8
Rasioanallığın əsas prinsipi:
Müəyyən zaman və məkanda şeylərin,
fikirlərin, qərarların, davranışların
nəzəriyyələrin həmişə ən yaxşısı var.
Tofiq Mehdi
GIRIŞ
Kitabda bəşəriyyətin və Azərbaycanın bu günü və gələcəyi
araşdırılır, dəyişiliklərin əsas trendləri müəyyən edilir və ssenarilər
qurulur.
İ Bölmədə bu elmi məruzə yenidən bəşəriyyətin diqqətini əbədi
təzə olan rasional, yəni kamil – ağıllı cəmiyyəti qurmaq və ağılla və
səmərəli yaşamaq arzusuna cəlb edir. Məruzə bəşəriyyətin
inkişafında müasir trendlər əsasında baş verə biləcək müxtəlif 7
ssenarini təsvir edir. Onların içərisində biri – Rasional cəmiyyətin
yaranması daha əhəmiyyətli hadisədir. Bu cəmiyyətin ekologiyada,
iqtisadiyyatda, mədəniyyətdə və sosial sahədə ağıllı, ədalətli, kamil,
sülhpərvər, dayanıqlı xarakteristikaya malik olacağı təsvir edilir. Bu
cəmiyyətdə şəxsi rasional həyat və fəaliyyət prosesi, habelə ictimai
həyat və idarəetmə gələcək haqdakı biliklər və arzu edilən məqsədlər
üzrə rasional qurulur. Bunu etmək üçün hansı siyasətlər, hərəkətlər,
texnologiyalar tətbiq edilməlidir? Göstərilir ki, rasional cəmiyyətdə
bütün sahələr - iqtisadiyyat, idarəetmə, mədəniyyət, həyat tərzi,
qanunlar, etika və davranışlar bir - birinə uyğun bütöv kompleks
sistem kimi layihə edilməlidir. Lakin bunu cəmiyyətin hamısı
birlikdə etməlidir – öz hüququnu bir şəxsə, yaxud bir qrup adama
həvalə etmədən. Rasional cəmiyyət ictimai iqtisadi sistemi dünyada
olan bütün problemlərin həllini, hər xalqın və insanın sülhdə
yaşamasını və xoşbəxtliyə çatmasını qarşısına məqsəd qoyur.
Bütün dünya xalqlarına yeni rasional ictimai iqtisadi sisteminə
keçmək və xoşbəxt olmaq təklif edilir.
Dinlərin də reforma olunmalarına ehtiyac olduğu bildirilir.
Göstərilir ki, əgər insanlar təkcə öz xeyirlərini güdərək yalnız
müşahidəyə üstünlük versələr, yaşadıqları icmanın, qonşuların və
bütün bəşər sisteminin də mənafeyini güdməslər, cəmiyyət
quruluşunun eyiblərindən faydalanan və dəyişiliklərə, inkişafa qarşı
çıxan siyasətçilərin, şər qüvvələrin qarşısını almasalar və kamil
cəmiyyət sisteminə keçməsələr, onları bədbəxtliklər, böhranlar,
geridə qalmaq, İİİ dünya müharibəsi, daxili toqquşmalar gözləyir.
9
İİ Bölmədə keçmiş və indiki Azərbaycan ərazisində yaşamış
insan cəmiyyətləri tarixinin xarakterik cəhətləri araşdırılaraq
Azərbaycanın indiki vəziyyətinə gətirən əsas trendlər, problemlər .
səhvlər, idarədə və cəmiyyətdə çatışmazlıqlar müəyyən edilir. Bu
bölmədə Azərbaycanın bütün ictimai iqtisadi siyasi həyatına tam
qiymət vermək məsuliyyətini üzərinə götürməyərək, müəllif yalnız
ölkənin və insanların həyatına və gələcəyinə pis təsir edən mənfi
amillərin tapılması və aradan qaldırılması -rasionallaşması üzərində
çalışmışdır. Şübhəsiz, hər zaman hər bir dəyişilik, fəaliyyət yaxşı və
pis cəhətlərə, yaxşı və pis nəticələrə malikdir. Müəllif hesab edir ki,
yaxşı cəhətləri göstərmək, daha çox təriflər demək heç bir irəliləyişə
inkişafa səbəb olmur, yalnız arxayınçılıq, passivlik gətirir. Səhvləri
və problemləri tapmaq isə inkişafın yoludur.
Bu millətin keçmişdə və indi buraxdığı səhvlər aşkar edilir və
onların əsas səbəbləri göstərilir. Cəmiyyətin təşkili strukturu olan
dövlət təşkilatının defektləri və müyyən eyibli iş prinsipləri müəyyən
edilir. Azərbaycan gələcəyinin mümkün 3 ssenarisi təsvir olunur.
Azərbaycanı belə getsə, nə gözlədiyi ssenari formasında təsvir edilir.
Eyni zamanda Azərbaycanın gələcək 25 -100 ildə obrazı və
missiyası, bəşəri sistemdə tutmalı olduğu yer, konstitusiyanın
təkmilləşdirilməsi, ümumi və ən əhəmiyyətli sahələr üçün arzu
edilən yaxşı gələcəyin 55 strategiyaları müəyyən edilir. Ən zəruri
strategiyalara belə təkliflər daxildir ki, 1)Azərbaycan xalqı
kapitalizm deyil, ondan da yaxşı rasional cəmiyyət sisteminə keçsin,
yəni kapitalizmlə sosializmin ağıllı balansı olan sistemi seçsin,
ictimai sektor bərpa edilsin, torpaqlar birləşdirilib kollektiv ağılla
idarə edilsin; 2) hamının qanun və idarədə iştirakına imkan verən
birbaşa demokratiyaya keçsin; 3) neft pulları ilə çoxlu sayda ictimai
zavod və fabriklər, elmi texniki institutları yaratsın; 4) hər bir istəyən
vətəndaşa beynəlxalq aləmdə qəbul olunan pulsuz ali və orta ixtisas
təhsili versin; 5) pulsuz səhiyyə xidməti göstərsin, insanlara lazımı
həyat şəraiti yaradılsın.
İİİ Bölmədə mədəniyyət və dünyabaxışların təkmilləşdirilməsi
təsvir edilir,
Azərbaycan Rasional cəmiyyəti və rasional insanın mədəniyyəti, toy
və yas mərasimləri və digər ağıla və elmə aid mərasimlər, adətlər
təklif edilir. Rasional əxlaq kodeksi, ailədə davranış, nəzakət və
ünsiyyət kodeksi, əhvali - ruhiyyənin idarə edilməsi üsulu təklif
edilir.
10
İV Bölmədə Tofiq Mehdinin kəlamları təqdim olunur; dünyanin
sirləri və tanri anlayişi, neorasionalizm və Allah varmı sualları
araşdırılır və yeni baxışlar irəli sürülür. İnsanlar allah, tanrı
ifadələrinə abstrakt deyil, daha dəqiq və konkret məna verəcəklər.
Onun yerinə dəqiq elmi ifadələr işlədilməsi mümkündür. Göstərilir
ki, mövcud tək allah üzərində qurulmuş dinlərin şüurlarda yerinin
azalması və ya xeyli keyfiyyət dəyişməsi gözləyir, onların yerində
bütün material və görünməz dünyanı əhatə edən vahid rasionalist
elmi din meydana gələcəkdir. İbadətlər miqdarca azalacaq və
məzmunca dəyişəcək və yaxud onlara ehtiyac olmayacaqdır, sitayiş
əvəzinə meditasiya və özünü təlqin daha geniş tətbiq ediləcək.
Bunun üçün müasir psixologiya elmi və Buddizm yaxşı bazaya
malikdir. Bu elmi dini təbliq edənlər və xidmətlər göstərənlər dərin
elmi biliyə malik psixoloqlar, fiziklər, mühənsizlər, sosioloqlar,
filosof və futuroloqlar olacaqdır. Ruhanilərin mahiyyəti və rolları
xeyli dəyişəcəkdir. Dini mənbələrdən gələn fikirlərə ehkam kimi
baxılmayacaq, hər şey öz adı ilə çağırılacaq: həqiqətlər həqiqət kimi,
fərziyyələr isə fərziyyə kimi. Dini demokratiya və azad fikir yüksək
səviyyədə olacaqdır.
İ BÖLMƏ. BƏŞƏRIYYƏTIN GƏLƏCƏYI. RASIONAL
CƏMIYYƏTƏ DOĞRU
Bəşəriyyətin bütövlükdə
və ölkə xalqlarının bütün
dəyişiliklərinin hərəkətverici qüvvələri məhz onların özləridir. Onlar
öz dəyərləri, mədəniyyəti çərçivəsində yaşamaq və yaxşı yaşamaq
məqsədlərini həyata keçirmək üçün maddi vasitələrdən, alətlərdən,
biliklərdən və metodlardan istifadə edərək əvvəl qərar qəbul
edirlər, sonra fəaliyyət göstərirlər. Bu qərarların necə qəbul
edilməsindən və icra edilməsindən asılı olan dəyişiliklər müxtəlif
trendlər formasında meydana çıxır. Hazırki dünyada bir neçə aparıcı
dəyişilik ardıcıllığı istiqamətləri – trendlər vardır.
Bu istiqamətlər məhz dünyanın real ictimai, iqtisadi və siyasi
quruluşundan (bu keçmiş fəaliyyətin nəticəsidir) və burada insanların
cari fəaliyyətindən doğur və onların bilavasitə nəticəsidir. Trendləri
bilmək üçün dünya bəşər sistemini və hər bir ölkəni dəqiq təsvir
etmək lazımdır. Aşağıdakı qısa təsviri təklif edirəm.
Dostları ilə paylaş: |