsləri eşidilməyə başlamışdır. Hətta bir dəfə zooloqları təəccübləndirən 
hadisə də baş vermişdir. Quruya yüzlərlə nadir bataqlıq tısbağaları sürünüb çıxmışdır.  
Quş və vəhşi heyvanların yerlərini dəyişdiyini nəzərə alsaq, onların “radiasiya 
daşıyıcıları”  olması  fikrini  söyləmək  olar.  Hətta  ağırçəkili  qaban  belə  gündə  yüz 
kilometrlərlə məsafə qət edə bilir. Deməli, əgər o, bu gün buradadırsa, sabah  Qomel,  
Minsk, Kiyev və yaxud da Smolensk yaxınlığında ovçu nişangahına  tuş gələ bilər. Ovçu 
isə,  aydındır  ki,  bu  vəhşidə  radiasiyanın  normadan  3000  dəfəyə  qədər  yüksək 
olmasından xəbərsizdir.  
Şərti  30  km  ‐  lik  zonadan”  kəndlərin  sakinlərinin  bir  neçə  gün  ərzində 
köçürülməsinə  baxmayaraq,  bir  qrup  insanlar  (meyvə    və  göbələk  yığanlar,  ovçular, 
balıqçılar  və  s.)  geri  döndülər.  Bu  günə  qədər  də,  ciddi  mübarizə  aparılmasına 
baxmayaraq, bu cür brakonyerlər seli azalmır.  
Çernobıl faciəsi kimi, Poleski qoruğu da bənzərsizdir. Belə bir ərazi dünyanın 
heç bir  yerində yoxdur və inanırıq ki, heç bir zaman da olmayacaqdır. Elmi cəhətdən 
qoruq ona görə böyük əhəmiyyət kəsb edir ki, orada da, təmiz ərazilərdəki kimi, rahat 
yaşamaq, üzmək, gəzmək, doğulmaq və ölmək mümkündür. 
 
10.4.4. Qəzanın min illiyə uzanan tibbi nəticələri. Çernobıl Xirosimadan sonra 
ən  böyük  dünyavi  nüvə  faciəsidir.  Bu  faciənin  tibbi  nəticələri  artıq  görünməkdədir. 
Məlumdur  ki,  Çernobılda  partlayışdan  ən  çox  zərər  çəkənlər  30  km    ‐  lik  zonada  və 
çöküntü  çox  olan  yerlərdə  yaşayanlar,  qəzanın  nəticələrini  aradan  qaldıran 
likvidatorlar  və  qəzanın  nəticələrini  öyrənən  mütəxəssislər  olmuşdur.  Təbii  ki,  onlar 
müəyyən  şüalanma  dozası  almış  insanlardır.  Belə  dozalar  kəskin  şüa  xəstəliyi  yarada 
bilməsələr  də,  onlar  hüceyrənin  radiasiyaya  daha  çox  həssas  olan  xromosomlarında 
mutasiya  yarada  bilirlər.  Mutasiyalar  isə,  öz  növbəsində,  canlı    orqanizmin    müxtəlif 


Yüklə 36,65 Kb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə