Microsoft Word Radiobiologiya d?rs v?saiti sixilmish doc



Yüklə 36,65 Kb.
Pdf görüntüsü
səhifə130/148
tarix05.02.2018
ölçüsü36,65 Kb.
#25718
1   ...   126   127   128   129   130   131   132   133   ...   148

 
 
288 
 
bununla   da   yeni “ Çernobıl ”  baş  verə  bilər.  Məsələ  burasındadır ki, bu gün Rusiya 
həmin  submarinləri  parçalamaq üçün kifayət qədər istehsalat gücünə malik deyil. Ən  
yaxşı  halda  Rusiyanın  gəmiqayırma zavodları  ildə 8 ‐ 10 belə qayığı ləğv edə bilər. 
Deməli, növbəsini gözləyən 96 gəminin ləğvi üçün minumum 10 il tələb olunur.  
Submarinlərin  parçalanması  üçün  istehsalat  gücünün  çatışmaması  yeganə 
problem  deyil.  Bu  sahədə  daha  bir  ciddi  maneə  vardır.  Həm  sualtı,  həm  də  suüstü 
atom  gəmilərinin  fəaliyyətində  istifadə  olunan  bərk  və  maye  tullantıların  şimaldan 
daşınması üçün kifayət qədər imkanların olmaması problemi daha da dərinləşdirmişdir. 
Bu  gün  Rusiyanın  istifadəsində  bu  tullantıları    “Çelyabinsk  –  65”  ‐  də  yerləşən  emal 
zavoduna  daşımaq  üçün  cəmisi  iki  qatar  vardır  və  hər  bir  qatara  yalnız  bir  nüvə 
reaktorunun məhsulları yerləşə bilir.  
Əsas  problemlərdən  biri  də  submarinin  sonuncu  bölünmə  mərhələsində 
ayrılan  hissəsini  (nüvə  reaktoru  daxil  olan  hissəni)  harada  saxlamaq  problemidir. 
Onların basdırılması üçün bu günə qədər layihədə nəzərdə tutulmuş nə Yeni torpaqda, 
nə  də  Kolsk  yarımadasının  yeraltı  qayalarında  oyulub  düzəldilmiş  sualtı  zavod‐
bazalarda  yer  yoxdur.  Qeyd  edək  ki,  qayalar  içərisində  yerləşən  bu  sualtı  bazalar 
strateji  submarinlərin  atom  partlayışlarından  qorunması  məqsədi  ilə  düzəldilmişdir. 
Ekspertlərin hesablamalarına əsasən bu bazaların nüvə qəbirstanlığına  çevrilə  bilməsi 
üçün  keçmiş  SSRİ  ‐  nin  atom  donanması  yaratması  üçün  xərclədiyi    qədər  vəsait 
lazımdır.  
1955 ‐ ci ildən başlayaraq  ABŞ, SSRİ, Fransa, İngiltərə və Çin, ümumilikdə, 420  
‐  dən  çox  atom  sualtı    qayıq    düzəltmişlər.    Keçən    müddət  ərzində  submarinlər  
dəfələrlə    təsadüfi    toqquşmalar  nəticəsində  yük  gəmilərini  batırmış  və  su  altında 
böyük sürətlə bir‐birinə çırpılmışlar. Bu gün qəzalar nəticəsində batmış gəmilərdən  ən 
azı  altısı  dənizin  dibində  qalmışdır.  Bütün  bunlar,  artıq  qeyd  etdiyimiz  kimi,  təsadüfi 
halların,  ekipaj  kompotentsizliyinin  və  istehsalat  çatışmamazlığının  qurbanları 
olmuşlar.  
Atom  sualtı qayıqlarını amerikalılar ruslardan əvvəl düzəltmişlər və ona görə 
də  ilk  zərər  çəkənlər  də  məhz  onlar  olmuşlar.  Hələ  “Nautilus”u  suya  salmamışdan 
əvvəl  onun  reaktoru  qayığın  ekipajını  öldürməyə  başlamışdır.  Sonradan  yanğınlar, 
partlayışlar,  ekipajın  şüalanmaya  məruz  qalması  adi  hala  çevrilmişdir.  “Sarqo”  sualtı 
qayığında 
yanğını 
söndürmək 
üçün 
amerikalılar 
“atomoxod”u 
batırmaq 
məcburiyyətində qalmışlar.  
1963  ‐  cü  ildə  Atlantik  okeanda  naməlum  səbəbdən  amerikanın  129  nəfərlik 
ekipajı  olan  daha  bir  submarin  (“Treşer”)  qəzaya  uğradı.  1968  ‐  ci  ildə  isə  Azor 
adalarının  yaxınlığında  “Skorpion”  yoxa  çıxdı.  Onun  qalıqları  bir  neçə  aydan  sonra 
böyük  dərinlikdən  tapıldı.  Fərziyyələrin  birinə  görə,  gəminin  kapitanı  qəza 
torpedasından qorunmaq üçün batma əmri vermiş və son nəticədə yenə də dərinlikdə 
öz torpedasının qurbanına çevrilmişdir. Qəzada 99 nəfər heyət məhv olmuşdur.  
Yenə də 1968  ‐  ci ildə Havay adaları  rayonunda  SSRİ ‐ nin nüvə başlıqlı üç 
ballastik raketə malik  “K – 129”  adlı  dizel  qayığı  qəzaya  uğradı və 97 nəfər heyət 
məhv oldu. 1970 ‐ ci ildə Biskay körfəzində  “K ‐ 8”  atom sualtı qayığında baş verən 


 
 
289 
 
yanğın  nəticəsində  52 nəfərlik heyətlə birlikdə qayıq məhv oldu.      1986  ‐ cı ildə sirli 
Bermud üçbucağında raketdaşıyıcı  “K – 219” qayığı yoxa çıxdı. 1989 ‐ cu ildə  42 nəfər 
heyəti olan “Komsomolets” məhv oldu. Bu  siyahını kifayət qədər uzatmaq olar, çünki 
belə  qəzaların  bəziləri  haqqında,  sadəcə  olaraq,  susmağı  üstün  tutmuşlar.    Məsələn,  
sualtı    K  ‐  8  qayığının    məhvi    haqqında    xəbər    geniş    ictimaiyyətə      qəzadan    21  il  
sonra  çatmışdır.    Uzun    illər    “K  ‐  19”    ‐  un  qəzası  haqqında  məlumatlar  gizli 
saxlanılmışdır. 
Bu siyahıda dəhşətli qəzalardan sonuncusu 13 avqust  2000 ‐ ci ildə baş vermiş 
“Kursk” atom sualtı qayığında baş verən qəzadır ki, bu qəza nəticəsində də submarin 
Barents  dənizinin  100  m  dərinliyində  torpağa  çökdü.  Nəticədə  qayığın  kapitanı  ilə 
birlikdə  108  dənizçi  məhv  oldu.  Bu  qəza  Rusiya  dəniz  donanmasının  ən  faciəli  və  ən 
müəmmalı  qəzalarından  biri  idi.  Bu  qayıq  böyük  nüvə  yanacağı  ehtiyatı  olan  iki 
reaktora malik idi. 
 
10.7. Radioaktiv tullantıların basdırılması problemi. 
 
Qalındivarlı  qablarda  yerləşdirilmiş radioaktiv tullantılar onlar üçün nəzərdə 
yuyulmuş  xüsusi  yerlərdə  ‐  “qəbiristanlıqda”  basdırılır.  Məsələ  burasındadır  ki,  bu 
formada tullantıların basdırılması onların yüz min illər təhlükəsiz saxlanılmasını təmin 
etməlidir.  Belə  böyük  müddət  ərzində  isə  nələrin  baş  verəcəyini  proqnozlaşdırmaq 
belə  mümkün  deyil.  Buna  baxmayaraq,  işlənmiş  nüvə  yanacağının  basdırılma  yerləri 
elə  olmalıdır  ki,  həmin  ərazilərdə  zəlzələ  təhlükəsi,  qrunt  laylarının  sürüşmə  və 
çatlama  ehtimalları  çox  aşağı  olsun.  Həmçinin  də,  radioaktiv  parçalanma  saxlanılan 
maddənin  qızması  ilə  müşayiət  olunduğundan,  o,  həm  də  soyudulmalıdır.  Saxlanma 
rejiminə  düzgün  riayət  edilmədikdə  radioaktiv  maddənin  həddən  artıq  qızması  və 
hətta onun partlayışı  baş verə bilir.  
Uzun yaşama müddətli izotoplara malik xüsusi təhlükəli radioaktiv tullantılar 
qalındivarlı, yüksək möhkəmliyə malik qablarda yerləşdirilir və fərdi mühafizəyə malik 
beton çəlləklərə qoyulur. Çəlləklər açıq havada saxlanılır və yaradılan  təbii  konveksiya  
hesabına    soyudulur.    Tullantını    bu    formada    50  –  100  il  ‐ə  qədər  saxlamaq 
mümkündür  ki,  bu  müddət  ərzində  də,  həm  radioaktivliyin  səviyyəsi,  həm  də  enerji 
ayrılması gücü müntəzəm olaraq azalır.  
Yerin səthində uzun müddətə saxlanılmaya daha çox üstünlük verilir. Belə ki, 
bu  halda  təbii  konveksiya  hesabına  soyutmanı  və  konteynerlərin  vaxtaşırı 
yoxlanılmasını təşkil etmək nisbətən asan olur. Belə saxlanılma o vaxta qədər davam 
edir ki, enerji ayrılması gücü xüsusi soyutma tələb olunmayan səviyyəyə çatsın. Ondan 
sonra isə radioaktiv tullantıların uzun müddətə basdırılması işləri həyata keçirilir. 
İstifadə olunmasından və ya emal olunmasından asılı olmayaraq,  yanacaq son 
nəticədə  okeanın  dibində,  qaya  süxurlarında  və  yaxud  da  yeraltı  duz  laylarının 
daxilində basdırılır. 
 


Yüklə 36,65 Kb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə