Microsoft Word Radiobiologiya d?rs v?saiti sixilmish doc



Yüklə 36,65 Kb.
Pdf görüntüsü
səhifə122/148
tarix05.02.2018
ölçüsü36,65 Kb.
#25718
1   ...   118   119   120   121   122   123   124   125   ...   148

 
 
271 
 
əsasında  seziumun  torpaq  profili  üzrə  paylanmasının  və  bitkilrə  daxil  olmasının 
proqnozu verilmişdir. Riyazi modeldə antropogen    amillərin    təsiri    də    öz   əksini    
tapmışdır   (Молчанова И.В., Караваева Е.Н., 2001).  
137
Cs    izotopunun  bitkilərdə  toplanma  mexanizmi,  maddələrin  bitkilərə  daxil 
olmasını  tədqiq  edərkən  istifadə  olunan  və  çox  yaxşı  öyrənilmiş  obyektlərdən  hesab 
olunan  bir  hüceyrəli  yosun  nümunələrindən  istifadə  edilməklə,  araşdırılmışdır. 
Yosunlarla  aparılan  təcrübələrin  nəticələri  əsasında  radionuklidlərin  torpaq 
məhlulundan  ali  bitkilərin  kök  sisteminə  daşınmasının  modelləşməsi  üçün  yollar 
işlənmişdir. Bu yollar həm də mineral qidalanma şəraitinin dəyişməsi zamanı bitkilərə 
137
Cs izotopunun daşınması prosesində ayrı‐ayrı nəqliyyat mexanizmlərinin rolunu və 
payını qiymətləndirməyə imkan vermişdir.  Riyazi modelinin qurulması həmçinin ətraf 
mühitin  radioaktiv  çirklənməsinin  törədə  biləcəyi  təsirlərin  uzun  müddətə 
proqnozlaşdırılması işində mühüm əhəmiyyətə malik olacaqdır. 
 
Qeyd edək ki, riyazi modelləşdirmə işində radionuklidlərin torpaqdan bitkilərə 
və  onların  ayrı‐ayrı  orqanlarına  keçmə  əmsallarını  müəyyənləşdirmək  işin  əsas 
mahiyyətini təşkil edir. Bu sahədə aparılmış tədqiqat işlərinin kifayət qədər (Крук А.В. 
и др.,2004; Майоров М.Е., 2003; Маркина З.Н. и др., 2003; Мукушева М.К. и др., 
2003; Подояк А.Г. и др., 2005; Романюк С.С. и др., 2002;  Geras’kin S. et al., 2004; 
Hegde  A.G.et  al.,  2004;  Outila  I.  et  al.,2003)    olmasına  baxmayaraq,  model 
qurulmasına həsr olunmuş işlər heç də çox deyildir. 
Bu  baxımdan,  həm  süni,  həm  də  təbii  radionuklidlərin  müxtəlif  növ 
torpaqlarda    miqrasiyasının  və  onların  ayrı‐ayrı  bitkilərə  keçmə  xüsusiyyətlərinin 
kifayət  qədər  öyrənilməməsi  bu  sahədə  tədqiqat  işlərinin  aparılmasına  və  
radionuklidlərin yerdəyişməsini təsvir edən riyazi modelin qurulmasına böyük ehtiyac 
olduğunu göstərir.    
Radionuklidlərin  torpaqda  şaquli  miqrasiyasını  proqnozlaşdırmağa  imkan 
verən  model Konoplev (Коноплев А.В. 1998) tərəfindən verilmişdir. Bir qrup alimlər  
K
t
  əmsallarının  torpağın  xüsusiyyətləri  əsasında  təyininə  dair  üsullar  da  işləyib 
hazırlamışlar  (Булгаков  А.А.  и  др.,  2000;  Коноплев  А.В.,  1998;  Коноплев  А.В., 
Коноплева  И.В.,  1999).  Həmçinin  radionuklidlərin  torpaqda  mövcudolma  formasının 
şaquli qeyri ‐ bircinsliliyi əsasında onların bitkilərə keçməsini  müəyyənləşdirən model 
də təklif olunmuşdur. Bütün bunlara baxmayaraq, Fesenkonun dediyi kimi, bu sahədə 
görüləcək işlər hələ də qənaətbəxş deyil (Fesenko S. et al. 1999).   
Qeyd edək ki, radionuklidlərin bitkilərdə toplanmasına təkcə onların torpaqda 
hansı  formada  olması  təsir  etmir.  Bu  zaman  radionuklidlərin  torpaqdan  bitkilərə 
keçməsini  proqnozlaşdırmaq  üçün  K
t
  əmsallarına  təsir  edə  bilən  bütün  amillər 
(radionuklidlərin  mövcudolma  formaları,    kökün  yerləşdiyi  təbəqədə  onların  şaquli 
paylanması,  dərinlikdən  asılı  torpağın  xassələri  və  s.)  nəzərə  alınmalıdır.    Belə  ki, 
bunlar  nəzərə  alınmadan  bitkilərin  radioaktiv  çirklənməsinin  uzunmüddətli 
proqnozunu  vermək  olmaz  və  çirklənmiş  ərazilərdəki  bitkilərdən  istifadə 
radionuklidlərin insan orqanizminə daxil olmasının əsas mənbəyi ola   bilər.  


 
 
272 
 
Mövcud  olan  modellərdə  radionuklidlərin  torpaqdan  bitkilərin  kök 
sistemlərinə  keçməsinə  dönməz proses kimi baxılır (Avila R., Moberg L., Hubbard L., 
1988;  Prister B.S. et al., 1996). Düzdür, bu cür yanaşma əksər hallarda radionuklidlərin 
torpaq‐bitki  sistemində  inteqral  axınını  düzgün  təsvir  etməyə  imkan  verir,  lakin 
bitkilərin  kök  sisteminin  yerləşdiyi  təbəqədə  radionuklidlərin  qeyri‐bircins  şaquli 
paylanması  halında  onların,  əksinə,  kökdən  torpağa  keçməsinin  də  mümkünlüyü  
nəzərə alınmır. Bu, ilk növbədə,  kök sistemi zonasında çirklənməmiş təbəqəyə aiddir 
ki, bu zaman da radionuklidlərin effektiv axını bitkidən torpağa yönələ bilər.    
Məlum olduğu kimi, ölçü biologiyasında kinetik allometrik yanaşma üsulundan 
istifadə olunur ki, bu üsulla da “ölçünün” bitki və heyvanların bioloji xarakterinə təsiri 
öyrənilir.  Hal‐hazırda  allometrik  səviyyədə  ölçünün  həyatın  davametmə  müddəti  ilə, 
qida  qəbul  etmə  və  inqalyasiya  sürəti  kimi  bir  çox  fizioloji  parametrlərlə  əlaqəsi 
müəyyənləşdirilmişdir.  Allometrik  yanaşmadan  istifadə  etməklə,  23  müxtəlif 
radionuklidin  orqanizmlərin  toxumalarında  konsentrasiyasını  proqnozlaşdırmağa 
cəhdlər edilmişdir (Higley K.A. et al., 2003). 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
 
273 
 
FƏSİL X 
________________________________________________________________ 
 
           RADİOAKTİVLİK  VƏ  ONUN  YARATDIĞI  EKOLOJİ  PROBLEMLƏR  
 
 
 
 
 
 
Bu  gün  insanları  narahat  edən  problemlərdən  biri  də  radioaktiv  şüa 
mənbələrinin  yaratdığı  ekoloji  problemlərdir.  Qeyd  edək  ki,  “radiasiya”  sözü  əksər 
insanlarda  ilk  baxışdan  qorxu,  həyəcan  yaradır.  Hətta  insan  psixologiyasının  bu  halı 
üçün  yeni  “atom  sindromu”  adlanan  termin  də  qəbul  edilmişdir.  Ümumi  ekoloji 
problemlərin 
içərisində 
radiasiyanın 
insanlara, 
ətraf 
mühitin 
ayrı‐ayrı 
komponentlərinə təsirinə dair problemlər qədər sual və mübahisələr doğuran, özünə 
cəmiyyətin daha çox diqqətini cəlb edən ikinci problem yoxdur. 
 
Adı  çəkilən  məsələyə  aydınlıq  gətirmək  məqsədi  ilə,  qısa  da  olsa,  ümumi 
ekoloji problemlər üzərində dayanaq.  
 
İnsanın  ətraf  mühitə  texnogen  təsirinin  yaratdığı  ekoloji  problemləri, 
miqyasından asılı olaraq, qlobal, regional və lokal ekoloji problemlərə ayırırlar.  
Qlobal    problemlərə    ozon  “  deşiyi  ”  problemini,    dünya    okeanının    neft 
məhsulları  ilə  çirklənməsi  problemini  və  istixana”  (parnik)  effekti  problemini  aid 
edirlər.  
Regional ekoloji problemlərə kimya, metallurgiya və s. kimi istesalat sənayesi 
tullantılarının  hava  axını  vasitəsi  ilə  yüz,  min  kilometrlərlə  uzaq  məsafələrə 
köçürülməsi,  turşu  yağışlarının  əmələ  gəlməsi  və  böyük  regionların  bitki  örtüklərinin 
məhv  edilməsi  problemləri  aid  edilir.  İlk  növbədə  iri  şəhərlərin  və  sənaye 
mərkəzlərinin  problemi  olan  lokal  ekoloji  problemlər  isə  miqyasına  görə  onlarla 
kilometr əraziləri əhatə edir.  
Bu gün ətraf mühitin müxtəlif radioaktiv tullantılarla 
çirklənməsi  də  ciddi  qlobal  ekoloji  problemə  çevrilməkdədir.  Bu  problemin  yaranma 
səbəblərini şərh edək. 
 
10.1. Ətraf mühitin radioaktiv tullantılarla çirklənməsi. 
 
   Radioaktiv maddələrdən hərbi  məqsədlər, elektrik enerjisi almaq və s. kimi  
məqsədlər  üçün  istifadə  edilməsi,  həmçinin  də  onlardan  təbabətdə,  kənd 
təsərrüfatında,  elmi‐tədqiqat  işlərində  və  digər  sahələrdə  istifadə  edilməsi  böyük 
miqdarda  radioaktiv  tullantıların  əmələ  gəlməsinə  səbəb  olur.  Bu  gün  radioaktiv 
tullantıların “basdırılmasının” bütöv bir sisteminin işlənib hazırlanmasına baxmayaraq, 
onların  müəyyən  bir  qismi  müxtəlif  vasitələrlə  ətraf  mühitə  yol  tapır  və  bununla  da 
təbii radiasiya fonunu artırır. 


Yüklə 36,65 Kb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə