_________________Milli Kitabxana
________________
344
görə, son iki-üç ildən bəri bu Yük Soylu Atalının çiynindədir. (Burada bir
balaca fikir uyuşmazlığı var. Bəziləri deyirlər Ümumi Ocaq Yükümlüsü
olmamalıdır. Onlar bu barədə Atanın işarəsi olmadığına əsaslanırlar. Bəziləri –
onların arasında mən Safruh da varam – deyirlər Ümumocaq Yükümlüsü
olmalıdır. Bunu deyənlər Ocaq işinin bir xətt üzrə nizamlı getməsi zərurətinə
əsaslanırlar).
Hər Ailənin ayda bir dəfə “Ailə günü” deyilən üç bölümdən ibarət toplanışı
keçirilir (bu, Ümumocağın ildə bir dəfə keçirilən “Ailə Günü” Mərasimindən
fərqlidir). 1-ci bölümdə hər kəs tərəfindən Ailəyə Amallaşma (Ata İrsini və o
yöndə öyrənmələr), Kamilləşmə (öz nöqsanlarına qarşı döyüş – Özüylədöyüş)
və Xalqlaşma (Ocaq Amalının yayılması) hesabatları verilir; “Müqəddəs
oxuma” adlanan 2-ci bölümdə Asif Ata Əsərlərindən parçalar oxunur; sonda
“Müqəddəs görmə” bölümü gəlir – burada Asifçilər ölkənin və dünyanın
bugünkü hal və hadisələrini Mütləqə İnam Ruhaniyyatı baxımından
dəyərləndirirlər.
Ocağın işində bəzi Ocaqsevərlər də bu və ya başqa dərəcədə iştirak edirlər.
Və bir də Ocağın ətrafı – təsir dairəsi var. Bunların hamısı Asif Ata
Şəxsiyyətinin cazibəsi əsasında yaranmışdır, Ocağın Evladları tərəfindən
davam və inkişaf etdirilir.
Ocağın Ailə biçimini Ata 1 Xəzan ayı, 6-ildə (1.X.1984) Evladlara Müqəddəs
Buyuruq olaraq yazdığı “Əməl” əsərində irəli sürmüşdür. “Evlərdə,
müəssisələrdə Asif Ailələri yaranır. Onlar Asifçilər çağırılır. Hər həftənin bir
günü (sonralar Ata “həftə”ni “ay”la əvəz etmişdir – Safruh) Müqəddəs Gün
sayılır və həmin gün Asif Amalına həsr olunur”. Yeri gəlmişkən qeyd eləyim
ki, o vaxtlar “Ocaq” sözü yaranmış olsa da, hələ qətiləşməmişdi. Əsərdə “Ocaq
Ailələri” əvəzinə “Asif Ailələri” yazılması bundandır.
Ailənin həmin gün nə elədiyini yuxarıda yazdıq...
Artıq Asif Ata Mütləqə İnam Ocağının öz mühiti var və əgər belə demək
mümkündürsə, mərkəzə cəzb olunma gücü və qanunauyğunluğu var. Bu, Asif
Ata Peyğəmbərliyinin əmələ gətirdiyi, Asif Ata Peyğəmbərliyinə əsaslanan,
Onu yaşadan mühitdir. Bu mühiti yaşadanlar və bu mühitdə yaşayanlar (habelə,
birbaş bu mühitin içərisində olmayan, ancaq bu mühitlə yaşayanlar da)
İnamçılar adlanır, Atalılar soyu sayılırlar. Onların cismani ailələri də artıq
İnamçılardan ibarət olur. Aydındır ki, onların Peyğəmbəri Asif Atadır!
Türk qədimliyində Ocağın Şumerçilik, Zərdüştçülük, Babəkçilik, Dədə
Qorqudluq, Hürufiçilik, Füzulilik, Muğamlıq və Sazlıq kimi kökləri olduğu
vurğulanır.
