Microsoft Word Radiobiologiya d?rs v?saiti sixilmish doc



Yüklə 36,65 Kb.
Pdf görüntüsü
səhifə128/148
tarix05.02.2018
ölçüsü36,65 Kb.
#25718
1   ...   124   125   126   127   128   129   130   131   ...   148

 
 
284 
 
stoxastik  pozulmalarını  yaradır.  Sonuncuya  xərçəng  və  irsi  pozulmalar  aid  edilə  bilər. 
Şüalanma qəbul etmiş insanlarda xərçəng şişləri qəzadan sonra qısa müddətdə deyil, 
uzun illər inkişaf edərək, gizli, simptompsuz böyük dövr ərzində yarana bilir.  
Qeyd edək ki, Çernobıl qəzasından 5 il sonra müşahidə olunmağa başlamış ilk 
xərçəng  xəstəliyi  növü  qalxanvari  vəzinin  xərçəngi  oldu  ki,  bunun  da  səbəbi  qəzadan 
sonra  havada, qida  məhsullarında, mal ‐ qaranın südündə böyük miqdarda radioaktiv 
yodun olması və son nəticədə onların insan orqanizminə daxil olaraq, məhz qalxanvari 
vəzidə toplanması olmuşdur.  
Latent periodu qəzadan  10 il  sonra başa çatmış növbəti xərçəng növü leykoz 
olmuşdur. Bu xərçəng növünün yaranmasına səbəb radiasiyaya daha çox həssas olan 
orqanın – onurğa beyninin funksiyasının pozulmasıdır.  
Çernobıl qəzasından 15‐20‐30‐40 il keçdikdən sonra, Xirosimaya oxşar olaraq, 
xərçəng  xəstəliyinin  başqa  növləri  (süd  vəzilərinin,  ağ  ciyərin,  mədə  və  bağırsaqların 
xərçəngi)  özünü  biruzə  verməyə  başlayacaq.  Cinsi  orqanların  şüalanması  da  ağır 
nəticələrə  səbəb  olacaq.  Belə  ki,  artıq  qeyd  etdiyimiz  kimi,  hətta  çox  da  böyük 
olmayan  dozalar  (0.1  Zv)  qadınların  yumurtalıqlarında  müvəqqəti  sterillik  yaratmağa 
qadirdir.    Baxmayaraq  ki,  qəzadan  zərər  çəkənlərin  çox  hissəsi  0.1  Zv    ‐  dən  az  doza 
qəbul  etmişlər,  yenə  də  onların  uşaqları  xromosom  mutasiyaları  hesabına  cinsi 
hüceyrələrin  yüksək  xəstələnmə  riskinə  malikdirlər.  Sonuncu  10  il  ‐  də  Belarusiyada 
doğulan  uşaqların  yarısından  çoxunun  inkişaf  qüsuruna  malik  olması  buna  əyani 
sübutdur (Qomel vilayətində bu rəqəm 81 % təşkil edir) (Усманов С.М., 2001). 
BMT  ‐  nin  Atom  Radiasiyasının  Təsirinə  dair  Elmi  Komitəsinin  məruzələrinə  
daxil  edilmiş  çoxlu sayda vacib tədqiqat işlərinin nəticələrinə əsasən kişilərin 1.0 Zv  
tərtibində şüalanmaya məruz qalması onların sonrakı nəslinin  hər  on  min  nəfərində  
30 ‐ a  qədər  irsi  anomaliyalar  yarada  bilir. Qadınların cinsi hüceyrələri radiasiyanın 
təsirinə daha dayanıqlı olduğundan, onlarda bu göstərici 20  ‐ ə bərabərdir.  Konkret  
olaraq,  Pripyat  şəhərinin sakinləri üçün (orta doza – 0.13 Zv) bu, onların hər on min 
uşağında 7 ‐ 46, sarkofakın inşasında iştirak edənlər üçün (orta doza 0.35 Zv)   –  17 ‐
121, Çernobıl AES ‐ in əməkdaşları üçün isə (orta doza 0.47 Zv)  –   24 ‐ 166  əlavə irsi 
anomaliya deməkdir ( НКДАР, 1977). 
Tədqiqatlar  nəticəsində  həmçinin  də  bu  qəzada  zərər  çəkmişlərin  hamısının 
ümumi  şüalanma  dozası  üçün  istifadə  olunan  genetik  riskin  hüdudları  müəyyən 
edilmişdir.  Bu  rəqəm  600  min  insan /Zv  ‐ ə bərabərdir. Bu hesablamalara əsasən 
birinci nəsildə gözlənilən genetik risk bütün zərərçəkmiş ölkələr üçün 1200  ‐  8300  ‐ ə 
bərabər olacaqdır ki, bunun da 480 – 3300  ‐ ü keçmiş SSRİ ‐ nin tərkibinə daxil olan 
ölkələrin payına düşür ( НКДАР, 1977). 
Qeyd  edək  ki,  göstərilən  rəqəmlər  təqribi  nəticələrə  əsaslanıb  və  bu 
hesablamalarda yalnız hazırkı dövrdə insanın irsi patologiyasında aşkar edilən bütün 
patologiyaların 2.5 %  ‐ ni təşkil edən ayrı‐ayrı ciddi irsi pozulmalar nəzərə alınmışdır. 
Bu  nəticələrdən  aydın  olur  ki,  qəzadan  20  il  keçdikdən  sonra  birinci  nəsildə 
Belarusiyada, Rusiyada və Ukraynada hər üç gündən bir ata və ya ananın şüalanmaya 


 
 
285 
 
məruz qalma səbəbindən  bir xəstə uşaq doğulmalıdır (Барсуков О.А., Барсуков К.А., 
2003).   
 
