14
xalq kütlələrinin diktaturaya son qoymaq, azadlıq, demokratiya,
hakim elita ilə maddi, karyera, imkanlar bərabərliyi şüarları altında
mübarizəsidir.
Sosialist dövlətinin nəzəri konstruksiyasına görə burada tam
demokratiya, xalq idarəetməsi olmalıdır. Lakin adətən, həmin partiya
elitası xalqın idarədə iştirakına mane olur - xalq iştirak etsə, elita öz
vəzifələrindən getməli olardı. Çünki xalq içərisindən yüksək ağıl və
bacarıqlı adamlar daim yetişir və sayca çox olur. Idarə isə bir qrupun
əlində qaldıqca korrupsiyaya uğrayır, etiraz edənləri əzməyə, mitinq
və nümayişlərin qarşısını zorakılıqla almağa başlayır və ölkəni
məhvəaparır.
Ümumi trendlər.
Hər iki - kapitalist və sosialist sistem üçün ümumi trendlər də
vardır ki, bunlara aşağıdakılar nümunə ola bilər:
1. Texnologiyanın sürətli inkişafı və insanların maddi rifahına
müsbət təsiri (gəlirindən asılı olaraq - az və ya çox).
2. İnformasiya texnologiyalarının yüksək inkişafı və ictimai -
siyasi sistemi daha kamil etmək imkanlarının yaranması.
3. Şüurun və biliklərin yüksək artması və tabeçi və xidmətçi
rolunda saxlanan, ictimai gəlirdən əsasən uzaqda saxlanmış
insanların (hər ölkə əhalisinin 60-80%-i) özlərini və ictimai sistemi
daha yaxşı dərk etməsi və onu yaxşılaşdırmaq uğrunda mübarizəyə
başlaması. Qeyd edim ki, varlı və siyasi elitanın fikrincə, onların
xeyir götürdüyü ictimai - iqtisadi sistem kamildir - əslində obyektiv
olaraq bütün cəmiyyətin mənafeyi mövqesindən - 80 % əhali üçün
kamil deyildir.
4. Mədəni təkamülün artması. Mədəniyyətlərin qarşılıqlı
əlaqələrindən hər xalqın mədəniyyəti daha çox genişlənir və
zənginləşir. Bu amil xalqın düşüncə tərzinin, dünya baxışlarının,
davranışının, istehlak dəyərlərinin, başqa millətə olan mövqeyinin
xeyli dəyişməsinə səbəb olur. Hegemon baxışlar, dinlər, dövlətlər
mədəniyyətin təsir xassəsindən başqa xalqlara və dövlətlərə
ekspansiya, tabeçilik və öz mənafeyinə uyğun idarə etmək aləti kimi
istifadə edirlər.
5. Elmdə prinsipallığın itməsi və mövqelərini dini - eqoist
baxışlara güzəştə getməsi. İnsanı öyrənən elmlərin dinləri tədqiq
etməkdən kənarda durması nəticəsində dini şüurun yenidən bəzi
ölkələrdə artması və inkişafa mane olması, terrorizmə və azadlığın
boğulmasına, insanların idarədə iştirakdan yayındırmağa səbəb olması.
15
Dünyanın inkişaf və dəyişiliklərində ən ümumi iki trendi
1. Dünyanın ümumi dəyişiliyi yaxşılığa doğru, yəni
kamilləşməyə doğru, ədalətin, hüquqlarda, imkanlarda, yaşayış
səviyyələrində bərabərliyin olmasına doğru, azadlığın, birbaşa
demokratiyanın olmasına doğru istiqamətdədir. Bu istiqamətdə əks
qüvvələr, hansı ki, dünyanı elə belə -dəyişmədən qalmasını istəyir,
müqavimət göstərir və yaxşılığa doğru çalışan qüvvələrlə - insan və
təşkilatlarla, cəmiyyətlərlə toqquşmalar və inqilablar baş verir. Ona
görə də bu istiqamətdə hərəkat səlis deyil, pillələrlə ziqzaq
formasında gedir və hökmən gedir. Bu hərəkata və ya trendə hər bir
ölkə, xalq, dövlət məruz qalır, hətta öz ictimai sistemini dəyişməz və
Allahdan gələn və kamil hesab edən teokratik islam dövlətləri də
məruz qalacaqdır.
2. İkinci ən ümumi istiqamət dünyada hadisələrin, inkişafın
dayaq nöqtəsi gələcəyə istiqamətlənmiş hərəkətdə olan rəqqas
qanunu ilə - orta vəziyyət ətrafında pisdən (zəifdən, aşağıdan )
yaxşıya; yaxşıdan (güclüdən, yüksəkdən) pisə (zəifə, aşağıya)
dəyişməsi trendidir və ya qanunudur. Bu trend xətti də ziqzaqa
oxşayır və birinci ümumi trendlə birgə işləyir. İkisini birləşdirdikdə
belə demək olar : Dünyada formaca ziqzaq və ya sinusoid olan
hərəkətin ümumi istiqaməti yaxşılığa doğrudur. Dünyanın, habelə
konkret ölkənin gələcəyini ona aid sinusoidin formasını,
paramaetrlərini bilməklə və bu sinusoiddə indiki nöqtəni müəyyən
etməklə sonrakı nöqtələrin – dəyişiliklərin necə olacağı haqda
proqnoz vermək olar.
Ssenarilər.
Göstərilən bu və digər trendlər dünyanın və xalqların gələcəyi
haqda aşağıdakı yeddi ssenariləri müəyyən etməyə imkan verir.
1. Yaxşılığa doğru ümumi istiqamət davam edəcəkdir. Elmin,
texnologiyanın inkişafı, cəmiyyətdə biliklərin, savadlılığın artması
davam edəcəkdir. Nəticədə insan həyatının yaxşılaşması davam
edəcəkdir.
2. Kapitalizmin ziddiyyətlərinin kəskinləşməsi. Kapitalizm
yolunun qeyri - kamil olmasına və müharibələrin və kasıblığın; qeyri
– sabitliyin səbəbkarı olmasını daha çox adam başa düşəcəkdir.
Rəqabətin, pul və hegemonluq uğrunda mübarizənin kəskinləşməsi
16
baş verəcəkdir. Xüsusilə 2011 ildə (şəxsi intuisiya) tarixə düşəcək
çox ciddi hadisələr baş verəcəkdir. Müharibə və toqquşmalardan
qaçmaq üçün hegemon kapitalist dövlətlər gəlirləri dünyada bərabər
bölməli olacaqlar. Müharibə də məhz bundan imtina nəticəsi ola
bilər. Varlanmanın səbəbi məhz gəlirlərin qeyri - bərabər
bölünməsidir. Pullar 80-90 % əhalidən çıxaraq 20-10% əhalinin
əlinə toplanır. Ölkələrdə maksimum 20% olan varlı əhali öz
ehtiyaclarını həddən artıq ödəyəndən sonra pulları xərcləməyə yer
tapmır və məhz pulların artıqığından əziyyət çəkməyə başlayır, boş
yerə xərcləməyə - bahalı toylar, hotellər, əyləncələr, Aya, kosmosa
uçuş, şəkil almaq və s. yerlərə xərcləməyə. Dövlət də belədir, o
pullandıqca, artıq pulun sərf edilməsi kimi problemlə qarşılaşır.
Xeyriyyəçilik də rasional deyildir, bir neçə yüz milyardlar Afrikanın
əhalisinə xərclənsə də, onlar həmişə ac, xəstə, işsiz qalırlar. Bu o
deməkdir ki, bir qrup adamlar daha zirək olaraq bütün insanlara
məxsus təbii ehtiyatlardan istifadə edərək əllərinə 80% pulu
toplayaraq onu bəşəriyyətin inkişafına sərf etmirlər, halbuki o pulları
məhz bəşəriyyətdən - consumerlərdən və onlara məxsus olmayan
təbiətdən toplamşlar. Fərdi insanlarla eyni dərəcədə bir çox dövlətlər
də pulu xərcləməyə yer tapmırlar, ölkələrində insanların inkişafına
deyil, varlı –məmur sinfinin müxtəlif uydurulmuş ehtiyaclarına,
silahlanmaya, araqarışdırmağa, özlərinə sülhyaradıcı adı verərək
mənasız müharibələrə sərf edirlər; Afrikaya, Asiya dövlətlərinə,
diktatorlara da milyardlarla yardım edirlər. Lakin bunlar effektiv
deyildir. Bütün dünya məhsulu bütün insanların yüksək səviyyədə
yaşamasına imkan verir, lakin ölkələrin və dünya idarəsinin təşkili,
mövcud kapitalist dəyərlər buna imkan vermir, onu pozur, habelə
böyük miqdarda pullar hərbə xərclənir. Kapitalizmin əsas mahiyyəti
– liberal kapitalizm daim qiymətləri qaldırmaqla - əmək haqlarından
yüksəkdə saxlamaqla insanları daim ehtiyac içində saxlayır, Teylor
üsulu ilə istismar edir. İnsanlar kasıblaşmağa məcbur olur, indiki
dollar və ya digər pul vahidləri artıq keçmişdəki 5 - 10- 100 il
əvvəlki pullar deyildir. Liberal kapitalizmin səbəb olduğu qiymət və
maaş artımı yarışı, habelə hədlərsiz, olmayan vəsaitdən kredit
vermə bəşəriyyətin əsil bəlasıdır. Yüksək inkişaf etmiş ölkələrdə
cəmiyyətin siyasi həyatda iştirakı getdikcə azalır. Əksinə, inkişaf
etməkdə və 3-cü dünya ölkələrində həyat səviyyəsinin aşağı olması
səbəbilə insanlarda siyasətdə və idarədə iştirak etmək həvəsi
güclüdür, internet və bilik və məlumatların geniş yayılmasının
köməyi vasitəsilə onlarda şüur və məlumatlılıq artır. Bu özlərini və
Dostları ilə paylaş: |