142
əhəmiyyətli dərəcədə suyu tərk edir. Buna görə də radon orqanizmə əsasən
qaynamamış su ilə daxil olur, lakin belə olan halda da o, orqanizmdən çox asanlıqla
çıxa bilir.
Orqanizm üçün daha böyük təhlükəni nəfəsalma zamanı su buxarı ilə daxil
olan radon yaradır. Bu hal əsasən vanna otağında duş qəbulu zamanı baş verir. Ağ
ciyərə su buxarı ilə daxil olan radon orqanizmə çiy su vasitəsilə daxil olan radonla
müqayisədə daha təhlükəli olur. Vanna otağında suyun duşla səpələnməsi radonun
sudan havaya, oradan isə asanlıqla insan orqanizminə keçməsinə səbəb olur. Ona görə
də mənzildə radonla şüalanma təklükəsi ən çox duş qəbul edən zaman yaranır.
Müəyyən edilmişdir ki, 4.4 kBk / m
3
miqdarında radona malik su xəttindən
istifadə etməklə duş qəbul edərkən 3 dəqiqədən sonra vanna otağında onun miqdarı
duş qəbul edənədək olan 19 Bk/m
3
‐ə bərabər miqdarından 1890 Bk/m
3
miqdarınadək
artır. 8 dəqiqədən sonra isə radonun miqdarı 3500 Bk/m
3
, parçalanma məhsullarının
miqdarı isə 2400 Bk/m
3
həddinə çatır (Mc Gregor R.G., Gourgon I.A., 1980).
Kanadada aparılmış tədqiqatların nəticələrindən isə aydın olmuşdur ki, isti
duş alınandan 7 dəqiqə sonra radonun və onun parçalanma məhsullarının vanna
otağında konsentrasiyası kəskin artır və duş qəbulunun dayandırılmasından 1.5 saat
sonra onun miqdarı əvvəlki qiymətinə qədər azalır (şəkil 5.11).
Şəkil 5.11. Duş qəbulu zamanı radonun və onun parçalanma məhsullarının
konsentrasiyasının dəyişməsinin təxmini təsviri
Finlandiyada evlərin radioekoloji tədqiqi göstərmişdir ki, vanna otağında
radonun orta konsentrasiyası mətbəxlə müqayisədə 3 dəfə, yaşayış otaqları ilə
müqayisədə isə 40 dəfəyə qədər çox olur (şəkil 5.12).
R
adonu
n
v
ə
o
nun
q
ız
m
ə
hsullar
ın
ın
kons
entrasiyas
ı
5000 (Bk/m
3
)
4000
3000
2000
0 2 4 8 22 32 dəq
143
Şəkil 5.12. Mənzilin ayrı‐ayrı otaqlarında radonun orta konsentrasiyası
(kBk / m
3
– lərlə).
İlk baxışdan paradoksal görünsə də, radonla bağlı şüalanma dozasının əsas
hissəsini insan qapalı, havası dəyişdirilməyəm otaqda olarkən alır. Mülayim hava
şəraitinə malik ərazilərdə qapalı otaqlarda radonun konsentrasiyası açıq havadakı
konsentrasiyasından 8 dəfəyə qədər çox olur. Düzdür, tropik ölkələrə dair belə
məlumatlar olmasa da, hesab etmək olar ki, bu ölkələrdə hava kifayət qədər isti
olduğundan otaqlar az qapalı olur və ona görə də radonun otaqdaxili havada
konsentrasiyası bayırdakı konsentrasiyasından çox fərqlənməməlidir.
Ətraf mühitdən təcrid olunmuş tikililərdə otaqdaxili havada radonun miqdarı
kifayət qədər arta bilər
(Şəkil 5.13.)
Otağa müxtəlif yollarla, məsələn, otağın fundamentindən, torpaq döşəmədən,
evin konstruksiyasında istifadə olunan müxtəlif materiallardan daxil olan radon orada
toplanaraq, kifayət qədər yüksək radiasiya fonu yarada bilir. Bu hal o zaman daha
dramatik olur ki, ev yüksək radionuklid tərkibli torpaq üzərində tikilir.
Radonun və onun parçalanma məhsullarının konsentrasiyasının torpağa
toxunan qapalı binalarda çox olmasına dair məlumatlar kifayət qədərdir. Məsələn,
istixana və oranjeriyalarda yetişdirilən kənd təsərrüfatı bitkiləri və kökəldilmək üçün
burdaqda saxlanılan mal‐qaranın yüksək konsentrasiyalı radon mühitində olması
danılmaz faktdır. Bu cür tikililərin havasında radonun miqdarı 81‐707 Bk / m
3
intervalında olur.
Verilmlş yerdə radonun konsentrasiyasının artmasına, torpaqdan daxil
olmaqla yanaşı (əsasən, zirzəmi və binaların birinci mərtəbəsinə), tərkibində radium və
torium olan tikinti materiallarından istifadə də səbəb ola bilir.
144
Şəkil 5.13. Bir otaqlı mənzilin havasının dəyişdirilməsinin onda radonun
miqdarına təsiri.
Cədvəl 5.27. ‐da radon mənbəyi rolunu oynayan müxtəlif tikinti
materiallarında
226
Ra və
232
Th izotoplarının miqdarı təsvir edilmişdir (rəqəmlər ARTEK ‐
in 1982‐ci il məlumatlarından götürülmüşdür) (НКДАР ООН, 1982).
Tikinti materiallarının növündən, coğrafi yerləşməsindən və ventilyasiya
şəraitindən asılı olaraq, yaşayış binalarının mənzillərində, müəsisələrin otaqlarında
radonun miqdarı geniş intervalda dəyışə bilir.
Bir neçə seçilmiş ölkələrin yaşayış binalarında radonun miqdarına dair
məlumatlar cədvəl 5.28. ‐ də göstərilmişdir (Gezell T.F., 1983).
Radonun otaqdaxili konsentrasiyasının açıq havadakı konsentrasiyasından
~ 5000 dəfə yüksək olan tikililər, məsələn, XX əsrin 70‐ci illərində İsveçdə və
Finlandiyada qeydə alınmışdır. 1982‐ci ildə bu cür tikililər Böyük Britaniyada və ABŞ‐da
da aşkar edilmişdir.
Tikinti materialı kimi istifadə olunan mərmər və pemza (süngərdaşı) kifayət
qədər yüksək xüsusi radioaktivliyə malik olurlar. Bu materiallardan, məlum olduğu
kimi, əsasən Rusiyada (həm də SNQ dövlətlərində) və Qərbi Almaniyada insaat
işlərində geniş istifadə olunur. Çınqıl
daşı, gil, qum kimi tikinti materialları da əksər
hallarda uran və torium birləşmələrinə malik olur ki, onlar da radon mənbəyi rolunu
oynamaqla, radiasiya şülanması yaradırlar (şəkil 5.14.).
Ağac, kərpic və beton kimi geniş yayılmış tikinti materialları isə nisbətən kiçik
radon şüalanması yaradır.
Ağacdan tikilmiş evlərdə bu şüalanma ən az (0.5 mZv/il qədər), kərpic və
dəmir‐beton evlərdə isə bir qədər çox (1.5 mZv/il qədər) olur.
500
250
6 12 18 24 30 saat
Qapı bağlıdır Qapı Pəncərə 5 saatlığa
açılır açılır
Havada
r
ado
nu
n
konsentrasiya
sı
,
Bk/m
3
Dostları ilə paylaş: |