17
ictimai sistemi dərk etməyə, ədalətsizlikləri və ziddiyyətləri görməyə
və onu yaxşılaşdırmağa yönəldir. Nəticədə yüksək inkişaf etmiş
dövlətlərin zəiflərdən sui - istifadə etməsi; zəiflərin isə şüurunun
artması nəticəsində birincilərlə qarşıdurma, əks müqavimət artmağa
başlayır.
3. Mənəviyyat və ictimai sistemdən razılıq hissinin olmaması
və ya azalması .
a) Kapitalist ölkələrində varlanmanın nəticəsində mənəviyyatın
korlanır və bu insanlarda pullu olmağın xoşbəxtlik gətirmədiyi
düşüncəsinə gətirəcəkdir. Əgər sovetlər dağılmamışdan əvvəl
kapitalist ölkə xalqlarına kommuizmlə mübarizə şüarı altında
insanlara dözüm təlqin edilirdisə və onlar hakimiyyətin varlılara
mənsub olması və siyasətin onlara xidmət etməsinə dözürdülərsə,
indi onların dözməyə səbəbi yoxdur. Onların ümidləri boşa
çıxmışdır. Digər tərəfdən sovetlərin yaşadığı şəraitdə kapitalist
dövlətlər daim ondan planlaşdırmanı və sosial qayğı göstərməyi
öyrənirdi. Nəticədə kapitalist düşərgəsi insanların zəruri tələblərini
ödəməklə onların etirazlarının qarşısını alır və qismən müvazinətli
cəmiyyət yaratmışdı. İndi bu öyrənmək və nümunə götürmək
nümunəsi - kiçik nümunə olacaq Çini nəzərə almasaq - yoxdur. Bu
vəziyyət kapitalist ölkəsinin sosial problemlərin həllini istədiyi
qədər uzada bilər. Çünki müqayisə edilmək üçün sovetlərin sosialist
qayğı sisteminin tərif edən və kapitalist sistemini tənqid edən
təbliğatı yoxdur.
b) eynilə kapitalizm yoluna keçmiş post -sosialist ölkələrində
kapitalizmin mahiyyətini anlayaraq insanların ümidlərinin boşa
çıxması və sosial gərginliyin artması, daxili toqquşmalara və insani
keyfiyyətlərin zəyifləməsinə, əxlaq və insaniliyin, humanizmin
pozulmasına gətirəcəkdir. Əgər əvvəl sosialist ölkələrində
cəmiyyətin başı kommunizmlə aldadılır və o dözməyi könüllü
seçirdisə, indi bu mif yoxdur. İnsanlar nəyin uğrunda mübarizə
aparacaqlarını, niyə, nəyin naminə dözməli olduqlarını bilmirlər,
onlara təklif edilən yeni miflərə isə inanmırlar (miflər - alət kimi hər
ölkənin siyasətinin zəruri hissəsidir).
Nəticə: hər iki qrup ölkələrdə dövlətlərə cəmiyyətin başını
aldatmaq və sakitləşdirmək üçün yeni miflər, yeni şüarlar irəli
sürməsi lazım gələcəkdir. Lakin bu həmişə olduğu kimi əsil məqsədi
və fəaliyyəti ört-basdır etmək üçün olacaqdır. Əsil məqsəd isə
həmişə və hər zaman dövlətdə olan hakim sinfin varlanması və
18
vəzifə imkanlarından öz şəxsi, qrup, sinif, habelə milli mənafelərini
(daha şüurlu cəmiyyətlərdə) uzun müddətə güdməkdir.
4. Dövlətlərin yenidən səmərələşməsi dalğası. Ağılın və
kommunikasiyaların artması ilə dünyanın səmərələşməyə yeni
stimul alması .
Dövlətlərin ictimai siyasi iqtisadi idarəsi daim diktatura və
demokratiya arasındakı yerdə olur, gah bir tərəfə gah digər tərəfə
dəyişməklə həyat davam edir. Dövlətlər hazırda getdikcə
cəmiyyətdən asılılığını azaldır, diktaturaya meyl edirlər. Mətbuat və
digər qurumlar dövlətin siyasətinin ideoloji örtüyü rolunu həyata
keçirir, bütün ölkələrdə dövlət cəmiyyətin şüurunu bağlayır, özünün
düzgün idarə etdiyi fikrini cəmiyyətin beyninə yeridir, əslində çox
zaman qeyri - rasional və zərərli idarə edir. Cəmiyyət sərbəst və
tənqidi düşünməkdən məhrum olur. İnsanlar çox zaman bilmirlər,
dövlət nə edir. Gizlidə dünyada və ölkə daxilində hər sahədə
yaşamaq uğrunda mübarizənin udulmasından sonra dominantlıq
uğrunda mübarizə başlayır və qızışır.
Dövlət öz istədiyi siyasəti - bu səhv də ola bilər- yeridir və
cəmiyyətə hər hansı bir mənasız bəhanə ilə əsaslandırır. Və
cəmiyyətin kütləvi etirazının qarşısını çox zaman alır. Cəmiyyət isə
tənqidi düşünməkdən getdikcə məhrum olur. Lakin nəticədə həmin
siyasətin səhv olduğu aşkar olur və bu siyasət böyük problemlər
yaratmış olur. Aradan çox zaman keçmiş olur, insanlar bu hadisəni –
siyasəti yaddan çıxarırlar. Dövlətdə isə yenidən səhv etdiklərini başa
düşüb keçmişdə cəmiyyətin tələb etdiyi siyasətə qayıdan yeni siyasət
elan olunur və səhvlər düzəldilməyə başlayır. Bu yeni, lakin köhnə
siyasəti dövlət böyük yenilik və özünün qabiliyyəti kimi təqdim edir,
öz nüfuzunu qaldırır. İnsanların isə bu problemi dövlətin özünün
yaratdığı yadlarından çıxmış olur və yenidən dövlətə hörmət etməyə
başlayırlar. Lakin dövlətin belə səhv siyasəti ilə nə qədər həyatlar
məhv olduğunu, nə qədər iqtisadi, sosial və mədəni inkişafın geri
qaldığını yada salan və dövləti məsuliyyətə çəkən olmur. Çünki
dövlətin özü də əvvəldən bunu bilib, özünü cəzalandırmaq haqda
lazımı qanunlar yazmamışdır.
Dövlətə liberal bazar apolegetlərinin verdiyi “arbitr” və ya
“gecə gözətçisi “ funksiyaları xeyli azdır. Dövlətin ictimai idarə və
nəzarət vasitəsilə həyat şəraitini idarə etməsi, ictimai idarə olunan
istehsal və xidmətləri təşkil etməsi (dövlət sektoru), qiymətlərə
nəzarət, elmə və təhsilə, səhiyəyə, mədəniyyətə, istirahətə,
19
yaradıcılığa, yeniləşməyə kömək funksiyaları daha böyük əhəmiyyət
kəsb edəcəkdir.
Şüurların və biliklərin, müqayisə məlumatlarının, gələcək haqda
biliklərinin yayılması, internetin – ünsiyyətin çoxalması ictimai və
şəxsi həyatın dəyişməsi üçün katalizator rolu oynayacaqdır. Bu
katalizator mövcud siyasətləri və nəticələri müqayisə etmək üçün
alternativ düzgün hesablanmış siyasətlər irəli sürəcəkdir və alternativ
daha yaxşı
məqsədlər və
nəticələrə doğru fəaliyyəti
həvəsləndirəcəkdir. Habelə aşkarlıq, bərabərlik və düz siyasət
aparmaq tələblərini və bərabər bölgüyə əsaslanan əməkdaşlıq
tələblərini gücləndirəcəkdir. İnsanlar rasional davranış və rasional
həyat tərzi seçəcəklər.
5. Sivilizasiyaların toqquşması ehtimalının artması fonunda
dünyanın yeni qütblərə bölünməsi, xüsusilə, İslami birliyin
yaranması .
Dünyada yeni ideyalar, yeni düşüncələr – məsələn, 1)
müstəqillikdən qarşılıqlı asılılığa keçidin üstünlüyü; 2) dövlətlər arası
sərhədlərin əhəmiyyətinin itməsi və sərhədlərin açıq olması; 3)
torpağın kimin (hansı dövlətin) ərazisinə aid olmasının
əhəmiyyətinin itməsi; 4) mədəniyyətlərin yaxınlaşması- qarşılıqlı
anlamanın artması; 5) biznesin beynəlmiləlləşməsi; hər kəsin
dünyanın istənilən yerində yaşaya və bizneslə məşğul ola bilməsi -
işçi qüvvəsinin mobilliyi; səyahət edə bilməsi və digər yeni
əlamətlər olsa da, keçmiş millətçilik, torpağı genişləndirmək, özünü
izolyasiya etmək, xəbislik, müharibəyə daim hazırlaşmaq - ideyaları
və ona uyğun hərəkətlər qalır. Dünya sanki yerində - daim öz yerində
(hərəkətində) rəqs edir - nə irəli, nə geri gedir - gah açılır, gah
sıxılır, “rəngini” harmonik olaraq dəyişir, gah sağa, gah sola əyilir,
bir tərəfi yenəndə, digər tərəfi qalxır - ağırlıq mərkəzi (ümumi
mahiyyət) dəyişmir. Yeni prinsip və hərəkətlər, dəyərlər keçmişdən
xilas olmağa səbəb olmur və keçmiş dəyərlər, adətlər və prinsiplər
daim dünyanı geri – keçmişə dartır.
Dünya bəşəri sistemi bir polyuslu qala bilməz. Bəşəriyyət sistemi
yenidən ən azı 2 qütbə, çoxu 4 qütbə bölünəcəkdir. Iki qütbdə ABŞ
və Rusiya Federasiyası ; dörd qütbdə isə 1)ABŞ, 2) RF, 3) Hidistan–
Çin və digər Asiya ölkələri, 4) İslam birliyi ölkələrinin olması
ehtimaldır.
Bəşəriyyət ən böyük təşkilatlar olan BMT-də, Avropa
İttifaqında, ASEAN, Dünya bankı, Valyuta fondu, Afrika Birliyində,
İslam Konfransı təşkilatında və digər təşkilatlarda, hərbi bloklarda
Dostları ilə paylaş: |