Microsoft Word Radiobiologiya d?rs v?saiti sixilmish doc



Yüklə 36,65 Kb.
Pdf görüntüsü
səhifə129/148
tarix05.02.2018
ölçüsü36,65 Kb.
#25718
1   ...   125   126   127   128   129   130   131   132   ...   148

 
 
286 
 
Malış”  adlı  atom  bombası  atılmışdır.  Partlayış  576  m  yüksəklikdə  baş  vermişdir. 
Göbələk  şəkilli  ağ  və  qara  tüstü  buludu  15  ‐  18  km  yüksəkliyə  qədər  qalxmışdır.  Bu 
dəhşətli hadisəni 30 km məsafədən müşahidə edənlər onu Günəşdən yüz dəfə parlaq 
şar  kimi  xatırlayırdılar.  Bulud  tozunun  ümumi  radioaktivliyi  təxminən  milyon  ton 
radiumun aktivliyinə bərabər idi. Radioaktiv tozun  99.9 %  ‐   ni ölçüsü 1 ‐ 100 mkm 
olan zərrəciklər təşkil edirdi. Bu da onların havada uzun müddət qalmasına və küləklər 
vasitəsilə böyük məsafələrə yayılmasına səbəb oldu. 
Naqasaki şəhərinə isə daha güclü  “Tolstyak”  adlandırılan  plutonium bombası 
atılmışdır.  Bu  bombanın  dağıdıcı  və  çirkləndirici  zonası  bu  səbəbdən  daha  böyük 
olmuşdur.  Partlayış  zonasının  bilavasitə  üzərində  (hiposentrdə)  temperatur  3000‐
4000
o
C   ‐  ə  çatmış  və  bu  zaman  hiposentrin  yaxınlığında  olan  bir  çox  insanlar  həqiqi 
mənada “buxarlanmışlar”.  
Partlayışların  hiposentrində  sıxılma  zonası  adlanan  zona  yarandı  ki,  bu  da, 
zərbə dalğası şəklində 4.5 km/san (Xirosima) və 4.5 ‐ 6.7 km/san (Naqasaki) sürətlərlə 
ətrafa yayılmağa başladı. Bu cür yayılmanın dağıdıcı təsiri qısa müddətdən sonara əks 
dalğanın  və  heç  də  əvvəlkindən  kiçik  olmayan  dağıdıcı  təsiri  ilə  əvəz  olundu.  Əks 
dalğanın  yaranma  səbəbi  havanın  böyük  sürətlə  vakuum  əmələ  gələn  partlayış 
zonasına qayıtması ilə bağlı idi. Partlayış  nəticəsində Xirosima  şəhərində  7 mln.  ev 
tamamilə dağıldı, 55 min  ev isə yandı. Ümumilikdə  binaların  90 %   ‐ i yerlə yeksan 
edildi.  
Yanmayan və partlayış dalğası ilə məhv olmayanlar isə oksigen çatışmamazlığı 
və  külli  miqdarda  karbon  qazı  və  dəm  qazı  yaranması  səbəbindən  məhv  oldular. 
Xirosima şəhərində partlayışdan 136 min sakin (ümumi əhalinin 53.3%  ‐ i) zərər çəkdi. 
Partlayışın  birinci  günü  əhalinin  17.6  %    ‐  i,  ilk  dörd  ay  ərzində  isə  zədə  almışların 
47.1 %  ‐ i məhv oldu. Naqasakidə partlayışdan isə      640 min insan (şəhər sakinlərinin 
36.8 %  ‐ i ) zərər çəkdi və bunlardan 34.4 %  ‐ i birinci gün, 60.9 %  ‐ i  isə ilk dörd ay 
ərzində  məhv oldular.  
İlkin 
ölümlərə 
səbəb 
mədə 
‐ 
bağırsaq 
traktının 
zədələnməsi, 
qanəmələgəlmənin ləngiməsi, əsasən də, qanda  leykosit  və trombositlərin azalması 
oldu.  Belə  ki,  leykositlərin  sayının  azalması  orqanizmin  müdafiə  qüvvələrinin 
zəifləməsinə,  trombositlərin  sayının  azalması  isə  qanaxmaların  və  qansızmalarının 
tezliyinin artmasına səbəb oldu.  
Ölüm hallarının başlamasının ikinci periodu qanəmələgətirmə sistemində ağır 
zədələnmələrin  hesabına  baş  verdi.  Bu  hal  şüalanmaya  məruz  qalmış  insanlarda 
qırmızı  sümük  iliyinin  fəaliyyətinin,  demək  olar  ki,  dayanmasına  və  son  nəticədə 
leykosit və trombositlərin sayının kəskin aşağı düşməsinə səbəb oldu. 
1945  ‐  1985‐ci  illər  ərzində  Yer  kürəsində  1349  nüvə  silahı  sınaqdan 
keçirilmişdir. Təkcə Fransa 1975 ‐ 1996‐cı illər ərzində Sakit okeanın cənub hissəsində 
131  sınaq  keçirmişdir.  Rusiyanın  atom  silahları  isə  iki  müxtəlif  poliqonda 
(“Semipalatinski”  ‐də  və  “Yeni  torpaq”  adasında)  sınaqdan  keçirilmişdir.      1991  ‐  ci 
ildən yeganə poliqon olan “Yeni torpaq” ‐ da sosial siyasi vəziyyətin pisləşməsi  Rusiya  


 
 
287 
 
Prezidentinin  25 oktyabr 1991 ‐  ci il tarixində bu günə qədər də fəaliyyətdə olan və 
nüvə silahlarının sınağına qadağa qoyan moratoriumun imzalamasına səbəb olmuşdur.  
1949 – cu   ildən  1960  ‐ cı  ilə  qədər  “Semipalatinski”  poliqonunda  nüvə  
silahlarının sınaqdan keçirilməsində Altay əyaləti əhalisi böyük zərər çəkmişdir. Belə ki, 
əyalətin  1.5  mln    ‐  dan  çox  əhalisi  radioaktiv  şüalanmanın  təsirinə  məruz  qalmışdır. 
1980 ‐ 1990‐cı illər ərzində əhalinin bədxasssəli şişlərlə xəstələnməsi hər yüz min əhali 
üçün  276  ‐  dan  286  ‐ya  qədər  yüksəlmişdir.  Bu  müddət  ərzində  hipertonik,  işemik 
xəstəliklər  5  dəfə,  bronx  ‐  ciyər  sistemi  xəstəlikləri    3.5  dəfə,  yara  xəstəlikləri  3  dəfə 
artmışdır.  Bu  proseslər  nəticəsində  anadangəlmə  anomaliyalar  və  əhalinin  ümumi 
ölüm göstəriciləri də  ~ 34%  artmışdır. 
 
10.6. Atom sualtı qayıqlarında qəzalar  
 
7 aprel 1989 ‐ cu il  tarixində  Norveç  dənizində “Komsomolets” Sovet sualtı 
qayığı  qəzaya  uğradı.  Bu  faciəli  hadisə  uzun  müddət  dünya  mətbuatının  müzakirə 
obyektinə  çevrildi  və  bu  günə  qədər  də  bir  məsələ  mütəxəssisləri  çox  narahat  edir. 
Görəsən,  baş  vermiş  qəza  ətraf  mühitin  nə  dərəcədə  çirklənməsinə  səbəb  oldu? 
Mütəxəssislərin hesablamalarına əsasən, qayığın titandan olan gövdəsinin artıq güclü 
elektrokimyəvi korroziyası başlamışdır. 
Adətən  dəniz  suyunda  korroziya  5  il  ərzində  1  mm    ‐  ə  qədər  metalı  “yeyə” 
bilir,    lakin    “Komsomolets”də  bu  prosesin  sürəti  ildə  20  mm    təşkil  edir.  Bu  isə  onu 
göstərir  ki,  qayığın  reaktorundan  radionuklidlərin  ilkin  axını    qəzadan  2  və  ya  2.5  il 
sonra  başlamışdır.  Həqiqətən  də  1992  ‐  ci  ildə  sualtı  aparatların  köməyi  ilə  batmış 
qayığın tədqiqi suda radioaktivliyin olmasını sübut etmişdir. 
Yapon  tədqiqatçıları  25  il  əvvəl  Sakit  okeanda  Amerika  hərbiçilərinin  itirdiyi 
hidrogen bombasının izlərini müəyyən edə bilmişlər. Daha dəqiq desək, onlar dənizin 
dibində bombanın tərkibində olan plutoniumu aşkar edə bilmişlər.  
Təxminən həmin illərdə “Trişer” və “Skorpion” atom sualtı qayıqlarının batdığı 
yerdə də radioaktivliyin yüksək olmasını qeydə alınmışdır.  
“Soyuq  müharibə”  illərində  keçmiş  SSRİ  ‐  də  bütün  dünyada  ümumilikdə 
düzəldilən qayıqlardan çox atom sualtı qayıqları düzəldilmişdir. Bu gün Rusiyada 215 
nüvə  reaktoru  olan  sualtı  qayıq  vardır  ki,  bunlardan  da  101  ‐  nə  hələ  nüvə  yanacağı  
yüklənməyib.    Bundan  başqa,  Rusiya  şimalda  nüvə  reaktoru  olan  8  suüstü  hərbi 
gəmiyə və 15 atom buzqıran gəmisinə malikdir.  
Belə böyük atom arsenalı yaradılarkən, çox yəqin ki, heç fikirləşən də olmayıb 
ki, görəsən istismar müddəti başa çatdıqdan sonra onların aqibəti necə olacaq?   Onlar   
necə   utilizasiya  ediləcək ?   Radioaktiv  tullantılar  harada basdırılacaq? 
Radioaktiv  tullantıların  okeanın  dibinə  atılması  kimi  əvvəllər  praktikadan 
keçmiş  üsullar artıq mümkün deyil. Köhnəlmiş “ atomoxod ” ‐ ların  kütləvi  surətdə 
sıradan çıxması bu problemi Rusiya üçün milli fəlakət səviyyəsinə qaldırmışdır. 
Hərbi dəniz bazalarında öz  “ölmək”  növbəsini gözləyən atom su qayıqlarına 
diqqət  o  dərəcədə  aşağıdır  ki,  onlar  istənilən  an  suyun  dibinə  gedə  bilərlər    və  


Yüklə 36,65 Kb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə