30
Daha qüdrətlidir lakin həqiqət.
Belə gözəl sözlər söyləyən insan
Gözəllərə baxsa, sayılmaz nöqsan.
Əğlə etməsəydim əgər riayət,
Bunu məhv edərdi yersiz ədavət.
Kim tez qılınc çəkib etsə yamanlıq
Əlini dişləyib çəkər peşmanlıq.
Uysan qərəzkara çəkərsən zərər,
Sonrakı peşmanlıq verməz bir səmər.
Ağıllı insana şah verdi sərvət,
Bədxah cəzalanıb çəkdi əziyyət.
Tədbirlə, ağıllı iş gördü soltan,
O getdi, adını unutmaz dövran.
ADİL HÖKMDAR
Deyirlər bir böyük adil hökmdar
Çox ucuz parçadan geyirmiş paltar.
Biri deyir ona: bəxtiyar soltan,
Geyin paltarını Çin qumaşından.
Şah cavab verir ki. bu mənə bəsdir.
Sadəlik yaxşıdır. Bəzək əbəsdir,
Onunçün deyildir yığdığım xərac.
Özümü bəzəyim, zinnətlənsin tac.
Bəzənib-düzənsəm qadın kimi mən,
Necə məğlub olar əlimdə düşmən?
Mənim də ürəyim çox şey istəyir,
Lakin xəzinə tək mənim deyildir.
Xəzinə xərclənər qoşun-ləşkərə,
El malı verilməz zərə-zivərə.
Hökmdardan razı olmasa ordu,
Heç zaman ürəklə qorumaz yurdu.
Alıb ulağını düşmən kəndlinin.
Soltan ondan töycü niyə istəsin?
31
Düşmən ulaq alsa, padşah xərac,
Batar o diyarda bütün taxtü-tac.
Heç insaf deyil ki, şığıyıb göydən,
Qartal qarışqadan alsın güclə dən.
Kim ki incitməyib acizi heç vaxt,
Yaşayar dünyada daima xoşbaxt.
Bir məzlum inləyib eyləsə nalə,
Zalımın həyatı gedər zəvalə.
Bacarsan, xoşluqla fəth elə ölkə,
Qan tökmə, adına gəlməsin ləkə.
Torpağa tökülən bircə damla qan
Bahadır dünyanın soltanlığından.
BULAQ BAŞINDA
Deyirlər ki, Cəmşid bir dağ başında
Yazmış bu sözləri bulaq daşında:
Çoxları bizimtək bu sudan içmiş,
Birdən göz yumaraq dünyadan keçmüş
Tutmuş bu cahanı çox şahlar, ancaq
Olmuş son məskəni bir qarış torpaq.
Küləklər əsərək hər səhər-axşam
Böyük Süleymana verirmiş salam.
Bir gün Süleyman da sovruldu bada,
İnsan oğlu, məgrur olma dünyada!
Əgər düşmənini eyləsən əsir,
Onu çox incitmə, öz dərdi bəsdir.
Düşmənin qanını tökməkdənsə sən,
Daha xoşdur onu pərişan görsən.
DARA VƏ ÇOBAN
Deyirlər ki, Dara, böyük hökmran,
Ovda ayrı düşür bir gün ordudan.
32
At qovur, yetişir geniş bir düzə.
Çoban qaçıb gəlir şəhla üz-üzə.
Bu gələn çobanı şah sanır düşmən,
Deyir: qoy məhv edim onu oxla mən.
Bu niyyətlə Dara çəkəndə kaman,
Çobanı vurmağa alanda nişan,
Çoban söyləyir ki, böyük hökmdar!
Pis gözdən saxlasın səni ruzigar.
Mənəm atlarını otaran çoban,
Bu çöllər məskənim olub hər zaman.
Gəlir öz yerinə ürəyi şahın,
Gülüb deyir: oldu tale pənahın!
Kamanı çəksəydim, çoban. Bir anda
Cəsədin qalardı bu biyabanda.
Çoban gülüb deyir: böyük hökmran,
Doğru söz kəskindir məncə qılıncdan.
Həqiqət budur ki, şah gərək gendən
Dostunu tanıyıb seçə düşməndən.
Budur böyüklüyün şərti həyatda
Ki, öz kiçiyini saxlasın yadda.
Ey şah, dəfələrlə çöldə-çəməndə
Söhbətə tutmusan məni görəndə.
İlxının içində mən yüz min atdan
Birini tanıyıb seçərəm, inan.
Çünki bir çobanam, ağlım, huşum var,
Sən də bir çobansan xalqa, şəhriyar.
Nəsihət Daraya eyləyir əsər,
Bu söz qılınc kimi göstərir kəsər.
Utanıb çobana şah verir xələt;
Düşünür: qəlbimdə qalsın bu hikmət.
Çobandan tədbiri şahın olsa az,
Taxtı uzun zaman möhkəm dayanmaz.
Qəflət yuxusuna getsə əgər şah,
Çatmaz qulağına eldən qopan ah.
33
Elə yat ki. məzlum nalə edəndə
Onun naləsini duyasan sən də.
Dövründə zalımlar zülm edir əgər,
Xalqa səndən gəlir, demək, zülümlər.
Tutubsa yolçunu bir quduz köpək,
Gərək sahibini müqəssir bilək.
Sədi, sözdə vardır qəhrəmanlığın,
Söz sənin qılıncın, hökmranlığın.
Ya bağlan tamaha, əl çək hikmətdən,
Ya aç həqiqəti, açıq söylə sən!
Tamahkar deyilsən, hikmət dəftərin
Açılsın, parlasın qoy söz gövhərin.
QIZIL ÜZÜK
Əbdül Əziz oğlu adil soltanmış,
Səxavətli, yaxşı bir hökmranmış.
Onun bir qiymətli üzüyü varmış.
Qaşı günəş kimi parıldayarmış,
Saçarmış ətrafa gecələr işıq,
Varmış bu gövhərdə başqa yaraşıq.
Bir il quraqlıqdan gəlib zavalə,
Dönür insanların bədri hilalə.
Soltan əhalidə görməyir taqət,
Deyir: nə insafdır, nə də mürüvvət.
Həyat insanlara bir zəhər olsun,
Mənim üzüyümdə bu gövhər olsun.
Satır üzüyünü adil hökmdar,
Pulunu paylayır – yoxsullar, qullar
Qalmasın yalavac çörəyə möhtac,
Pulu bir həftədə eyləyir tarac.
Əyanlar tənəylə deyir: heç yerdə
Belə qızıl üzük tapmazsan bir də.
Bu sözdən ağlayır soltan şam kimi,
34
Olur qəlbi tutqun bir axşam kimi.
Deyir: fəlakətdən məhv olur diyar,
Çirkindir bəzənsə əgər hökmdar.
Qızıl üzüksüz də keçinərəm mən,
Xalqımı qurtarım gərək qüssədən.
Bütün insanların halına sən bax,
Qalma öz halına dünyada ancaq.
Hünər sahibləri istəməz əsla
Özü xoş dolansın, el çəksin bəla.
İpəklər içində yatsa hökmran,
Rahatlıqla yatmaz yoxsullar, inan.
Əgər oyaq qalsa şah otağında,
Yoxsul rahat yatar öz yatağında.
(Şükür ki, Sədoğlu Əbubəkr soltan
Yaradıb bax elə gözəl bir dövran,
Rahat yaşayırıq biz kölgəsində;
Bir fəsad qalmayıb fars ölkəsində.)
Eşitdim mənalı gözəl bir nəğmə,
Mənə çox xoş gəldi bu şirin nəğmə:
Ağuşumda olan zaman dilbərim,
Çox gözəl keçirdi bütün günlərim.
Gördüm sərxoş kimi yarı yuxulu.
Həsrətlə söylədim: ey sərv boylu!
Yatma nərgiz kimi çəməndə nazla,
Oxu bülbül kimi gözəl avazla.
Yatma, ey fitnəkar, yatma, ey gözəl!
Gəzdir yaqut meyi məclisdə əl-əl.
Yar dedi: sən fitnə sanırsan məni,
Neçin oyadırsan, neçin, fitnəni?
Adil hökmdarın dövründə heç kəs
Ölkədə fitnəni oyanmış görməz.
35
QƏHƏTLİK
Elə bir qəhətlik sardı Dəməşqi
Ki, bütün aşiqlər unutdu eşqi.
O qədər paxıllıq tutdu göyləri,
Nə bağlar su gördü, nə əkin yeri.
Qurudu qədimdən qalma hər bulaq,
Qaldı yetimlərin göz yaşı ancaq.
Dulların ahından başqa bir duman,
Bir tüstü çıxmadı evdə ocaqdan.
Yarpaqsız ağaclar yoxsula döndü,
Pəhləvanlar aciz bir qula döndü.
Çəyirtkə bir əkin, bir bağ qoymadı,
İnsan çəyirtkəni yedi, doymadı.
Bir dosta rast gəldim aclıq günləri,
Gördüm bir sümükdür kişi, bir dəri.
Onun vardı lakin cahı-cəlalı,
Qızılı, gümüşü, dövləti, malı.
Dostumdan soruşdum: sənə nə olmuş?
Nədən rəngin belə saralıb solmuş?
Acıqlanıb dedi: ağlın, huşun var!
Məncə mənasızdır belə suallar.
Görmürsən çətinlik yetişib hara?
Əzabdan, zillətdən xalq düşüb dara.
Bu il göydən əsla yağış yağmadı,
Çıxdı insanların göyə fəryadı…
Dedim: bundan sənə qorxu var məgər?
Tiryək olmayanda öldürər zəhər.
Biri məhv olursa yoxsulluğundan,
Varlısan, neyləyər ördəyə tufan.
Necə ki ağıllı baxar axmağa,
Dostum da başladı mənə baxmağa,
Dedi: dostu suda boğulan görsən,
Göz yumub qıraqda dura bilərsən?
Dostları ilə paylaş: |