Microsoft Word Radiobiologiya d?rs v?saiti sixilmish doc



Yüklə 36,65 Kb.
Pdf görüntüsü
səhifə25/148
tarix05.02.2018
ölçüsü36,65 Kb.
#25718
1   ...   21   22   23   24   25   26   27   28   ...   148

 
 
57 
 
 
Cədvəl 3.3. 
            Radiasiya dozimetriyasının olçü vahidləri arasında əlaqə 
 
  
Şüalanma 
obyekti  
Ölçü 
vahidinin 
adı 
İşarəsi 
BS‐də 
ölçü 
vahidi 
Sistemdən 
kənar 
vahidi 
Vahidlər arasında 
əlaqə 
Aktivlik 

1Bk=1 parç/san 
1Ku 
1Ku=3,7∙10
10
 Bk 
Hava və ya  
hansısa 
mühit 
Ekspozisiya  
dozası 
D
eksp. 
1 Kl / kq 
1 R 
1 Kl / kq = 3.88∙10


Cansız 
 obyektlər 
Udulma  
dozası 
D
ud 
1 Qr = 1 C / kq 
1 rad 
1 Qr = 100 rad 
Canlı 
orqanizmlər 
Ekvivalent  
doza 
D
ekv. 
1 Zv 
1 ber 
1 Zv = 100 ber 
          
Bu formada hesablamalar göstərir ki, insan bir il ərzində orta hesabla  2.4 mZv 
qədər  doza  qəbul  edə  bilər.  Onda,  orta  yaş  həddini    70  il  qəbul  etməklə,  ömürlük  
şüalanma dozası üçün  2.4 mZv / il ∙70 il = 168 mZv almış olarıq. 
Radiasiyadan mühafizə üzrə Milli Komissiyasının işləyib hazırladığı və 1989‐cu 
ildə Rusiya Səhiyyə Nazirliyinin təsdiq etdiyi normativ sənədlərə əsasən insanın bütün 
həyatı boyu aldığı fərdi yolverilən doza həddi təbii dozanın iki mislindən, yəni  336 mZv 
≈ 350 mZv  ‐ dən çox olmamalıdır.  
Qeyd  edək  ki,  bu  rəqəm  bir  çox  beynəlxalq  təşkilatların  təstiq  etdiyi 
rəqəmlərə uyğun gəlir. Həmin təşkilatların  hesabatlarında göstərilir ki,  insanın   70 il  
ərzində  35 ber ‐ dən artıq doza qəbul etməsi onun sağlamlığı üçün zərərlidir.  
Hesabatlarda  həmçinin  də  göstərilir  ki,  qəbul  olunmuş  hər    ber  doza  insan 
ömrünü xərçəngdən ölmə ehtimalı hesabına 7 gün azaldır.  
Belə  bir  faktı  da  qeyd  etmək  yerinə  düşərdi.  Sağlamlığın  Formalaşmasının 
Tibbi‐bioloji  Problemləri  İnstitutunun  (Moskva  ş.)  əməkdaşlarının  gəldiyi    nəticələrə  
əsasən  ömrün uzunluğunun 20% ‐i insanın  bu günkü sağlamlığından asılı olursa, 20% 
‐i  ətraf  mühitin  vəziyyətindən,  10%  ‐i  tibbi  xidmətin  keyfiyyətindən,  50%  ‐i  isə  onun 
özündən, yəni onun həyat tərzindən, qidalanmağından və istirahətindən asılı olur.  
1987‐ci  ildən  qüvvəyə  minən  kosmik  uçuşlara  dair  normativlərə  əsasən 
kosmonavtlar  uçuş  vaxtı  500  mZv  həddində  birdəfəlik,  5  il  ‐lik  peşə  fəaliyyəti 
müddətində  isə  ümumilikdə  4  Zv  qədər  ümumi  doza  təsirinə  “dözə”  bilməlidir. 
Məsələn, 25 yaşlı kosmonavt 1 il ‐lik uçuş müddətində 665 mZv ‐ə bərabər  şüalanma 
dozası  qəbul  edə  bilər.  Bu  səbəbdən  də,    kosmik  uçuşlar  üçün    möhkəm  sağlamlığa 
malik və çoxlu sayda sınaqlardan keçmiş insanlar hazırlanır.  
Dediklərimizi  ümumiləşdirərək,  deyə  bilərik  ki,  təbii  mənbələri  də  nəzərə 
almaqla,  maksimal  illik  şüalanma  5  mZv  ‐i  aşmamalıdır.  Bunun  əsasında  asanlıqla 
yolverilən radiasiya gücü həddini hesablamaq olar ki, bu da   
            5 mZv / il = 5 ∙10
3
 mkZv / 365 ∙ 24 saat  = 0.57 mkZv / saat   
həddində olar. 
1990  ‐cı  ildə  Radiasiyadan  Mühafizə  üzrə  Beynəlxalq Komissiyanın (
*
RMBK)   


 
 
58 
 
60‐cı  Nəşrində  qəbul  olunmuş  radiasiya  təhlükəsizliyinə  dair  yeni  təkliflərinə  və 
Beynəlxalq  Səhiyyə  Təşkilatının  (BST)    təkliflərinə    əsasən  təbii  radiasiya      fonuna   
uyğun        0.1  ‐  0.2  mkZv/saat        (10  ‐  20  mkR/saat)    həddində    radiasiya    səviyyəsi  
normal      səviyyə,    0.2  ‐  0.6  mkZv  /  saat      (20  ‐  60  mkR  /  saat)    həddində    radiasiya  
səviyyəsi  yolverilən  səviyyə,  0.6 ‐ 1.2 mkZv / saat   (60 ‐ 120 mkR / saat)  həddində  
radiasiya    səviyyəsi    isə,  ekran    effekti  nəzərə  alınmaqla,  yüksək  radiasiya  səviyyəsi 
hesab olunur. Qeyd edək ki, zəiflətmə (ekran) əmsalı daş tikililər üçün 10, ağac tikililər 
üçün isə  2 ‐dir.  
Azərbaycan  Milli  Elmlər  Akademiyasının  Radiasiya  Problemləri  İnstitutunun 
əməkdaşlaının  apardığı  tədqiqatlar  Respublikamızın  əksər  ərazilərində  radiasiya 
fonunun   3 ‐ 17 mkR / saat intervalında olduğunu göstərir ki, bu da, təbii radiasiyanın 
fon  qiymətinə  uyğun  gəlir.  Respublikamızın  bəzi  ərazilərində  (məsələn,  Zaqatala 
rayonunun ərazisində) bu rəqəm 20‐25 mkR/saat ‐a çatır (Dzhafarov E.S. et. al., 2002). 
Məlumdur  ki,  Respublikamızda,  əsasən  də  Abşeron  yarimadasında  ümumi 
ekoloji,  o  cümlədən  də  radioekoloji  vəziyyəti  formalaşdıran  əsas  amillər  ilk  növbədə 
neft  ‐  qaz  istehsalı  və  emalı  ilə  bağlıdır.  Sanitar  normalara  riayət  edilməməsi 
yarımadanın  böyük  bir  hissəsinin  neft  və  buruq  suları  ilə  çirklənməsinə  və  nəticədə 
yüksək radioaktivliklə xarakterizə olunan lokal çirklənmə zonalarının əmələ gəlməsinə 
səbəb  olmusdur.  Daha  çox  neft  quyularının  ətrafında  müşahidə  olunan  bu  zonalar 
əsasən kiçik ölçüyə malik olub, 50 ‐ 200 m
2  
sahəni əhatə edir. Yerin dərin qatlarından 
çıxan  radionuklidlərin  quyuətrafı  ərazilərdə  torpağa  hopması  Bibiheybət,  Suraxanı, 
Balaxanı, Qum adası, Pirallahi, Lökbatan neft buruqlarının əhatə etdiyi ərazilərdə,  5 ‐ 
10  mkR/saat  ‐a  bərabər    təbii  radiasiya  fonu  ilə  müqayisədə,  radioaktivliyi  5‐100 
dəfəyə qədər çox olan zonaların yaranmasına səbəb olmuşdur (Dzhafarov E.S.,2003) 
Özündə  radium  daşiyan  və  nisbətən  yüksək  radioaktivliyə  malik  buruq 
sularından  əmələ  gələn  gölməçələrin  yaratdığı  lokal  çirklənmə  zonalarına  isə  əsasən 
Suraxanı,  Balaxanı,  Romanı,  Bibiheybət  neft  mədənlərinin  ərazilərində  rast  gəlmək 
olur. Məsələn, Yeni Suraxanı və Romanı yod zavodlarının ərazilərində əmələ gələn və 
suyundan  xammal  kimi  istifadə  olunan  bu  cür  gölməçələrdə  radiyasiya  fonu                
50 ‐ 150 mkR/saat intervalındadır.  
Adı  çəkilən  zavodların  ərazilərində  radiasiya  təhlükəsi  yaradan  digər  mənbə 
yod  istehsalında  adsorbent  kimi  istifadə  olunan  aktivləşmiş  kömürdür.  Özündə  çoxlu 
miqdarda  radinuklid  toplamış  bu  cür  kömür  ətraf  mühit  üçün  300  ‐  500  mkR/saat  
radioaktivlikli çirklənmə mənbəyi rolunu oynayır (Оруджева Дж.Р., Джафаров Э.С., 
2007).  Açiq  səma  altında  saxlanılan  bu  kömürün  yaşayış  məntəqələrindən  kənar 
yerlərdə  basdırmaqla,  onun  külək  vasitəsilə    ətrafa  yayılmasının  və  canlılar  üçün 
yarada biləcəyi təhlükənin qarşısını almaq mümkündür.  
Radionuklidlərin  Respublikamızın  ərazisinə,  o  cümlədən  də  Abşeron 
yarımadasına transsərhəd çayları vasitəsilə daşınması da istisna deyildir. Qeyd etmək 
lazımdır  ki,  məsələn,  yalnız  Ermənistan  AES  ‐in  fəaliyyəti  nəticəsində  ildə  6700  m
3
 
qədər bərk, 2500 m
3 
qədər isə maye radioaktiv tullantılar əmələ gəlir ki, bunlardan da 
400 m
3
 qədəri (50 m

‐ bərk, 350 m
3 
‐ maye) çox yüksək radioaktivliklə, 3800 m
3  
qədəri  


Yüklə 36,65 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə