119
Şəkil 5.9.
Yer səthinin yüksək radiasiya ilə xarakterizə olunan əraziləri
(A – Posus‐di‐Kaldas və Quarapari, B – Kerala və Tamilnad,
V – Ramser).
Qeyd edək ki, əhəngdaşı suxurları ilə zəngin ərazilərdə Yerin səthindən 1m
yüksəklikdə şüalanma dozası gücünün orta qiyməti ~ 0.2 mZv/il həddində olur. Bu
ərazilər təbii radiasiya fonu yüksək olan ərazilər hesab olunur. Həmin ərazilərdə
əhalinin aldığı real şüalanma dozasını müəyyən etmək üçün dəqiq, çoxlu sayda ölçmə
işlərini həyata keçirmək lazımdır.
Yer kürəsində təbii radiasiya fonu yüksək olan ərazilərin kifayət qədər
olmasına baxmayaraq, yüksək radiasiya səviyyəsinə malik məskunlaşma yerlərinin sayı
cəmisi 5 dənədir. Torpaq və dağ süxurlarının hesabına yüksək şüalanma ilə xarakterizə
olunan bu yerlər Braziliyada, Fransada, Hindistanda, Misirdə və Niue adasında yerləşir.
Braziliyanin San – Paulu şəhərindən şimala tərəf 200 km ‐lik məsafədə
(Posus‐di Kaldas şəhərinin yaxınlığında) çox da böyük olmayan yüksəklik vardır. Burada
radiasiya fonunun orta səviyyədən 800 dəfə yüksək olması (250 mZv/il) müəyyən
edilmişdir. Haməlum səbəbdən bu ərazidə məskunlaşma olmamışdır, lakin bu
yüksəklikdən 600 km şərqə tərəf yerləşən dəniz istirahət zonasında həmin rəqəmdən
az fərqlənən radiasiya fonu qeydə alınmışdır. Adı çəkilən istirahət zonası 12000
nəfərlik əhalisi olan kiçik Quarapari şəhərində yerləşir. Bu şəhərdə hər yay təxminən
30000 nəfər qonaq istirahət edir. Torpaq və qaya süxurlarının yaratdığı yüksək
şüalanma şəhərin çimərliklərinin ayrı ‐ ayrı yerlərində radiasiya səviyyəsinin ildə 175
mZv ‐ə bərabər olmasına səbəb olmuşdur. Şəhərin küçələrində radiasiya səviyyəsinin,
yuxarıda qeyd edilən rəqəmlərlə müqayisədə, xeyli kiçik (8 – 15 mZv/il) olmasına
baxmayaraq, bunun da orta səviyyədən əhəmiyyətli dərəcədə yüksək olması aydın
görünür.
Quarapari şəhərindən 50 km cənubda yerləşən balıqçıların yaşadığı Meaipe
kəndində də oxşar vəziyyət müşahidə olunur. Aydın olmuşdur ki, hər iki yaşayış
məntəqəsi toriumla zəngin qumlu ərazidə yerləşir. Fransa əhalisinin də təxminən 1/6
120
hissəsi (~ 7 mln nəfər) əsasən qranit tərkibli qaya süxurlarının yaratdığı yüksək
radiasiya fonu (şüalanma dozasının gücü 1.8 ‐ 3.5 mZv/il) şəraitində yaşayır.
Yer kürəsinin digər hissəsində yerləşən Hindistanın cənub ‐ qərbində, Kerala
və Mədrəs ştatlarında uzunluğu 200 km, eni isə bir neçə yüz metr olan nazik sahilyani
ərazidə 100000 ‐ə qədər əhali yaşayır. Yüksək torium tərkibli qumlu torpaqların
hesabına ərazidə yaşayan əhali orta hesabla 13 mZv/il qədər şüalanma dozası qəbul
edirlər. Ərazinin 8513 nəfər sakini üzərində aparılan tədqiqatlar göstərdi ki, il ərzində
hər bir nəfər orta hesabla 3.8 mZv şüalanma dozası qəbul edir. Bunlardan 500
nəfərdən çoxuna ildə 8.7 mZv ‐dən çox doza düşür. 60 nəfər isə 17 mZv illik doza
qəbul edir ki, bu da yer mənşəli radioaktiv mənbələrin yaratdığı xarici şüalanmanın illik
orta qiymətindən 50 dəfə çoxdur (Радиация. Дозы, эффекты, риск, 1990).
Qyeyd edək ki, Braziliya və Hindistanda olan bu ərazilər planetimizin hərtərəfli
tədqiq edilmiş “qaynar nöqtələridir”.
Sakit okeanın Niue adasının bir neçə min əhalisinin payına düşən şüalanma
dozası isə 10 mZv/il qədərdir. Misirin Nil çayının şimal deltası rayonlarında əhalinin sıx
məskunlaşmış bir neçə kəndində 3 ‐ 4 mZv/il həddində şüalanma dozası qeydə
alınmışdır. Fransada, Nigeruyada, Madaqasqarda da yüksək radiasiya səviyyəsinə
malik ərazilər mövcuddur.
Az öyrənilmiş, lakin göstərilən rəqəmlərdən də yüksək şüalanma dozası
yaradan ərazilər mövcuddur. Məsələn, İranda kiçik Ramser şəhərinin ərazisində
radiumla zəngin yerlər vardır ki, həmin yerlərdə radiasiya səviyyəsinin ildə 400 mZv
təşkil edir.
Müəyyən edilmişdir ki, torpaq və suyun əsas təbii radiasiya mənbəyi qranit və
bazalt kimi dağ süxurlarıdır. Bu zaman daha çox gilli və qaratorpaq tərkibli nümunələr
yüksək radioaktivlik göstərir. Meşə və çimli
kültorpaqların isə radioaktivliyi kiçik olur.
Tədqiqatların nəticələri göstərir ki, həmin ərazilərdə radioaktiv elemenrlər
“torpaq – bitki – heyvan – insan” qida zənciri üzrə (əsasən də, süd, ət, su, bitki qidaları
ilə) insan orqanizminə daxil olaraq, müxtəlif orqan və toxumalarda toplanır ki,
nəticədə də onların miqdarı ilkin miqdarla müqayisədə 10‐100 dəfə arta bilir
(Дубров А.П., 1995).
a) Biosferdə
40
K izotopunun miqdarı. Təbii radiasiya fonunun
formalaşmasında kaliumun radioaktiv izotopu olan
40
K əsas yerlərdən birini tutur.
Məlum olduğu kimi, təbiətdə geniş yayılmış kalium elementi
çoxlu sayda izotoplara
malikdir ki, onlardan yalnız ikisi (K
39
, K
41
) stabil, qalanları isə radioaktivdirlər
.
Əsasən
stabil
39
K izotopundan ibarət olan bu elementin radioaktiv
40
K izotopu onun
təqribən 0.0119 % ‐ni təşkil edir. Bu izotop 1.3 ∙ 10
9
il yarımparçalanma perioduna
malikdir və onun radioaktiv parçalanması aşağıda göstərilmiş iki yolla baş verir (Кузин
А.М., 1991].
40
Ca + e
40
K + e
k
→
40
Ar + γ
Dostları ilə paylaş: |