Microsoft Word Road traffic law 1998



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə24/31
tarix01.09.2018
ölçüsü1,06 Mb.
#66446
1   ...   20   21   22   23   24   25   26   27   ...   31

II. Onların dairəvi forması, ağ fonu, 3.27--3.30 işarələrinin mavi və qırmızı haşiyəsi vardır. 3.1, 3.21, 3.23, 3.25 və 

3.31 nişanlar rəngli tərtibatla fərqlənirlər. 

III. Qadağan nişanları müvafiq məhdudiyyətin qoyulduğu küçə və yolların sahələrinin bilavasitə qabağında və ya 

onun ləğv edildiyi yerlərdə quraşdırılır. Qadağan nişanları əvvəlcədən 7.1.1 lövhəciyi ilə quraşdırıla bilər. 

IV. 3.2--3.9, 3.32 və 3.33 qadağan nişanları müvafiq nəqliyyat vasitələrinin hər iki istiqamətdə hərəkətini qadağan 

edir. 


V. Qadağan nişanlarının qüvvəsi aşağıdakılara şamil edilmir: 

1) 3.1--3.3, 3.18.1, 3.18.2, 3.19, 3.27 -- ümumi istifadədə olan nəqliyyat vasitələrinə; 

2) 3.2--3.8 -- işarələnmiş sahədə yerləşən müəssisələrə xidmət edən, habelə bu sahədə yaşayan və ya işləyən 

vətəndaşlara xidmət edən və ya məxsus olan nəqliyyat vasitələrinə. Belə hallarda, nəqliyyat vasitələri işarələnmiş 

sahəyə təyinat yerinə ən yaxın olan yolayrıcından girib-çıxmalıdırlar; 

3) 3.28--3.30 -- taksometri işləyən taksilərə

4) 3.2, 3.28--3.30 -- I və II qrup əlillərin idarə etdiyi 5.15 fərqləndirici nişana malik nəqliyyat vasitələrinə; 

5) 3.18.1, 3.18.2 nişanlarının qüvvəsi, qarşısında nişan qoyulmuş yolun hərəkət hissəsinin kəsişmə yerinə aiddir. 

VI. 3.16, 3.20, 3.22, 3.24, 3.26--3.30 nişanlarının qüvvəsi nişanın qoyulduğu yerdən ən yaxın yolayrıcına qədər, 

yaşayış məntəqələrində yolayrıcı olmadıqda isə yaşayış məntəqəsinin qurtaracağına qədərdir. Yola bitişik 

ərazilərdən yola çıxış yerlərində, çöl, meşə yolları və qarşısında müvafiq nişanlar qoyulmuş digər ikinci dərəcəli 

yollarda kəsişmə (qovuşma) yerlərində nişanlar qüvvəsini itirmir. 

VII. 5.22 nişanı ilə işarələnən yaşayış məntəqəsindən qabaqda qurulmuş 3.24 nişanı həmin nişana qədər qüvvədə 

olur. 


VIII. Nişanların qüvvədə olduğu sahə aşağıdakı üsullarla azaldıla bilər: 

1) 3.16 və 3.26 nişanları üçün -- 7.2.1 lövhəciyi tətbiq etməklə; 

2) 3.20, 3.22, 3.24 nişanları üçün -- onların qüvvədə olduğu sahənin qurtaracağında müvafiq olaraq 3.21, 3.23, 3.25 

nişanları qoymaqla və ya 7.2.1 lövhəciyi tətbiq etməklə. 3.24 nişanının qüvvədə olduğu sahəni maksimum hərəkət 

sürətinin başqa kəmiyyəti göstərilən 3.24 nişanı qoymaqla azaltmaq olar; 

3) 3.27--3.30 nişanları üçün -- onların qüvvədə olduğu sahənin qurtaracağında 3.27--3.30 nişanlarını 7.2.3 lövhəciyi 

ilə təkrarən qoymaqla və ya 7.2.2 lövhəciyi tətbiq etməklə, 3.27 nişanı 1.4 nişanlama xətti ilə birlikdə; 3.28 nişanı 

isə 1.10 nişanlama xətti ilə birlikdə tətbiq edilə bilər: bu zaman nişanların qüvvədə olduğu sahə nişanlama xəttinin 

uzunluğu ilə müəyyənləşdirilir. 

IX. 3.10, 3.27--3.30 qadağan nişanlarının qüvvəsi yolun yalnız nişan qurulmuş tərəfinə şamil edilir. 



Maddə 65. Məcburi hərəkət istiqaməti nişanları 

I. Məcburi hərəkət istiqaməti nişanları sürücülərə nəqliyyat vasitələrinin hərəkətinin icazə verilmiş istiqamətini, 

sürətini müvafiq nəqliyyat vasitələrinin hərəkətini, eləcə də piyadaların hərəkəti üçün nəzərdə tutulan yolları 

göstərir. 

II. Bu nişanların dairəvi forması və mavi fonu vardır. 

III. 4.1.1, 4.1.2, 4.1.3, 4.1.4, 4.1.5, 4.1.6 nişanları yalnız oxlarla göstərilən istiqamətlərdə hərəkətə icazə verir. Sola 

dönməyə icazə verən nişanlar geriyə dönməyə də icazə verir. 4.1.1--4.1.6 nişanlarının qüvvəsi ümumi istifadədə 

olan nəqliyyat vasitələrinə şamil edilmir. 

IV. 4.1.1--4.1.6 nişanlarının qüvvəsi qarşısında nişan qoyulmuş yolun hərəkət hissəsinin kəsişmə yerinə şamil edilir. 



V. Yol sahəsinin başlanğıcında qurulmuş 4.1.1 nişanı ən yaxın yolayrıcına qədər qüvvədə olur. Bu nişan həyətlərə 

və yola bitişik digər ərazilərə girmək üçün sağa dönməyi qadağan etmir. 4.4 nişanı minik avtomobillərinin, 

avtobusların, motosikletlərin, ümumi istifadədə olan nəqliyyat vasitələrinin və icazə verilmiş maksimum kütləsi 3,5 

tondan artıq olmayan yük avtomobillərinin hərəkətinə icazə verir. Bu nişan işarələnmiş sahədə yerləşən müəssisələrə 

xidmət edən, habelə həmin sahədə yaşayan vətəndaşlara xidmət edən və ya məxsus olan digər nəqliyyat vasitələrinin 

hərəkətinə də icazə verir. Belə hallarda, nəqliyyat vasitələri işarələnmiş sahəyə təyinat yerinə ən yaxın yolayrıcından 

girib-çıxmalıdırlır. 

Maddə 66. Məlumatverici-göstərici nişanlar 

I. Məlumatverici-göstərici nişanlar hərəkətin müəyyən rejimini tətbiq və ya ləğv edirlər, eləcə də yaşayış 

məntəqələrinin və başqa obyektlərin yerləşməsi barədə məlumat verirlər. 

II. Bu nişanların düzbucaq forması vardır, sürücülərin və hərəkətin digər iştirakçılarını yolun vəziyyətinin 

xüsusiyyətləri, yaşayış məntəqələrinin adları, onların keçmə qaydaları, küçələrin və yolların ayrı-ayrı sahələrində 

hərəkət rejiminin müəyyənləşdirilməsi üçün nəzərdə tutulmuşdur. Bu qrup nişanların müxtəlif fonları vardır. Yaşıl 

fon avtomagistral, göy fon bütün başqa avtomobil yolları, ağ fon yaşayış məntəqəsi əlaməti deməkdir. İşarələrin sarı 

fonu yolun təmir olunan hissələrinin yanından keçmə üçün tətbiq olunur. 



Maddə 67. Servis nişanları 

I. Servis nişanları yollarda müvafiq obyektlərin yerləşməsi barədə məlumat verir. 

II. Servis nişanlarının düzbucaq forması, enli mavi haşiyəsi vardır. Müvafiq rəmzlər ağ fon üzərində təsvir olunur. 

Servis nişanları yaşayış məntəqələrində bilavasitə obyektlərin yanında və ya onlara dönəcək yerlərdə quraşdırılır. 

Yaşayış məntəqələrindən kənar yollarda nişanlar əvvəlcədən göstərilən obyektdən 60--80 kilometr, 15--20 km və 

400--800 metr aralıda quraşdırılır. Yaşayış məntəqələrinin yollarında onları əvvəlcədən, göstəriləcək obyektlərdən 

100--150 metr aralı məsafədə və onlara yaxın dönəcək yerlərdə quraşdırırlar. 

Maddə 68. Əlavə məlumat nişanları 

I. Əlavə məlumat nişanları (lövhəciklər) birlikdə tətbiq olunduğu nişanların təsirini dəqiqləşdirir və ya 

məhdudlaşdırırlar. 

II. Lövhəciklər birlikdə tətbiq olunduqları yol nişanının bilavasitə altında yerləşdirilirlər. Yolun hərəkət hissəsinin 

qırağında və ya səkinin üstündə asıldıqda, 7.2.2--7.2.4, 7.13 əlavə məlumat nişanları yol nişanlarının yan tərəfində 

yerləşdirilir. 



Maddə 69. Yolun nişanlanması 

I. Yolun nişanlanması (5 saylı Əlavə) yol hərəkətinin nizamlanmasının səmərəli vasitələrindən biri olmaqla, 

nəqliyyat axınının qaydaya salınmasına və yolun buraxılış qabiliyyətinin yüksəldilməsinə xidmət edir. 

II. Yol nişanlanmasına hərəkət təhlükəsizliyini artırmaq məqsədi ilə yol hərəkəti qaydalarını müəyyənləşdirən, yol 

qurğularının ölçülərini və ya yolun istiqamətini bildirən, yolun hərəkət hissəsinə, yolun və yol qurğularının digər 

elementlərinə çəkilən xətlər, yazılar və digər qeydlər aiddir. Yol nişanlanması müstəqil şəkildə, habelə yol nişanları 

və svetoforlarla birlikdə tətbiq olunur. 

III. Yolun nişanlanmasının aşağıdakı formaları vardır: 

1) üfiqi; 

a) uzununa (1.1--1.11); 

b) köndələninə (1.12--1.15); 

v) digərləri (1.16.1--1.24); 

2) şaquli. 



Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə