69
İonlaşdırıcı kameralar elektronlar, γ ‐ kvantlar, protonlar və s. kimi
müxtəlif növ zərrəcikləri (şüalanmanı) qeydə almağa imkan verir. Qeydəalma
prosesində kameradakı qaz, ya bilavasitə ilkin zərrəciklərin təsiri ilə ionlaşır, ya da γ ‐
kvantların kameranın divarlarından qopardığı elektronlar qazı ionlaşdırır.
Kameraya doldurulmuş qazın təzyiqi, qarşıya qoyulmuş məqsəddən asılı
olaraq, atmosfer təzyiqinə bərabər və ya ondan fərqli ola bilir.
Bu gün müxtəlif formalı və müxtəlif ölçülü ionlaşdırıcı kameralar işləyib
hazırlamaq mümkün olmuşdur ki, bunlardan da ən geniş yayılanı paralel müstəvi
elektrodları olan kameralardır.
Dediklərimizdən aydın olur ki, ionlaşdırıcı kameranın iş prinsipinin əsasında
ilkin zərrəciklərin təsiri ilə qazın ionlaşması və kamerada müsbət və mənfi yüklü
zərrəciklərin yaranması dayanır. Bu halda yaranmış zərrəciklər elektrik sahəsinin təsiri
ilə elektrodlara tərəf hərəkət etməklə, dövrədə elektron ölçü cihazının köməyi ilə
qeydə alınan elektrik cərəyanı yaradır. Bu qaydada işləyən kamera cərəyan və ya
inteqral rejimli kamera adlanır. Cərəyan rejimli kameralardan doza və doza gücünü
təyin etmək üçün istifadə edilir.
İonlaşdırıcı kamera impuls rejimində də işləyə bilər (şəkil 4.3). Bu halda
ionlaşdırıcı kameranın işçi həcminə daxil olan ayrı‐ayrı zərrəciklər qeydə alınır. İmpuls
rejimində işləyən ionlaşdırıcı kameralardan yüklü zərrəciklərin sayını təyin etmək
üçün istifadə olunur.
b) Qaz boşalması sayğacları. Bir çox yüklü zərrəcikləri və γ ‐ kvantları
qeydə almaq üçün qaz boşalması sayğacları adlanan sayğaclardan istifadə edilir.
Kamera
Gücləndiriciyə
C
R
_
Şəkil 4.3. İmpuls rejimində işləyən ionlaşdırıcı kameranın işləmə sxemi.
İlk qaz boşalması sayğacı alman fiziki Hans Heyger tərəfindən quraşdırılmış və
sonradan digər alman fiziki Ervin Müller tərəfindən təkmilləşdirilmişdir. Bu səbəbdən
də qazboşalması sayğaclarını adətən Heyger ‐ Müller sayğacları adlandırırlar. Bu gün
qaz boşalması sayğaclarından ən geniş istifadə olunanı Heyger ‐ Müller sayğacları və
Proporsional sayğaclardır.
Proporsional sayğaclar (həmçinin də Heyger ‐ Müller sayğacları), adətən, təsirsiz
qazla (ya da qaz qarışığı ilə) doldurulmuş, germetik, silindrik formalı borudan ibarətdir.
Borunun oxu boyunca nazik (0.05 mm diametrli) metal məftil çəkilmişdir. Bu sayğacın
70
gövdəsi rolunu aliminiumdan, paslanmayan poladdan və ya şüşədən hazırlanmış və
diametri bir neçə santimetr, uzunluğu isə bir neçə santimetrdən bir neçə destimetrə
qədər olan boru oynayır. Şüşə olan halda gövdənin daxili səthi nazik keçirici təbəqə
ilə örtülür (şəkil 4.4).
1
2
1
_
C
R
+
Şəkil 4.4.
Qazboşalması sayğacının ölçmə dövrəsinə qoşulma sxemi
(1 ‐ katod, 2 ‐ anod).
Borunun bir ‐ birindən dielektrik təbəqə ilə ayrılmış gövdəsi və metal məftil
silindrik kondensatorun köynəkləri rolunu oynayır. Bu halda kondensatorun xarici
köynəyi (sayğacın gövdəsi) katod, metal məftil isə anod olur. Sayğacın işçi həcmi əksər
hallarda 0.1 atm. təzyiqli qaz qarışığı ilə (məsələn, arqon qazı və metil spirtinin qarışığı
ilə) doldurulur.
Yüklü zərrəcikləri qeydə almaq üçün sayğacın elektrodlarına yüksək sabit
gərginlik verilir. Müxtəlif növ sayğaclar üçün bu gərginlik (300 – 400) V‐dan (1500 –
2000) V ‐ a qədər intervalda dəyişir.
Borunu dolduran qaz və ya qaz qarışığı adi halda neytral atom və molekullardan
təşkil olunduğundan, sayğacın işçi həcmində adətən yüklü zərrəcik olmur və belə
dövrədə cərəyan yaranmır. Böyük sürətli yüklü zərrəciyin sayğacın işçi həcmindən
keçməsi isə həmin qazı ionlaşdırır və nəticədə elektrik dövrəsində cərəyan yaranır.
Cərəyan keçən anda qaz boşalması sayğacında 10
8
– 10
9
sayda ion cütünün əmələ
gətirdiyi cərəyan impulsu yaranır və beləliklə də zərrəciyin qeydə alınması həyata
keçir. Taclı boşalma adlanan bu növ müstəqil qaz boşalması parıltısını söndürmək və
sayğacın yeni zərrəciyi qeydə ala bilməsini təmin etmək üçün xüsusi elektron
sxemindən istifadə edilir.
Qazboşalması sayğacları
ionlaşdırıcı kameradan onunla fərqlənir ki, bunlar
üçün ilkin ionlaşma deyil, ilkin ionların qazın atomları (molekulları) və kameranın divarı
ilə toqquşması nəticəsində yaranan ikinci ionlaşma xüsusi əhəmiyyət kəsb edir.
Elektrodların qeyd olunan formada yerləşdirilməsi hesabına sayğacda elektrik
sahəsinin gərginliyi qeyri‐bərabər paylanır. Daha dəqiq desək, detektorun ümumi
həcminin kiçik hissəsini təşkil edən məftilin yaxımlığında gərginlik yüksək, digər
Dostları ilə paylaş: |