Microsoft Word Radiobiologiya d?rs v?saiti sixilmish doc



Yüklə 36,65 Kb.
Pdf görüntüsü
səhifə132/148
tarix05.02.2018
ölçüsü36,65 Kb.
#25718
1   ...   128   129   130   131   132   133   134   135   ...   148

 
 
292 
 
bilir.  Ona  görə  də,  onunla  işləyən  zaman  çox  ciddi  mühafizə  vasitələrindən  istifadə 
edilir. 
Pu‐241  izotopunun yarımparçalanma  periodu  isə  nisbətən   kiçikdir (75 il). 
Onun  parçalanması  güclü  γ  ‐şüalanma  yaradan  Am‐241  izotopunu  əmələ  gətirir.  Bu 
izotopun  toksikiliyi    o  dərəcədə  yüksəkdir  ki,  onun  mində  bir  qram  kütləli  tozunu 
udmaq, qısa müddətdə ölümlə nəticələnir. 
Sarovda  (keçmiş  “Arzamas  ‐  16”  ‐  da)  yerləşən  Rusiya  Federal  Mərkəzinin 
rəhbərlərindən  biri,  akademik  Yuriy  Trutnev  plutoniumu  saxlamaq  (basdırmaq)  üçün 
nüvə  partlayışının  köməyi  ilə  yaradılan  yeraltı  saxlama  yerlərindən  istifadə  etməyi 
təklif  etmişdir.  Təklif  olunan    texnologiya  əsasən  bir neçə  kilometr  dərinliyində  quyu 
qazılır  və  həm  radioaktiv  maddə,  həm  də  az  miqdarda  nüvə  yanacağı  ora  endirilir. 
Sonra quyunun ətrafı hasara alınır və yeraltı nüvə partlayışı həyata keçirilir. Nəticədə 
episentrdə olan radioaktiv maddə əriyir və soyuyaraq onu əhatə edən dağ süxurları ilə 
birlikdə  “şüşələşir”.  Hesab  olunur  ki,  alınan  şüşəkütlə  on  milyon  illər  ərzində 
radionuklidləri  özündə  saxlamağa  qadirdir  ki,  bu  müddət  ərzində  də  onların 
radioaktivliyi təbii fon səviyyəsinə qədər enəcək. 
Y.Trutnevin  hesablamalarına  əsasən,  əgər  50  kiloton  nüvə  yanacağı 
partladılarsa, onda  50000  ton  süxur  ərintisi yaranar. Alimlər qrupunun üzvləri üç il 
keçəndən  sonra  partlayışın  episentrindən  nümunə  götürərək  müəyyən  etmişlər  ki, 
şüşə  halına  salınmış  maddə  yeraltı  sularda,  demək  olar  ki,  həll  olmur,  yəni  su  həmin 
maddəni yumaqla, radionuklidləri üzə çıxara bilmir.  
Bu  üsulla  plutoniumun  basdırılması  texnologiyası  bu  gün  ən  əsas  üsullardan 
hesab olunur.  
 
10.8. İşlənmiş nüvə yanacağının emalı və onun perspektivləri. 
 
 Birincisi,    dünyanın  əksər  ölkələrində  (o  cümlədən  də,  Rusiyada)  işlənmiş 
nüvə yanacağına münasibət təcrübəsi göstərir ki, növbəti texnoloji proseslərdən əvvəl 
onlar  uzun  müddətli  saxlanma  prosesini  keçməlidirlər.  Belə  ki,  uzun  müddətli 
saxlanma  onların  emalını  asanlaşdırır  və  radioaktiv  tullantıların  sayını  azaldır. 
Həmçinin  də,  bu  müddət  işlənmiş  nüvə  yanacağının  emalı  üzrə  daha  mükəmməl 
texnoloji qurğuların yaradılmasına imkan verir. 
İkincisi,  işlənmiş  nüvə  yanacağının  radioaktiv  tullantı  kimi  qəbul  olunmasına  
baxmayaraq,  o,  atom  sənayesi  üçün  qiymətli  xammal  hesab  olunur.  Elə  xammal  ki, 
onun tərkibində təbii uranla müqayisədə 1.5‐2 dəfə çox uran ‐ 235 və ~ 1%   plutonium 
‐ 239  izotopları  vardır.  Buna görə də işlənmiş nüvə yanacağı ilk növbədə təkrar emala 
göndərilir. 
Rusiyada    “Mayak”    istehsalat  birliyi  AES  ‐  lərin,  atom  buzqıran  gəmilərin  və 
sualtı  qayıqların  yanacağının  təkrar  emalı  ilə  məşğul  olur.  Ümumiyyətlə  götürdükdə, 
bu  xidmət  növü  çox  baha  başa  gələn  xidmətdir,  çünki  belə  emal  üçün  çoxlu  sayda 
əməliyyatlar  kompleksi  həyata  keçirmək  tələb  olunur.  Yanacağın  daşınması  üçün 


 
 
293 
 
vaqon‐konteynerlər  tələb  olunan  səviyyədə  saxlanılmalı  və  onların  qəzasız  istismarı 
təmin edilməlidir. Daşınmanın özünün də maksimal təhlükəsizliyi təmin edilməlidir.  
Yanacaq  “Mayak”  ‐a  çatdırıldıqdan  sonra  kombinat  onun  bir  müddət 
saxlanılması  üzrə  xidmət  göstərir  və  ondan  sonra  emal  prosesi  başlayır.  Emal 
prosesində də tullantılar yaranır ki, onların da basdırılması tələb olunur. Həmçinin də, 
ən qorxulu tullantılar elə hala salınmalıdır ki, onları uzun müddət saxlamaq mümkün 
olsun. Bu məqsədlə həmin tullantılar “şüşə” halına salınır və  belə halda onlar heç bir 
təhlükə yaratmır.  
Bütün  dünyada  radioaktiv  tullantıların  “şüşə”  halına  salınması  ilə  cəmisi  bir 
neçə müəssisə məşğul olur və  hələ ki, bu üsuldan daha mükəmməl olan üsul işlənib 
hazırlanmayıb. Şüşə matrisaya salınmış radioaktiv maddənin bir neçə onilliklər ərzində 
γ ‐radioaktivliyi azalaraq, praktiki olaraq,  təhlükəsiz  hala  keçir. Yavaş   parçalanan  α ‐  
və   β   ‐ radioaktiv elementlərin şüaları isə şüşədə əsrlər boyu təhlükəsiz qalırlar.  
Üçüncüsü, təbii uran ehtiyatları sonsuz deyil. Deməli, hər şeydən əvvəl “uran ‐ 
reaktor  ‐  plutonium  ‐  emal  ‐  reaktor”  dairəvi  yanacaq  tsikli  təkmilləşdirilməlidir.  Bu 
gün belə texnologiyaya yalnız üç ölkə (İngiltərə, Rusiya, Fransa) malikdir. Yaponlar öz 
kiçik  adalarında  işlənmiş  nüvə  yanacağını  emal  edən  zavodlar  tikmək  fikrindədirlər. 
Amerikalılar  isə  J.  Karterin  prezidentliyi  dövründə  belə  emalı  dayandırmış  və    bu 
ideyadan uzaqlaşmışlar.  
 
10.9. Atom energetikasına alternativ yoxdur. 
 
Elm adamları planetdə enerji böhranının yaxınlaşmasını xəbər verən həyəcan 
təbili  çalırlar.  Doğrudan  da,  neft  ehtiyatları  sonsuz  deyil,  kimya  sənayesinin  qiymətli 
xammalı  olan  qaz  isə  Rusiya  kimi  ölkələrin  ən  sərfəli  eksport    məhsuludur. 
D.İ.Mendeleyevin  dediyi  kimi,  qazdan  yanacaq  kimi  istifadə  etmək  ağılsızlıqdır. 
Müqayisə üçün qeyd edək ki, AES ‐ lərin elektrik enerjisindən istifadə etməklə, Rusiya 
yalnız 1989 ‐ cu ildə 36 milyard kub metr  qaza qənaət edə bilmişdir. 
Deməli,  elektrik  enerjisi  almaq  məqsədi  ilə  qazdan  istifadə  iqtisadi  cəhətdən 
heç cürə sərfəli deyil. Bu məqsədlə kömürün yandırılması isə ətraf mühitin çirklənməsi 
baxımından  böyük  ekoloji  problemlər  yaradır.  Su  Elektrik  Stansiyalarına  gəldikdə  isə 
onlar  əksər  hallarda  çox  da  böyük  olmayan  gücə  malik  olurlar  və  bu  qəbildən  olan 
enerji mənbələri də özünəməxsus ekoloji problemlər yaratmağa qadirdir.  
Belə  olan  halda  dünyanın  aparıcı  alimləri  yaxın  onilliklərdə  atom 
energetikasına    alternativin    olmayacağını  söyləyirlər  və  hesab  edirlər  ki,  AES  ‐  lər 
şəbəkəsinin fasiləsiz genişlənməsinə böyük ehtiyac vardır.  
Qeyd etmək yerinə düşərdi ki, 2000 ‐ ci ilin yanvar ayının 1 ‐ə qədər dünyanın  
247  AES  ‐  də 436    nüvə  enerjili  blokdan  istifadə  edilmişdir  ki,  bu  da,  bütün  dünyada  
istehsal  olunan  ümumi  elektrik enerjisinin yalnız  17% ‐ni almağa imkan verir. Bu gün 
ABŞ ‐ da 104, Fransada 59, Rusiyada isə 29 nüvə reaktoru fəaliyyətdədir.  
Həqiqətən  də  atom  energetikasının  ekoloji  cəhətdən  ən  təmiz  enerji  olması 
danılmaz  faktdır.  Onlarda  baş  verən  qəzalara  gəldikdə  isə,  qeyd  edək  ki,    bu  enerji 


Yüklə 36,65 Kb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə