Microsoft Word Radiobiologiya d?rs v?saiti sixilmish doc



Yüklə 36,65 Kb.
Pdf görüntüsü
səhifə126/148
tarix05.02.2018
ölçüsü36,65 Kb.
#25718
1   ...   122   123   124   125   126   127   128   129   ...   148

 
 
280 
 
 
Qəza    nəticəsində    ətrafa    atılan    radioaktiv    maddələrin  20  %  ‐  i  yod‐131 
(T
0.5
=8.1 sutka,  E
β
=0.61 Mev,  E
γ
=0.16‐0.70 Mev),  13 % ‐ i sezium ‐ 134      (T
0.5
=2.3 il, 
E
β
=0.66 Mev, E
γ
=0.8‐2.0 Mev),  4 % ‐ i stronsium ‐ 90 (T
0.5
=28 il, E
β
=226 Mev) və digər 
izotoplardan ibarət olmuşdur. 
 
İnsanların  radioaktiv  şüalanmaya  məruz  qalmasının  əsas  səbəbləri  partlayış  
zamanı yaranmış radioaktiv buludla yanaşı, yerin və bitkilərin səthinə çökmüş qamma  
şüalanma  çirklənməsi, həmçinin də nəfəs və qida yollarına daxil olmuş radionuklidlər 
olmuşdur.  
 
Qısa  müddət  ərzində  radiasiyanın  təsirinə  məruz  qalmış  rayonların  əhalisi 
üçün  ümumi  fərdi  şüalanma  dozasının  “qəza  hədləri  normaları”  müəyyən  edildi.  Bu 
normalara  əsasən  ayrı‐ayrı  insanlar    birinci  il  10  ber  ‐ə  (5  ber  xarici,  5  ber  isə  daxili) 
qədər, ikinci il 3 ber,  üçüncü il isə  2.5 ber şüalanma dozası qəbul edə bilərdilər.  Qeyd  
edək    ki,  artıq  1988‐ci  ilin  payızına  yaxın  əhalinin  əksər  hissəsinin  fərdi  şüalanma 
dozası, daxili şüalanma da nəzərə alınmaqla, orta hesabla 5.3 ber təşkil edirdi. Əhalinin 
orta illik şüalanma dozası  ~ 120 mber ‐ə bərabər idi.  
 
Kompleks  dezaktivasiya  işləri  aparıldıqdan  sonra,  ərazilərin  əsas  çirklənmə 
komponentlərinin  sezium  ‐  137  və  stronsium  ‐  90  kimi  uzunyaşama  müddətli 
radionuklidlər  olması  nəzərə  alınaraq,  1988  ‐ci  ilin  noyabrında  SSRİ  Səhiyyə  Nazirliyi 
qəza  nəticəsində  radioaktiv  çirklənməyə  məruz  qalmış  ərazilərdə  yaşayan  əhalinin 
ömürlük şüalanma dozası həddini müəyyən edən qərar qəbul etdi. Bu qərara əsasən,  
ömürlük müddət qəza baş verən andan 2060 ‐cı ilə qədər, ömürlük doza həddi isə 35 
ber müəyyən edildi. 
 
Qeyd  edək  ki,  dozanın  bu  həddi  müəyyən  edilərkən  sezium  ‐  137  izotopuna 
görə ərazinin təhlükə yaratmayan çirklənmə norması 15 Ku/km
2
 qədər götürülmüşdür. 
Çirklənmiş  ərazidə  müxtəlif  xarakterli  işlərin  görülməsi  zamanı,  o  cümlədən 
dezaktivasiya  işləri  aparılarkən,  tibbi  nəzarətdən  keçərkən,  aqromeliorativ  tədbirləri 
həyata  keçirərkən  35  ber    ‐  lik  doza  həddi  nisbətən  yüksək  (40  Ku/km
2
  )    norma  ilə 
təmin olunur. 
 
Qəza nəticəsində uşaqlarda qalxanvari vəzi şüalanmanın daha yüksək təsirinə  
məruz    qalmışdır.  1993  ‐  cü    ildə    Ukraynanın    Radiasiya    Təbabəti  İnstitutunun 
əməkdaşları  radioaktiv  çirklənməyə  məruz  qalmış  ərazilərin  uşaqlarının  qalxanvari 
vəzilərinin zədələnmə dərəcəsini müəyyənləşdirərkən aydın olmuşdur ki, bu xəstəliyə 
təxminən 1.5 mln. uşaq düçar olmuşdur. 
 
Bu  gün  çirklənmiş  ərazilərdə  ümumi  radiasiya  fonu    kiçik  yaşama  müddətli 
izotopların  parçalanması  hesabına  azalmışdır.  Buna  baxmayaraq,  bu  gün  böyük 
yaşama  müddətli  sezium‐137,  stronsium‐90,  plutonium‐239,  uran‐238  kimi  izotoplar 
özünü  tam  açıqlığı  ilə  göstərməkdədir.  Məsələn,  atmosferə  daxil  olan  plutonium‐239 
izotopunun  miqdarı  15  kq  ‐a  yaxındır  ki,  bu  da  həmin  izotopun  Xirosimada    bomba 
partladılması  zaman  əmələ    gələn    miqdarından    ~20    dəfə  çoxdur.  Sezium‐137 
izotopunun  konsentrasiyası  isə  məcburi  məskunlaşma  zonasında  hər  kvadrat 
kilometrdə onlarla Küri ‐ dir. Bunları uran ‐ 238  stronsium  ‐ 90 üçün də söyləmək 
olar.  Faciədən  bir  il  sonra  30  km    ‐  lik  kənarlaşma  zonasında  suyun  tərkibində 


 
 
281 
 
stronsium ‐ 90 izotopunun həllolunabilən forması qeydə alındı. Bundan 2 il sonra isə 
bu  zonanın  torpaq  suyunda  plutonium‐241  izotopunun  həllolunabilən  və  kolloid 
fraksiyaları aşkar edildi. Təəccüb doğuran odur ki, adı çəkilən fraksiyalar təbii şəraitdə 
mövcud olmur. Belə çıxır ki, bunlar insanın əməli fəaliyyətinin məhsullarıdır. 
 
Plutonium  ‐  241  yüksək  toksiki  xassəli  elementdir  və  onun  yarımparçalanma 
peroidu  24 min il ‐dir. Amerika  alimlərinin  nəticələrinə  əsasən  bu  elementin 10 
‐4
 q  
‐ nın orqanizmə daxil olması ağ ciyər xərçənginin  yaranmasına səbəb olur.  
 
Elmi  ictimaiyyəti  indi  daha  çox  Çernobıl  qəzasının  başqa  bir  fəlakətə  ‐  yeni 
uzunyaşama  müddətli    amerisium  ‐  241  izotopunun  yaranmasına  gətirib  çıxarması 
narahat  edir.  Tibbi  göstəricilərinə  əsasən  bu  izotop  plutonium  ‐  239  izotopu  ilə 
müqayisədə  dəfələrlə  təhlükəlidir.  Yarımparçalanma  periodu  433  il  olan  bu 
radionuklid,  ilk  dəfə  olaraq,  Çernobıl  AES‐in  yaxınlığındakı  meşədə,  demək  olar  ki, 
bütün ağac növlərində (palıdda, şabalıdda, şamda, alma ağacında) aşkar edilmişdir. 
 
Qəza nəticəsində Rusiya Federasiyasının  Belqorod, Bryansk, Varonej, Kaluqa, 
Kursk,  Arlov,  Leninqrad,  Ryazan,  Tambov,  Tula,  Penza,  Smolensk,  Ulyanovsk 
vilayətlərinin  əraziləri  radionuklidlərlə  bu  və  ya  digər  dərəcədə  çirklənməyə  məruz 
qalmışdır.  Belarusiya  və  Moldava  Respublikalarının  əraziləri  də  müəyyən  dərəcədə 
çirklənmişdir.  Ümumilikdə  götürdükdə  çirklənmiş  ərazilərdə  bu  gün  2.34  mln.  insan 
yaşayır.  
 
Rusiya  Federasiyasının  radionuklidlərlə  çirklənmiş  ərazilərində  yaşayan 
insanların  təxminən  70  %    ‐nin  həkim  ‐  endokrinoloqların  köməyinə  ehtiyacı  vardır. 
Yaxın  5‐10  illər  ərzində  bu  regionlarda  qalxanvari  vəzinin  xərçənglə  xəstələnmə 
sayının, auotoimmun xəstəliyinin və s. artması gözlənilir.  
 
1992  ‐  ci  ilin  başlanğıcında  Rusiya  Federasiyasının  səhiyyə  müəssisələrində 
Çernobıl  AES  ‐  də  qəza  nəticəsində  radiasiya  təsirinə  məruz  qalmış  1  mln.  367  min 
insan qeydə alınmışdır.  
 
10.4.1. Çernobıl  “sarkofaqı”  bu  gün.
   
Çernobıl  AES ‐ də  qəza  nəticəsində   
dağılmış  dördüncü  blok  beton  sarkofaqa  salınmış  və  bu  günəcən  onun  vəziyyətinə 
minlərlə mütəxəssis nəzarət edir. Sarkofaqın divarlarının bir çox yerində fasiləsiz hava 
nümunələri  götürən  və  atmosferdə  radioaktiv  aerozolların  miqdarını  müəyyən  edən 
qurğular  quraşdırılmışdır.  Fasiləsiz  kontrol  ölçmələr  sarkofaqın  ərazisində  havanın 
çirklənməsinə nəzarət etməyə imkan verir.  
Sarkofaqın  daxilində  baş  verən  prosesləri  izləmək  üçün  İ.V.Kurçatov  adına 
Atom Enerjisi İnstitutunun Kompleks Ekspedisiyasının üzvləri onun müxtəlif yerlərində 
çuxurlar açmış və həmin  yerlərdə 100 müxtəlif datçik və videotexnika  yerləşdirmişlər. 
Bu  günə  qədər  alınan    nəticələr  zəncirvari  reaksiyanın  olma  ehtimalının  sıfıra  yaxın 
olmasını  göstərsə  də,    bəzi  hallarda  datçiklər  neytronların  sayının  kəskin  artmasını 
göstərir.  Qeyd  edək  ki,  dediklərimiz  bu  günə  olan  məlumatlardır.  Nəzərə  alsaq  ki, 
sarkofaq altında  150 ton  nüvə yanacağı yatır, onda yaxın gələcəkdə  nələrin  baş verə 
biləcəyini heç cürə praqnozlaşdırmaq mümkün deyil.  Əlavə olaraq, həm yerli, həm də 
əcnəbi alimləri ən çox narahat edən qrunt sularının radioaktiv çirklənməyə məruz qala 


Yüklə 36,65 Kb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə