Microsoft Word riyaziyyatin tedrisinde umumilesdirme 2009. doc



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə43/148
tarix23.11.2017
ölçüsü3,47 Mb.
#11936
1   ...   39   40   41   42   43   44   45   46   ...   148

_____________Milli Kitabxana_____________ 

 127


ümumi prinsipinin aşkar edilməsi biliklərin köçürülməsinin daxili psixoloji şərtini 

təşkil edir. Hər hansı başqa bir fəaliyyət kimi analiz-sintez və ümumiləşdirmə də, 

ümumiyyətlə  təfəkkür fəaliyyəti də  həmişə  şəxsiyyətin müəyyən təlabatlarından 

irəli gəlir. Təlabat yoxdursa, onun törədə biləcəyi fəaliyyət də yoxdur. Təfəkkürü 

və ya hər hansı başqa bir psixoloji prosesi öyrənərkən, psixologiya elmi məhz 

hansı  təlabat və motivlərin insanı idrak fəaliyyətinə sövq etdiyini, hansı konkret 

şəraitdə onda analiz, sintez və s. yə təlabət əmələ gəldiyini nəzərə alır, onu bu və 

ya digər ölçüdə tədqiq edir. 



2.7.5.  Şagirdlərdə yalnız konkret vəziyyətlərdə təfəkkür priyomlarını deyil, 

təfəkkürün ümumi priyomlarını formalaşdırmaq lazımdır. Məsələn, şagirdlər tənlik 

qurmaqla konkret mətnli məsələləri həll etmək bacarığına sahib olmaqla, məsələ 

həllinin ümumi priyomlarından birini- tənlik qurma metodunu mənimsəyirlər. 

Təfəkkürün daxili şərtləri fəallığın səviyyəsi və idrak prosesində analiz, 

sintez və ümumiləşdirmə kimi fikri əməliyyatların qarşılıqlı əlaqəlilik dərəcəsi ilə 

müəyyən olunur. Təfəkkürün xarici şərtləri, hər  şeydən  əvvəl təfəkkürün öz 

obyekti, habelə subyekt və obyektə qarşılıqlı təsir edən mühitdir. 

Riyazi, təbiətşünaslıq, humanitar, informatik, nəzəri və empirik təfəkkürlərin 

hər birinin özünə  məxsus xüsusiyyətləri, cəhətləri və komponentləri vardır. 

Riyaziyyatın tədrisində ümumiləşdirmənin müvəffəqiyyətlə yerinə yetirmək üçün 

bunların mahiyyətlərini, fərqini bilmək və yeri gəldikdə  şagirdlərə  də öyrətmək 

lazımdır.  

 

2.8. Riyaziyyatın tədrisində düzgün ümumiləşdirmə bacarığının 

formalaşdırılması təlim prosesinin optimallaşdırılmasının  

mühüm şərti kimi  

 

Riyaziyyatın təlimi prosesində müvafiq anlayışlar və münasibətlər mənim-

sənilir və formalaşır. Ona görə də təlim prosesində anlayışların mənimsənilməsi və 

inkişafı, teoremlər isbatı və məsələlər həlli bir sıra zəruri bacarıqların yaranmasına, 

həmin bacarıqlar isə öz növbəsində daha dəqiq mənimsəməyə  və inkişafa səbəb 



_____________Milli Kitabxana_____________ 

 128


olur.  Şagirdlərin təlimi fəaliyyətində mühüm rol oynayan, riyazi anlayışların 

mənimsənilməsi və inkişafını  təmin edən, onların öyrəndikləri qaydaları, 

teoremləri bütün zəruri hallara tətbiq etmək imkanı verən, yeni tipli məsələni 

həmişə düzgün həll etməyə  şərait yaradan bu cür əqli bacarıqlardan biri də 

ümumiləşdirmədir. Daima fərqləndirmə ilə müşayiət olunan, dəqiq müqayisə 

olmadan zəruri və düzgün şəkildə formalaşa bilməyən, ümumiləşdirmə insanın 

fikri fəaliyyətində lazımi şəkildə özünü göstərən prosesdir. 

Bunu insanın idrak obyektlərinin təbiəti tələb edir. Axı dərk etdiyimiz riyazi 

obyektlər və münasibətlər, o cümlədən mənimsəmək istədiyimiz anlayışlar bir-

birilə oxşar və fərqli cəhətlərə, bir-birini tamamlayan və ya təcrid edən ünsürlərə 

malikdir. Deməli, düzgün riyazi biliklərə yiyələnmək üçün düzgün ümumiləşdirmə 

aparılmalıdır. 

Adətən, tədris prosesində baxılan riyazi obyekt və münasibətləri təhlil 

etmək, ümumi və mühüm əlamətlərini müəyyənləşdirmək, onları həmin əlamətlər 

üzrə birləşdirmək, qruplaşdırmaq, bunlar haqqında ümumi bir fikrə gəlməli oluruq. 

Riyazi obyekt və münasibətləri fərqləndirmək nəticəsində onların haqqında 

yaranan ümumi fikir müəyyən qrup obyekt və münasibətə aid olmaqla, onlar 

üzərində  əməliyyat aparmağa imkan verir. Riyazi obyekt və münasibətləri fərq-

ləndirməklə yanaşı müvafiq oxşar əlamətlərə görə ümumiləşdirmək də lazım gəlir. 

Bu cür fikri əməliyyat ümumiləşdirmədir. Bu əməliyyatla riyazi obyekt və mü-

nasibətlərdəki ümumi cəhətləri aşkara çıxarırıq. Bu ümumi cəhətlər obyekt və mü-

nasibətin müəyyən əlaməti, hissəsi, ünsürü və s. ola bilər. Obyekt və münasibətlər 

arasındakı bu ümumi cəhətləri aşkara çıxarmaq üçün ilk növbədə onları qarşı-

laşdırmaq, müəyyən  əlamətlərinə görə müqayisə etmək, ortaq və  fərqli cəhətləri 

müəyyənləşdirmək və mühüm əlamətlər üzrə birləşdirmək lazım gəlir. Deməli, 

riyazi obyekt və münasibətləri bir-birindən fərqləndirmək üçün onları ümumiləş-

dirməyi bacarmaq, müvafiq qrupa daxil edə bilmək imkanına yiyələnməyi 

şagirdlərə öyrətmək lazımdır. Digər tərəfdən belə ümumiləşdirmə bacarığının 

yaranması üçün obyekt və münasibətləri, onların əlamət və xassələrini fərqləndirə 

bilmək tələb olunur. Ona görə də ümumiləşdirmə bacarığına sahib olmaq üçün ilk 




_____________Milli Kitabxana_____________ 

 129


növbədə  nəzərdən keçirilən obyekt və münasibətləri mühüm əlamətlərinə görə 

təhlil etməyi, həmin əlamətləri fərqləndirməyi, təcrid etməyi bacarmaq lazımdır.  

Ümumiləşdirmə bir zehni bacarıq kimi formalaşmadan  şagirdlərin 

məqsədəyönəlmiş  fəaliyyətini təmin edə bilməz. Ona görə  də görkəmli psixoloq 

S.L.Rubinşteyn təlim prosesində fikri fəaliyyətin analiz, sintez, mücərrədləşdirmə 

və ümumiləşdirməyə əsaslandığını xüsusi olaraq qeyd edir. Öz idrak obyektlərini 

düzgün fərqləndirmək və ümumiləşdirmək bacarığına yiyələnmək şagirdlərin əqli 

inkişafına əsaslı təsir edir. Bu da onların riyazi təlimdə müvəffəqiyyət qazanmaları 

üçün şərait yaradır. 

Fikri proseslər (analiz, sintez, müqayisə, mücərrədləşdirmə, ümumiləşdirmə 

və s.) həmişə faktiki olaraq müəyyən fənnin (hesab, həndəsə, cəbr, qrammatika və 

s.) tətbiqi  əsasında həyata keçir və buna görə  də müxtəlif hesab, həndəsə  və s. 

əməliyyatları  şəklində meydana çıxır. Ümumiləşdirmə insanda birdən-birə yaran-

mır.  İdrak obyektlərini fərqləndirməyə imkan verən düzgün ümumiləşdirmənin 

yaranması müxtəlif mərhələləri, inkişaf səviyyələrini keçir. 

Psixoloji tədqiqatlara əsasən cisim və hadisələrin əlamət və keyfiyyətlərinin 

şagirdlər tərəfindən ümumiləşdirilməsinin üç inkişaf mərhələsi mümkündür: 1) 

mövcud əyani şəraitdə həyata keçirilən əməli və ya hissi; 2) əyani; 3) anlayış və ya 

elmi ümumiləşdirmə.    

Birinci - hissi mərhələdə ümumiləşdirmə mövcud əyani  şəraitdə ayrı –ayrı 

cisim və hadisələrin xarici, əyani  əlamətlərini ayıraraq bilavasitə qavramaq 

əsasında baş verir. Bu mərhələdə  nəinki  əsas və ümumi əlamətlər, hətta formal, 

ikinci dərəcəli əlamətlər də ümumiləşdirilə bilir. Ona görə də belə ümumiləşdirmə 

zamanı tez-tez səhvlərə yol verilir. Həmin ümumiləşdirmə bilavasitə qavrayış  və 

praktik fəaliyyət zamanı baş verməsi ilə  əlaqədar olaraq psixoloqlar onu empirik 

ümumiləşdirmə adlandırırlar. Bu mərhələ  adətən, ümumiləşdirmənin elementar 

inkişaf səviyyəsi hesab edilir.  

İkinci səviyyə cisim və hadisələr haqqında  əsas biliklərin, eləcə  də  əyani 

obraz və  təsəvvürlər  şəklində  əks olunan formal əlamətlərin ümumiləşdirməsi ilə 

xarakterizə olunur. Üçüncü səviyyə isə cisim və hadisələrin, onların arasındakı 




Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə