11
Trendlər
Bəşəri sistem iki iqtisadi sosial sistemdən - kapitalizm və
sosializmdən ibarətdir.Dünyanın əsas oyunçusu və istiqamətvericisi
kapitalizm sistemi və ona daxil olan dövlətlərdir. Bu daha az təsirə
malik sosialist sistemi dövlətlərinin zəruri təsiri fonunda baş verir.
Kapitalizm. Kapitalizmdə bütün nəticələrin səbəbi kapitalist qərar
qəbulu qaydaları - prinsip və meyarlarıdır. Bu qaydalar kapitalistin
dəyərlərinə, dünya görüşünə, əxlaqına, bütün qalan insanlara və
təbiətə gəlir almaq üçün istifadə edilə bilən vasitə kimi baxışlara
əsaslanır. Kapitalizmin mahiyyəti və məqsədi bütün insan, torpaq,
təbii ehtiyatlardan və başqa xalqlardan və ərazilərdən daha çox gəlir
almaq və bunun üçün bütün əxlaqi və qeyri - əxlaqi üsullardan
istifadə etməkdir. Onun xassələri və həyat üsulu dünyanın əsas
trendləridir. Hesab edirəm ki, gələcək həyatın hər bir sahəsində -
iqtisadiyyatda, siyasətdə, mədəniyyətdə, təhsildə, səhiyyədə, şəxsi
həyatda, təbiətdə, kosmosda dəyişiliklər təsadüfi deyil, tam
qanunauyğunluqla, trendlər formasında müşahidə edilir. Bu
trendlər zaman və məkana görə hədsizdir. Hər bir trend baş - əsas
idarəedici trendin təsiri ilə yaranır və davam etməsi şəkli (patterni),
müəyyən qədər (50%) onunla, müəyyən qədər(50%) öz daxili
xüssusiyyəti ilə müəyyən edilir. Mən kapitalizmdə - kapitalist
dövlətdə mövcud olan aşağıdakı trendlərə diqqəti yönəltmək
istərdim.
1. Kapital artıqca, varlılıq və kasıblıq artır - cəmiyyət iki qrupda
toplaşır, orta sinif azalır. İstənilən halda kapitalist sistemində gəlir
almaq, yəni pul toplamaq yarışında pullar 20% insanın əlində
toplaşır, qalanları daim ehtiyac içərisindədir. Dünyada da beynəlxalq
ticarət vasitəsilə bir qrup xalqlar kasıblaşır, kasıbların hesabına 20 %
dövlətlər varlanır. Bu kapitalizmin bəşəriyyətə gətirdiyi böyük
bəladır.
2. Ekologiya korlanır, istehlakçılıq artır.
3. Kapitalist dövlət rəqiblərdən qorunmaq üçün silahlanmanı
artırır.
4. Müxtəlif konflikt mənbələrini qızışdırır, öz xeyri naminə silah
satmaq və iqtisadi gəlir almaq, asılılığı saxlamaq və konfliktdə olan
ölkəni öz xeyrinə idarə etməyə cəhd edir.
5. Dünyanı xammal və satış bazarlarına bölür.
6. Kapitalizm iqtisadi, hərbi, texnologiya sahəsində hegemon
yetişdirir və bu hegemon dünyanın müstəqil olmaq və öz xeyrini
12
hegemonla bölüşmək istəməyən dövlətlərinə qarşı təxribatlar,
qəsblər, çevrilişlər həyata keçirir; iqtisadi, texnoloji, mədəni
vasitələrdən təsir vasitəsi kimi istifadə edib - onların davranışını və
siyasətini öz mənafeyinə uyğunlaşdırır.
7. Kapitalist sistem və onun başında duran kapitalist hegemon
dövlət daim əks sistemi – sosialist sistemini məhv etmək üçün
tədbirlər görür, sosialist ideyalarının yayılmamasına çalışır, geci -
tezi onlarla müharibə edir.
8. 2008 –ci ildən xam neftin və təbii qida məhsullarının (buğda,
düyü,qarğıdalı, şəkər) qiymətlərinin sürətli qalxması. Lakin 2008
Avqustdan sonra neft qiymətləri düşməyə doğru getmiş, eyni
zamanda dünyada maliyyə və iqtsadi böhranı başlanmış və bütün
ölkələrə yayılmışdır. Bu kapitalizmin plansız idarəsinin, bazarın
kortəbii idarəsinə əsaslanmaq və istehlakçılıq, harın yaşamaq –
yaşayışın ağıllı hədlərini həddən çox keçmək, daha çox maşın almaq
və daha çox təbii ehtiyatları sərf edib pula çevirmək məqsədlərindən
və harmonik inkişafı təmin etməməkdən yaranmışdır.
9. Zaman keçdikcə kapitalizm öz eyiblərini daha kəskin göstərir
və insanlar kapitalist sisteminin yaxşı olmasına şübhə edirlər və
sosializmlə onun birləşdirilməsini lazım bilirlər. Bəşəriyyət yenidən
Marksın fikirlərini başa düşməyə çalışacaqdır.
Sosializm. Sosializm bərabərliyə, ədalətə çalışır, istismarın
olmamasına, zəhmətsiz gəlirin olmamasına, hər kəsin işləməsinə, iş
yeri ilə təmin olunmasına, yaşamaq imkanlarına, pulsuz təhsil,
səhiyyə, sosial təminatına çalışır, bu onun əsas dəyərləridir.
- sosializmdə istehsal, xidmət, kənd təsərüfatının ümumi
mülkiyyətdə olması xarakrerikdir;
- yeni növ - Çin növündə sosializmdə habelə hər bir iqtisadi
sahədə müəyyən hədlər daxilində şəxsi mülkiyyətə və sahibkarlığa
imkan verilir;
Marks - Lenin nəzəriyyəsilə qurulan sosializm iqtisadi sistemi
SSRİ-də və Avropada nə üçün məhvə düçar oldu?
Sosializm (kommunizm) nəzəriyyəsinə görə şəxsi mülkiyyətə,
sahibkarlığa əsaslanmış istehsaal və xidmətlər qeyri - bərabərlik,
kasıblıq və varlılıq, krizislər, təbiəti vəhşicəsinə istismar,
müharibələr yaradır və bu səbəbə görə yaxşı quruluş hesab edilə
bilməz. Hələ Marksın dövründə demokratik hərəkat başlamamışdı.
Bundan istifadə edən sahibkarlar məhz belə nəticələr yaradan
fəaliyyət göstərirdilər. Cavabında isə tətillər, nümayişlər, hökumətə
etimadsızlıq alırdılar. Marksın nəzəriyyəsindən faydalı istifadə edən
13
kapitaliistlər fəhlələrə dözülə bilən həyat şəraiti –sosial ödəmələr,
yaxşı maaş - verərək onların etirazlarının qarşısını aldılar; siyasi,
iqtisadi demokratiyanı zəruri səviyyəyə qaldıraraq hər kəsin
varlanmasına – firma, mağaza açmasına, kredit almasına, daha çox
gəlir almasına imkan verdilər və azad davranışları, azad sözü
stimullaşdırdılar. Belə tədbirlər müəyyən dərəcədə işləyən
rahatlanmış, sabit cəmiyyətin yaranmasına səbəb oldu. Lakin son
nəticədə bu imkanlar hamıya nəsib ola bilmədi, riyazi hesab və
biznesin inkişafı qanunları göstərdi ki, a) böyüklərin kiçikləri
udması, mərkəzləşmə və ixtisaslaşma nəticəsində yalnız 20 % əhali
varlı – kapitalist ola bilər, qalanları orta və kasıb vəziyyətdə
qalmalıdır; b) bazar iqtisadi quruluşu heç də ən yaxşı idarəedici,
nizamlayıcı amil deyildir; c) krizislər bazar iqtisadiyyatında
labüddür; d) Qiymət artımı, pulun ucuzlaşması- inflyasiya bazar
ölkələrində labüddür; e) müharibə və konfliktlər; i) şəxslərin bir -
birini istismar etməsi, eynilə ölkələrin bir - birini istismar etməsi,
habelə dünya ölkələri birliyinin varlı və kasıb ölkələrə bölünməsi
labüddür. I) son nəticədə kapitalizm ən pis quruluşdur. Marks - Lenin
nəzəriyyəsinə görə əvvəl idarəetmə fəhlə-kəndli diktaturası
formasında olmalı- yəni yalnız fəhlə və kəndlilər parlamentə və yerli
sovetlərə seçilməli, icra hakimiyyəti - icma deputatları soveti və sədri
yaratmalı, sonra sosializm tam qələbə çalandan sonra (bu, SSRİ də
1936-cı ildə oldu) ümumxalq dövlətinə keçməlidir - yəni hamının
parlamentə və icra hakimiyyətinə seçilməsi, təyinatı mümkün
olmalıdır. Idarə etmə kollektiv qərar qəbulu formasında həyata
keçirilməlidir.
Nəzəriyyə müəllifləri öləndən sonra bu nəzəriyyə ağılla inkişaf
etdirilmədi, tam icra edilmədi və yeni məsələlərin həllini verə
bilmədi. Idarəetmə əvvəl fəhlə-kəndli, sonra isə ümumxalq
idarəetməsi adlansa da, kommunistlər öz şəxsi mənafeləri naminə
həqiqətən ümumxalq idarəetməsinə yol vermədilər, qanunvericiliyi
və icranı yalnız özlərinin əlində saxladılar. Məhz bu Avropada
sosializmin sonuna gətirdi. Sosializmin yeni inkişafını və
kapitalizmdən üstünlüyünü saxlamaq üçün:
a) demokratiyanın tam icrası; ictimai mülkiyyət əsasında istehsal
və xidmətləri azaltmadan, şəxsi mülikiyyətə əsaslanan istehsal və
xidmətlərə də imkan verilməsi; c) lap başlanğıcdan diktatura deyil,
tam ictimai (hamının iştirak edə biləcəyi) idarəetmə lazım idi.
Sosializm sistemində keçmişdə və indi əsas trend – sosialist,
yaxud kommunist partiyalarının yaratdıqları xüsusi diktaturaya qarşı
Dostları ilə paylaş: |