10.5. Nüvə silahlarının bilavasitə istifadəsinin və onların sınaqdan  
          keçirilməsinin yaratdığı ekoloji  problemlər 
 
Məlum  olduğu  kimi,  nüvə  partrlayışları  biosferin  yüksək  dərəcədə 
çirklənməsinə  və  radiasiya  fonunun  əhəmiyyətli  dəyişməsinə  səbəb  olur.  Bu 
partlayışlar  nəticəsində  bizim  hər  birimiz  atmosferə  atılan  radionuklidlərin  həm 
bilavasitə özlərinin, həm də onların qlobal çöküntülərinin hesabına şüalanmaya məruz 
qalırıq.  Kütləvi  mətbuatda  çap  olunan  məlumata  əsasən,  1945  ‐  ci  ildən  1981 ‐  ci  ilə 
qədər ABŞ, Rusiya, Böyük Britaniya, Fransa və Çin  kimi ölkələr atmosferdə  400  ‐ dən 
çox nüvə  partlayışları aparmışlar ki, nəticədə  biosferə    12.5 ton  ‐ dan çox radioaktiv 
parçalanma məhsulu atılmışdır (müqayisə üçün qeyd edək ki, Xirosima üzərində atom 
bombasının  partladılması  nəticəsində  1.1  kq  parçalanma  məhsulu  ayrılmışdır). 
Partlayışlar  nəticəsində  biosferə,  həm  də  3.4  ton  plutonium  və  bir  az  kiçik  miqdarda 
digər  transuran  elementlər  atılmışdır.  Hava  nüvə  partlayışı  anında  yaranan 
neyrtonların  hava  atomlarının    nüvələri  ilə  qarşılıqlı  təsirdə  olması  əlavə  olaraq,  
hidrogen və karbonun radioaktiv izotoplarının yaranmasına səbəb olur. Hesablamalar 
bu halda radioaktiv hidrogenin (tritiumun) yaranmasının  onun  tarazlıq  miqdarından  
3 dəfə, radioaktiv karbonun isə 26% çox olduğunu göstərir (Усманов С.М., 2001).  
 Qeyd edək ki, nüvə partlayışları zamanı yüzlərlə nüvə qəlpələri yaranır, lakin 
onların  bir  qismi  çox  kiçik  miqdarda  olduğundan  əhəmiyyətli  təhlükə  yarada  bilmir. 
Digər  qismi  isə  kiçik  yarımparçalanma  periodlarına  malik  olduqlarından  tez  bir 
zamanda  parçalanırlar.  Təəssüf  hissi  ilə  qeyd  etmək  lazımdır  ki,  partlayış  nəticəsində 
yaranan  böyük  yaşama  müddətli  radionuklidlər  də  kifayət  qədər  çox  miqdarda  olur. 
Bunlardan ən geniş yayılanları müxtəlif yarımparçalanma periodlarına malik karbon‐14
sezium‐137,  sirkonium‐95    stronsium‐90  radioizotoplarıdır.  Sirkonium    üçün  
yarımparçalanma    periodu    64  gün,    sezium      və  stronsium  üçün    təxminən  30  il
karbon üçün isə 5570 il ‐ə bərabərdir. 
Partlayış  nəticəsində yaranan və tərkibində nüvə reaksiyaları məhsulları olan 
radioaktiv bulud, partlayışın gücündən, onun növündən (hava, yerüstü, sualtı), sınağın 
keçirilmə  yerindən  və  meteoroloji  şəraitdən  asılı  olaraq,  böyük  hündürlüklərə  qalxa 
bilir.  Partlayış  məhsullarının  stratosferdə  qalma  müddəti  3  ay  ‐dan  24  ay  ‐a  qədər 
uzana  bilir.  Bu  zaman  onların  ən  intensiv  çökmə  periodu  yaz  aylarına  təsadüf  edir. 
Partlayışdan  sonra  radionuklidlər  troposferdə  orta  hesabla  bir  aya  qədər  qalır  və 
sonradan Yer kürəsinin səthinə çökürlər.  
Yeraltı      nüvə      sınaqları      zamanı      radionuklidlərin      yalnız    1  ‐  2  %    ‐  i 
atmosferə keçə bilir ki, bunlar da bir neçə saatdan sonra Yerin səthinə çökürlər. Belə 
çıxır ki, Yeraltı sınaqların çöküntüləri lokal xarakter daşıyır.  
Məlum  olduğu  kimi,  6  avqust  1945  ‐  ci  ildə  Amerikanın  V  ‐  29  qırıcı 
təyyarəsindən Xirosimo şəhərinin mərkəzinə 45 kq uran ‐ 235 nüvə yanacağına malik 


Yüklə 36,65 Kb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə