131
Cədvəl 5.14.
Dağ suxurlarında və torpaqda toriumun miqdarı (Bk/kq)
Suxurun növü
Radioaktivlik
(Bk/kq)
Torpağın növü
Radioaktivlik
(Bk/kq)
Qranit
81.4
Boztorpaq
48.1
Diorit
32.5
Bozqonur
40.7
Bazalt
11.1
Şabalıdı
37.0
Dyürit
24.4
Qaratorpaq
35.8
Əhəngdaşı
7.0
Boz meşə
26.6
Karbonat
7.7
Çimli‐kültorpaq
22.2
Qumdaşı
11.1
Kültorpaq
12.2
Slans
44.4
Torflu
6.3
Aydındır ki, toriumun torpaqda və onun ayrı‐ayrı süxurlarında olması
tikinti materiallarında da öz əksini tapmalıdır.
Ayrı ‐ ayrı tikinti materiallarında torium – 232 izotopunun miqdarı
cədvəl
5.15
‐ də
göstərilmişdir.
Torpaqüstü havada toriumun miqdarı, onun tozluluq dərəcəsindən asılı
olaraq,
geniş intervalda dəyişə bilir. Məsələn, əgər Norveçdə onun miqdarı 28 –36
nBk/m
3
həddindədirsə, Almaniyanın şimal rayonlarında bu rəqəm 460 ‐ 670
nBk/m
3
həddinə çatır
(Kolb W.A., 1982).
Cədvəl 5.15
Bəzi tikinti materiallarında torium ‐ 232 izotopunun miqdarına dair göstəricilər
Material
232
Th ‐nin miqdarı,
Bk/kq
Material
232
Th ‐nin miqdarı,
Bk/kq
Kərpic
37 – 125
Qranit
81 – 166
Beton
29 – 85
Çınqıl
18
Sement
44 – 55
Ağac
–
Gips
1.5 ‐ 11
Atmosferdə olan torium nəfəs yolları ilə ağ ciyərə daxil olur. Bu orqan üçün
toriumun yol verilən orta qiyməti 20 mBk / kq həddində müəyyənləşdirilmişdir
(HKDAР ООН, 1982).
Torium ‐ 232, əsasən də onun asan yuyula bilən parçalanma məhsulu olan
radium ‐ 228, torpaq və dağ süxurlarından asanlıqla qrunt sularına, çay, dəniz və
okean sularına daxil ola bilir.
132
Geotermal sularda toriumun miqdarının daha çox olması qeydə alınmışdır
(Danali S. et.al., 1986). Məsələn, radium ‐ 228 izotopunun miqdarı Braziliyanın
monasit ərazilərinin səth sularında 120 mBk / l həddinə çatır.
Dəniz suyunda toriumun kolloid halında çox az miqdarda (10
‐6
q/l tərtibində)
olmasına baxmayaraq, dəniz orqanizmləri onu kifayət qədər çox miqdarda toplaya
bilir. Belə ki, təbii şəraitdə toplanma əmsalı yaşıl yosunlar üçün 1.3 ∙10
3
– 1.8 ∙10
6
,
boz‐qonur yosunlar üçün 9.4 ∙10
3
– 1.45 ∙10
6
, qırmızı yosunlar üçün isə 1. 7∙10
4
–
8.9 ∙10
6
həddində olur.
Qeyd edək ki, uran ‐ 238 izotopunun parçalanma məhsulu olan torium ‐ 234
üçün toplanma əmsalı nisbətən kiçik olur. Belə ki, bu rəqəm fitoplankton üçün
1.7 ∙10
3
‐ 2∙10
6
, zooplankton üçün 6.2 ∙10
3
, yaşıl yosunlar üçün isə 10
5
həddində olur
(Радхемоэкология, 1977). Torpaqdan torium, az miqdarda da olsa, bitkilərə keçə
bilir. Belarusiyada aparılan tədqiqatlar göstərdi ki, torpağın üst səthində
232
Th ‐
nin miqdarının 3.04 ∙10
‐6
q/q qədər olan halında bu izotop ən çox qaragilədə,
süpürgə kolunda və şibyədə (5.29 – 7.14∙10
‐6
q/q), ən az miqdarda isə tozağacının
yarpaqlarında, şam ağacının iynəyarpaqlarında, mərsində və ardıc kolunda olur
(Хотько и др., 1983).Heyvanlar arasında toriumun 9.51∙10
‐6
q/q ‐a bərabər maksimal
miqdarı yerüstü molyuskalarda qeydə alınmışdır (onlar üçün toplanma əmsalları 1.3 ‐
4.9 intervalında dəyişir) (Хотько и др., 1983).
Müəyyən edilmişdir ki, yabanı ot bitkilərinin kök sistemlərinin torium və
polonium hesabına α ‐aktivliyi onların yerüstü hissəsinin radium və radon hesabına
α ‐ aktivliyindən 12 dəfəyə qədər çox ola bilir (Таскаев А.И., 1978).
Kənd təsərrüfatı bitkilərini toriumu toplamaq qabiliyyətinə görə aşağıdakı sıra
üzrə düzmək olar (Маликов В.Г. и др., 1984):
xörək çuğunduru < kələm < noxud < şəkər çuğunduru < xiyar < pomidor.
Az miqdarda toriuma malik olan ərazilərdə yaşayan insanların sümük
toxumalarında bu radioizotopun miqdarı 8 – 24 mBk / kq, yumşaq toxumalarında isə
0.15 – 3 mBk / kq qədər müəyyənləşdirilmişdir
(НКДАР ООН, 1982). Yüksək miqdarda
toriuma malik ərazilərdə isə bu göstəricilər daha yüksək olur (Penna‐Franca E., Julia
C.M., 1984).
İndi də Yer mənşəli daxili şüalanmanın bioloji təsirinin qiymətləndirilməsi
üzərində dayanaq. Məlum olduğu kimi, radionuklidlər insan orqanizminə nəfəs yolları
vasitəsilə və həzm traktında daxil ola bilirlər.
Hesab olunur ki, yaşlı insanın orqanizmində radionuklidlərin konsentrasiyası
adətən sabit qalır. Bu onunla əlaqədardır ki, radionuklidlərin orqanizmə daxil olması
və onların orqanizmdən xaric olunması (həmçinin də radioaktiv parçalanma
nəticəsində azalması) arasında dinamik tarazlıq olur.
Cədvəl 5.16 ‐ da insanın ayrı‐ayrı orqanlarının daxili şüalanmasına uyğun
udulma dozasının illik qiymətləri göstərilmişdir (Барсуков О.А., Барсуков К.А., 2003).
Cədvəldən göründüyü kimi, K
40
izotopunun
illik udulma dozasında payı,
C
14
izotopu ilə müqayisədə, çox böyükdür. Həmçinin də, aydın olur ki, K
40
müqayisədə, təxminən iki dəfə kiçikdir.
Dostları ilə paylaş: |