Microsoft Word Radiobiologiya d?rs v?saiti sixilmish doc



Yüklə 36,65 Kb.
Pdf görüntüsü
səhifə125/148
tarix05.02.2018
ölçüsü36,65 Kb.
#25718
1   ...   121   122   123   124   125   126   127   128   ...   148

 
 
278 
 
reaktorlar  üçün  geniş  intervalda  dəyişə  bilir
 

   
biosferə    düşən    radionuklidlərin 
bəziləri tez  parçalanırlar,  digərləri isə  uzun  müddət  orada qalırlar. 
 
AES  ‐lərə  münasibətlərin  müxtəlif  olmasına  baxmayaraq,  onların  yaxın  illərə 
qədər  fəaliyyətdə  olması  obyektiv  reallıqdır.  Bizim  hər  birimizi,  əsasən  də  AES  ‐  lərə 
yaxın  ərazilərdə  yaşayanları  bu  reallığın  nə  dərəcədə  təhlükəli  olması  narahat  edir.  
Çernobıl  AES  ‐  də,  daha  sonra  Fukusimo  AES  ‐də  baş verən  qəzalar  bu  problemin  nə 
dərəcədə  ciddi  olduğunu  bir  daha  sübut  etdi.  Vəziyyəti  daha  da  kəskinləşdirən  digər 
səbəb hələ ki, real vəziyyəti əks etdirən dəqiq “şkala” ‐nın olmamasıdır. Bu səbəbdən 
də  AES  ‐də  baş  verən  istənilən  kiçik  nasazlıq  əhalinin  kəskin  reaksiyasına  səbəb  olur. 
Hətta plan üzrə reaktorun hansısa profilaktik tədbirlər üçün dayandırılması da etirazlar 
və söz‐söhbətlər yaradır. 
 
1989 ‐cu ildə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA ‐nın) himayəsi ilə 
Beynəlxalq  şkala”  işlənib  hazırlandı  və  1990  ‐cı  ildə  bəzi  ölkələrdə  artıq  tətbiq 
olunmağa başlandı. Şkala aşağıdakı səviyyəyə malikdir: 
                 1.  AES ‐ də baş vermiş əhəmiyyətsiz hadisə;   
                 2. Orta ağırlıq dərəcəsinə malik hadisə;    
                 3. Ciddi hadisə;   
                 4. AES‐in öz hüdudlarında qəza;    
                 5.  Ətraf mühit üçün təhlükə riski olan qəza;   
                 6. Ağır qəza;   
                 7. Qlobal qəza (fəlakət). 
   AES ‐ lərdə ilk üç səviyyədə baş verən hadisə, sadəcə olaraq, insident (hadisə) 
adlandırılır.  Qalan  dörd  səviyyədə  baş  verən  hadisələr  isə  müxtəlif  dərəcəli  qəzalar 
adlandırılır. Məsələn, Çernobıl fəlakəti atom energetikasında görünməmiş qəza idi. Bu 
qəza  böyük  ərazidə  ətraf  mühitə  və  insanların  sağlamlığına  ciddi  zərər  vurdu.  Buna 
görə də həmin qəza şkalanın sonuncu səviyyəsinə uyğun gəlir. 
 
10.3. Atom elektrik stansiyalarında qəzalar. 
 
Dünya  atom  energetikasının  inkişafı  AES  ‐lərdə  baş  verən  üç  böyük  miqyaslı 
qəza ilə “ləkələnmişdir”. Bu qəzalardan birincisi 28 mart 1979 ‐cu ildə ABŞ  ‐ ın Trimeyl 
Aylend  AES  ‐  ində,  ikincisi  26  aprel  1986    ‐  cı  ildə  Ukraynanın  Çernobıl  AES  ‐  ində, 
üçüncüsü isə 11 mart 2011 ‐ ci il tarixində Yaponiyanın “Fukusima  ‐ 1” AES ‐ ində  baş 
vermişdir. Əvvəlki iki qəza nəticəsində reaktorun aktiv zonası dağılmışdır.  
Tri  Mayl  Ayland  AES  ‐nin  2  saylı  blokunda  qəza  vaxtı  radioaktiv  maddələrin, 
demək olar ki, hamısı mühafizə örtüyü tərəfindən tutulmuşdur və buna görədə AES ‐ 
in işçi personalı və əhali şüalanmaya məruz qalmamışdır.  
Çernobıl  AES    ‐  də  qəza  nəticəsində  isə  radiasiyanın  təsirindən  və  psixoloji 
stressdən  yüz  minlərlə  insan  zərər  çəkmişdir. Çernobıl AES  ‐ in  dördüncü blokunun 
partlaması ətraf mühitə 7.4 ton radioaktiv maddənin səpələnməsinə səbəb olmuşdur. 
İlk  həftələr  əhali  üçün  əsas  təhlükəni  xarici  γ  ‐  şüalanma  və  atmosferdə  yod‐131 
izotopunun olması yaratdı. Həqiqətən də qəzadan bir neçə gün sonra havadan, sudan, 


 
 
279 
 
torpaqdan  götürülmüş  nümunələr  ümumi  aktivliyin  ~  30  %  ‐nin    yarımparçalanma  
periodu 8 sutka olan yod ‐131 izotopunun payına düşdüyünü göstərdi.  Nümunələrdə,  
yod  ‐131‐dən  başqa,    barium  ‐  140,    lanton‐140,    sezium  ‐  137,    rutenium  ‐  103,  
sirkonium  ‐  95,    tellur  ‐  132,  sezium  ‐  141,  neptunium  ‐  239  izotoplarının  da  olması 
müəyyən  edildi.  Yaxın  ərazilərdə  isə  (məsələn,  ə  halinin    köçürülmə  yerlərində)  həm 
də  stronsium ‐ 90,  plutonium ‐ 239    plutonium ‐ 240 izotoplarının da olması aşkar 
edildi. Bu səbəbdən də ilk günlər insanlar (əsasən də uşaqlar) üçün daha çox  təhlükə 
yaradan orqanizmə nəfəs yolları və südlə daxil olan  yod ‐ 131 izotopu oldu.  
Qəzadan sonra torpağın radionuklidlərlə çirklənmə sıxlığını əks etdirən xəritə 
tərtib  olundu.  Bu  xəritəyə  əsasən  radiasiya  çirklənməsi  səviyyəsi  20  mR/saat  ‐dan 
yüksək  olan  ərazilər    “kənarlaşma  zonası”,  γ  ‐  şüalanma  dozası  5‐20  mR/saat  olan 
ərazilər “evakuasiya  zonası”,  radiasiya səviyyəsi  3 ‐ 5 mR/saat olan ərazilər isə “ciddi 
radioloji nəzarət tələb edən və müvəqqəti olaraq uşaq və hamilə qadınların çıxarıldığı 
zona” hesab olundu. 
Qeyd  edək  ki,  30  aprel  1986  ‐cı  ildə  Kiyev  şəhərinin  Elm  prospektində 
radiasiya səviyyəsinin maksimal (2.2 mR/saat) olması qeydə alınmışdır.  
Hələ  1987  ‐ci  ildə  SSRİ  Dövlət  Atom  Komitəsi  Pripyatidə  (Çernobılda)  baş 
verən  partlayışın  300  Xirosima  bombasının  partlayışına  bərabər  olması  qərarını 
vermişdi.  Xarici  mütəxəssislər  isə  bu  rəqəmin  800  ‐ə  bərabər  olması  fikrini 
söyləyirdilər.  Bu  rəqəmlərdən  hansının  doğru  olması  mübahisə  obyekti  olmamalıdır. 
Əsas odur ki, qəza nəticəsində yüzlərlə növ müxtəlif izotopun ətrafa səpələnməsi  baş  
verdi  və  nəticədə hava, torpaq, su  çirkləndi,  insanlar həlak oldu və s. 
AEBA  ‐nın  ekspertlərinin  gəldiyi  nəticələrə  əsasən  qəzaya  səbəb  reaktorun 
aktiv  zonasının,  həm  də  reaktorun  dayandırma  sisteminin  konstruksiyalarında 
çatışmamazlıqlar olmuşdur.  
Qeyd etmək lazımdır ki, qəzanın baş verməsində AES ‐in işçi personalının səhvi 
sadalanan çatışmamazlıqlarla müqayisədə daha həlledici olmuşdur. 
 
10.4. Çernobıl fəlakətinin qlobal nəticələri. 
 
Biz  26 aprel  1986 ‐cı  il gecəsindən nə qədər uzaqlaşırıqsa, həmin hadisənin 
nəticələrinə daha çox yaxınlaşmış oluruq. Məlum olduğu kimi, AES ətrafında ərazinin 
radioaktiv çirklənməsi 186 yaşayış məntəqəsindən 116 ‐ nın əhalisinin köçürülməsinə 
səbəb oldu. İnsanların ayrı ‐ ayrı orqanları radioaktiv     yod ‐ 131 izotopunun təsiri ilə 
böyük  şüalanma  dozası  qəbul  etdilər.  Daha  dəqiq  desək,  radioaktiv  çirklənmə 
zonasında yaşayan 1.5 mln. insanın qalxanvari vəzisinin şüalanmasına görə onların 1.2 
mln. nəfəri 30 ber ‐ə qədər, 150 min ‐i   30 ber  ‐ dən 100 ber  ‐ ə qədər, 30 min – i      
isə  100 ber  ‐ dən yüksək  daxili  şüalanma dozası qəbul etdilər. 
 
Qəzaya  qədər  Çernobıl  AES    ‐ə  yaxın  ərazilərdə  təbii  radiasiya  fonu    0.1  ‐      
0.15  mkZv/saat  (10‐15  mkber/saat)  həddində  olduğu  halda,  əhalinin  köçürülməsinə 
qədər Pripyati şəhərində radiasiya səviyyəsi 3‐4 ber həddində olmuşdur. 


Yüklə 36,65 Kb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə