289
lər mifləri məhz mif-bütlər qarşısında qorxu və xofu sosial təsəvvür kimi
yaymaq, mütləqləşdirmək üçün qələmə alırdılar. Beləliklə, yazıya düşən
epik məzmunlu mətn öz ibtidasından həm dünya haqqında anlayış şəklidir
(mifdir), həm də obrazdır, dünyanın sözlə göstərilməsi və təsviridir. Bu
dini və ədəbi düşüncənin (mətnin) ibtidadan əkizliyi və ayrılmazlığı idi.
Bütün dini kitablar yarandığı vaxtdan bütlərin və Allahların kultunu
yaradırdı. Lakin Allah kultu deyilən hadisə həmişə iki qütblü idi: onun o
bir ucunda fərd, insan dururdu. Bu mənada büt və allahlar haqqında miflər
həmişə həm də insanlar haqqında idi və bu mənada da dini və ədəbi şüur
ayrılmaz idi.
Yalnız intibah dövründə insan və Allah qütblüyünün mətn mədəniy-
yətinin mərkəzindən getməsi və insan--təbiət qütbləşməsinin yaranması
baş verdi. Bu, ədəbiyyatın da dini şüurdan ayrılması idi. Ona görə də deyə
bilərik: xalis ədəbi şüur intibah dövründən sonrakı ədəbi mətn mədəniyyə-
tində yaranır. Universal Allah mifləri ədəbiyyatda fərdi insan mifləri ilə
əvəz olunur. Lakin müəyyən mənada, mif yaradıcılığı epik düşüncənin
əsas funksiyası olaraq qalır. Hər bir müəllif əsəri də dünya haqda fərdi bir
təsəvvür və baxış – mif sayıla bilər.
İstisnasız olaraq bütün şifahi epik mətnlər yazı mənşəlidir və ondan
törəmədir. Dilin inkişafının mətnlə yanaşı ikinci informasiya saxlama
üsulu olan əzbərləmə ədəbi mətnlərin qorunmasının şifahi üsulu idi.
Əzbərləmə insanın fərdi söz bilgisini mətnlə bağladı. Söz mətndən ayrıl-
maz oldu və mətn onun sosial müqaviləyə çevrilməsinə kömək etdi. Söz-
bilmə yaddaşı mətnbilmə yaddaşı ilə eyniləşdi. Məhz mətnbilmə ikinci
şəxsin mətnoxuma qabiliyyəti idi, mətni sosial koda və müqavilə şəklinə
çevirirdi.
Tarixi şəkildə təsvir etsək epik mətnlərin yaranması aşağıdakı
mərhələlər kimi fərqləndirilə bilər.
1. Mifik təsəvvür və süjetlərin yaranması və yazıya düşməsi həm də
yazı mədəniyyətinin yaranmasıdır. Bu ibtidai kitab mədəniyyətidir.
İbtidai kitab mədəniyyəti çoxkitablılıqdan monoteist təkkitablılığa doğru
inkişaf edir.
Təkkitablılıq mədəniyyəti olan monoteizmin tarixi təkamülü isə
monoteist şoxkitablılıqla nəticələnib. Sənaye inqilabları isə kitab mədə-
niyyəti üzərindən mistik pərdəni götürdü və kitabı əmtəəyə çevirdi.
2. Yazı (kitab) mədəniyyətindən doğan əzbərləmə qabiliyyətinin
inkişafı ilə şifahi epik mətnbilmənin – folklor söyləməçiliyi ənənəsinin
yaranması. Bu ənənə uzun müddət şifahi lirik təhkiyə şəklində, nəğmə
kimi ifa olunan mətn olub. Lakin kitab mədəniyyəti ayrıldıqca lirik-epik
290
süjetlərin yazıya alınmış epik təhkiyəli forması da yaranıb: bunlar miflər,
əfsanələr, nağıllar, təmsillər və s. olub.
Yazının məhdud olduğu dövrlərdə və xalqlarda şifahi söyləməçilik
ənənəsi epik mətnlərin müxtəlif ləhcələrdə variantlaşması ilə nəticələnir.
Çox güman ki, şifahi epik mətnbilmə və onun variantlaşması tayfa dilləri-
nin formalaşması üçün zəruri mətn bazası rolu oynayıb. Süjetlər təxminən
eyni olaraq qalıb, amma mətnlərin əzbərdən tələffüzündə nəsildən nəslə
fərqlərin artması yeni-yeni ləhcələrin yaranması ilə nəticələnib. Planetdəki
formal dillər çoxluğu məhz şifahi mətnbilmənin insanlığa bəxş etdiyi
nəticədir. Yazı olmadığı üçün əsrlər keçdikcə sözlərin ilkin tələffüzü itir,
amma söz yox olmur. Əzbər mətn – mif, dastan, nağıl, nəğmə mətnləri
sözləri itib-yaddaşdan silinməkdən qoruyan toplayıcı olub.
3. Bur dildə (ləhcədə) danışan tayfa birliklərinin yaranması ilə tayfa
– dünya qütbləşməsini göstərən dastan (folklor) mədəniyyətinin yaran-
ması. Yazısı olmayan xalqlar üçün dillərin inkişafı əzbər mətnbilməyə –
şifahi folklor mətnlərinə əsaslanırdı. Kitab mətninin sözü və dili qoruma
funksiyasını söyləməçilərin, şamanların, kənar xalqlarda yazı öyrənib
gələnlərin hafizəsi icra edirdi. Ömrü boyu söz eşidən və söz toplayan
ağsaqqallar və ağ birçəklər də ahıl vaxtlarında müəyyən mənada söyləmə-
çiyə çevrilirdilər, çünki onların dil materialını əzbərbilmə qabiliyyəti
yüksək həddə çatırdı. Beləcə, fərdi yaddaş da dil və söz qoruyucusuna və
informasiya akkumulyatoru olmağa başlayır.
Şifahi dastan mədəniyyəti əsasən iki süjetdən ibarətdir: kənardan
tayfaya gəlmə (müharibə) və tayfadan kənara getmə (məcburi olanda
əsirlik, könüllü olanda səyahət ya da hərbi yürüş). Yunan dastanlarında
üçüncü mövzu insanlarla Allahların münasibətləri idi. Lakin bütün va-
riantlarda və xalqlarda dastan ənənəsi tayfaların özünüidentifikasiya
forması idi, şifahi formada tarix yaratmaq və tarixi qorumaq üsulu idi.
Beləliklə, şifahi mətnbilmənin tarixi xalq ləhcələrinin (dillərinin)
formalaşması ilə bitir və fərdi yaddaşda yaşayan çoxvariantlı folklor
ənənəsini yaradır. Bəs yazılı mətnbilmənin tarixi necədir?
Yazılı mətnbilmə qədim dillərdə olan müqəddəs kitabların öyrənil-
məsi ənənəsi ilə bağlı idi. Monoteizmin mütləq həddə çatdırdığı kanonizm
prinsipi dünyanı birmənalı şəkildə görməyi və təqdim etməyi öyrədirdi.
Ona görə monoteist ənənə içərisində yaranan hər növbəti kitab əsas ilahi
kitaba bağlı idi, ondan ayrılmaz idi. Monoteist ənənə içində yaranan yeni-
yeni ədəbi kitablar da v ariant idi. Lakin yazılı mətn mədəniyyətindəki
variantlığın şifahi variantlıqdan fərqlənən fundamental özəlliyi vardır.
Monoteist mədəniyyətdəki yazılı mətnin variantlığı ehkam variantdan
uzaqlaşmaya yox, ona yaxınlaşmaya can atır, şüurlu bir epiqonçuluğa,
291
sxolastik eyniyyətə meyil edir. Belə eyniyyətə can atan yazılı variantlığın
üç əsas forması yaranmışdır:
1. Tərcümə. Yazılı müqəddəs mətnin mahiyyətini qorumaqla digər
ləhcələrdə ifadə edilməsi idi. Lakin kanonik tərcümələr zamanı eyniyyətin
qorunması tələbi tərcüməni şərtiləşdirir: müqəddəs kitablar tərcümə
edilərkən əsas termin və anlayışlar mexaniki şəkildə digər cavan dildəki
tərcüməyə köçürülürdü. Ona görə də İncilin tərcüməsindən yaranmış Qər-
bi Avropa dilləri İncilin latın orijinalındakı külli miqdar sözləri yeni ədəbi
ləhcələrə (dillərə) gətirdi. Eyni vəziyyət Quranın İran və türk dillərinə
təsirində də özünü göstərdi. Quran tərcümə edilmədiyi üçün islamın qəbu-
lu onun adlarının, termin və anlayışlarının bu dillərə birbaşa daxil olması
ilə nəticələndi.
Kanonik tərcümənin yazılı mətn mədəniyyətində əsas rolu onun
fikri birmənalı ifadə etməyə imkan verən ədəbi dilləri doğurması idi.
2. Təbdil. Təbdil bədii səciyyəli monoteist mətnlərin tərcüməsi üsu-
lu oldu. Müqəddəs mətndə tərcümədən mütləq eyniyyət tələb edilirdi. La-
kin bədii-dini şeirlərin tərcüməsində bu tələb yumşaq idi. Təbdil tərcümə-
çinin şüurlu sərbəstliyi sərti ilə, ikinci dilin xüsusiyyətlərini qorumaqla
şüurlu variant yaradıcılığıdır. Təbdildə müəllif yaradıcı sayılır və onun
fərdilik iddiası da mətndə əksini tapır. Klassik Azərbaycan şeir dili və
poeziya ənənəsi başlıca olaraq fars dilində olan nümunələri təbdil etməklə
formalaşıb.
3. Təqlid. Təqlid əslində təbdilin gizli formasıdır: Təqlid bir qayda
olaraq yeni ədəbiyyatların yaranması zamanı yazıcının dilini bildiyi digər
ədəbiyyatların klassik əsərlərindən faydalanmaq üsuludur. Cavan ədəbiy-
yatların ilk mərhələsi gizli ədəbi təqlid yolu ilə yaradılan əsərlərdən ibarət
olur. Məsələn, Azərbaycanda 20-ci illərdə yaradılan proletar ədəbiyyatı
rus mətbuatında çap olunan nümunələrə təqlid kimi yazılan əsərlərdən
ibarət idi. Azərbaycandakı proletar ədəbiyyatı ideoloqları və təşkilatçıları
belə təqlidi himayə edirdilər.
Qədim mənbələrdə ləhcə və dil terminləri müxtəlif mənada işlənir-
di. Yazısı olmayan xalqların danışığı ləhcə adlanırdı. Ləhcə təxminən
yazılı dillərin şifahi variantı mənasına yaxın idi. Yalnız yazı sayəsində
variant ləhcələr dil olurdu. Deməli ləhcələrlə yazılı dillər arasında da kod-
-variant münasibətləri vardı və bütün yeni ləhcələr bu yolla yaranır və
yazı sayəsində dillərə çevrilirdilər.
Yazılı ədəbi mədəniyyətin yayılmasının bütün ədəbiyyatlar üçün
universal üsulu təbdil və təqlid yolu ilə mətnlərin milli variantlarının
yaradılması idi. Belə variantyaratmada ilkin nümunələri təkrarlamaq, ilkin
formaları qorumaq meyli də variantyaratmaya əks olan bir kanonik prinsip
Dostları ilə paylaş: |