Microsoft Word Road traffic law 1998



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə19/31
tarix01.09.2018
ölçüsü1,06 Mb.
#66446
1   ...   15   16   17   18   19   20   21   22   ...   31

onları ötən nəqliyyat vasitələri ötməni tam təhlükəsiz şəraitdə başa çatdırsınlar. Əgər sürücü ötmə əməliyyatına 

başlamışdırsa və ötürsə, bu tələbə əməl olunmur. 

V. Üstün hərəkət rejimli nəqliyyat vasitələri zərurətdən irəli gələn sürətlə hərəkət edə bilərlər. Göstərilən nəqliyyat 

vasitələrinin sürücüləri yol-nəqliyyat hadisələrinin qarşısını almaq üçün hər cür tədbir görməlidirlər. 

VI. Sürücülərə: 

1) nəqliyyat vasitəsini onun texniki xarakteristikası üzrə müəyyən edilmiş maksimum sürətdən artıq sürmək; 

2) lüzumsuz olaraq həddindən az sürətlə hərəkət etməklə başqa nəqliyyat vasitələri üçün maneə yaratmaq; 

3) yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün lazım olan hallar istisna edilməklə, nəqliyyat vasitəsini sərt 

tormozlamaq qadağandır. 

Maddə 51. Ötmə və qarşılıqlı keçmə 

I. Ötməyə başlamazdan əvvəl sürücü əmin olmalıdır ki: 

1) girmək istədiyi hərəkət zolağı ötmə üçün kifayət edəcək məsafədə boşdur və bu manevr ilə o, qarşıdan gələn və 

bu zolaqda gedən nəqliyyat vasitələri üçün maneə yaratmayacaq; 

2) eyni zolaqda arxasınca gələn nəqliyyat vasitəsi onu ötməyə başlamayıb, özündən qabaqda gedən nəqliyyat 

vasitəsi isə ötmə, sola dönmə, yerdəyişmə barədə siqnal vermir; 

3) qarşıdan gələn nəqliyyat vasitələri üçün təhlükə və ya maneə yaratmadan çıxmaq istədiyi hərəkət zolağı kifayət 

edən məsafədə boşdur və iki nəqliyyat vasitəsinin nisbi sürəti ötməni kifayət qədər qısa müddətdə başa çatdırmağa 

imkan verəcəkdir. 

II. Eyni istiqamətdə hərəkət üçün iki və daha artıq zolaq olmadığı halda relssiz nəqliyyat vasitəsini yalnız sol 

tərəfdən ötməyə icazə verilir. Lakin sürücüsü sola dönmə siqnalı verən və manevrə başlayan nəqliyyat vasitəsini sağ 

tərəfdən ötmək lazımdır. 

III. Ötmənin sonunda (sağ tərəfdən ötməyə icazə verilən hallardan başqa) sürücü əvvəl tutduğu hərəkət zolağına 

qayıtmalıdır. Lakin eyni istiqamətdə hərəkət üçün iki və daha artıq zolaq olduqda, ötən sürücü əgər əvvəl tutduğu 

zolağa qayıdıb dərhal yenidən ötməyə başlamalı olacaqsa və onun arxasınca daha yüksək sürətlə gələn nəqliyyat 

vasitələri üçün maneə yaratmayacaqsa, sol zolaqda qala bilər. 

IV. Hərəkət sürətini artırmaqla və ya başqa hərəkətlərlə ötən nəqliyyat vasitəsinin sürücüsünə maneçilik törətmək 

qadağandır. 

V. Ötmə: 

1) nizamlanan yolayrıclarında -- əks istiqamətli hərəkət zolağına keçməklə və nizamlanmayan yolayrıclarında -- baş 

yol olmayan yolla hərəkət etdikdə (hərəkətin dairəvi olduğu yolayrıclarında ötmə, yanqoşqusu olmayan ikitəkərli 

nəqliyyat vasitələrini ötmə və icazə verilmiş sağdan ötmə istisna edilməklə); 

2) piyada keçidlərində -- piyadalar olduqda; 

3) dəmiryol keçidlərində və onlara 100 metrdən az qaldıqda; 

4) ötən və ya yanından keçən nəqliyyat vasitəsini

5) yoxuşun axırında və yolun məhdudiyyətli görünüşlü digər sahələrində -- əks istiqamətli hərəkət zolağına 

çıxmaqla; 

6) tunellərdə qadağandır. 




VI. Yaşayış məntəqələrindən kənarda asta gedən və ya iriqabaritli nəqliyyat vasitəsini ötmək çətinləşdikdə, sürücü 

nəqliyyat vasitəsini mümkün qədər sağa çəkməli, lazım gəldikdə isə arxasında yığılmış nəqliyyat vasitələrini 

buraxmalıdır. 

VII. Qarşılıqlı keçmə çətinləşən hallarda -- hansı sürücü tərəfdə maneə varsa, həmin sürücü yol verməlidir. 1.13 və 

1.14 nişanları ilə işarələnmiş yerlərdə maneə olduqda, enişlə aşağı hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü 

yoxuşla yuxarı gedən nəqliyyat vasitəsinə yol verməlidir. 



Maddə 52. Dayanma və durma 

I. Nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində -- yol 

çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə 

verilir. Yanqoşqusu olmayan motosikletlər, mopedlər və velosipedlər yolun hərəkət hissəsinin kənarında iki cərgədə 

dayana və dura bilərlər. 

II. Yolun sol tərəfində dayanmağa və durmağa yaşayış məntəqələrində ortasından tramvay yolları keçməyən, hər 

istiqamət üçün bir hərəkət zolağı olan yollarda və birtərəfli hərəkət yollarında (icazə verilən maksimum kütləsi 3,5 

tondan çox olan yük avtomobillərinə birtərəfli hərəkət yollarının sol tərəfində dayanmağa yalnız yük götürmək və ya 

boşaltmaq üçün) icazə verilir. Yolun hərəkət hissəsinə bitişik səkinin kənarında durmağa yalnız minik 

avtomobillərinə, motosikletlərə, mopedlərə və velosipedlərə bu şərtlə icazə verilir ki, onlar piyadaların hərəkətinə 

mane olmasın. 

III. Yaşayış məntəqəsindən kənarda uzunmüddətli dincəlmə, gecələmə və istirahət üçün durmağa yalnız bu 

məqsədlə düzəldilmiş meydançalarda və ya yoldan kənarda icazə verilir. 

IV. Aşağıdakı yerlərdə: 

1) tramvay yollarında, habelə tramvay yollarının bilavasitə yaxınlığında, əgər bu, tramvayın hərəkətinə maneə 

yaradarsa; 

2) dəmiryol keçidlərində, tunellərdə, habelə estakadalarda, körpülərdə (əgər həmin istiqamətdə üçdən az hərəkət 

zolağı varsa) və onların altında; 

3) nizamlama xətti (hərəkət hissəsinin kənarını göstərən xətdən başqa) ilə dayanmış nəqliyyat vasitəsi arasında 

məsafə 3 metrdən az olan yerlərdə; 

4) piyada keçidlərində və onlara 5 metrdən az yaxınlıqda; 

5) hərəkət hissəsində təhlükəli döngələrin və yolun uzununa profilinin qabarıq əyintili hissəsinin yaxınlığında -- hər 

hansı bir istiqamətdə yolun görünmə sahəsi 100 metrdən az olduqda; 

6) 1.1--1.4 nişanlama xətti, yaxud ayırıcı zolağı olan üçtərəfli yolayrıclarındakı yan keçidin qarşı tərəfində dayanma 

halları istisna olmaqla, hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az 

yaxınlıqda; 

7) dayanacaq meydançasından, meydança olmadıqda isə marşrut nəqliyyat vasitələrinin və ya taksilərin dayanma 

yeri göstəricisinə (əgər bu, onların hərəkətinə mane olursa) 15 metrdən az yaxınlıqda; 

8) nəqliyyat vasitəsi svetofor siqnallarının, yol nişanlarının qarşısını tutmaqla başqa sürücülərin bunları görməsinə 

mane olduğu və ya başqa nəqliyyat vasitələrinin hərəkətini (girmə və ya çıxma) qeyri- mümkün etdiyi, yaxud 

piyadaların hərəkəti üçün maneə yaratdığı yerlərdə; 

9) nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa -- səkilərdə; 

10) 3.27 yol nişanının təsir zonalarında dayanma qadağandır. 

V. Nəqliyyat vasitəsini duracağa qoyduqda sürücü mühərriki söndürməli, duracaq tormoz sistemini qoşmalı, 

təkərləri səkiyə və ya yolun qırağındakı başqa maneəyə tərəf çevirməli və qapıları kilidləməlidir. İcazə verilən 

maksimum kütləsi 3,5 tondan çox olan nəqliyyat vasitəsini yoxuşda və ya enişdə duracağa qoyduqda, nəqliyyat 




Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə