_________________Milli Kitabxana
________________
357
«20 Yanvar bizim hiddətimizdən doğdu: - imperiya azğınlığına qarşı
Hiddətimizdən; erməni məkrinə qarşı Hiddətimizdən; içimizdəki özgəçilər
yağılığına qarşı Hiddətimizdən!.. Yağının əlində boğulmadı, kal nizamda
boğuldu Hiddətimiz!.. 20 Yanvar təhlükəsi hələ də qalır… Ali hiddətimizi
qorumaq gərək… Yetkinləşən Xalq Yaratmaq gərək…»
Mən Soylunu əsasən əməlçi, hünərçi kimi təqdim elədim. Ancaq onun yazı
yaradıcılığı da var. Bunu «İnsani və Milli Ləyaqət Publisistikası» da
adlandırmaq olar («Ləyaqət Yönü», «Müstəqilliyindən əziyyət çəkən xalq»,
«Azadlıq Harayı», «İdeologiya yadlığı» və b.), «Ruhaniyyat yönündən
Publisistika» da («Qəriblik Ruhsuzluğu», «İlahi Nağıllar Karvanı», «İlahi
Xəta» və b.), «Ədəbi Tənqid» də («Zamanın içində», «İstedad və İnsanilik»,
«Ziyalı xalqsızlığı» və kontekstinə görə bu kitaba salınmayan Ə.Firdovsi,
Y.İmrə, İ.Turgenev, L.Tolstoy və b. sənətkarların yaradıcılığına yönəlik
yazıları), «Siyasi Publisistika» da (demək olar bütün yazılarında bunun çaları
var, özəllikcə «Siyasət kriminologiyası» - bədii əsər motivləri üzərində
yazılmış olsa da, - «Qaragüruh cəngəlliyi», «Beynəlxalqçılıq antibəşəriliyi»,
«Hünərsiz sevgi çarpışları», «Yolçuluq Həqiqəti» və b.).
Soylunun yazı yaradıcılığı «Publisistika» təyininə sığmır. O, xüsusi olaraq
heç kəsi araşdırmır, Mütləqə İnam baxımından üz tutduğu Kəslərin Həqiqətini
və Ləyaqətini – Hünərini araşdırır və bu zaman heç bir elmi, bədii, dini, fəlsəfi
nüfuz, çoxluq, sistem qarşısında öz Həqiqətini qısmır, addımını geri (və
anlamsız öcəşmə xatirinə irəli) qoymur. Onun yanaşma prinsipi artıq yetərincə
mənimsəmiş olduğu İnam Atasından gəlir: Yalnız Mütləq Həqiqət –
Həqiqətdir, Nisbi Həqiqət – Yalandır; Yalnız Mütləq Hünər – Hünərdir, Nisbi
Hünər – Hünərsizlikdir…
Yeri gəlmişkən deyim ki, Soylunun yazı üslubu hələ oturuşmayıb; onunku
anlam, məzmun, yön üslubudur.
Soylu özünə Ad axtarmır, Bəla axtarır – İnsanlığa bütün varlığıyla həqiqət
yönündən xidmət etmək istəyən başqa bəşər övladları kimi.
Bu yolda ona uğurlar diləyirəm!
Soylu Atalının yazı yaradıcılığını incələmək mənim gücüm çatan iş deyil.
Əslində onun Yükümlü yaradıcılığı (Mütləqə İnam Ocağı xəttiylə quruculuğu)
da mənim deyə bildiklərimdən qat-qat artıq, uca siqlətə malikdir. Bunu
zamanlar və zaman-zaman insanlar deyəcəklər. Çünki biz, Asif Atanın Mütləqə
İnam Ocağının Evladları olaraq, bir qom adamın dilindən danışmırıq. Bizim
«dilindən danışdığımız» ən kiçik ünvan Azərbaycandır («Uluyurd» Hərəkatının
hədəflədiyi), bundan sonra «Türk Dünyası» deyilən yarımdünyadır və mütləq
bir tələb kimi ümuminsanlıqdır. Çünki Mütləq Həqiqətin ünvan quruluşu da bu
cür olur, yayılma – aidlik əhatəsi də.
_________________Milli Kitabxana
________________
358
Biz ədiblik, bilginlik (alimlik), filosofluq, estetlik iddiasında deyilik;
bədiiyyatın, estetikanın, bilimin (elmin), fəlsəfənin İnsanilik, Mənəviyyat və
Həqiqət baxımından xiridarı, təəssübçüsü və yiyəsiyik.
Biz deyirik: Çılpaq İnsan – Yoxdur, Geyimli Heyvan yoxdur; İnsafsız
(Ədalətsiz) İnsan – Yoxdur, İnsaflı (Ədalətli) Heyvan yoxdur…
Biz bircə barrikada tanıyırıq. Onun bir tərəfi biolojilik – Heyvanilikdir, o biri
tərəfi Ruhanilik – İnsanilikdir. Biz – ikincinin yanındayıq. İkinci birincini
yaşada bilər, birincinin heç nə vecinə deyil.
Bizim çəkdiyimiz Harayın məğzi budur: Ruhanilik Biolojiliyə yenilərsə,
insan üçün hər şey məhv olar.
Biz bu işi mininci dolamadan deyil, birbaşa aparırıq. Dolamalarda
bədiiyyatın, estetikanın, fəlsəfənin, elmin də bizim qayğılarımıza doğma
nələriylə olduğunu bilirik, onlardan bəhrələnirik də. Ancaq görürük ki, Mütləq
Həqiqəti onların öhdəsinə buraxmaq olmaz. Onlardan heç birinin Yaşayan,
İşləyən, Diri Mütləq Həqiqət hədəfi yoxdur. Bunların ən yaxşısı sayılan fəlsəfə
onu yalnız dərk eləyir. Onun dərk elədiyi Mütləq Həqiqətsə ayaq açıb yeriyə
bilmir, adamlarda onun cazibəsinə qarşı immunitet yaranıb.
Din burada nə isə eləyə bilərdi. O da öz «mütləq həqiqətinə» adamlaşan
(danışan, çığıran, bağıran), hətta cəbhələşən, millətçiləşən – assimile eləyən
«Allah» yalanı qatdı.
Çıxış yolu – Diri Mütləqə İnam axını yaratmaqdır. İnam Atanın «Ruh Üstə»
Harayı əsasında. Mütləqə İnam Ocağı həmin axının təkançısıdır; Soylu Atalı bu
Ocağın indiki Yönəldicisi, Yükümlüsüdür.
Gör nə boydu quruculuq işləri var irəlidə!..
Böyük Quruculuq Eşqindən Böyük Dağıdıcılıq «haytası» da yarana bilər…
Mən bu «haytanı» Soylunun özündə də, yazılarında da yetərsiz görürəm. Bəs
siz?
«Allahlıq iddiası»nda insanları qınama dəbi var. O
dəb dəbdən
düşməlidir! İnsanın heyvanlıq iddiası qınanmalıdır! Allahlıq iddiasının nəyi
pisdir?!
Ancaq bu iki iddianı bir-biriylə qarışdırmamalı!..
Göylər dolusu şaqqıldamağa yalnız Allahın haqqı və hünəri olur. Mütləqə
İnamın bəşərin qulağına və qəlbinə çatması üçün belə bir şaqqıltıya ehtiyac
var…
Atamız var olsun!
Şölə ayı, 28-il.
Atakənd. İnam Evi.
(İyun 2006. Bakı).