Beləliklə, Mütləqə İnam Ocağında Asif Atanın hələ 20-30 il bundan öncə
irəli sürdüyü və üstündə özünəməxsus inadla dayandığı, başqalarına isə ilğım,
xülya, utopiya, hətta dəlilik kimi görünən bir fikri gerçəkləşmiş olur: “Ayrı-ayrı
_________________Milli Kitabxana
________________
345
müstəqil fərdlərdən yeni xalq yaratmaq”. Ata bunu obrazlı şəkildə belə ifadə
eləməyi xoşlardı: Fərd-fərd, ağac-ağac, hal-hal.
Ocaq fərdləri Ata tərəfindən müəyyənləşdirilmiş, ruhani məzmunlu adlar
daşıyırlar. Onların əsas sənədləri – Övladlıq Nişanəsidir. Onların əsas rəngləri
sarı, ağ və mavidir; sarı – Günəşi, ağ – təmizliyi, mavi – Göyləri nişan verir.
İnamçıların salamlaşma – sağollaşma sözləri – özlərinə məxsusdur – Ata
müəyyənləşdirib. Onların özlərinə məxsus özünənəzarət ayin və mərasimləri
var. Onlar minimal məişət prinsipi ilə yaşayırlar. Onların toy-vay qaydaları da
özlərindəndir – Atadan gələn yaşam fəlsəfəsinə əsaslanır.
Onlar Orxon-Yenisey yazılı abidələrinin əlifbası əsasında özləri üçün
müstəqil əlifba yaradıblar; “Ocaq – Türk Abesi” adı verdikləri bu əlifba Orxon-
Yeniseyə maksimum yaxınlığı qorumaqla yaradılıb.
Mütləqə İnam Ocağının özünəməxsus milli, bəşəri, dünyəvi ədəbiyyatı və
fəlsəfəsi yaranmaqdadır – Asif Ata bədiiyyatı və fəlsəfəsindən qaynaqlanan,
onun davamı, yaşadılması, inkişafı kimi. Ayrı-ayrı Ataçı – İnamçı fərdlərin
adları, hünərləri artıq xalqın duyğu və düşüncəsinə yazılmaqdadır. Artıq
cəsarətlə demək olar ki, gələcək – Mütləqə İnamındır!
…Bu necə mümkün oldu? Mən “Asif Atanın özünəməxsus inadını” boş yerə
xatırlatmadım. Bu İnad Atamızın “Ruh Üstə” içsəsində gözəl ifadə olunub.
Ondan bir cümlə: “Dünya Şərlidir, sən Şərli olma – Dünya dağılsa da, sən
Şərli olma!”
Ocaqçılar – İnamçılar Asif Atanın nəzəriyyədə cizgilərini verdiyi Ruhani
Dövlət idealına doğru gedirlər. Bu Yolda onların başları üzərində Mütləqə İnam
Bayrağı dalğalanır.
Atamız var olsun!
5. Bayraq
“XX əsrin bayquşları İnsana İnam Bayrağını tapdalamağa çalışırlar. Biz
həmin Bayrağı başımızın üzərinə qaldırırıq”. (“Ocaq Məramı” izharından.
“Yol” Kitabı, s. 5.).
Asif Ata bu Sözü yazanda (1980-il) Ocaq Bayrağının səsi-sorağı da yox idi.
Ocaq Bayrağı bundan illərcə sonra hazırlanmışdı.
Bu İnsan nədir, kimdir? Varlıdır – yoxsul? Seçkinmidir (“Elit”midir) – Qara
camaatmı? Gözəldir – Çirkin? Proletardır – Sərmayəçi? Şəhərlidir – Kəndçi?
Aydındır – Qaranlıq? Yazıqdır – Azğın? Düzgündür – Pozğun? Çadralıdır –
Tumançaq? İndustdur – Müsəlman? Gündoğanlıdır – Günbatanlı? Oturaqdır –
Köçəri?..
Nədir axı bu İnsan? İdrakının oyandığı ilk gündən bəşərin öyrəndiyi, ancaq
onun üçün hələ də tapmaca olan bu varlıq nədir axı?!