Microsoft Word Radiobiologiya d?rs v?saiti sixilmish doc



Yüklə 36,65 Kb.
Pdf görüntüsü
səhifə22/148
tarix05.02.2018
ölçüsü36,65 Kb.
#25718
1   ...   18   19   20   21   22   23   24   25   ...   148

 
 
51 
 
əmsalından  istifadə  edilir.  Bu  əmsal  standart  rentgen  şüalanmasının  (100  ‐250  keV  )  
LD
50
    dozasının  eyni  şəraitlərdə  eyni  bioloji  təsir  yarada  bilən  verilmiş  şüalanmanın  
LD
50 
  dozasına  nisbəti  kimi  təyin  olunur  (LD
50
  parametri    şüalanmadan  keçən  30  gün 
ərzində şüalanmış orqanizmlərin  50%  ölümünə səbəb olan letal doza göstəricisidir).  
 
  NBE‐nin  qiyməti  bioloji  obyektin  növündən  başqa,  həm  də  şüalanma 
şəraitindən  və XEÖ ‐ nin qiymətindən asılı olur.  
 
  Eyni  XEÖ  parametrinə  malik  müxtəlif  şüalanma  növləri  üçün  NBE  ‐  nin 
qiymətləri eyni olur (Барсуков О.А., Барсуков К.А. , 2003). 
Keyfiyyət  əmsalı  və  təhlükəlilik  əmsalı.  Verilmiş  növə  və  konkret  enerji 
şüalanmasına uyğun NBE‐nin müəyyən olunmuş qiyməti keyfiyyət əmsalı adlanır və   
ilə işarə olunur.  
 
  Keyfiyyət  əmsalının  qiyməti  radiobioloji  tədqiqatlar  vasitəsilə  NBE‐yə  dair 
alınmış nəticələrə əsasən müəyyən edilir. Bu parametrin qiyməti də, NBE ‐ nin qiyməti  
kimi, XEÖ parametrindən asılı olur.  
 
  Qeyd edək ki, Q əmsalı verilmiş nöqtədə udulma dozası halında şüalanmanın 
təsirini xarakterizə etmək üçün qəbul olunmuşdur. Radiasiya təhlükəsizliyi baxımından 
isə bir nöqtə üçün qəbul olunmuş udulma dozası deyil, ayrı‐ayrı orqan və ya toxuma 
üçün  qəbul  olunmuş  orta  udulma  dozası  xüsusi  əhəmiyyət  kəsb  edir.  Buna  görə  də 
təhlükəlilik əmsalı adlanan digər bir əmsalın qəbul edilməsinə zərurət yaranmışdır.  W
R
  
ilə  işarə  olunan  bu  əmsal,  təyinindən  göründüyü  kimi,    udulma  dozasının  maddənin 
müəyyən həcmi üzrə götürülmüş qiymətini özündə əks etdirir (Рекомендации МКРЗ.  
Пубl. 60).  
 
  Müxtəlif  şüalanma  növləri    və  enerji  diapazonlarına  uyğun  təhlükəlilik 
əmsalları cədvəl 3.1‐də öz əksini tapmışdır.  
                                                                                                                   Cədvəl 3.1. 
                                            Şüalanmanın təhlükəlilik əmsalları 
 
Şüalanmanın növü və enerji diapazonu 
Şüalanmanın təhlükəlilik 
əmsalları, W
R
 
Bütün  növ enerjili fotonlar üçün 

Elektronlar və bütün növ  enerjili  mionlar üçün 

Enerjisi: 
               10 keV  ‐ dən kiçik, 
               10 – 100 keV   intervalda, 
               100 keV – 2 MeV  intervalda, 
               2 MeV – 20 Mev intervalda, 
                20 MeV  ‐dən böyük neytronlar üçün 
 

10 
20 
10 

2 MeV  ‐dən böyük enerjili protonlar üçün 

Alfa zərrəciklər üçün 
Parçalanma qəlpələri üçün  
Ağır nüvələr üçün 
20 
20 
20 
             
Təhlükəlilik əmsallarıı bütöv orqanizmə düşən şüalanmaya aiddir. 
 


 
 
52 
 
 
Cədvəldən  göründüyü  kimi  kiçik  XEÖ  parametrinə  malik  bütün  şüalanmalar  
(fotonlar, elektronlar, bütün enerjili mionlar) üçün  W

– in  qiyməti
 
vahidə bərabərdir.  
Digər şüalanma növləri üçün  W
R
 –in qiymətinin seçilməsi  NBE ‐ nin müşahidə olunan 
qiymətlərinə əsaslanır. Bu zaman standart şüalanma olaraq, həm rentgen, həm də γ ‐
şüalanmadan  istifadə  etmək  olar.  Yuxarıda      adı      çəkilən        parametrlərlə      tanış  
olmamışdan  əvvəl  fikirləşmək  olardı   ki, şüalanmanın radiobioloji təsiri baxımından 
məsələyə yanaşsaq, bu haqda konkret fikir söyləməyin mümkün olması üçün udulma 
dozasının  qiymətini  bilmək  kifayət  edərdi.  Aparılan  tədqiqat  işlərinin  nəticələrinin 
təhlili  isə  yalnız  udulma  dozasının  əsasında  şüalanmanın  radiobioloji  təsirinə  dair 
konkret fikir söyləməyin çətin olduğunu göstərdi. Daha dəqiq desək, canlı toxumaların 
şüalanmasının nəticələrinin təhlili eyni udulma dozasında müxtəlif növ şüalanmaların 
orqanizmə  eyni  bioloji  təsir  göstərmədiyini  sübut  etdi.  Bunun  səbəbi,  ilk  növbədə 
yuxarıda  qeyd  etdiyimiz  kimi,  məsələn,  proton  kimi  ağır  zərrəciklərin,  elektron  kimi 
yüngül  zərrəciklərlə  müqayisədə,  toxumalarda  vahid  uzunluqlu  yolda  daha  çox  ion 
əmələ gətirə bilməsidir.  
  Aydındır  ki,  eyni  udulma  dozasında  şüalanmanın  əmələ  gətirdiyi    ionların 
sıxlığı    nə  qədər  çox  olarsa,    onun  radiobioloji  dağıdıcı  təsiri  də  o  qədər  böyük  olar. 
Məhz bu faktı nəzərə almaq üçün ekvivalent doza anlayışından istifadə edilir.  
 
  Dediklərimizdən  aydın  olur  ki,  udulma  dozasının  təyini  zamanı  eyni  udulma 
dozasında      α  ‐,  β  ‐,  γ  ‐  kimi  müxtəlif  şüalanmaların  fərqli  təsir  göstərə  bilməsi  faktı 
nəzərə alınmır. Konkret olaraq, belə hesablamalarda α –şüalanmanın, digər şüalanma 
növləri  ilə  müqayisədə,  20  dəfə  yüksək  təhlükəlilik  göstərə  bilməsi  faktı  nəzərə 
alınmalıdır. Ona görə də udulma dozası hesablamalarında müxtəlif növ şüalanmaların 
fərqli təsir göstərə bilməsi faktını nəzərə almaq üçün
 
 şüalanma dozasını hər növə aid 
şüalanmanın canlı toxumaları zədələmək qabiliyyətini özündə əks etdirən  təhlükəlilik 
əmsalına vurmaq lazım gəlir. Bu formada, yəni müxtəlif növ şüalanmaların təhlükəlilik 
əmsalları nəzərə alınmaqla hesablanan dozalar,  ekvivalent dozalar adlanır.   
Ekvivalent doza D
ekv.  
kimi işarə olunur və    D
ekv
W

∙D
ud
    kimi   təyin olunur.  
 
  Ekvivalent dozanın BS  ‐ də vahidi 1 Zivert  (Zv) qəbul olunub (1 Zv = 1 C/kq).
 
1Zv  –  istənilən  şüalanma  növünün  elə  ekvivalent  dozasıdır  ki,  o,  1kq  kütləli 
bioloji  toxuma  tərəfindən  udularkən  foton  şüalanmasının  1Qr  udulma  dozasında 
yaratdığı qədər bioloji təsir yarada bilsin.  
Uzun  müddət  ekvivalent  dozanın  sistemdən  kənar  vahidi  kimi  1ber  ‐  dən  də 
geniş istifadə edilmişdir.  1ber  ‐ rus dilində  işlədilən  “биологический эквивалент 
рада”    sözlərinin    baş  hərfləridir.  Bu  vahid  azərbaycan  dilində  1rbe  (radın  bioloji 
ekvivalenti) kimi səslənir. 
1ber  –  1q  toxuma  tərəfindən  udulan  istənilən  şüalanma  növünün  elə 
enerjisidir  ki,  bu  zaman  foton  şüalanmasının  1rad  udulma  dozasında  müşahidə 
olunduğu qədər (yəni 100 erq foton enerjisi udulan haldakı qədər) bioloji təsir yarana 
bilsın.  
Hesablama yolu ilə göstərmək olar ki, 1Zv = 100 ber  ‐ dir. Qeyd  edək ki, 1980‐ 
ci il yanvar ayının birindən etibarən 1ber istifadədən götürülmüşdür. 


Yüklə 36,65 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə